Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-316/2026 26.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Novruzova Aytən Nazim qızı və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “cavabdehdən 10000 manat maddi və 10000 manat mənəvi ziyanın tutularaq ona ödənilməsi” barədə iddia tələbinə dair nzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “kompensasiyanın verilməsi” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh əsl cavabdeh Cavabdeh Cəlilabad rayon Şöbəsi ilə əvəz edilmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan Inzibati Məhkəməsinə göndərilmişdir. Şirvan Inzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iş üzrə cavabdeh Cavabdeh Cəlilabad rayon Şöbəsi əsl cavabdeh Cavabdeh ilə əvəz edilmişdir. Şirvan Inzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iş üzrə Cavabdeh Cəlilabad rayon Şöbəsi zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Rəşad Hüseynov) ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən iddiaçı İddiaçı xeyrinə 1000 (bir min) manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı yəni iddia tələbinin məhkəmə qeyd edir ki, iddiaçı hərbi xidmətə gedənədək hansı qazancdan hansı qaydada və hansı hallarda məhrum olması barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Belə olan halda iddia tələbi 10000 manat maddi ziyan tələbinə dair hissədə təmin edilməməlidir. Bundan başqa, məhkəmə, iddiaçı İddiaçı hərbi xidmətdə olduğu 11 ay müddətində mənəvi iztirablar yaşaması səbəbindən ona vurulmuş mənəvi zərərə 10000 manat tələb etməsi dəlilinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı İddiaçı ## ##### 2022-ci il tarixdən ## ###### 2023-cü il tarixədək hərbi hissədə xidmət keçmişdir və əsassız olaraq, yəni anadangəlmə “Yastıpəncəlilik” xəstəli olmasına və sülh dövründə hərbi xidmətə yararsız olmasına baxmayaraq hərbi xidmətə göndərilərək hərbi xidmət keçməsi nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə bu halı nəzərə alaraq hesab etmişdir ki, 11 ay müddətinə iddiaçının xeyrinə ədalətli həddə - 1000 manat mənəvi zərər tutulmalıdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddiaçı İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, ##.##.2022-ci il tarixdə SHXÇDX Cəlilabad Rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağrılmışdır. Anadangəlmə xəstə olduğu halda, hər xidmətə çağırış zamanı həm də ayaqlarında olan yastılıqdan hərəkət zamanı ayaqlarında ağrıların olmasına baxmayaraq, çağırış həkim komissiyası tərəfindən səthi və formal müayinə keçirildiyindən yararsız olduğu halda Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinə hərbi xidmətə göndərilmişdir. Hərbi xidmət dövründə ilk gündən daima bəlğəmli öskürək, yüksək hərarət və halsız olduğundan tez-tez hərbi hissənin tibb məntəqəsinə və ancaq ##.##.2022-ci il tarixdə isə MN BKH-ya göndərilmiş və Pulmonologiya bölməsinə stasionar müalicəyə qəbul olunmuşdur. ##.##.2023-cü il tarixdə HHK-da yararlılıq dərəcəsinin təyini üçün ortopediya bölməsinə köçürülmüşdür. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının rəisinin ##.##.2023-cü il tarixli sərəncamı ilə Diaqnoz və xəsarətin xəstəliyin səbəb əlaqəsi haqqında hospital hhk-nın qərarı ilə XBT-10; (M21 4) Aşıq-qayıqvarı oynaqların l mərhələ osteartrozu ilə fəsadlaşmış, sağ ayağın lll, sol ayağın ll dərəcəli boylama yastıayaqlığı təsdiqlənmişdir. Əlavə olaraq, hərbi xidmət dövründə isə sağ ağciyərin aşağı payının yüngül gedişli ocaqlı pnevmoniyasından sonrakı vəziyyət müəyyən edilmişdir. HHK-nin hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə yararlıq haqqında qərarı: "Xəstəliklər cədvəli"nin 68C maddəsinin ll-ci qrafasına və ƏTS-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnaməyə əsasən o, sülh dövründə hərbi xidmətə yarasız, müharibə dövrünə məhdud yararlı hesab edilmişdir. Hərbi xidmətə yaralıq və sağlamlıq vəziyyəti ##.##.2023-cü il tarixli ** saylı "Xəstəlik haqqında Şəhadətnamə" ilə təsdiq edilmişdir. SHXÇDX Cəlilabad Rayon Şöbəsinin laqeyid münasibəti, qanunsuz hərəkəti səbəbindən hərbi xidmətə yaralı olmadığı halda hərbi xidmətə çağrılmış və xidmət dövründə də əlavə xəstəliyə düşmüşdür. Qanunsuz və əsassız olaraq ağrılı və işgəncəli hərbi xidmət dövrü 11 (on bir) ay müddətində davam etmişdir. Hərbi xidmət dövrünə qədər əmək fəaliyyəti ilə məşğul olmuş və orta aylıq əmək haqqı 600-700 manat civarında olmuşdur. Həmçinin qanunsuz xidmətə çağrıldığından və əzablı xidmət keçdiyindən özü və ailəsi mənəvi əzab çəkmişdir. Eləcə də müalicəsi ilə bağlı ailəsi maddi xərclər etməyə məcbur olmuşdur. SHXÇDX Cəlilabad Rayon Şöbəsinin qanunsuz və əsasız hərəkəti nəticəsində hüquqları pozulmuş, ona və ailəsinə maddi və mənəvi ziyan dəymişdir. Bu səbəblərdən məhkəməyə müraciət etmiş və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qanunsuz hərəkəti nəticəsində ona vurduğu maddi və mənəvi ziyanı ümumilikdə 2000 (iyirmi min) manat miqdarında qiymətləndirmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Iş üzrə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iddiaya dair etiraz təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən iddiaçıya vurulmuş maddi ziyan əvəzi olaraq 10 000 (on min) manat, mənəvi ziyan olaraq 10 000 (on min) manat, cəmi 20 000 (iyirmi min) manat pulun alınıb ona ödənilməsi barədə qərar qəbul edilməsi” tələbi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Iddiaçı ona kompensasiya verilməsi ilə bağlı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdir. Halbuki iddiaçı Xidmətin Cəlilabad rayon şöbəsi tərəfindən müddətli həqiqi xidmətə çağırılmış və bu iş üzrə cavabdeh həmin şöbə olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Inzibati orqanların Təsnifatı”nın IV hissəsinin 4-1 və 4-1.1.1-ci yarımbəndlərinə müvafiq olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələri ayrı-ayrılıqda inzibati orqanlardır. Inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. Iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Göründüyü kimi, bu iş üzrə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti deyil, Xidmətin Cəlilabad rayon Şöbəsi olmalıdır. Hazırki iddianın qaldırılması üçün inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Əlavə olaraq bildirmişlər ki, iddiaçı Bakı Inzibati Məhkəməsinə müraciət etməklə ərazi yurisdiksiya tələblərini pozmuşdur. Belə ki, iddiaçı Cəlilabad rayon sakini olmaqla Xidmətin Cəlilabad rayon Şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmişdir.Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının ##.##.2019-cu il tarixıi, * nömrəli qərarının 18.6-cı bəndinə əsasən Cəlilabad rayonu Şirvan Inzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Qeyd olunanları nəzərə alaraq iddiaçı İddiaçı iddia tələbinin mümkün sayılmaması barədə qərərdad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarın ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Prosessual məsələlər: Iddiaçı məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iclas zalında iştirak etmir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Işdə olan Elektron Məhkəmə Informasiya Sisteminin Şəxsiyyət vəsiqəsi məlumatlarından əldə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı (AA2463343) ##.##.2004-cü il tarixdə Cəlilabad rayonu, Alar kəndində anadan olmuş, Cəlilabad rayonu, Alar kəndində qeydiyyatdadır. Işdə olan Cəlilabad RMX-nın ##.##.2022-ci il tarixli aktından görünür ki,İddiaçı müayinə edilmiş və ona “yastıpəncəlik(ikinci dərəcə), funksiyanın pozulması təyin olunmur” diaqnozu qoyulmuşdur. Işdə olan ##.##.2024-cü il tarixli Azərpoçt MMC-yə məxsus məxaric qəbzinin surətindən görünür ki, İddiaçı Üçüncü şəxs məktub ünvanlamışdır. Işdə olan SX № ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı ## ##### 2022-ci il tarixdən ## ###### 2023-cü il tarixədək hərbi hissədə xidmət etmişdir. Işdə olan ##.##.2023-cü il tarixli Xəstəlik haqqında şəhadətnamədə göstərilmişdir ki, ##.##.2004-cü il təvəllüdlü İddiaçı ##.##.2023-cü il tarixdə SHXÇDX Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən müayinə olunmuş, XBT-10; (M 21.4) Aşıq-qayıqvari oynaqların İ (birinci) mərhələ osteoartozu ilə fəsadlaşmış sağ ayağın III (üçüncü), sol ayağın II (ikinci) dərəcəli boylaa yastıayaqlılığı. Ümümi xəstəlikdir. Sağ ağciyərin aşağı payının yüngül gedişli ocaqlı pnevmoniyasından sonrakı vəziyyət. Xəstəlikdir, hərbi-xidmət dövründə alınmışdır. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında “Xəstəliklər cədvəli”nin 68 c maddəsinin II qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim eksperizası haqqlnda Əsasnamə”yə qoşma) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli T ***/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı ##.##.2025-ci il tarixdə Azərbaycan Elmi Tədqiqat Institunda müayinə edilərkən “Q66.5 – Sağ pəncənin üçüncü dərəcəli, sol pəcənin ikinci dərəcli anadangəlmə yastıpəncəliliyi” diaqnozu qoyulmuşdur, yəni o, hazırda həmin xəstəlikdən əziyyət çəkir. MN Baş Klinik Hospitalının cərrahiyyə profilli Hərbi Həkim Komissiyası tərəfindən XBT-10 (M21.4) Aşıq-qayıqvari oynaqların İ (birinci) mərhələdə osteoartozu ilə fəsadlaşmış sağ ayağın III (üçüncü), sol ayağın II (ikinci) dərəcəli boylama yastıayaqlılığı ilə” əlaqədar şəhadətləndirilmiş və “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı qəbul edilmişdir. “Yastıpəncəlilik” anadangəlmədir. Lakin bununla əlaqədar iş materialarında hər hansı tibbi sənəd olmadığından onun çağırış zamanı hərbi xidmətə yararlı olub-olmaması haqqında fikir söyləmək mümkün olmadı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi-həkim ekspertizası haqqında Əsasnamə
1. Ümumi müddəalar Azərbaycan Respublikasında hərbi-həkim ekspertizasına metodik rəhbərliyi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası həyata keçirir. 1.7. Hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) qərarları “Xəstəliklər cədvəli”nə və vətəndaşların sağlamlıq vəziyyətinə əlavə tələblər cədvəlinə (bundan sonra — ƏTC) uyğun olaraq, hərbi-həkim komissiyalarının (həkimuçuş komissiyalarının) iclasda iştirak edən üzvlərinin səs çoxluğu ilə qəbul olunur. VIII. Ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə (hərbi toplanışa) çağırılan, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olan, hərbi liseylərə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil (təhsil) müəssisələrinə daxil olan vətəndaşların, hərbi qulluqçuların, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və orqanların ehtiyatında olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələblər 8.1. “Xəstəliklər cədvəli”ndə aşağıdakı kateqoriyalardan olan vətəndaşların sağlamlıq vəziyyətinə tələblər nəzərdə tutulmuşdur: İ qrafa — ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan vətəndaşlar; II qrafa — çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular; əsgərlərin, matrosların Rların tutduğu vəzifələr üzrə hərbi xidmətə könüllü daxil olan ehtiyatda olan əsgərlər, matroslar, Rlar. III qrafa — zabitlər, Rlər, Rlar və könüllü (kontrakt üzrə) hərbi xidmət keçən hərbi qulluqçular; hərbi xidmətə, hərbi toplanışa çağırılan hərbi xidmət keçməmiş ehtiyatda olan zabitlər; zabitlərin, Rlərin, Rların tutduğu vəzifələr üzrə hərbi xidmətə könüllü daxil olan ehtiyatda olan zabitlər, Rlər, Rlar. 8.2. Hərbi toplanışa çağırılan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda hərbi xidmətə könüllü daxil olan, hərbi liseylərə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olan, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı “Xəstəliklər cədvəli”nin qrafalarının tətbiqi qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. 8.3. “Xəstəliklər cədvəli”ndə hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur: “A” — hərbi xidmətə yararlıdır; “B” — sıradankənar hərbi xidmətə yararlıdır; “C” — sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; “Ç” — hərbi xidmətə müvəqqəti yararsızdır; “D” — həm dinc dövrdə, həm də müharibə dövründə, hərbi xidmətə yararsızdır; 8.4. Bir orqanın və ya orqanlar sisteminin xəstəliyi digər orqanın və ya orqanlar sisteminin funksiyasının pozulmasına gətirib çıxardığı hallarda, hərbi xidmətə yararlılıq haqqında ekspert rəyi “Xəstəliklər cədvəli”nin müvafiq maddələrinə əsasən çıxarılır.
Hərbi xidmətə yararlılıq Xəstəliklərin adı, funksiyaların kateqoriyası Maddə pozulma dərəcəsi İ qrafa II qrafa III qrafa 61 Yastıayaqlılıq və ayağın digər deformasiyaları: a) funksiyaların mühüm dərəcədə D D D pozulması ilə b) funksiyaların mülayim dərəcədə C C C və ya B pozulması ilə FƏRDI c) funksiyaların cüzi dərəcədə pozulması C C B ilə ç) funksiyaların pozulması olmayan A-3 A A obyektiv əlamətlər olduqda d) travmaların, anadagəlmə qüsurların Ç Ç Ç cərrahi müalicəsindən sonrakı müvəqqəti funksional pozulmalar
Açıqlama: Bu maddə ayağın qazanılmış təsbit olunmuş deformasiyalarını nəzərdə tutur. Ayağın arxa hissəsinin supinasiyası, ön hissəsinin pronasiyası şəklində deformasiyası olduqda hündür daxili və xarici tağları olan (kəskin burulmuş ayaq adlanan) ayaq çalovabənzər ayaq hesab edilir. Bu zaman ayağın ön hissəsi yastılaşmış, enlənmiş və bir qədər içəri çevrilmiş olur, orta ayaq darağı sümüklərinin başcıqları altında yastılanmalar və ya çəkicəbənzər deformasiyalar vardır. Funksional pozulmalar daha çox bütün ayağın və ya onun elementlərinin içəriyə və ya bayıra rotasiyası şəklində deformasiyalarının yanaşı gedən eversion-inversion komponentəri olduğu zaman baş verir. “a” bəndinə qəbul edilmiş hərbi nümunəli ayaqqabıdan istifadə edilməsi mümkün olmayan at, daban, varus, çalovabənzər, yastı-valqus, ekvino-varus ayaqlar və ayaqların digər travma və ya xəstəlik nəticəsində qazanılmış kəskin ifadə olunmuş dönməz əyrilikləri aiddir. “b” bəndinə aşağıdakılar aiddir:
1. mühüm dərəcədə ifadə olunmuş ağrı sindromu, ekzostozlar, barmaqların kontrakturası və ayağın orta hissəsinin oynaqlarında artrozun olması ilə III dərəcəli boylama və ya III–IV dərəcəli köndələn yastıayaqlılıq;
2. ayağın bir hissəsinin hər hansı səviyyədə olmaması və ya bütün barmaqlarının olmaması;
3. hər iki ayaqda bütün barmaqların caynaqvari, yaxud çəkicəbənzər deformasiyalarla davamlı kombinə olunmuş kontrakturası;
4. ağrı sindromu və aşıqaltı oynaqda II mərhələ artrozla Beler bucağının mənfi 10 dərəcədən çox azalması ilə müşayiət olunan daban sümüyünün posttravmatik deformasiyası. Dekompensasiya, yaxud subkompensasiya olunmuş boylama yastıayaqlılıqda ayaq nahiyəsində ağrılar ayaq üstündə durduqda yaranır və adətən axşama doğru onlar pastozlaşanda güclənirlər. Zahirən ayaq pronasiya olunmuş, orta hissədə uzanmış və enlənmiş, boylama tağ enmiş olur, qayığabənzər sümük ayağın medial kənarında dəridən aydın təsvir olunur, daban valqus vəziyyətində olur. “c” bəndinə aşağıdakılar aiddir:
1. pəncə barmaqlarının dayanıqlı vəziyyəti (hər hansı bir barmağının digərinin üstünə keçməsi);
2. cüzi ağrı sindromu və statikanın pozulması ilə müşayiət olunan, təyin edilmiş hərbi nümunəli ayaqqabı gəzdirilməsinin uyğunlaşdırılması mümkün olan ayağın mülayim dərəcədə ifadə olunmuş deformasiyaları;
3. daban sümüyünün valqus əyriliyi olmadan və (və ya) ayağın orta hissəsi oynaqlarının deformasiyaedici osteoartrozu olmadan III dərəcəli boylama yastıayaqlılıq;
4. ayağın orta hissəsi oynaqlarının II mərhələ deformasiyaedici osteoartrozu ilə II dərəcəli köndələn və ya boylama yastıayaqlılıq;
5. ayaqaltı bükmə hərəkətinin 10 dərəcədən az və ayaqarxası bükmə hərəkətinin 20 dərəcədən az həddə məhdudlaşması ilə müşayiət olunan birinci ayaqdarağı falanqa darağı oynağının III mərhələ deformasiyaedici osteoartrozu;
6. Beler bucağının 0-dan mənfi 10 dərəcəyədək azalması və aşıqaltı oynaqda artrozun olması ilə müşayiət olunan daban sümüyünün posttravmatik deformasiyası. “ç” bəndinə barmaqların kontrakturası olmadan və ekzostozlarsız ayağın orta hissəsi oynaqlarının İ mərhələ deformasiyaedici osteoartrozu ilə müşayiət olunan İ və ya II dərəcəli köndələn, yaxud boylama yastıayaqlılıq aiddir. Barmağın ayaqdarağı-falanqa oynağı səviyyəsində olmaması, habelə barmağın tam kontrakturası və ya hərəkətsizliyi ayaqda barmağın olmaması kimi hesab edilir. Boylama yastıayaqlılıq və daban sümüyünün çəkicəbənzər deformasiyası ayaq üstündə yük altında profil rentgenoqramlarına görə qiymətləndirilir. Boylama tağın bucağı və hündürlüyü rentgenoqramlarda üçbucaq qurulması yolu ilə təyin edilir: Açıqlama: Üçbucaq aşağıdakı nöqtələrin birləşdirilməsi ilə qurulur: - ayaqdarağının birinci sümüyü başçığının aşağı nöqtəsi (dabanaltı səthi); - daban sümüyü qabarının aşağı nöqtəsi (dabanaltı səthi); - qayığabənzər-pazşəkilli sümüklərin birləşdirilməsinin aşağı nöqtəsi. Normada tağın bucağı 125–130 dərəcəyə, tağın hündürlüyü 39 mm-ə bərabərdir. İ dərəcəli yastıayaqlılıqda: boylama içəri ayaqaltı tağın bucağı 131–140 dərəcə, tağın hündürlüyü 35–25 mm-dir; II dərəcə yastıayaqlılıqda: boylama içəri tağın bucağı 141–155 dərəcə, tağın hündürlüyü 24–17 mm-dir; III dərəcə yastıayaqlılıqda: boylama içəri tağın bucağı 155 dərəcədən çoxdur, tağın hündürlüyü 17 mm-dən azdır. Daban sümüyünün posttravmatik deformasiyasının dərəcəsini təyin etmək üçün biri aşıqaltı sümüyün ön bucağının ən hündür nöqtəsini və arxa oynaq fasetinin zirvəsini birləşdirən, digəri daban sümüyü qabarının yuxarı səthi boyunca keçən iki xəttin kəsişməsindən yaranan Beler bucağını (daban sümüyü qabarının oynaq hissəsinin bucağını) hesablayırlar. Bu bucaq normada 20–40 dərəcə təşkil edir. Onun kiçilməsi, adətən, posttravmatik yastıayaqlılıqda müşahidə olunur. Aşıqaltı oynağın vəziyyətinin qiymətləndirilməsi üçün ən informativ müayinə, onun daban sümüyünün arxa oynaq fasetinə perpendikulyar olan tac müstəvidə yerinə yetirilmiş kompüter tomoqrafiyasıdır. Köndələn yastıayaqlılıq ayağın ön və orta hissələrinin düz proyeksiyada, yük altında çəkilmiş rentgenoqramlarına görə qiymətləndirilir. Köndələn yastıayaqlılığın dərəcələrinin təyin edilməsinin etibarlı meyarları birinci ayaqdarağı sümüyünün və birinci barmağın uzaqlaşma bucağının göstəriciləridir. Rentgenoqramlarda İ–II ayaqdarağı sümüklərinin boylama oxlarına və İ barmağın əsas falanqasına uyğun üç düz xətt çəkilir. İ dərəcəli deformasiyada İ–II ayaqdarağı sümükləri arasındakı bucaq 10–12 dərəcə, İ barmağın uzaqlaşma bucağı isə 15–20 dərəcə təşkil edir. II dərəcəli deformasiyada bu bucaqlar müvafiq olaraq 15 və 30 dərəcəyədək, III dərəcəli deformasiyada müvafiq olaraq 20 və 40 dərəcəyədək böyüyürlər, IV dərəcəli deformasiyada isə 20 və 40 dərəcəni keçmiş olurlar. Ayaq oynaqlarının İ mərhələ deformasiyaedici osteoartrozu rentgenoloji olaraq, oynaq yarığının 50%-dən az daralması və oynaq yarığı kənarından 1 mm-i keçməyən kənari sümük artımları ilə xarakterizə olunur. II mərhələ artroz oynaq yarığının 50%-dən artıq daralması və oynaq yarığı kənarından 1 mm-dən artıq kənari sümük artımları ilə, oynaqda birləşmiş sümüklərin oynaq uclarının deformasiyası və subxondral osteosklerozu ilə xarakterizə olunur. III mərhələ artrozda oynaq yarığı rentgenoloji olaraq təyin edilmir, nəzərəçarpan kənarı sümük artımları, oynaqda birləşmiş sümüklərin oynaq uclarının kobud deformasiyası və subxondral osteosklerozu olur. Ayağın orta hissəsinin oynaqlarında artroz olmayan, barmaqların kontrakturaları və ekzostozları olmayan İ və ya II dərəcəli boylama yastıayaqlılıq, habelə İ dərəcəli köndələn yastıayaqlılıq bu maddənin tətbiqi üçün əsas deyildir və hərbi xidmətkeçməyə, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə, hərbi liseylərə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə daxil olmağa mane olmur. Xırda sümüklərin və topuğun stasionar müalicə tələb etməyən fəsadlaşmamış qapalı sınıqlarında “Xəstəliklər cədvəli”nin III qrafası üzrə hərbi qulluqçuları, “Xəstəliklər cədvəli”nin 61-ci maddəsinin “d” bəndi üzrə məzuniyyət verilməsinin və ya azad edilmənin zəruriliyi haqqında qərar çıxarmaqla ambulator qaydada şəhadətləndirməyə icazə verilir. “Xəstəliklər cədvəli”nin İ–III qrafalarına əsasən çalovabənzər ayaqla şəhadətləndirilənlərin hərbi xidmətə yararlılıq kateqoriyasını təyin edərkən nəzərə almaq lazımdır ki, dayaq yükü verilməklə səth üzərinə düzgün qoyulmuş ayaqda boylama tağların yüksəlməsi normanın variantı olur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı İddiaçı hərbi xidmətdə olduğu 11 ay müddətində mənəvi iztirablar yaşaması səbəbindən ona vurulmuş mənəvi zərərə 10000 manat tələb etməsi dəlilinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı İddiaçı ## ##### 2022-ci il tarixdən ## ###### 2023-cü il tarixədək hərbi hissədə xidmət keçmişdir və əsassız olaraq, yəni anadangəlmə “Yastıpəncəlilik” xəstəliyi olmasına və sülh dövründə hərbi xidmətə yararsız olmasına baxmayaraq hərbi xidmətə göndərilərək hərbi xidmət keçməsi nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə bu halı nəzərə alaraq hesab edir ki, 11 ay müddətinə iddiaçının xeyrinə ədalətli həddə - 1000 manat mənəvi zərər tutulmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, iddiaçı İddiaçı ##.##.2022-ci il tarixdə SHXÇDX Cəlilabad Rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağrılmışdır. Salyan rayon psixiatriya xəstəxanasının 01.03.22-ci il tarixli aktına əsasən praktiki psixi sağlam qiymətləndirilmiş, eyni zamanda, Cəlilabad RMX-nın ##.##.2022-ci il tarixli aktına əsasən “yastıpəncəlik (ikinci dərəcə), funksiyanın pozulması təyin olunmur” kimi qiymətləndirilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin "Xəstəliklər cədvəli"nin 68C maddəsinin İ qrafasına müvafiq olaraq Cəlilabad çağırış komissiyasının qərarı ilə “hərbi xidmətə yararlı” A-3 kimi qiymətləndirilmiş və hərbi xidmətə göndərilmişdir. Hərbi xidmət dövründə "Xəstəliklər cədvəli"nin 68C maddəsinin II qrafasına və ƏTS-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnaməyə əsasən "Sülh dövründə hərbi xidmətə yarasız, müharibə dövrünə məhdud yararlıdır" hesab edilmiş, Hərbi xidmətə yararlılıq və sağlamlıq vəziyyəti ##.##.2023-cü il tarixli ** saylı "Xəstəlik haqqında Şəhadətnamə" ilə təsdiq edilmişdir. Kollegiya diqqətə çatdırır ki, işin hallarından göründüyü kimi, iddiaçının hərbi xidmətə yararlı olub-olmamasının yoxlanılması istiqamətində cavabdeh tərəfindən hərəkətsizlik edilməmiş, iddiaçı sağlamlıq vəziyyətinin müayinəsi məqsədilə göndəriş əsasında dövlət səhiyyə müəssisələrində tibbi müayinədən keçirilmiş, iddiaçıya Cəlilabad RMX-nın ##.##.2022-ci il tarixli aktına əsasən “yastıpəncəlik (ikinci dərəcə), funksiyanın pozulması təyin olunmur” diaqnozu qoyyulmuş və həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin "Xəstəliklər cədvəli"nin 68C maddəsinin İ qrafasına müvafiq olaraq “hərbi xidmətə yararlı” kimi qiymətləndirildiyindən cavabdeh haqlı olaraq iddiaçının hərbi xidmətə göndərilməsi barədə qərar qəbul etmişdir. Göründüyü kimi, iddiaçı hərbi xidmətə yola salınarkən sonuncunun hərbi xidmətə göndərilməsini istisna edən hər hansı hal və ya xəstəlik mövcud olmadığından iddiaçının səhhətində sonradan yaranmış problemlərə görə cavabdeh təqsirli hesab edilə bilməz. Qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddianın təmin olunan hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı iddianın təmin olunan 1000 manat mənəvi zərər tutulması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilsin və iddia təmin edilməsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.