Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-318/2026 09.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası, hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı sərəncamın ləğv olunması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyət cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh başçısının *** nömrəli, ##.##.1998-ci il tarixli Sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin müvafiq qərardadları ilə X1, X5 və X2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Şirvan Inzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *- *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə təmin edilmiş, Şirvan Inzibati Məhkəməsinin qərardadının ləğv edilməsi, işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şirvan Inzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Inzibati Məhkəməsinin (hakim R.Quliyeva) ## #### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi iddiaçı “xxxx” ASC-nin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edildiyindən iddiaçının həmin torpaq sahəsinə dair Icra Hakimiyyətinin sərəncamını mübahisələndirmək hüququnun mövcudluğu müəyyən olunmur. Bundan əlavə iddiaçı mübahisələndirmə haqqında iddia verilməsi üçün IPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük prosessual müddət ötürüldükdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Iddia müddətinə münasibətdə məhkəmə qeyd edir ki, o, sərəncamın ona məlum olduğu anı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Iddiaçıın mübahisə predmeti olan obyektin hüquqi rejimi ilə 20 ildən artıq müddətində maraqlanmaması ağlabatan deyildir. Iddiaçının mübahisələndirilən sərəncam barədə məlumatlı olmaması nəticəsinə gəlmək çətindir. Beləliklə, iddiaçının sözügedən sərəncamın mübahisələndirilməsi imkanını 2011-ci il # ###### tarixinədək itirmişdir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, qanuni əsasla dövlət qeydiyyatına alınmış “xxxx” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş ## ###### 2008-ci il tarixli şəhadətnaməyə əsasən ünvan 2 ünvanda yerləşən 1101.9 kv.m qeyri-yaşayış sahəsi üzərində müvafiq qanuni prosedurları keçməklə mülkiyyət hüquqları əldə etmişdir. Cəmiyyətə məxsus həmin tikililər dövlətə məxsus olan 16919 kv.metr torpaq sahəsində yerləşir, bina və tikililərin ümumi sahəsi 1101,09 kv.metr təşkil edir, həmin tikililər 1977-1983-cü illərdə tikilmişdir. Bu barədə cəmiyyətin adına Dövlət Əmlak Komitəsi tərəfindən ##.##.1998-ci il tarixli texniki pasport verilmiş və qeyd olunan texniki göstəricilər orada əksini tapmışdır. ünvan 4 ünvanında yerləşən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin qanuni sahibliyində və istifadəsində olan torpaq sahəsinin bir hissəsi, yəni guya X2 istifadəsində olan 30.6 kv.m daşınmaz əmlakın altında yerləşən 0.0033 ha torpaq sahəsi onun istifadəsinə verilmiş və bu barədə həmin şəxsin adına seriya RX, ******* nömrəli, ##.##.2017-ci il tarixli çıxarış verilmişdir. Halbuki, həmin ərazidə yalnız 1977-1983-cü illərdə tikilmiş tikililər mövcüddur ki, həmin tikililər də onların mülkiyyətindədir. Yəni, sözügedən ərazidə Faiq Eyvazova və onun ailəsinə məxsus faktiki olaraq əvvəllər heç bir tikili olmamış, bu hal məhkəmə mübahisəsi zamanı da qanuni qüvvəyə minmiş və icra olunmuş məhkəmə qətnaməsi ilə də təsdiqini tapmışdır. Buna baxmayaraq, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti qanunsuz olaraq məlum olmayan vasitələrlə sözügedən çıxarışı təqdim etməklə Faiq Eyvazova suni şəkildə satın almada üstünlük qazandırmış və nəticədə Cəmiyyətin istifadəsində olan daha artıq torpaq sahəsinin ona satılması üçün zəmin yaratmışdır. Belə ki, məhz həmin çıxarış alındıqdan 2 ay sonra Cəmiyyətin istifadəsində olan torpaq sahəsinin daha 800 kv.m hissəsi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ##.##.2017-ci il tarixli *** saylı müqaviləyə əsasən X2. Çıxarışın və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edilmiş və Məhkəmənin ## #### 2022-ci il tarixli *(***)-**/**** saylı qətnaməsinə əsasən iddiası təmin edilməmişdir. Həmin qətnamədən apelyasiya şikayəti verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə şikayəti təmin edilməmişdir. Sözügedən məhkəmə iclası zamanı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən məlum olmuşdur ki, mübahisəli 800 kv.m torpaq sahəsi X6 adına Cavabdeh başçısının ##.##.1999-cu il tarixli *** saylı sərəncamı ilə ayrılmış və sonradan həmin torpaq sahəsi X2, onun tərəfindən isə X1. Halbuki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 1997-ci il tarixli *** saylı Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin 6 və 11-ci bəndlərinə görə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri satınalma obyektlərinə daxildir. Bu torpaq sahələri yalnız torpaq sahəsinin üstündə yerləşən müəssisə və obyektlərin sahiblərinə satıla və ya satınalma hüququ ilə icarəyə verilə bilər. Həmin Fərmanının 2-ci bəndində göstərilir ki, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə, dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Göründüyü kimi “xxxx” ASC tərəfindən özəlləşdirilərkən daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi həmin Cəmiyyətin qanuni istifadəsinə keçməsinə və sözügedən torpaq sahəsinin yalnız satıla biləcəyi barədə qanunvericiliyin birbaşa göstərişlərinə baxmayaraq, cavabeh tərəfindən mülkiyyət və istifadə hüquqları kobud şəkildə pozularaq, qaydası onlara məlum olmayan üsüllarla torpaq sahəsi sahiblik və istifadəsindən qanunsuz və əsassız olaraq çıxarılmış və bununla da yuxarıda qeyd olunan Fərmanın və mülki qanunvericiliyin birbaşa göstərişlərinə əhəmiyyət verilməmişdir. 2012-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi məhkəmədə iddia qaldıraraq Masall rayon Dadva Bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** nömrəli qərarı va “Torpağın alqı-satqısına dair akt”ın etibarsiz hesab edilməsi, cavabdeh X3 (hazırki iş üzrə üçüncü şəxs X2 atası) ünvan 1 ünvandakı “xxxx” ATSC-nin yerləşdiyi torpaq sahəsindən çıxarılması və həmin ərazidə aparılmış tikililərin cavabdehin vəsaiti hesabına sökülməsini xahiş etmiş, həmin iş üzrə “xxxx” ASC üçüncü şəxs qismində işə cəlb olunmuş, Şirvan Inzibati-Iqtisadi Məhkəməsinin ## #### 2012-ci il tarixli 2-2(86)- **/**** saylı qətnaməsi ilə iddia rədd edilsə də, Əmlak Məsələləri Dövlət Komitəsi və onlar tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilərək Şirvan Inzibati-Iqtisadi Məhkəməsinin ## #### 2012-ci il tarixli *-*(**)-**/**** nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilərək Masallı rayon Dadva Bələdiyyəsinin ##.##.2005-ci il tarixli 11 sayli qərarı və Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsində ## ###### 2005-ci il tarixdə 133 nömrə ilə qeydiyyata alınmış “Torpaqların alğı-satqısına dair” akt etibarsız hesab edilmiş, cavabdeh X3 tərəfindən “xxxx” ASC-nin qanuni istifadəsində olan torpaq sahəsində aparılmış yarımçıq tikililər və daş hasar cavabdehlər Masallı rayon Masallı Bələdiyyəsi və X3 vəsaiti hesabına sökülməsi və cavabdeh X3 “xxxx” ASC-nin qanuni istifadəsində olan torpaq sahəsindən çıxarılması qət edilmişdir. Cavabdeh tərəfindən həmin qətnamədən verilən kassasiya şikayəti Ali Məhkəmənin Inzibati kollegiyasının ##.##.2013-cü il tarixli qərarı ilə təmin edilməmişdir. Sözügedən qətnamə ## ### 2016-cı il tarixdə Masallı Rayon Icra şöbəsi tərəfindən icra olunaraq qeyd olunan torpaq sahəsində aparılmış yarımçıq tikililər sökülmüş və torpaq sahəsi “xxxx” ASC-yə təhvil verilmişdir. Sözügedən məhkəmə mübahisəsi zamanı onlarla eyni mövqeydə çıxış edən və qətnamələrdən də göründüyü kimi iddiasının və apellyasiya şikayətinin də əsasını “xxxx” ASC-nin mülkiyyət və istifadə hüquqlarının müdafiəsi təşkil edən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yuxarıda qeyd olunan qətnamə icra olunduqdan bir neçə ay sonra məlumatı olmadan qanuni sahiblikdə və istifadədə olan torpaq sahəsinin bir hissəsi, əvvəlki qətnamə ilə mübahisəli əraziyə dair qanunsuz əldə edilmiş bütün hüquqlarına xitam verilmiş Fərhad Eyvazovun oğlu, hazırki iş üzrə üçüncü şəxs X2. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz təqdim edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq apellyasiya şikayətində qeyd edilmişdir ki, qanunvericilikdə mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı iddialar üzrə müddət tətbiq edilməsi nəzərdə tutulmadığı halda birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul etmişdir. Prosessual məsələlər Tərəflərə məhkəmə iclasının vaxtı barədə məlumat verilməsinə baxmayaraq, gəlməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -Cavabdeh başçısının *** №-li , ##.##.1998-ci il tarixli Sərəncamının surətindən görünür ki, Masallı şəhərində X6 tikəcəyi qazdoldurma məntəqəsi altına şəhərin Mircavad Bəy prospektindəki avtonəqliyyat müəssisəsi ilə həmsərhəd olan sahədən 800/səkkiz yüz kv.m torpaq sahəsi verilməsi qərara alınmışdır. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystridən çıxarışdan müəyyən olunur ki, Masallı şəhəri, M.Talışxanov küçəsi ünvanında 0,0033 ha torpaq sahəsinin üzərində yerləşən 30,6 kv.m qeyri-yaşayış binası ##.##.2016-cı il tarixdə 2316006481 qeydiyyat nömrəsi ilə X5 adına qeydə alınmışdır. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reeystrdən çıxarışdan müəyyən olunur ki, Masallı şəhəri, M.Talışxanov küçəsi ünvanında 0,0033 ha torpaq sahəsinin üzərində yerləşən 30,6 kv.m qeyri-yaşayış binası ##.##.2017-ci il tarixdə 2317000419 qeydiyyat nömrəsi ilə X2 adına qeydə alınmışdır. -Özəlləşdirilən müəssisə və obyektlərin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqsına dair *** №-li ##.##.2017-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Əmlak Məsələləri Dövlət Komitəsi ilə X2 arasında bağlanmış müqavilənin predmetini ##.##.2017-ci il tarixli, ********** saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən “Alıcı”nın adına qeydiyyata alınmış ünvan 3 ünvandakı qeyri-yaşayış binasının altında yerləşən, qanunvericilikə müəyyən edilmiş sənədlərə əsasən 800,0 kv.m torpaq sahəsi təşkil etmişdir. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Masallı şəhəri, M.Talışxanov küçəsi ünvanında erləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsi ##.##.2018-ci il tarixdə 2317008983 qeydiyyat nömrəsi ilə X1 adına qeydə alınmışdır. -DƏDKR publik hüquqi şəxsi * saylı Cəlilabad Ərazi Idarəsinin ##.##.2026-cı il tarixli *-**-*-**/*-****/**** saylı məktubu ilə təqdim olunmuş mütəxəsis rəyində aşağıdakılar qeyd olunmuşdur: Cavabdeh Başçısını ##.##.1999-cu il tarixli 649 /№-li sərəncamı ilə X6 maye qaz doldurma məntəqəsi üçün ayrılmış, ##.##.2017-ci il tarixli *Ə-*** nömrəli alqısatqı müqaviləsinə görə üçüncü şəxs X1 ************ reyestr nömrəli Çıxarışın 247030 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlatına istinadən mülkiyyətində olan 800 kv.m (0,08 ha) torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir; Cavabdeh başçısının ##.##.1999-cu il tarixli *** nömrəli sərəncamı ilə X7 maye qaz doldurma məntəqəsi üçün ayrılmış, ##.##.2017-ci il tarixli *Ə-*** nömrəli alqı-satqı müqaviləsinə görə üçüncü şəxs X1 ************ reyestr nömrəli Çıxarışın 247030 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına istinadən mülkiyyətində olan 800 kv.m (0,08 ha) torpaq sahəsinin Masallı şəhəri, “Nizami adına təsərrüfatın kompleks yerquruluşu layihəsinə istinadən 1999-cu ildə hüquqi statusu-dövlət mülkiyyəti, kateqoriyası-yaşayış məntəqələri torpaqları, uqodiyası-təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar, əmlak növü-qeyri yaşayış binası altında və ətrafında yerləşən torpaq sahəsi, təyinatı müəssisələrin, təşkilatların və idarələrin istifadəsində olan statusu-xüsusi mülkiyyət, kateqoriyası-yaşayış məntəqələri torpaqları, uqodiyası-tikinti altındda olan torpaqlar, növü torpaq sahəsi, təyinatı-sahibkarlıq məqsədli torpaq sahəsi olduğu müəyyən edildi; Cavabdeh başçısının ##.##.1999-cu il tarixli *** №-li sərəncamı ilə X6 maye qaz doldurma məntəqəsi üçün ayrılmış, ##.##.2017-ci il tarixli *Ə-*** nömrəli alqı-satqı müqaviləsinə görə üçüncü şəxs X1 ************ reyestr nömrəli Çıxarışın 247030 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına istinadən mülkiyyətində olan 800 kv.m (0,088 ha) torpaq sahəsinin sənəd üzrə naturada yerləşmə vəziyyəti ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluğun olmadığı müəyyən edildi; Cavabdeh başçısının ##.##.1999-cu il tarixli *** №-li sərəncamı ilə X6 maye qaz doldurma məntəqəsi üçün ayrılmış, ##.##.2017-ci il tarixli *Ə-*** nömrəli alqı-satqı müqaviləsinə görə üçüncü şəxs X1 mülkiyyətində olan 800 kv.m (0,08 ha) torepaq sahəsinin təyinatına uyğun üçüncü şəxs X1 istifadəsində olduğu müəyyən edildi; Cavabdeh Başçısının ##.##.1999-cu il tarixli *** №-li sərəncamı ilə X5 maye qaz doldurma məntəqəsi üçün ayrılmış, ##.##.2017-ci il tarixli *Ə-*** nömrəli alqı-satqı müqaviləsinə görə üçüncü şəxs X1 mülkiyyətində olan 800 kv.m (0,08 ha) torpaq sahəsinin koordinatlarının Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatında üçüncü şəxslərin qanuni istifadəsində olan (hüquqları dövlət reyestrində qeydiyyata alınmış) torpaq sahəsi ilə üst üstə düşmədiyi müəyyən olundu. Məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, iddiaçının subyektiv hüququnun pozulmaması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının hazırki iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi halının mövcud olmasıdır. Başqa sözlə, hazırki iddianı qaldırmaqda iddiaçının hüquqi marağı o vaxt olacaqdır ki, inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktla ayrılmış torpaq sahəsinin koordinatları (sərhədləri) iddiaçının qanuni sahibliyində olan torpaq sahəsinin üzərinə düşsün. Yuxarıda qeyd edilən mütəxəssis rəyindən isə görünür ki, mübahisələndirilən torpaq sahəsinin iddiaçı ilə bağlılığı yoxdur. Bu hal iddiaçının cavabdeh inzibati orqanın müvafiq qərarını mübahisələndirmək hüququnu istisna edir. Bununla yanaşı, apellyasiya şikayətinin inzibati aktdan şikayət verilməsi üzrə müddətin tətbiqi ilə bağlı dəlillərinə və bu xüsusat üzrə birinci instansiya məhkəməsinin sərgilədiyi mövqeyə münasibətdə qeyd olunur ki, birinci instansiya məhkəməsi iddianın mümkünlük şərtlərinə eyni zamanda həm müddətlə bağlı, həm də subyektiv hüququnun mövcudluğu üzrə paralel qiymət verməklə, iki əsas üzrə iddianı mümkünsüz hesab etməkdə haqlı olmamışdır. Belə ki, konkret halda hazırki iş üzrə ilkin olaraq iddiaçının bu iddianı qaldırmaqla bağlı subyektiv hüququnun mövcud olması məsələsinə, bu hüququn mövcudluğu halında müddətin ötürülüb-ötürülməməsi məsələsinə qiymət verilə bilərdi. Başqa sözlə, iddia qaldırmaqla bağlı hüquqa malik olmayan şəxsin qanunla müəyyən edilmiş müddətə əməl edib-etməməsinin yoxlanılması hər-hansı hüquqi nəticə doğura bilməz. Buna baxmayaraq, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mümkünlük şərtlərinin yoxlanılması ardıcıllığına riayət edilməməsi mahiyyət etibarilə barəsində şikayət verilmiş qərardadın tamamilə qanunsuz olması qənaətinə gəlmək üçün kifayət etmir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-318/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-318/2026
09.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver