Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-323/2026 23.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X5 (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, Iddiaçının nümayəndəsi X4 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Salyan rayonu Cavabdeh ##.##.2005-ci il tarixli, *** saylı qərarının və tərəflər arasında bağlanmış ##.##.2005-ci il tarixli Torpaqların alqı-satqısına dair aktın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Işin halları: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı-Astara magistral yolunun Kürkənd kəndinə gedən yolun cənubunda yerləşən 1500 kv.m torpaq sahəsinə dair Salyan rayonu Cavabdeh ##.##.2005-ci il tarixli, *** saylı qərarının və tərəflər arasında bağlanmış ##.##.2005-ci il tarixli Torpaqların alqısatqısına dair Aktın etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə X1 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmə iclası zamanı üçüncü şəxs X1 ## ###### 2023- cü il tarixdə öldüyü müəyyən olunmuş, onun oğlu Hüquqi varis isə mərhum atasının (üçüncü şəxsin) prosessual hüquq varisi olaraq tanınmasını xahiş etdiyindən Hüquqi varis onun prosessual hüquq varisi qismində tanınmışdır. Məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə iddia tələbi “tərəflər arasında bağlanmış ##.##.2005-ci il tarixli Torpaqların alqı-satqısına dair Aktın etibarsız hesab edilməsi” hissədə mümkün sayılmamışdır. Iddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, vətəndaş X1 müraciəti əsasında Cavabdeh ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı ilə Bakı-Astara magistral yolunun Kürkənd kəndinə gedən yolun cənubunda yerləşən 1500 kv.m torpaq sahəsi vətəndaş X1 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Salyan rayonu Cavabdeh ilə alıcı X1 arasında ##.##.2005-ci il tarixdə həmin torpaq sahəsinin alqı satqısına dair akt tərtib edilmişdir. Daha sonra sözügedən torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-**** saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Aşağıdakı səbəblərdən Salyan rayon Cavabdeh ##.##.2005-ci il tarixli, *** nömrəli qərarının və tərəflər arasında bağlanmış Torpaqların alqı-satqısına dair aktın etibarsız hesab edilməsini zəruri hesab edirlər. Aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətində mövcud olan torpaq sahələrinin elektron kadastr məlumatlarına əsasən X1 1500 kv.m torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olan torpaq sahəsidir. Həmin əmlak 275000 registr nömrəsi ilə dövlət əmlakının Registrində qeydiyyata alınmış və baş plan tərtib edilmişdir (Registrdən çıxarış əlavə edilir). Belə ki, qeyd olunan torpaq sahəsi ilkin olaraq Salyan Rayon Icra Hakimiyyəti Başçısının ## ####### 1998-ci il tarixli, *** nömrəli sərəncamı ilə maye-qaz doldurma məntəqəsinin tikintisi məqsədilə “xxxx” firmasının istifdəsinə ayrılmış, sonradan “xxxx” firması ilə cavabdehin mərhum atası X1 arasında bağlanmış müqaviləyə əsasən torpaq sahəsi üzərində hüquqlar Vahib Quliyevə ötürülmüşdür. Göründüyü kimi, Cavabdeh öz səlahiyyətlərindən kənara çıxaraq dövlət mülkiyyətində olan torpaq sahəsini fiziki şəxsə satmışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasında bələdiyyələr 2000-ci ildən fəaliyyətə başlamışdır, mübahisə predmeti olaraq torpaq sahəsi 1998-ci il tarixində müvafiq dövlət aktı əsasında maye-qaz doldurma məntəqəsinin tikintisi məqsədilə ayrıldığı halda, mübahisələndirilən bələdiyyə qərarı isə 2005-ci il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ##.##.1999-cu il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. Fiziki və ya hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş müəssisə və ya obyektlərin yerləşdiyi, dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi və özəlləşdirilməsi səlahiyyəti Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur və qeyd edilən torpaq sahəsi Xidmətin təklifi əsasında müəssisə və ya obyektin mülkiyyətçisi tərəfindən ya satın alınmalı, ya da Xidmətlə satınalma hüququ ilə icarə müqaviləsi bağlanılmalıdır. Bu səbəbdən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq, Salyan rayon Cavabdeh ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı və tərəflər arasında bağlanmış ##.##.2005-ci il tarixli Torpaqların alqı-satqısına dair akt əsasında mübahisəli torpaq sahəsi ilə bağlı hər hansı hüquqların qeydə alınası qeyri-mümkün olduğundan, etibarsız inzibati akt sayılmalıdır. Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə (hakim Fehruz Abbasov) ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək iş üzrə qəbul edilmiş Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlliləri: Iddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, konstitusiya və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların tam, hərtərəfli və obyektiv araşdırılması işə baxan məhkəmənin xidməti vəzifəsi olduğu halda, birinci instansiyası məhkəmələri iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan halları, sübutları araşdırmadan və nəzərə almaqdan imtina edərək, özünün formal mülahizəsi əsasında X1 Cavabdeh ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı əsasında ona satılmış Bakı-Astara magistral yolunun Kürkənd kəndinə gedən yolun cənubunda yerləşən 1500 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnu qanuni əsaslarla əldə etdiyini qeyd etmişdir. Işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Inzibati Prosessual Məcəllənin 36-cı maddəsinin tələblərinə uyğun olaraq hazırkı iddianı qaldırmaqda məqsədi mübahisələndirilən qərarın qəbulu nəticəsində dövlətin subyektiv hüququna (mülkiyyət hüququna) müdaxilə edildiyini və qanunvericiliyə əsasən qeyd olunan torpaq sahəsi ilə bağlı sərəncam vermək səlahiyyətinin iddiaçıya məxsus olduğunu, Cavabdeh tərəfindən qəbul edilmiş qərarın iddianın predmeti olan torpaq sahəsi üzərində hüquqların qeydiyyatı ilə bağlı hər hansı hüquqi nəticəyə səbəb ola bilməyəcəyini sübut etməkdən ibarət olmuşdur. Bu baxımdan işin faktiki halları ilə mübahisə predmeti olan torpaq sahəsinin ilkin olaraq Salyan Rayon Icra Hakimiyyəti Başçısıtərəfindən ayrıldığı halda, birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinə dair Salyan rayonu Salyan bələdiyyə sədrinin sərəncam vermək hüququnun hansı əsaslardan (subyektiv hüquq) yaranmasını araşdırmamış, bununla da dövlətin konstitusiya ilə qorunan mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Eyni zamanda nəzərə alınmalıdır ki, məhkəmə araşdırması zamanı Salyan rayonu Cavabdeh tərəfindən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mübahisə predmeti olan torpaq sahəsinin bələdiyyə mülkiyyətinə ayrılması barədə hər hansı dövlət aktı və digər müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. Həmçinin Cavabdeh ayrılmış torpaq sahələri barədə xəritə məhkəmə tərəfindən araşdırılmamışdır. Mübahisələndirilən torpaq sahəsi Salyan rayonu Cavabdeh tərəfindən satılarkən ilk öncə bələdiyyə tərəfindən həmin torpaq sahəsinə dair çıxarış əldə edilməli idi (koordinatlar göstərilməklə). Iddiaçı İddiaçı Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)- ****/**** saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(*-*)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ### 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağıdıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır». Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Birinci instansiya məhkəməsi iddianı rədd edərək mövqeyini onunla əsaslandırmışdır ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1ci maddəsinə əsasən hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt etibarsız sayılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmayaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. Iddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Bu baxımdan hazırkı iddia tələbi üzrə ilkin olaraq iddiaçının subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmadığı aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli ## ##### 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə, işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Işdə olan ##.##.1998-ci il tarixli, *** nömrəli sərəncamdan çıxarışın surətindən, ## ###### 1999-cu il tarixli, * nömrəli məktubdan, iyul 1999-cu il tarixə tərtib edilmiş texniki pasportdan görünür ki, Salyan Rayon Icra Hakimiyyəti başçısının ##.##.1998-ci il tarixli, *** nömrəli sərəncamı ilə “xxxx” firmasına maye-qaz yanacaqdoldurma məntəqəsinin tikintisi üçün Salyan şəhərinin * №-li SMD-yə Bakı-Astara magistral yolundan ayrılan yolun cənub hissəsindən, yoldan 40 metr qərbdə yük avtostansiyasının hasarına bitişik 30x50 (1500 kv.m.) ölçüdə torpaq sahəsi ayrılmış, maye-qaz yanacaqdoldurma məntəqəsinin tikintisi ## ###### 1999-cu il tarixdə başa çatmış, həmin qeyri-yaşayış binasının texniki pasportu tərtib olunmuş, sözügedən daşınmaz əmlakın sənədləşdiriməsi üçün “xxxx” firması ## ###### 1999-cu il tarixdə X2 Inventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı Idarəsinə müraciət etmişdir. Işdə olan notarial qaydada təsdiq olunmuş ## ####### 1999-cu il tarixli müqavilədən görünür ki, “xxxx” firmasının direktoru Etibar Ağalarov alqı-satqı müqaviləsi əsasnda firmanı X1, həmçinin həmin müqaviləyə əsasən torpaq sahəsi üzərində hüquqlar Vahib Quliyevə ötürülmüşdür. Işdə olan ## ###### 1999-cu il tarixli, *** nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, “xxxx” firmasının məxsus olmuş mayeqaz yanacaqdoldurma məntəqəsi mülkiyyət hüququ əsasında X1 adına dövlət qeydiyyatına alınmışdır. Işdə olan Azərbaycan Respublikası Dövlət Arxivi Salyan filialının məhkəməyə ünvanladığı ## ##### 2025-ci il tarixli, 3-48 DA/*F-*-***/**** nömrəli arxiv çıxarışından və ona əlavə edilmiş sənədlərdən görünür ki, X1 maye-qaz yanacaqdoldurma məntəqəsinin tikintisi altına verilmiş 1500 kv.m torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə ərizə ilə Salyan rayonu Cavabdeh müraciət etmiş, Cavabdeh DT və XK Salyan rayon şöbəsinin, Salyan rayonunun baş memarının iş materiallarında olan rəylərini və digər sənədləri nəzərə alaraq ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı əsasında Bakı-Astara magistral yolunun Kürkənd kəndinə gedən yolun cənubunda yerləşən 1500 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə X1 mülkiyyətinə satmış, bu barədə Cavabdeh ilə alıcı X1 arasında ##.##.2005-ci il tarixdə həmin torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmiş, daha sonra sözügedən torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-**** saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı Cavabdeh ##.##.2005-ci il tarixli, *** saylı qərarının etibarsızlığı ifadə edilməsinə baxmayaraq əslində qərarın ləğvinə yönəlmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Cavabdeh ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı və ## ####### 2005-ci il tarixli alqı-satqı aktı ilə maye-qaz yanacaqdoldurma məntəqəsi tikintisi məqsədilə 0.15 ha torpaq sahəsi mərhum X1 ayrılmışdır. Işdə olan sənədlərdən görünür ki, Hüquqi varis tərəfindən Şirvan Inzibati Məhkəməsinə müraciət edilərək sözügedən 0.15 ha torpaq sahəsinə mülkiyyət hüququnun atasına məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDKR PHŞ-nin üzərinə qoyulması xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Qərarda Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə istinad edilərək bildirilmişdir ki, Salyan rayonu Cavabdeh ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı və “Torpağa mülkiyyət hüququna dair” JN-0077, KOD ******** nömrəli dövlət aktına əsasən mübahisəli torpaq sahəsi ayrılan zaman, yəni 2005-ci ildə Cavabdeh mülkiyyətində olmuşdur (bax İ cild, vər.182).Həmin qərardan verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Nəticə etibarı ilə qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən müəyyən edilir ki, hazırda mübahisələndirilən torpaq sahəsi V.Quliyevə ayrıldığı zaman Cavabdeh mülkiyyətində olmuşdur. Yəni,hazırda iddiaçı mülkiyyətində olmamış torpaq sahəsinin üçüncü şəxsə ayrılmasına dair bələdiyyə aktını mübahisələndirir ki, bu iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Iddia ərizəsində və apellyasiya şikayətində cavabdehin faktiki xarakterli hərəkətlərinin və yaxud qərarının qanunsuz olduğuna dair dəlillər o halda iddianın mahiyyəti üzrə həllinə səbəb ola bilərdi ki, həmin hərəkətlər iddiaçının hüququna müdaxilə etmiş olsun. Hazırkı halda, mübahisəli torpaq sahəsi şəxsə ayrılan zaman iddiaçının mülkiyyətində olmadığından, iddiaçı hazırkı məzmunda hüquqlarının pozulduğunu iddia edə bilməz. Bu baxımdan məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa məhkəmə kollegiyası iddiaçının mübahisələndirdiyi Cavabdeh ##.##.2005-ci il tarixli, *** nömrəli qərarına münasibətdə onu qeyd etməyi zəruri hesab edir ki, formalaşmış məhkəmə təcrübəsinə görə, Inzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisələndirilən sərəncamın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin XXVII fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, # ###### 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti # ###### 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də sözügedən aktları mübahisələndirə bilməzlər. Belə ki, Inzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, inzibati orqanların # ###### 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbləri baxımından iddiaçı Mülki Prosessual Məcəlləsinin ## ###### 2011-ci il tarixədək qüvvədə olmuş 298-ci maddəsinin tələblərinə görə hüquq və azadlıqlarının pozulduğu barədə onlara məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idilər. Buna görə, iddiaçı hüquqlarını pozduğunu iddia etdiyi Cavabdeh ##.##.2005-ci il tarixli, *** nömrəli qərarını ona məlum olduğu gündən 1 ay müddətində məhkəmədə mübahisələndirə bilərdi. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə # #### 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019cu il * nömrəli bülletenində (11-ci səhvənin sonuncu abzasında) öz əksini tapmış hüquqi mövqedə qeyd olunmuşdur ki: “Inzibati orqanların # ###### 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Məhkəmə kollegiyası Hüquqi varis işə cəlb edilməsi statusuna dair qeyd edir ki, X1 iddia ərizəsi məhkəmənin icraatına daxil olduğu zaman artıq vəfat etmişdir.Bu səbəbdən də onun oğlu Hüquqi varis mərhum atasının prosessual hüquq varisi olaraq deyil, üçüncü şəxs qismində işə cəlb edilməli idi.Hazırkı vəziyyətdə məhkəmə işə Hüquqi varis cəlb edilmiş olmasını prosessual qənaət prinsipi baxımından nəzərə alır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilir. Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı ləğv edilir. Iddia mümkün sayılmır. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(3-9)-323/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-323/2026
23.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver