Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-324/2026 11.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğvi və əlilliyin bərpa olunması) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və X3 ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi X1rşı “qərarın ləğv edilməsi və əlilliyin bərpa olunması” barədə tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) ##.##.2021-cu il tarixdə X11 XVII Sinif –Anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqları=> Q65-Q79- Sümük-əzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları (inkişaf qüsurlar), Diaqnozun mətni: Q65.8 Budun digər anadangəlmə deformasiyaları, sağ asetabulumun displaziyası, anadangəlmə “Çoxa-vara”, Ağırlaşmalar: M16.9-Dəqiqləşdirilməmiş koksatroz. Sağ bud sümüyü başının deformasiyası, boyun diafizor bucağının azalması, displastik koksatroz, M24.5- Oynaqların kontrakturası. Oynaqda yaxınlaşdırıcı, bükücü kontraktura, R26.8- Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, dayaq hərəkət funksiyasının pozulması, R52.2- Digər daimi ağrı, sağ aşağı ətrafda daimi ağrı sindromu, M62.5- Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, ətrafda əzələ atrofiyası, Q72.4-Bud sümüyünün qısalması, sağ aşağı ətrafın 7.0 sm qısalığı, Meyar: 2.3 Üçüncü dərəcə əlillik=> 2.5.9. bir bud-çanaq oynağının anadangəlmə və ya qazanılmış çıxığı, aşağı ətraf funksiyasınımn nəzərəçarpan dərəcədə pozuntusu (Q65.0,M16.3,M16.5) xəstəliyinə görə müddətsiz ümumi xəstəlik səbəbindən üçüncü dərəcəli ilkin əlillik təyin edilmişdir. X2 ərizə ilə müraciət edərək, şəffaflığın təmin edilməsi məqsədi ilə müəyyən şəxslərin əlillikləri barədə məlumatların araşdırılmasını xahiş etmiş və həmin şəxslərdən biri də İddiaçı olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli bildirişdə qeyd edilmişdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə Tibbi-sosial ekspertiza komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. ...Siz ##.##.2025-ci il tarixdə saat 14:00-da əyani müayinəyə dəvət olunursunuz.” Tibbi-sosial ekspert komissiyasının ## ###### 2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarında qeyd edilmişdir ki, “...Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X14 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 15 nəfərə dair ##.##.2025-ci il tarixə əyani müayinəyə çağırılmaları haqqında ünvanlarına sifarişli xəbərnaməli məktub göndərilmişdir. Aparılan araşdırmalar çərçivəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən bu vətəndaşlardan 6 nəfər və digər tarixdə komissiyaya dəvət edilmiş, lakin ##.##.2025-ci il tarixdə komissiyada iştirak etmiş 1 nəfər vətəndaşın əyani müayinəsi həyata keçirilmiş, mövcud sənədləri araşdırılmış, 9 nəfər vətəndaş əyani müayinəyə gəlmədiyindən tibbi-ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatları araşdırılmış, daha əvvəlki tarixdə komissiyada iştirak edərək müayinə edilmiş, ##.##.2025-ci il tarixədək müayinə sənədinin təqdim edilməsi gözlənilmiş daha 1 nəfər vətəndaş da daxil olmaqla ümumilikdə 17 nəfər barəsində aşağıdakıları müəyyən etmişdir:
9. Masallı rayon sakini ##.##.1977-ci il təvəllüdlü İddiaçı (FİN:*******) dair Masallı Rayon Mərkəzi Xəstəxanasının *******AAU*D nömrəli göndərişi Tibbi-sosial ekspert komissiyası tərəfindən ##.##.2021-ci il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.9 bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Göndərişdə qeyd edilən diaqnoz “Sağ asetabulumun displaziyası. Anadangəlmə “Çoxavara”. Sağ bud sümüyü basının deformasiyası, boyun diafizar bucağının azalması. Displastik koksartroz. Oynaqda yaxınlaşdırıcı, bükücü kontraktura. Dayaq hərəkət funksiyasının pozulması. Sağ aşağı ətrafda daimi ağrı sindromu. Ətrafda əzələ atrofiyası. Bud sümüyünün qısalması. Sağ aşağı ətrafın 7.0 sm qısalığı.” olmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş *-**-*/*-S-***/**** nömrəli məktub əsasında ##.##.2025ci il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Müayinə zamanı vətəndaş ayağında ağrıdan və yerişin pozulmasından şikayəti olduğunu bildirmiş, bəzi müayinə və müalicə sənədlərini təqdim etmişdir. Təqdim edilmiş sənədlər arasında Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun ##.##.2019-cu il tarixli ****/**** nömrəli arayışında diaqnoz “Sağ asetabulumun yüngül dərəcəli displaziyası. Sağ bud sümüyünün başının deformasiyası, boynun qısalması, boynun diafizar bucağının azalması-anadangəlmə “Coxa- vara”, bud sümüyünün orta üçdə birinin varus deformasiyası, sağ aşağı ətrafın 7 sm qısalığı, əzələ atrofiyası ilə” kimi qeyd edilmişdir. ##.##.2025 ci il tarixində DTSERA-da həkim-ekspertlər tərəfindən komissiya şəraitində əyani müayinə aparılmış, həkim-travmatoloq müayinəsi nəticəsində rəyi “Hər iki aşağı ətrafı simmetrik inkişaf etmiş, əzələlərin inkişafı hər iki aşağı ətrafda normal izlənilmişdir. Sağ aşağı ətrafında 2 sm qısalıq, sağ bud nahiyəsində 2 sm atrofiya qeyd olunur. Vətəndaşın vəziyyəti əlillik səviyyəsində qiymətləndirilmir.” kimi qeyd edilmişdir. Anamnestik məlumatlar və əyani müayinə nəticələrinə əsasən hazırda vətəndaşda xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları aşkar edilmədiyindən, Tibbi-sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, ##.##.2025-ci il tarixindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edilsin.” Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “...Siz ##.##.2025-ci il taxində Agentliyə (Ünvanı Baki şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç. 134) əyani müayinəyə dəvət olunmusunuz. Barənizdə ##.##.2025-ci il tarixindn “Diaqnozun əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edilərək, qüvvədə olan əlilliyiniz ləğv edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-73-cü maddələrinə əsasən barənizdə qəbul edilən qərardan 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə şikayət vermək hüququna maliksiniz. Qeyd: Qərarın mətni ilə e-sosial.az portalından öz şəxsi kabinetiniz vasitəsi ilə tanış ola bilərsiniz.” “xxxx” X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli T***/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “...1977-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir:
1. Vətəndaş İddiaçı adına “Masallı Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən tərtib edilmiş ##.##.2021-ci il tarixli *******AAU** saylı Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: Q65.8-budun digər anadangəlmə deformasiyaları, sağ asetabulumun displaziyası, anadangəlmə “Çoxa-vara”. Ağırlaşmalar: M24.5-Oynaqların kontrakturası, oynaq yaxınlaşdırıcı-bükücü kontraktura, M 16.9- Dəqiqləşdirilməmiş koksartroz, sağ bud sümüyü başının deformasiyası, boyun diafiazar bucağının azalması, displastik koksartroz, R26.8- Hərəkətin və yerişin digər dəqiqləşdirilməmiş pozulmaları, dayaq-hərəkət funksiyasının pozulması, R52.2-Digər daimi ağrı, sağ aşağı ətrafda daimi ağrı sindromu, M62.5- Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, ətrafda əzələ atrofiyası” diaqnoz xəstənin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu, səmərəliliyi qənaətbəxş olmuşdur. ...
3. Vətəndaş İddiaçı adına “Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitut”undan təqdim edilmiş ##.##.2025-ci il tarixli ********** saylı arayışdan görünür ki, aparılmış müayinələrdən sonra komissiya tərəfindən ona “Sağ asetabulumun anadangəlmə displaziyası” diaqnozu müəyyən edilmişdir. Sağ bud sümüyünün böyük burma və başın deformasiyası, boyunun qısalması, boyun-diafizar bucağın azalması-anadangəlmə “Çoxa vara”, sağ bud sümüyünün orta 1/3-nin varus deformasiyası, sağ aşağı ətrafın 7 sm qısalığı, əzələ atrofiyası, sol bud sümüyünün proksimal ucunun varus deformasiyası, bel fəqərələrinin spondilyozu, osteoxondrozu, kökcük ağrıları, yerişin çətinləşməsi-axsama-Q68.3, Q65.8, Q72.4, M62.5, M21.7, M21.1, M42, M43, G54.1, R26.8”diaqnozu müəyyənedilmişdir. Forma 88 göndərişində qeyd edilmiş diaqnoz hazırda özünü yuxarıdakı şəkildə biruzə verir. Diaqnoz aparılan müayinələrin nəticələri əsasında əldə olunduğundan onunla əlaqədar hazırda əlavə müalicəsinə (bərpa müalicəsini davam etdirməyə) zərurət yoxdur.”
Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə:
İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Tibbi-sosial ekpsert komissiyasının ##.##.2025-ci il tarixli *******0004 nömrəli qərarının ləğv edilməsi və müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona ##.##.2021-ci il tarixdə üçüncü dərəcəli müddətsiz əllilik təyin olunmuşdur. Belə ki, bud sümüyünün qısalması, budun anadangəlmə deformasiyası, sağ asetbulumun displaziyası, hərəkətin və yerişin digər dəqiqləşdirilməmiş pozulmaları, oynaqların kontrakturası, sağ aşağı ətrafın 7.0 sm qısalması və digər yanaşı xəstəliklərindən əziyyət çəkir. Hazırda sağalmamış və həmin xəstəlikləri daha da ağırlaşmışdır. Buna baxmayaraq, ##.##.2025-ci il tarixdə onun əlillik dərəcəsi yenidən qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə müddətsiz əlilliyi ləğv edilmişdir.
Cavabdehin etirazları:
Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Masallı Rayon Mərkəzi Xəstəxanasının ##.##.2021-ci tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni Q65.8 Budun digər anadangəlmə deformasiyları, Sağ əsetabulumun displaziyası.Anadangəlmə “Çoxa-vara”, Ağırlaşma M16.9 Dəqiqləşdirilməmiş koksartroz, sağ bud sümüyü başının deformasiyası, boyun diafizor bucağının azalması. Displastik koksartroz. Ağırlaşmalar: M24.5 Oynaqların kontrakturası, oynaqda yaxınlaşdırıcı, bükücü kontraktura. R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, dayaq hərəkət funksiyasının pozulması. R52.2 Digər daimi izn, sağ aşağı ətrafda daimi ağrı sindromu. M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, ətrafda əzələ atrofiyası. Q72.4 Bud sümüyünün qısalması, sağ aşağı ətrafın ~.0 sm qısalığı. Məzkəzə göndərilmənin imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi- Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilmiş, Tibbi-sosial ekspert komissiyasının ##.##.2025-ci il tarixli *******0004 nömrəli qərarı ləğv edilmiş, iddiaçıya ##.##.2021-ci il tarixdə təyin edilmiş ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcəli müddətsiz əlilliyin dayandırıldığı vaxtdan bərpa olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, hər hansı bir diaqnozun klinik təsdiqi faktı, qüvvədə olan qanunvericiliyin tələbləri çərçivəsində şəxsə əlillik dərəcəsinin təyin edilməsi üçün birbaşa və mütləq hüquqi əsas formalaşdırmır. Maddi hüquq normalarının mahiyyətinə görə, əlillik təyinatı patologiyanın nomenklatur (ad) təsdiqinə deyil, həmin xəstəliyin orqanizmdə yaratdığı davamlı funksional pozuntuların və ağırlaşmaların dərəcəsinə əsaslanır. Başqa sözlə, tibbi diaqnoz şəxsin xəstəlik vəziyyətini müəyyən etdiyi halda sosial-ekspertiza meyarları həmin vəziyyətin şəxsin həyat fəaliyyətini nə dərəcədə məhdudlaşdırdığını qiymətləndirir .
Apellyasiya şikayətinə etiraz:
Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
“İnzibati icraat haqqında” Qanun: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. ...
Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilməli və iddia təmin edilməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı müddətsiz əlilliyin təyinininə əsas olmuş xəstəlikdən hal-hazırda da əziyyət çəkir. Bundan başqa, etimad hüququna, qanunsuz inzibati aktın 1 il ərzində ləğv edilə bilməsi ilə bağlı müddətdə toxunulmuşdur. İşin hallarından müəyyən edildi ki, İddiaçı ##.##.2021-cu il tarixdə X11 XVII Sinif –Anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqları=> Q65-Q79-Sümük-əzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları (inkişaf qüsurlar), Diaqnozun mətni: Q65.8 Budun digər anadangəlmə deformasiyaları, sağ asetabulumun displaziyası, anadangəlmə “Çoxa-vara”, Ağırlaşmalar: M16.9-Dəqiqləşdirilməmiş koksatroz. Sağ bud sümüyü başının deformasiyası, boyun diafizor bucağının azalması, displastik koksatroz, M24.5- Oynaqların kontrakturası. Oynaqda yaxınlaşdırıcı, bükücü kontraktura, R26.8-Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, dayaq hərəkət funksiyasının pozulması, R52.2- Digər daimi ağrı, sağ aşağı ətrafda daimi ağrı sindromu, M62.5- Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, ətrafda əzələ atrofiyası, Q72.4-Bud sümüyünün qısalması, sağ aşağı ətrafın 7.0 sm qısalığı, Meyar: 2.3 Üçüncü dərəcə əlillik=> 2.5.9. bir bud-çanaq oynağının anadangəlmə və ya qazanılmış çıxığı, aşağı ətraf funksiyasınımn nəzərəçarpan dərəcədə pozuntusu (Q65.0,M16.3,M16.5) xəstəliyinə görə müddətsiz ümumi xəstəlik səbəbindən üçüncü dərəcəli ilkin əlillik təyin edilmişdir. X2 adlı şəxs şəffaflığın təmin edilməsi məqsədi ilə ayrı-ayrı şəxslərin əlilliklərinin yoxlanılması ilə bağlı Agentliyə müraciət etmiş və həmin şəxslərdən biri biri də İddiaçı olmuşdur. Bundan sonra cavabdeh vətəndaşın müraciətini “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinadla müddətsiz əlillik qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübut hesab etmiş və iddiaçını əyani müayinəyə cəlb etmişdir. İddiaçı ##.##.2025-ci il tarixdə əyani müayinə olunmuş və Tibbi-sosial ekspert komissiyasının ## ###### 2025-ci il tarixli *-**-*/*-*- ****/**** nömrəli qərarı ilə barəsində ##.##.2025-ci il tarixindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edilmiş, qərar elektron sistemə ##.##.2025-ci il tarixdə daxil edilmiş, iddiaçıya qərar barədə ##.##.2025-ci il tarixdə məlumat verilmiş, iddiaçı ##.##.2025-ci il tarixdə iddia ərizəsi ilə (poçt vasitəsi ilə) məhkəməyə müraciət etmişdir. “xxxx” X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli T***/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “...1977-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir:
1. Vətəndaş İddiaçı adına “Masallı Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən tərtib edilmiş ##.##.2021-ci il tarixli *******AAU** saylı Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: Q65.8-budun digər anadangəlmə deformasiyaları, sağ asetabulumun displaziyası, anadangəlmə “Çoxa-vara”. Ağırlaşmalar: M24.5-Oynaqların kontrakturası, oynaq yaxınlaşdırıcı-bükücü kontraktura, M 16.9- Dəqiqləşdirilməmiş koksartroz, sağ bud sümüyü başının deformasiyası, boyun diafiazar bucağının azalması, displastik koksartroz, R26.8- Hərəkətin və yerişin digər dəqiqləşdirilməmiş pozulmaları, dayaq-hərəkət funksiyasının pozulması, R52.2-Digər daimi ağrı, sağ aşağı ətrafda daimi ağrı sindromu, M62.5- Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, ətrafda əzələ atrofiyası” diaqnoz xəstənin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu, səmərəliliyi qənaətbəxş olmuşdur. ...
3. Vətəndaş İddiaçı adına “Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitut”undan təqdim edilmiş ##.##.2025-ci il tarixli ********** saylı arayışdan görünür ki, aparılmış müayinələrdən sonra komissiya tərəfindən ona “Sağ asetabulumun anadangəlmə displaziyası” diaqnozu müəyyən edilmişdir. Sağ bud sümüyünün böyük burma və başın deformasiyası, boyunun qısalması, boyun-diafizar bucağın azalması-anadangəlmə “Çoxa vara”, sağ bud sümüyünün orta 1/3-nin varus deformasiyası, sağ aşağı ətrafın 7 sm qısalığı, əzələ atrofiyası, sol bud sümüyünün proksimal ucunun varus deformasiyası, bel fəqərələrinin spondilyozu, osteoxondrozu, kökcük ağrıları, yerişin çətinləşməsi-axsama-Q68.3, Q65.8, Q72.4, M62.5, M21.7, M21.1, M42, M43, G54.1, R26.8”diaqnozu müəyyənedilmişdir. Forma 88 göndərişində qeyd edilmiş diaqnoz hazırda özünü yuxarıdakı şəkildə biruzə verir. Diaqnoz aparılan müayinələrin nəticələri əsasında əldə olunduğundan onunla əlaqədar hazırda əlavə müalicəsinə (bərpa müalicəsini davam etdirməyə) zərurət yoxdur.” Kollegiya ilk növbədə iddia müddəti ilə bağlı xüsusi mümkünlük şərtinə münasibətdə bildirir ki, mübahisələndirilən qərar iddiaçıya poçt xidməti vasitəsi ilə göndərilmiş və işdə olan xəbərnamədən (səh.34) görünür ki, ##.##.2025-ci ildə təqdim edilmiş, iddiaçı ##.##.2025-ci il tarixdə iddia ərizəsi ilə (poçt vasitəsi ilə) məhkəməyə müraciət etmişdir. İddia mümkün iddiadır. Mübahisə üzrə ilk növbədə fərqləndirilməli olan məsələ ondan ibarətdir ki, inzibati orqan istənilən vaxt heç bir sübut olmadan yalnız hər hansı bir şəxsin “istənilən əlil şəxs barəsində əlillik dərəcəsinin yoxlanılması ilə bağlı müraciəti əsasında” əlillik təyinatı ilə bağlı icraatı təzələyə bilərmi? Bu məsələyə münasibətdə bildirilir ki, müddətsiz əlillik təyinatı ilə bağlı qərarın inzibati orqan tərəfindən qanunsuz əlverişli inzibati akt və ya qanuni əlverişli inzibati akt kimi qiymətləndirilməsindən asılı olmayaraq, müddətsiz əlillik təyinatı ilə bağlı icraatın təzələnməsi üçün yalnız əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında (qanunsuz əlverişli inzibati akt) və ya yeni yaranmış faktiki hallar ilə bağlı (qanuni əlverişli inzibati akt) icraat başlana bilər. Bu hüququn təməl prinsiplərindən (qanunçuluq prinsipi) irəli gəlir. Yoxsa, inzibati orqan ümumi şəkildə “risk qrupu” adı altında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə istinad edərək istənilən vaxt müddətsiz əlillik təyinatı ilə bağlı icraatı təzələyə bilməz. Mübahisə üzrə cavabdeh tərəfindən inzibati icraatın təzələnməsinə səbəb ola biləcək hər hansı bir əsaslı sübut təqdim edilməmiş, digər bir vətəndaşın iddiaçının əlillik dərəcəsinin yoxlanılması ilə bağlı müraciətinin müddətsiz əlillik ilə bağlı icraatın təzələnməsinə əsas ola biləcək halı sübut edə bilməmişdir. Mübahisə üzrə ikinci məsələ ondan ibarətdir ki, inzibati orqan müddətsiz əlillik təyinatı ilə bağlı özünün əvvəlki qərarını qanunsuz, yoxsa qanuni əlverişli inzibati akt kimi ləğv etmişdir. Bu məsələnin araşdırılması zamanı müəyyən edilmişdir ki, inzibati orqan iddiaçı barəsində ## ###### 2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarı ilə ##.##.2025-ci il tarixindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” qərarı qəbul etmişdir. Bu qərarın təhlili onu deməyə əsas veririr ki, inzibati orqan eyni diaqnoz üzrə şəxsi əlillik təyin edilən ##.##.2021-cu il tarixdən ##.##.2025-ci il tarixədək əlil hesab edir, ##.##.2025-ci il tarixdən isə eyni diaqnoz üzrə əlil hesab etmir. Əgər belə olmasa idi, əlillik təyin edilən zamandan şəxs barəsində “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilərdi. Halbuki, şəxs ##.##.2025-ci il tarixədək eyni diaqnoz üzrə əlil olmuş və bunun qanuniliyini cavabdeh qəbul edir. Məntiqi baxımından, əgər təyin edilmiş diaqnoz əlillik təyinatına əsas vermirdisə, bu zaman əlillik təyin edilən zamandan “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə, ##.##.2025-ci il tarixdə şəxsin müayinəsi zamanı aşkar edilmiş hallar (əlillik təyin edilməsinə əsas olmuş xəstəlik) təsdiqini tapmırdısa, bu zaman “Tam reabilitasiya” olma barədə qərar qəbul edilməli idi. Qeyd edilənlər onu deməyə əsas veriri ki, inzibati orqan şəxs barəsində ##.##.2025-ci il tarixindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” qərarı qəbul etsədə, əslində (yalnız yazı formasına görə qiymətləndirilməməli) yuxarıda qeyd edilənlərə əsasən inzibati orqan müddətsiz əlillik təyinatı ilə bağlı özünün əvvəlki qərarını qanuni əlverişli inzibati akt kimi ləğv etmişdir. Bu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır. Qanunun 68.2-ci maddəsində qanuni əlverişli inzibati aktın ləğv edilməsi əsasları göstərilmişdir. Hazırki mübahisə üzrə həmin əsaslardan hər hansı biri müəyyən edilmir. Həmçinin, iş üzrə təyin edilmiş ekspertiza üzrə “xxxx” X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli T***/**** nömrəli ekspert rəyindən də görünür ki, iddiaçıya “Sağ asetabulumun anadangəlmə displaziyası, sağ bud sümüyünün böyük burma və başın deformasiyası, boyunun qısalması, boyun-diafizar bucağın azalması-anadangəlmə “Çoxa vara”, sağ bud sümüyünün orta 1/3-nin varus deformasiyası, sağ aşağı ətrafın 7 sm qısalığı, əzələ atrofiyası, sol bud sümüyünün proksimal ucunun varus deformasiyası, bel fəqərələrinin spondilyozu, osteoxondrozu, kökcük ağrıları, yerişin çətinləşməsi-axsama-Q68.3, Q65.8, Q72.4, M62.5, M21.7, M21.1, M42, M43, G54.1, R26.8” diaqnozu qoyulmuşdur. Həmin diaqnoz istər ona əlillik təyin edilən zaman (##.##.2021) qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.3 və 2.5.9-cu bəndlərinə əsasən (bir bud-çanaq oynağının anadangəlmə və ya qazanılmış çıxığı, aşağı ətraf funksiyasının nəzərəçarpan dərəcədə pozuntusu (Q65.0, M16.3, M16.5) üçünüc dərəcəli əlilik təyin edilməsinə əsas verirdi; istərsədə, qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.32-ci altbəndinə əsasən “ayağın 4-7 sm qısalması” orqanizmin funksiyasının pozulma faizi 40 faiz olmaqla müddətsiz əlillik təyinatına əsas verir. Kollegiya qərarın dəyişdirilməsinə münasibətdə bildirir ki, birinci instansiya məhkəməsi ##.##.2025-ci il tarixli *******0004 nömrəli qərarı ləğv etmiş, lakin həmin qərar ## ###### 2025ci il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarın icrası nəticəsində sistemə işlənmiş, *-**-*/*-*-****/**** nömrəli isə bir neçə şəxsə münasibətdə qəbul edilmişdir. Qeyd edilən səbəbdən Tibbi-sosial ekspert komissiyasının ## ###### 2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarı iddiaçıya aid hissədə ləğv edilməlidir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin olunmalıdır.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Tibbi-sosial ekspert komissiyasının ## ###### 2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarı iddiaçıya aid hissədə ləğv edilsin. İddiaçı İddiaçı ##.##.2021-ci il tarixdən təyin edilmiş müddətsiz ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcə əlilliyin ##.##.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi X1in üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.