Məhkəmə qərarları › İş №2-1(3-9)-325/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-325/2026

08.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-325/2026 08.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), X1 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 X2rşı “tibbi arayışın verilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Pərvanə Qurbanova) ##.##.2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində sonuncu dəfə Tibbi-Sosial Ekspert Komissiyasının *******0001 nömrəli, ##.##.2024-cü il tarixli qərarı ilə İddiaçı diaqnozun əlillik təyin etməməsi səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. Iddiaçının iddia tələbi düzgün müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdeh inzibati orqana qarşı Tibbi-Sosial Ekspert Komissiyasının *******0001 nömrəli, ##.##.2024-cü il tarixli qərarını mübahisələndirə bilər. Iddiaçı tərəfindən həmin qəraraı mübahisələndirmək üçün iddia müddətinə də riayət edilməmişdir. Belə ki, qanunvericinin müəyyən etdiyi prosessual müddət ötürülməklə məhkəmədə iddia qaldırılmışdır.Məcburetmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hesab etmişdir ki, iddiaçı iddia müddəti ilə bağlı iddianın mümkünlük şərtinə əməl etməmişdir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.1976-cı ildə Cəbrayıl rayonu Mərcanlı kəndində anadan olmuşdur. Rayonlar işğal olmamışdan qabaq dəfələrlə xəstəliyi ilə bağlı Cəbrayıl rayonu Mərkəzi xəstəxanasında müayinə və müalicələr almışdır. 1993-cü ilə qədər Cəbrayıl rayonu işğal olunduğu günə kimi Cəbrayıl rayonu Mərcanlı kəndində yaşamışdır. 1993-cü il avqust ayının 23-ü Füzuli, Cəbrayıl rayonları işğal olunarkən xəstəliyi ilə bağlı olan rəsmi sənədləri qeydiyyatda olduğu Cəbrayıl rayonunda qalmışdır. Qeyd etmək istəyir ki, özü də məcburi köçkün olduğu üçün işğaldan sonra Imişli rayonunda məskunlaşmışdır, sonradan isə Bakı şəhərinə köşmüşdür. Bir müddət yaşayış şəraiti acınacaqlı vəziyətdə olduğu üçün müalicə və müayinə ola bilməmişdir. Bu səbəbdən də həmin xəstəlikləri ağırlaşıb, sonralar xəstəliyi ilə bağlı davamlı olaraq müalicəyə başlamışdır. Ilk dəfə Xocavənd rayonunda ##.##.2018-ci il və ##.##.2018-ci il, ##.##.2018-ci ildə daxil olub, ##.##.2018-ci ildə müalicə almışdır. Məcburən sağlamlığını bərpa etmək üçün çox xəstəxanalarda müalicəni davam etdirmək məcburiyətində qalmışdır. Həmin dövürdə elektron variantda sənədləşmə işləri aparılmadığından səhhətində yaranmış ciddi problemlərin ətraflı qeydi üçün tələb olunan sənədləri əldə edə bilməmişdir. Yuxanda qeyd etdiklərinə əsaslanaraq bildirir ki, ondan aidiyatı üzrə tələb olunan sənədlərin Dövlət Arxiv Idarəsində saxlanılıb-saxlanılmamasından xəbərdar olmadığı üçün xəstəliyi ilə əlaqədar 2018-ci il tarixdək olan xəstəlik tarixçələrini sənədləri təqdim edə bilmir. 2018-ci ildən bu günə qədər daimi müalicə və müayinə olunmağı haqqında sənədlərini sübut kimi təqdim edə bilər. Hazırda xəstəliyi davam edir. Qeyd etmək istəyir ki, onun əlilliyinin təyin edilməsi məqsədiylə yenidən qiymətləndirilməsinə ehtiyac var. Çünki o, əvvəl qiymətləndirilməmişdir və əyani müalicədə olmuşdur. Hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin ona qarşı etdiyi haqsızlıq tam əsassızdır, bu səbəbdən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən onun əlilliyi məhkəmə qaydasında həll ediliməsi məqsədi ilə hal-hazırda onun müraciəti məhkəmə qaydasında həlli olunmasını hesab edərək müraciət etmək məcburiyətindədir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Şirvan Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi Publik Hüquqi Şəxsi ilə əvəz edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosessual məsələlər: Iddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş, iddianın mümkün sayılmasını xahiş etmişdir. Iddiaçı həmçinin izahatında göstərmişdir ki, Tibbi-Sosial Ekspert Komissiyasının *******0001 nömrəli, ##.##.2024-cü il tarixli qərarından 2026-cı ilin mart ayında məlumatlı olmuş, lakin üzrlü səbəblərdən vaxtında şikayət verə bilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırma: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Iş materiallarında olan: Tibbi-Sosial Ekspert Komissiyasının *******0001 nömrəli, ##.##.2024-cü il tarixli qərarı ilə İddiaçı diaqnozun əlillik təyin etməməsi səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. Qərar elektron informasiya sisteminə ##.##.2024-cü il tarixdə daxil edilmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia verməsi mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçı tərəfindən 30 günlük iddia müddəti ötürülmüş, müddətin üzrlü səbəblərdən ötürülməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar