Məhkəmə qərarları › İş №2-1(3-9)-326/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-326/2026

10.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-326/2026 10.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi vergilər idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi, əmək müqaviləsi qeydə alınmadan işlərin yerinə yetirilməsinə görə maliyyə sanksiyasının tətbiq olunması) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi vergilər idarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli ************** nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: KY********* nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”dan görünür ki, malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi vəziyyəti ilə bağlı İddiaçı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi “Uşaq aləmi-oyuncaq satışı mağazası”nda ##.##.2025- ##.##.2025 yoxlama müddətində ##.##.2024-##.##.2025-ci illər üzrə plandankənar (növbədənkənar) operativ vergi nəzarətinin həyata keçirilməsi qeydiyyata alınmışdır. ## #### 2025-ci il tarixli seriya DVX ****** nömrəli aktdan və yoxlama ilə bağlı digər sənədlərdən (akta əlavə, izahatlar) görünür ki, * saylı Ərazi vergilər idarəsinin Operativ vergi nəzarəti şöbəsinin dövlət vergi müfəttişi X4 və dövlət vergi müfəttişi X1 tərəfindən vergi ödəyicisi İddiaçı (VÖEN: **********) Şirvan şəhəri, M.Rəsulzadə ünvanında yerləşən “Uşaq aləmi-oyuncaq satışı mağazası” adlı təsərrüfat obyektində ##.##.2025-ci il tarixdə OVN tədbiri keçirilmişdir. Keçirilmiş vergi nəzarəti tədbiri zamanı qeyd olunan ünvanda əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2 işçinin işlərin (xidmətlərin) yerinə yetirilməsi cəlb olunması faktı aşkar edilmişdir. Belə ki, OVN tədbiri zamanı vergi ödəyicisi İddiaçı məxsus “Uşaq aləmioyuncaq satışı mağazası” adlı təsərrüfat obyektində X3 və X5 əmək müqaviləsi olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsi cəlb olunması müəyyən edilmişdir. X3 və vergi ödəyicisi qeyd olunan şəxsin başqa bir müəssisədə gözətçi kimi fəaliyyət göstərdiyini qeyd etsədə, OVN tədbirinin keçirildiyi müddət ərzində həmin təsərrüfat obyektində satıcı kimi çalışdığı aşkar edilmişdir. Digər işçi X5 10 gündür ki, həmin təsərrüfat obyektində çalışdığını qeyd etmiş və ##.##.2025-ci il tarixdə sahibkar ilə əmək müqaviləsi bağlanılmışdır. * saylı Ərazi vergilər idarəsinin rəisi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli ************** nömrəli qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. SOCAR “Qaz İxrac İdarəsi” tərəfindən verilmiş ## ###### 2025 və ## #### 2026-cı il tarixli **-*-**/*-***/**** nömrəli məktublarında qeyd edilmişdir ki, “...F.X.Nəhmətov ##.##.2024cü il tarixdən “Qaz İxrac İdarəsi”nin Hacıqabul magistral qaz kəmərləri sahəsində gözətçi vəzifəsində işləyir. F.X.Nəhmətovun iş müddəti 12 saatlı olamqla növbəli iş rejiminə əsasən təşkil edilir və F.X.Nəhmətov ##.##.2025-ci il tarixdə səhər saat 08:00-da növbəni təhvil vermişdir.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli ************** nömrəli qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi məsuliyyətinə cəlb edilməsinə əsas olmuş şəxslər onun işçisi deyil. X5 təcrübəçi kimi orada olmuş, digər şəxs X3 isə dostu olmuş, qısa müddət ərzində dükanı müvəqqəti tərk etdiyinə görə onu əvəz etmişdir. X7 magistral qaz kəmərləri sahəsində gözətçi vəzifəsində işləyir. Cavabdehin etirazları: Etiraz onunla əsaslandırılmışdır ki, * saylı Ərazi vergilər idarəsinin ##.##.2025-ci il tarixli ************** nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən fərdi sahibkar İddiaçı (VÖEN **********) fəaliyyət göstərdiyi Şirvan şəhəri, M.Rəsulzadə küçəsində yerləşən 2100419572-21001 kodlu “Uşaq aləmi-oyuncaq satışı mağazası” adlı obyektdə DVM X4 və DVM X1 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halların aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Qeyd edilən təsərrüfat obyektində ##.##.2025-ci il tarixdə saat 11:00 radələrində vergi nəzarəti tədbiri zamanı sahibkar İddiaçı tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə 2 nəfər fiziki şəxsin (X3 (FİN: 1TUGGKC) və X5 (FİN:7MP3Q8E)) cəlb edilməsi faktı aşkar edilmişdir. X3 yazılı izahatında başqa bir müəssisədə gözətçi kimi fəaliyyət göstərdiyini qeyd etsədə, OVN tədbirinin keçirildiyi müddət ərzində həmin təsərrüfat obyektində satıcı kimi çalışdığı aşkar edilmişdir. Qeyd olunan digər işçi X5 10 gündür ki, həmin təsərrüfat obyektində təcrübəçi satıcı kimi çalışdığını və vergi ödəyicisi ilə həmin müddət ərzində heç bir əmək müqaviləsi bağlanmadığını yazılı izahatında qeyd etmişdir. Yoxlamanın nəticəsi ##.##.2025-ci il tarixli DVX seriyalı ****** nömrəli müvafiq aktla rəsmiləşdirilmişdir. Operativ vergi nəzarətinin nəticəsinə dair müvafiq izahatlar alınmış, vergi ödəyicisi İddiaçı heç bir üzrlü səbəb göstərmədən barəsində tərtib edilmiş akta imza etməkdən və tanış olmaqdan imtina etmişdir. Aşkar edilmiş nöqsanlar və əmək müqaviləsi olmayan işçilərin Dövlət Vergi Xidmətinə məxsus kamera ilə video görüntüləri qeydə alınmışdır. Nəticə olaraq fərdi sahibkar İddiaçı (VÖEN **********) barəsində Vergi Məcəlləsinin 58.10cu maddəsinə əsasən ##.##.2025-ci il tarixli ************** nömrəli qərar qəbul edilmiş və 4000.0 manat maliyyə sanksiyası tədbiq edilmişdir. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qərarı (hakim Amilya Hüseynova) ilə iddia qismən təmin edilərək, * saylı Ərazi vergilər idarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli ************** saylı qərar qismən - “2000 (iki min) manat hissədə” ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** saylı qərarının qismən (2000 manat hissədə) ləğv edilməsini və iddianın tam rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən X3 Hacıqabul magistral qaz kəmərləri sahəsində işləməsi faktı formal əsas kimi qəbul edilmiş, lakin həmin şəxsin konkret olaraq hansı günlərdə və hansı saatlarda işlədiyi araşdırılmamışdır. Operativ vergi nəzarəti zamanı həmin şəxsin faktiki olaraq İddiaçı məxsus obyektdə əmək funksiyasını yerinə yetirdiyi müəyyən edilmişdir. Bu hal sahibkarın və şəxsin özü tərəfindən də etiraf edilir, əmək münasibətlərinin faktiki mövcudluğunu təsdiq edir və əmək müqaviləsinin bağlanmalı olduğunu göstərir. Apellyasiya şikayətinə dair etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilən hissəsinə münasibətdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** saylı qərarının qismən (2000 manat hissədə) ləğv edilməsini və iddianın tam rədd edilməsini xahiş etmişdir. ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı iddiaya uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Hacıqabul magistral qaz kəmərlərinin sahəsində gözətçi vəzifəsində işləyir. İş rejimi növbəlik əsasındadır. ##.##.2025-ci il tarixdə işdə olmamışdır. Həmin tarixdə səhər saatlarında Şirvan şəhərində yerləşən “Uşaq aləmi-oyuncaq satışı” mağazasının sahibi İddiaçı ilə yaxın olduğu üçün onun yas mərasimində iştirakı ilə əlaqədar dükanda olmadığı müddətdə təxminən 30 dəqiqə onu əvəz etmişdir. Həmin vaxt bir nəfər şəxs mağazaya yaxınlaşaraq 3 manat dəyəndə olan top almış, onun tərəfindən həmin əşyanın satışı həyata keçirilmişdir. Bu zaman vergi orqanının əməkdaşları mağazaya daxil olaraq vergi nəzarəti tədbirini həyata keçirdiklərini bildirmişdirlər və baş vermiş hadisə ilə bağlı akt tərtib edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; ... 16.1.12. bu Məcəllə və qanunlarla müəyyən edilmiş digər vəzifələr. Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəəmaterial ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: ... 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları ... 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilərək, ləğv edilən hissədə yeni qərar qəbul edilməli, həmin hissədə iddia təmin edilməməlidir. Birinci instansiyası məhkəməsi iddianın təmin edilən hissəsi üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, maliyyə sanksiyasının tətbiq edilməsinə əsas olmuş digər işçi X3 magistral qaz kəmərləri sahəsində işləyir. İşin halları ilə müəyyən edildi ki, aparılan yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmışdır. * saylı Ərazi vergilər idarəsinin Operativ vergi nəzarəti şöbəsinin dövlət vergi müfəttişi X4 və dövlət vergi müfəttişi X1 tərəfindən vergi ödəyicisi İddiaçı (VÖEN: **********) Şirvan şəhəri, M.Rəsulzadə ünvanında yerləşən “Uşaq aləmi-oyuncaq satışı mağazası” adlı təsərrüfat obyektində ##.##.2025-ci il tarixdə OVN tədbiri keçirilmişdir. Keçirilmiş vergi nəzarəti tədbiri zamanı qeyd olunan ünvanda əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2 işçinin işlərin (xidmətlərin) yerinə yetirilməsi cəlb olunması faktı aşkar edilmişdir. Belə ki, OVN tədbiri zamanı vergi ödəyicisi İddiaçı məxsus “Uşaq aləmi-oyuncaq satışı mağazası” adlı təsərrüfat obyektində X3 və X5 əmək müqaviləsi olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsi cəlb olunması müəyyən edilmişdir. X3 və vergi ödəyicisi qeyd olunan şəxsin başqa bir müəssisədə gözətçi kimi fəaliyyət göstərdiyini qeyd etsədə, OVN tədbirinin keçirildiyi müddət ərzində həmin təsərrüfat obyektində satıcı kimi çalışdığı aşkar edilmişdir. Digər işçi X5 10 gündür ki, həmin təsərrüfat obyektində çalışdığını qeyd etmiş və ##.##.2025-ci il tarixdə sahibkar ilə əmək müqaviləsi bağlanılmışdır. Baş vermiş hallar ilə bağlı ## #### 2025-ci il tarixli seriya DVX ****** nömrəli akt tərtib edilmiş, * saylı Ərazi vergilər idarəsinin rəisi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli ************** nömrəli qərar ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. X3 “Qaz İxrac İdarəsi”nin Hacıqabul magistral qaz kəmərləri sahəsində gözətçi vəzifəsində işləyir. Onun iş müddəti 12 saatlı olamqla növbəli iş rejiminə əsasən təşkil edilir və o, ##.##.2025-ci il tarixdə səhər saat 08:00-da növbəni təhvil vermişdir. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qərarından yalnız cavabdeh apellyasiya şikayəti verdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı şikayət verilən hissədə yoxlanılacaqdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli ************** nömrəli qərarı qismən - X3 ilə bağlı vergi edəyicisinin vergi məsuliyyətə cəlb edilməsi barədə qərarı ləğv etməklə düzgün nəticəyə gəlməmişdir. Şəxsin bir neçə yerdə işləməsini qanunvericilk qadağan etmir. İşin araşdırılması zamanı şahid qismində dindirilmiş X3 ifadəsində etiraf etmişdir ki, iddiaçı olmayan vaxt onun dükanında satıcı kimi fəaliyyət göstərmiş, mal satmışdır. Bu hal məhkəmə iclası zamanı baxış keçirilmiş videogörüntü ilə də təsdiqini tapır. Beləliklə, qeyd edilənlər onu deməyə əsas verir ki, vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlanılmadan X3 əmək funksiyasının icrasına cəlb edilmişdir. Nəzərə almaq lazımdır ki, ortada fakt olduğu təqdirdə cavabdehdən tələb olunan sübutdan artıq sübutun tələb edilməsi düzgün deyil. Əmək müqaviləsi (kontraktı) bağlamadan müddətindən asılı olmayaraq hər hansı şəxsin əmək funksiyasının icra edilməsinə cəlb edilməsi Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən vergi məsuliyyətinə cəlb edilməsi üçün yetərli sayılmalıdır. Vergi Məcəlləsinin 23 və 23.1.5-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüququdur. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilərək, ləğv edilən hissədə yeni qərar qəbul edilməli, həmin hissədə iddia təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı qismən iddianın təmin edilməyən - X3 münasibətdə 2000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmə ilə bağlı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli ************** nömrəli qərarın ləğv edilməməsi hissədə ləğv edilsin. Ləğv edilən hissədə yeni qərar qəbul edilsin. İddia tələbi həmin - “X3 münasibətdə 2000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmə ilə bağlı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli ************** nömrəli qərarın ləğv edilməsi” hissədə təmin edilməsin. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar