Məhkəmə qərarları › İş №2-1(3-9)-327/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-327/2026

12.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-327/2026 12.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və X2 ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı ilə bağlı iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X1 şəxsinin X7 X4rşı sosial müavinətin bərpa olunması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X1 Şəxsinin X7 X4rşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, “Ünvanına sosial müavinətin bərpa olunması” öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim H.Nəcəfov) ## ##### 2026-cı il tarixli, *-*(*- *)-***/**** nömrəli qərardadı ilə inzibati iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ərizə təqdim edərək, iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən qeyd edilmişdir ki, İddiaçı tərəfindən təqdim edilən ərizə qanunvericiliyin tələblərinə uyğun hazırlanmamışdır. (sms vasitəsilə göndərilmiş və tələblərə cavab verməmiş), cavabdeh inzibati orqan düzgün müəyyən edilməmiş (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olmalı idi), düzgün inzibati orqandan imtina cavabı alınmamış, tələbi şikayət xarakterli olmuş (inzibati məhkəmələrdə qeyd edilən növdə olan işlərdə şəxslərlə bağlı deyil, inzibati orqanların hərəkətləri üzrə müraciətdən imtina cavabı aldıqdan sonra müraciət edilməsi nəzərdə tutulur). Eləcə də, qeyd edilir ki, İddiaçı vəzifəli şəxslərin qanunsuz hərəkətlərindən müvafiq hüquq mühafizə orqanlarına şikayət etmək hüququ vardır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Məhkəmə kollegiyası iddiaçının ərizəsini iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etdiyindən birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: -iddiaçı İddiaçı ##.##.2026-cı il tarixli ərizəsindən görünür ki, o, *-*(*-*)-***/**** nömrəli iş üzrə iddia ərizəsi və iddia ərizəsinə əlavə etdiyi sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. -Şirvan Inzibati Məhkəməsinin *-*(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli məktubunda iddiaçıya apellyasiya şikayətinin Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməməsi izah edilmişdir. -Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli hüquqi yardım məktubunda bildirilir ki, Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı ilə bağlı müraciətiniz qanunvericiliyin tələblərinə uyğunlaşdırmaqla ##.##.2026-cı il tarixədək Şirvan Apellyasiya Məhkəməsinə təqdim etməyiniz zəruridir. Əks təqdirdə müraciətinizin icraata qəbul edilməsindən imtina edilə bilər. -Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *- *(*-*)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Şərh olunan normativ hüquqi aktda iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun iradəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur. Ona görə də, iddiaçının belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 55-ci, 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar