Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-328/2026 15.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI X22 oğlunun katibliyi, üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs nümayəndəsi Nümayəndə və digər nümayəndəsi(vəkili) X14 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “X3, X4, X23, X1, X15, X21, X24, X16, X5, X17, X6, X10, X18, X7, X19, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs, X8, X11, X20 və X2 mülkiyyətində olan ünvan 2 ünvanında qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “X3, X4, X23, X1, X15, X21, X24, X16, X5, X17, X6, X10, X18, X7, X19, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs, X8, X11, X20 və X2 mülkiyyətində olan Biləsuvar şəhəri, H.Əliyev küçəsi ev 13, mənzil 7 ünvanında yerləşən mənzilinin pasport qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim H.Nəcəfov) ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, üçüncü şəxslərin iddiaçıya məxsus mənzildə yaşamaması və qeydiyyatının formal xarakter daşıması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Göründüyü kimi üçüncü şəxslər iddiaçıya məxsus olan mənzildə yaşamaması və qeydiyyatlarının formal xarakter daşıması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Qərardan üçüncü şəxs İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, Biləsuvar şəhəri, H.Əliyev küçəsi ev 13, mənzil 7 ünvanında yerləşən mənzildə yaşayır.Həmin mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi Idarəsi Tərəfində verilmiş ##.##.2023-cü il tarixli, 808011000040-05101- ****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam mülkiyyət hüquqi əsasında onun mülkiyyətinə verilmişdir.Mənzil onun mülkiyyətində olduğu halda heç bir qohumluq əlaqəsi olmayan və tanımadığı şəxslər X3, X4, X23, X1, X15, X21, X24, X16, X5, X17, X6, X10, X18, X7, X19, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs, X8, X11, X20 və X2 həmin evdə qeydiyyatdadırlar.Onların ona məxsus evdə olan qeydiyyatı yalnız formal xarakter daşıyır və qeydiyyatda qalmağı onun mənzilə olan mülkiyyət hüquqlarını məhdudlaşdırır. Həmin şəxslərin qeydiyyatdan çıxarılması ilə əlaqədar Cavabdeh ərizə ilə müraciət etmişdir.Lakin ona ##.##.2025-ci il tarixli **/*/*****/**/** nömrəli imtina cavabı gəlmiş və məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. X3, X4, X23, X1, X15, X21, X24, X16, X5, X17, X6, X10, X18, X7, X19, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs, X8, X11, X20 və X2 onun mülkiyyətində olan evinə pasport qeydiyyatında olması mülkiyyətçi kimi onun hüquqlarını pozur və ona bu səbəbdən mülkiyyətində olan evə ilə bağlı icra etmək istədyi əməliyyatları həyata keçirə bilmədiyini qeyd edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Üçüncü şəxs İddiaçı tərəfindən apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, uşaqlıqdan həmin ünvanda yaşamışdır. Həmin ünvanda yerləşən ev və torpaq sahəsi mərhum atasına məxsus olmuşdur. Yəni həmin ünvanda onun və ailə üzvlərinin tam qanuni istifadə hüququ mövcuddur və bu hüquq heç bir sənədlə ləğv edilməmişdir. Prosessual məsələlər: Üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs oğlunun nümayəndəsi Nümayəndə və digər nümayəndəsi(vəkili) X14 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Iddiaçı, cavabdeh və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə baxış iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Iş materiallarına əlavə edilmiş: - Işdə olan Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki İddiaçı ##.##.1986-cı il tarixdə anadan olmuş, Biləsuvar şəhəri, H.Əliyev küçəsi ev 13, mənzil 7 ünvanında qeydiyyatdadır. Işdə olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin * saylı Cəlilabad Ərazi Idarəsinin məhkəməyə ünvanladığı məktubuna İddiaçı adına verilmiş 808011000040- 05101-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2023-cü il qeydiyyat tarixli çıxarış və çıxarışın verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətlərini əlavə etmişdir. Həmçinin məktubda qeyd edilmişdir ki, adaları qeyd edilən şəxslər ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ barədə məlumatlar Ərazi Idarəsində aşkar edilməmişdir. Işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Biləsuvar rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli, *-**-*/*-**-******* nömrəli məktubunda qeyd edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və iddiaçı İddiaçı ilə X3, X4, X23, X1, X15, X21, X24, X16, X5, X17, X6, X10, X18, X7, X19, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs, X8, X11, X20 və X2 ilə yaxın qohumluq əlaqələri barədə məlumat aşkar edilməmişdir. Işdə olan Biləsuvar rayon Icra Hakimiyyəti Başçısının Biləsuvar şəhəri Inzibati Ərazi Dairəsi Üzrə Nümayəndəlinin məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli, *-**-*/*-***/**** nömrəli məktubundan görünür ki, nümayəndəlikdə olan məlumata əsasən X3, X4, X23, X1, X15, X21, X24, X16, X5, X17, X6, X10, X18, X7, X19, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs, X8, X11, X20 və X2 adlı şəxslər Biləsuvar şəhəri, H.Əliyev küçəsi ev 13, mənzil 7 ünvanında qeydiyyatda olsalar da faktiki olaraq həmin ünvanda yaşamırlar. Işin faktiki hallarından görünür ki, ünvan 316 fərdi yaşayış evi X33 mülkiyyətindədir. Iddiaçı X33 şəhəri, H.Həmidov küçəsi, 116 fərdi yaşayış ünvanında qeydiyyatda olan üçüncü şəxslər “X12, İddiaçının, X9” qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. Bu müraciətlə əlaqədar vətəndaş X33 cavabdeh tərəfindən imtina edilmiş və məhkəmə orqanına müraciət edilməsi tövsiyə olunmuşdur. Göründüyü kimi, üçüncü şəxslərin iddiaçıya məxsus olan mənzildə yaşamaması və qeydiyyatlarının formal xarakter daşıması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, onlar həmin ünvanda pasport qeydiyyatından çıxarılmalı və faktiki yaşadıqları ünvanda qeydiyyata alınmalıdırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi, 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair ## ######## 2020-ci il tarixli Qərarında qeyd edilmişmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ##### 2003-cü il tarixli, **s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Bundan başqa, qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Işin hallarından görünür ki, Biləsuvar şəhəri, H.Əliyev küçəsi ev 13, mənzil 7 ünvanında yerləşən İddiaçı mülkiyyətindədir. İddiaçı Biləsuvar şəhəri, H.Əliyev küçəsi ev 13, mənzil 7 ünvanında yerləşən mənzildə qeydiyyatda olan üçüncü şəxslər X3, X4, X23, X1, X15, X21, X24, X16, X5, X17, X6, X10, X18, X7, X19, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs, X8, X11, X20 və X2 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Bu müraciətlə əlaqədar vətəndaş İddiaçı cavabdeh tərəfindən imtina edilmiş və məhkəmə orqanına müraciət edilməsi tövsiyə olunmuşdur. Göründüyü kimi üçüncü şəxslər iddiaçıya məxsus olan mənzildə yaşamaması və qeydiyyatlarının formal xarakter daşıması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Kollegiya onu da qeyd edir ki, apellyator ünvan 2 ünvanında yerləşən mənzilin mərhum atasına məxsus olmaqla onlara miras qaldığını iddia edirsə, bu zaman onun hüquqi marağı tələb edir ki, sözügedən mənzilə dair iddiaçının adına olan hüquqmüəyyənedici sənədləri mübahisələndirsin. Çünki qeydiyyat institutunun məqsədi tamamilə fərqlidir. Mənzilə qeydiyyat formal xarakter daşımaqla qeydiyyatda olan şəxslərin həmin mənzilə dair mülkiyyət hüquqlarının yaranmasına əsas təşkil etmir. Belə olan şəraitdə apellyatorun həmin mənzildə qeydiyyatının davam etməsi onun hüquqi marağını təmin etməyəcəkdir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-328/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-328/2026
15.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver