Məhkəmə qərarları › İş №2-1(3-9)-329/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-329/2026

26.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-329/2026 26.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair inzibati işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, ona 65 yaşının tamam olduğu, yəni ##.##.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim R.Quliyeva) ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt (##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir) iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə cavabdeh inzibati orqanın imtinasında qeyd olunan əsaslarla razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, Astara rayon Dövlət Arxivininin arayışları ilə iddiaçının 1976-1977, 1979- 1997-ci illərə dair əmək fəaliyyəti təsdiq olunmuşdur. Eyni zamanda “xxxx” MMC-nin əmrlər kitabında iddiaçının 1999-2006-cı illərə dair əmək faəliyyəti təsdiq olunmuşdur. Bununla da iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Bundan əlavə, cavabdehin istinad etdiyi eyni faktla bağlı qeyd olunmalıdır ki, işçinin əmək fəaliyyəti haqqında sənəddə yəni, əmək kitabçasında onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili, təsdiq olunma qaydası barədə qeydlər işçinin (hazırda iddiaçının) deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyətə uyğun olaraq müəssisə tərəfindən əmək kitabçasının doldurulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ###### tarixli *** saylı Qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na uyğun olaraq tərtib edilmişdir. Belə ki, cavabdeh inzibati orqanın iş üzrə əsas gətirdiyi hal formal tələblərə əsaslanır və bu isə öz-lüyündə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyi müəyyən olunmamışdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, əmək fəaliyyətinə ##.##.1976-cı il tarixdən başlamışdır. Astara rayonu, Subtropik sovxozunda ## ### 1976-cı il tarixli ** nömrəli əmrlə işə qəbul olunmuşdur. Ordu sıralarında həqiqi hərbi xidmətə çağırıldığına görə ##.##.1977-ci il tarixli *** nömrəli əmrlə işdən azad edilmişdir. Astara rayon Hərbi Komissarlığı tərəfindən ##.##.1977-ci il tarixdən hərbi xidmətə göndərilmiş, ##.##.1979cu il tarixdən ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra ##.##.1979-cu il tarixli *** nömrəli əmrlə Subtropik bitkilər sovxozunda sürücü təyin edilmiş, ##.##.1998-ci il tarixli *** nömrəli əmrlə islahatla əlaqədar işdən azad edilmişdir. ** nömrəli X1 Məsuliyyətli Cəmiyyətinə **/u nömrəli ##.##.2020-ci il tarixli əmrlə mexanizator işə qəbul edilmiş, ##.##.2024-cü il tarixli */k nömrəli əmrlə ərizəsinə əsasən işdən azad olunmuşdur. Əmək kitabçası üzrə sosial sığorta stajı 25 il 9 ay təşkil edir. Bununla bağlı cavabdeh inzibati orqana rəsmi qaydada müraciət etsə də, müraciətinin təmin olunmasından imtina olunmuşdur. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, təqdim edilmiş sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatındakı məlumatlara əsasən ##.##.1977-ci il tarixindən ##.##.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət və 1976-1997-ci illər üzrə “V.İ.Lenin” adına sovxozda əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla İddiaçı sığorta stajı 23 il 2 ay 1 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ##.##.2006-cı il tarixədək 19 il 7 ay 1 gün sığorta stajına uyğun olaraq 19735,89 manat, ##.##.2020-ci il tarixindən ##.##.2024-cü il tarixinədək (03 il 7 ay sığorta stajına uyğun) 7123,10 manat pensiya kapitalı olmaqla ümumilikdə 26 858,99 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280) az olmayan pensiya təminatına imkan vermir. Iş materiallarına əsasən İddiaçı məxsus əmək kitabçasında ##.##.1976-cı il tarixindən ##.##.1977-ci il tarixinədək və ##.##.1979-cu il tarixindən ##.##.1998-ci il tarixinədək olan dövrlərin doldurulma qaydası pozulmuşdur. Belə ki, əmək kitabçasının dubilkat olması qeyd edilmədən doldurulma tarixi ##.##.1999-cu il olduğu halda, ilk qeyd 20.051976-cı il tarixində yazılmışdır. Həmçinin ##.##.1977-ci il tarixində işdən çıxma əmrində səlahiyyətli şəxsin imzası yoxdur və latın qrafikalı möhrü ilə təsdiq edilmişdir. Digər tərəfdən iddiaçı tərəfindən təqdim edilmiş Astara rayon Dövlət Arxivinin ##.##.2024-cü il tarixli *** nömrəli arayışında 1976-cı il üzrə yanvar-avqust, 1977-ci il üzrə mart, aprel, noyabr, dekabr, 1979-cu il üzrə yanvar-noyabr, 1980-ci il üzrə sentyabr, 1982-ci il üzrə mart, 1989-cu il üzrə dekabr, 1995-ci il üzrə yanvar, aprel, 1996-cı il üzrə yanvar, iyun, 1997-ci il üzrə yanvar-oktyabr, dekabr aylarında əməkhaqqı almadığı müəyyən edilmişdir. F.Fərziyevin fərdi hesabının sığorta hissəsində ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi də mümkün olmamışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri imtina aktı və iddiaya qarşı etirazın məzmunu eynilik təşkil edir. Eyni zamanda şikayətdə qeyd edilmişdir ki, iddiaçının əmək kitabçasında olan aşkar pozuntular və onun əmək kitabçasının doldurulması qaydalarına əməl edilməməklə doldurulması onun mötəbər sübut kimi qiymətləndirilməsinə şübhə doğurur. Birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almamış, iş üzrə zəruri olan bütün faktiki halları müəyyən etmədən qərar qəbul etmişdir. Prosessual məsələlər Iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirməklə, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surətləri iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ##.##.1959-cu il tarixdə anadan olmuşdur. -****** nömrəli şəhadətnamədən müəyyən olunur ki, İddiaçı ##.##.1977-ci ildən ##.##.1977-ci ilədək sürücülük məktəbində oxumuşdur.(4 ay 5 gün) -НЗ seriyalı ******* №-li hərbi biletin surəyindən müəyyən olunur ki, İddiaçı ##.##.1977-ci ildən ##.##.1979-cu ilədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur (2 il 9 gün). -##.##.1999-cu ildə tərtib olunmuş əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı ##.##.1976-cı ildə Subtropik sovxoza işə qəbul olunmuşdur (Əmr № **, ##.##.1976) ##.##.1977-ci ildə işdən azad edilmişdir (Əmr № ***, ##.##.1977); (1 il 5 ay 6 gün) ##.##.1979-cu ildə Subtropik sovxoza sürücü vəzifəsinə qəbul olunmuşdur (Əmr 258, ##.##.1979); ##.##.1998-ci ildə işdən azad edilmişdir (Əmr 13, ##.##.1998); (17 il 11 ay 10 gün) (əməkhaqqı cədvəlinə əsasən 16 il 5 ay) ##.##.2020-ci ildə ** №-li Yol Istismarı MMC-nin mexanizator işinə işə qəbul olunmuşdur (Əmr “ 30/U, ##.##.2020); ##.##.2024-cü ildə işdən azad olunmuşdur (Əmr № */K, ##.##.2024). (3 il 6 ay 6 gün) ##.##.1999-cu ildə tərtib olunmuş əmək kitabçasının surətindən müəyyən olunur ki, 1959-cu il təvəllüdlü İddiaçı 16.01.199-ci ildə “xxxx” kiçik müəssisəsinə mexanizator-fəhlə vəzifəsinə qəbul olunmuşdur (Əmr 1 §3, ##.##.1999) ##.##.2006-cı il tarixdə ərizəsinə əsasən işdən çıxmışdır (Əmr №**, ##.##.2006). (7 il 9 ay 15 gün). -DSMF-nun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının *-**-*/*-C-******/**** saylı, ##.##.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, “xxxx” MMC (əvvəlki adı “xxxx” kiçik müəssisəsi) iş qovluğunda olan 1996-2006-cı illər üzrə məcburi dövlət sosial sığorta haqlarına dair hesabatlarda qeyd olunan məcburi dövlət sosial sığorta haqları üzrə ödəniş məlumatları: 1996-cı il üzrə 284,90 manat; 1997-ci il üzrə 35,00 manat; 1998ci il üzrə 267,64 manat; 1999-cu il üzrə 510,00 manat; 2000-ci il üzrə 483,58 manat; 2001ci il üzrə 0,00 mant; 2002-ci il üzrə 14,00 manat; 2003-cü il üzrə 29,12 manat; 2004-cü il üzrə 812,08 manat; 2005-ci il üzrə 1047,66 manat; 2006-cı il üzrə 1429,70 manat. -Astara rayon Dövlət Arxivinin *** №-li, ##.##.2024-cü il tarixli, 56/1, ##.##.2025-ci il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, ##.##.1959-cu il təvəllüdlü İddiaçı V.İ.Lenin adına sobtropik sovxozuna ##.##.1976-cı il tarixli ** saylı əmrlə işə qəbul olmuş, ##.##.1977-ci il tarixli *** nömrəli əmrlə hərbi xidmətə çağırıldığı üçün işdən azad edilmişdir. ##.##.1979-cu il tarixli *** saylı əmrlə yenidən işə daxil olmuşdur. Astara rayonu, V.İ.Lenin adına sobtropik sovxozunda 1976-1997-ci illərdə aşağıdakı kimi əmək haqqı almışdır. İddiaçı V.İ.Lenin adına sobtropik sovxozunda 1998-ci ildə işdən çıxış əmri aşkar olunmamışdır. 1976-cı il sentyabr-dekabr; 1977-ci ildə yanvar-fevral; mayoktybar;1979-cu il üzrə dekabr; 1980-ci il üzrə yanvar-avqust; oktyabr-dekabr;1981-ci il üzrə yanvar-dekabr; 1982-ci il üzrə yanvar-fevral; aprel-dekabr; 1983-cü il üzrə yanvardekabr;1984-cü il üzrə yanvar-dekabr; 1985-ci il üzrə yanvar-dekabr;1986-cı il üzrə yanvar-dekabr; 1987-ci il üzrə yanvar-dekabr; 1988-ci il üzrə yanvar-dekabr; 1989-cu il üzrə yanvar-noyabr; 1990-cı il üzrə yanvar-dekabr; 1991-ci il üzrə yanvar-dekabr; 1992ci il üzrə yanvar-dekabr; 1993- cü il üzrə yanvar-dekabr; 1994-cü il üzrə yanvar-dekabr; 1995-ci il üzrə fevral-mart; maydekabr; 1996-cı il üzrə fevral-may, iyul dekabr; 1997-ci il üzrə noyabr. -“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ** №-li, ##.##.2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, iddiaçı İddiaçı verdiyi ərizəsinə əsasən “xxxx MMC-nin hüquqi varisi olduğu “xxxx” k/m-nə ##/# 1999-cu il tarixində (verdiyi ərizəsinə əsasən) 1 (bir) nömrəli əmrlə mexanizator-fəhlə kimi işə qəbul edilmişdir. ##.##.2006-cı il tarixində ** nömrəli əmri ilə işdən azad edilmişdir. ##.##.2007-ci il tarixinə qədər idarə və müsəssisələrdə çalışan işçilərin Dövlət Sosial Müdafiə Fondunun verdiyi arayışı da təqdim edirlər. Məktuba əlavə olunmuş ** №-li ##.##.2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, Astara rayonunda yerləşən “xxxx” MMC həmin rayonda fəaliyyət göstərən “xxxx” Ticarət Istehsalat Kiçik Müəssisəsinin hüquqi varisidir. -Eyni zamanda birinci instansiya məhkəməsinə məhkəmə iclasında təqdim olunmuş: “xxxx” Kiçik müəssisəsinin (Astara rayon) 1998-ci il tarixli əmr kitabında İddiaçı ##.##.1999-cu ildə (Əmr № * § 3) xxxx kiçik müəssisəsinə mexanizator- fəhlə vəzifəsinə qəbul edilməsi müəyyən olunmuşdur. “xxxx” Kiçik müəssisəsinin (Astara rayon) 1998/1999-cu illərə dair əmək haqqı kitabının əslində İddiaçı adı qeyd olunmuşdur. “xxxx” Ticarət Istehsalat Kiçik Müəssisəsinin ##.##.2004- 2009-cu illərı aid əmrlər kitabında X3 ərizəsinə əsasən işdən çıxamasına dair qeyd aparılmışdır (Əmr 9§2 ) Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçıya münasibətdə ödənilmişdir. Belə ki, iddiaçı ##.##.1960-cı il doğumludur və pensiya yaşına çatmışdır. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Formalaşmış mövcud məhkəmə təcrübəsinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. Iddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranması ona məxsus əmək kitabçası və digər mötəbər sənədlərlə sübuta yetir. Iddiaçı müvafiq sığorta stajına malik olmasını təsdiqləyən sübut kimi əmək kitabçasına istinad edərək yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasında qeydlərin doldurulma qaydasının pozulmasını əsas gətirərək, yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Belə ki, cavabdehin imtinasının əsasını iddiaçının ##.##.1976-##.##.1977-ci illəri və ##.##.1979-##.##.1998-ci illəri əhatə edən dövrlər üzrə əmək kitabçasında əmrlərin qeydi hissəsində imza olmaması, latın qrafikalı möhürlə təsdiq edilməsi və qaralamaların olması, bəzi aylar üzrə əməkhaqqı ödənişinin olmaması təşkil edir. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçının qeyd olunan dövrdəki əmək fəaliyyəti yuxarıda göstərilən arxiv arayışı, müvafiq əmrlər və əməkhaqqı cədvəlindəki məlumatlarla öz təsdiqini tapır. Odur ki, iddiaçıya məxsus əmək kitabçasında olan qeydlərlə bağlı qüsurlar onun əmək fəaliyyətinin olmamasını güman etmək üçün kifayət etmir. Həmçinin iddiaçının əməkhaqqı almadığı aylar nəzərə alımadığı halda belə, onun 25 il sığorta stajı mövcuddur. Cavabdehin apellyasiya şikayətində istinad etdiyi digər bir hal ##.##.1999- ##.##.2006-cı illər üzrə əmək kitabçasında qaralamaların mövcud olması ilə bağlı məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma ilə əmək kitabçasında hər hansı qaralama olmadığı, rəqəm üzərindən təkrar yazılma müəyyən edildi (iş materialları səhifə 65-66). “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar