Məhkəmə qərarları › İş №2-1(3-9)-33/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-33/2026

22.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-33/2026 22.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, Iddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi” iddia tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Tibbi Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli, *NRDEDE**** nömrəli qərarının ləğv olunması və ##.##.2025-ci il tarixdən X3 ümumi xəstəlik səbəbindən müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavbdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin ##.##.2024-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. Məhkəmənin ##.##.2024-ci il tarixli qərardadı ilə Sabirabad rayon Mərkəzi Xəstəxanası üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Pərvanə Qurbanova) ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. Imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Belə olan halda məhkəmə cavabdehin imtinasını əsaslı hesab etməmiş və qeyd etmişdir ki, ididaçıya əlillik təyin edilməlidir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ## #### 2019-cu ildə Saatlı şəhərində doğulmuş doğma oğlu X3 xeyli vaxtdır ki, ürək çatışmamazlığı xəstəliyindən əziyyət çəkir. Dəfələrlə müxtəlif tibb müəssisələrində müayinə və müalicə olunmasına baxmayaraq Bəxtiyarın sağlamlıq durumunda yaxşılaşmalar müşahidə olunmur. Əvvəllər Bəxtiyara müvafiq əlillik dərəcəsi təyin edilmişdir. Sonuncu dəfə cavabdeh təşkilat tərəfindən ## ######## 2023-cü il tarixdə qiymətləndirmə aparılarkan əlillik təyinindən imtina edilib. Imtinaya səbəb kimi də əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: Xəstənin hazırkı vəziyyətini qiymətləndirmək üçün ixtisaslaşmış stasionarda müayinə-müalicə olunaraq ekspertiza üçün əhəmiyyətli xüsusiyyətlər dəqiqləşdirilsin və köməkçi diaqnostik müayinələrlə təsdiq olunsun qeyd edilərək Bəxtiyara müvafiq əlillik dərəcəsi təyin etməkdən imtina etmişdir. Cavabdeh təşkilat tərəfindən qeyd edilən hərəkətlə onun azyaşlı oğlu Bəxtiyar Rəsulovun konstitusion hüququ pozulmuşdur. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Cavabdeh qurum tərəfindən iddiaya yazılı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia tələbinə dair iş üzrə bildirir ki, iddiaçının övladının əlillik vəziyyətinə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının ##.##.2023cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Mədəcikarası çəpərin qüsuru, AÜQ. VSD Mədəciklərarası çəpərin deffekti əməliyyatdan sonrakı vəziyyət. Durğunluq ürək çatmamazlığı. Qan dövranı çatmamazlığı II dərəcə. Üçtaylı qapağın qeyri-revmatik çatmamazlığı, Trikuspid qapaq çatmamazlığı ll-lll dərəcə.. Məzkəzə göndərilmənin / Imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstənin hazırkı vəziyyətini dəyərləndirmək üçün ixtisaslaşmış stasionarda müayinə-müalicə olunaraq ekspertiza üçün əhəmiyyətli xüsusiyyətlər dəqiqləşdirilsin və köməkçi dioqnostik müayinələrlə təsdiq olunsun...” səbəbi ilə imtina verilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edir. Bundan başqa cavabdeh inzibati orqan yeni etiraz verərək qeyd etmişdir ki, məhkəmənin icraatında olan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbinə dair iş üzrə bildirilir ki, iddiaçının övladı X3 əlillik vəziyyətinə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının ##.##.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni Mədəcikarası çəpərin qüsuru, AÜQ: VSD. Mədəcikarası çəpərin deffekti cərrahi əməliyyatdan sonrakı vəziyyət. Durğunluq ürək çatmamazlığı, Qan dövranı çatışmamazlığı-II dərəcə.. və Mərkəzə göndərilmənin / Imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. Saatlı rayon sakini ##.##.2019-cu il təvəllüdlü X3 (FIN:8NRDEDE) əlillik müddəti tamamlandıqdan sonra müraciəti əsasında 3 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaşın qəyyumu (İddiaçı FIN: *******) məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçı X3 əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı B.Rəsulova əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən, müəyyən olundu ki, X3 əlillik vəziyyəti ilk dəfə Saatlı Mərkəzi Rayon Xəstəxanasının ##.##.2020-ci il tarixli *******AALDQ nömrəli rəsmiləşdirilmiş göndərişi əsasında, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək, ona ##.##.2020-ci il tarixindən ##.##.2023-cü il tarixinədək ümumi xəstəlik səbəbindən 3 (üç) il müddətinə “ilkin” əlillik təyinatı aparılmışdır. Növbəti dəfə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının ##.##.2023-cü il tarixli K********HKF nömrəli rəsmiləşdirilmiş göndərişi əsasında, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Yenidən Sabirabad Rayon Mərkəzi Xəstəxanasının ##.##.2023cü il tarixli N********VYX nömrəli rəsmiləşdirilmiş göndərişi əsasında, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. (Səbəb: Xəstənin hazırkı vəziyyətini dəyərləndirmək üçün, ixtisaslaşmış stasionarda müayinə-müalicə olunaraq ekspertiza üçün əhəmiyyətli xüsusiyyətlər dəqiqləşdirilsin və köməkçi dioqnostik müayinələrlə təsdiq olunsun.) Sonuncu dəfə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının ##.##.2023-cü il tarixli F********YDI nömrəli rəsmiləşdirilmiş göndərişi əsasında, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. (ESDAS 3-17- 4/3-3-2837/2024). Qərardan narazı olan vətəndaş yenidən məhkəməyə müraciət etmiş, ##.##.2024-cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosiall Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır.##.##.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı valideyin övladında ümumi zəiflikdən, tənginəfəslikdən, boğulma hissinin olmasından şikayətlənmişdir. Anasının verdiyi anamnestik məlumatlara əsasən körpə anadan olduqdan sonra ürək qüsuru aşkarlanmış, daima kardioloqun nəzarəti altında olmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2024-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta normaldır. Kiçik rezidual VSD (heodinamik əhəmiyyətsiz). Sol mədəciyin sistolik və diastolik funksiyası pozulmayıb LVEF=69%. Mitral qapaqlar cüzi fibrotikdir. 1-2 Triskupidal Requrgitasiya. Perikard təmizdir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Beləliklə, aparılmış anamnestik, obyektiv və instrumental müayinələrin nəticəsinə əsasən hal-hazırda əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, vətəndaşın müraciətləri üzrə qiymətləndirmə aparılarkən hazırki sağlamlıq vəziyyəti müvafiq tibbi müəssisəsi tərəfindən rəsmiləşdirilmiş diaqnoza uyğun olmadığından həmçinin orqanizm funksiyalarının pozulması əlilliyin müəyyən edilməsi üçün yetərli səviyyədə olmadığından onun barəsində əlillik təyin etmək mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edirlər. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, məhkəmə işi tam araşdırmamış, əsassız olaraq inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilə etmişdir. Inzibati icraat qanuni başlanılmışdır. Prosessual məsələlər: Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş, iddianın rədd olunmasını xahiş etmişdir. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi, həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: - Əlilliyin qiymətləndirilməsi barədə elektron altsistemdən çıxarışlardan görünür ki, X3 əlillik vəziyyəti: Tibbi müəssisənin *******AALDQ nömrəli (forma 88) göndərişi əsasında ##.##.2020-ci il tarixində qiymətləndirilmiş və Sağlamlıq imkanları məhdud uşaq kimi ümumi xəstəlik səbəbi ilə 3 il müddətinə, yəni ##.##.2023-cü il tarixədək əlillik təyin edilmiş, Tibb müəssisəsinin ##.##.2023-cü il tarixli, K********HKE nömrəli (forma 88) göndərişi əsasında ##.##.2023-cü il tarixdə qiymətləndirilmiş və ##.##.2023-cü il tarixli, *NRDEDE**** nömrəli qərarı ilə Əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlillik təyinatından imtina edilmiş, Tibb müəssisəsinin ##.##.2023-cü il tarixli, N********VYX nömrəli (forma 88) göndərişi əsasında ##.##.2023-cü il tarixində qiymətləndirilmiş və ##.##.2023-cü il tarixli, *NRDEDE**** nömrəli qərarı ilə Əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlillik təyinatından imtina edilmiş, Tibbi-Sosial ekspert komissiyasının *NRDEDE**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ilə Diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik təyinatından edilmiş, Tibb müəssisəsinin ##.##.2025-ci il tarixli, C********LHD nömrəli (forma 88) göndərişi əsasında ##.##.2025-ci il tarixdə qiymətləndirilmiş və ##.##.2025-ci il tarixli, *NRDEDE**** nömrəli qərarı ilə Diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. Tibb müəssisəsinin ##.##.2025-ci il tarixli, C********LHD nömrəli (forma 88) göndərişi əsasında X3 Əsas diaqnoz- Q21.0- Mədəcikarası çəpərin qüsuru, mədəciklərarası çəpərin defekti, əməliyyatdan sonrakı vəziyyət, Rezidual VSD, Ağırlaşma: I37.1- Ağciyər arteriyası qapağının çatmamazlığı, pulmonar qapaq çatmamazlığı İ dərəcə, I07.1- Trikuspidal (üçtaylı qapaq) çatmamazlıq, trikuspid qapaq İ-II dərəcə, yanaşı xəstəlik- I50.0-Durğunluq ürək çatmamazlığı, Qan dövranı çatmamazlığı II dərəcə kimi müəyyən edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, B.Rəsulovun əlillik vəziyyəti Saatlı Rayon Mərkəzi Xəstəxanasının *******AALDQ nömrəli göndərişi əsasında ##.##.2020-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ##.##.2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq ümumi xəstəlik səbəbindən 3 il müddətinə (##.##.2023-cü ilədək) sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi barədə qərar qəbul edilmişdir. Sağlamlıq imkanları məhdudluğunun bitdiyi ##.##.2023-cü il tarixindən sonra vətəndaşa dair Sabirabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən K00109980HKF və N********VYX nömrəli göndərişlər rəsmiləşdirilmişdir. Həmin göndərişlər əsasında şəxsin əlillik vəziyyəti müvafiq olaraq ##.##.2023 və ##.##.2023-cü il tarixlərində qiymətləndirilmiş və xəstənin hazırkı vəziyyətini dəyərləndirmək üçün ixtisaslaşmış stasionarda müayinə-müalicə olunması, ekspertiza üçün əhəmiyyətli xüsusiyyətlərinin dəqiqləşdirilməsi,həmçinin köməkçi dioqnostik müayinələrlə təsdiq olunması tələb olunduğundan hər iki halda əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildirilir ki, B.Rəsulov ##.##.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq əlillik təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər öz təsdiqini tapmamışdır. X15 B.Rəsulova dair exokarioqrafik nəticəperimembranoz və midmuskulyar VSD korreksiya əməliyyatından sonrakı vəziyyət kimi qeyd olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, B.Rəsulov əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə ##.##.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X13-sosial ekspert komissiyasının ## ###### 2024-ci il tarixli qərarında qeyd edilmişdir ki, Dövlət Tibbi- Sosial Ekspertiza və X13-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) ##.##.2024-cü il tarixdə aşağıda adlar göstərilən 5 (beş) nəfər vətəndaşın məhkəmə qərarlarına müvafiq olaraq tibbisosial ekspertizanın keçirilməsi məqsədi ilə əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. 4. Saatlı rayon sakini ##.##.2019-cu il təvəllüdlü X3 (FIN:8NRDEDE) əlillik müddəti tamamlandıqdan sonra müraciəti əsasında 3 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaşın qəyyumu (İddiaçı FIN: *******) məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçı X3 əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı B.Rəsulova əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən müəyyən olundu ki, X3 əlillik vəziyyəti ilk dəfə, Saatlı Mərkəzi Rayon Xəstəxanasının ##.##.2020-ci il tarixli *******AALDQ nömrəli rəsmiləşdirilmiş göndərişi əsasında, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək, ona ##.##.2020-ci il tarixindən ##.##.2023-cü il tarixinədək ümumi xəstəlik səbəbindən 3 (üç) il müddətinə “ilkin” əlillik təyinatı aparılmışdır. Növbəti dəfə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının ##.##.2023-cü il tarixli K********HKF nömrəli rəsmiləşdirilmiş göndərişi əsasında, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Yenidən, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının ##.##.2023-cü il tarixli N********VYX nömrəli rəsmiləşdirilmiş göndərişi əsasında, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. (Səbəb: Xəstənin hazırkı vəziyyətini dəyərləndirmək üçün, ixtisaslaşmış stasionarda müayinə-müalicə olunaraq ekspertiza üçün əhəmiyyətli xüsusiyyətlər dəqiqləşdirilsin və köməkçi dioqnostik müayinələrlə təsdiq olunsun.) Sonuncu dəfə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının ##.##.2023-cü il tarixli F********YDI nömrəli rəsmiləşdirilmiş göndərişi əsasında, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək Diaqnoz əlillik təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş yenidən məhkəməyə müraciət etmiş, ##.##.2024-cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır. ##.##.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı valideyin övladında ümumi zəiflikdən, tənginəfəslikdən, boğulma hissinin olmasından şikayətlənmişdir. Anasının verdiyi anamnestik məlumatlara əsasən körpə anadan olduqdan sonra ürək qüsuru aşkarlanmış, daima kardioloqun nəzarəti altında olmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2024-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta normaldır. Kiçik rezidual VSD (heodinamik əhəmiyyətsiz). Sol mədəciyin sistolik və diastolik funksiyası pozulmayıb LVEF=69%. Mitra! qapaqlar cüzi fibrotikdir. 1-2 Triskupidal Requrgitasiva. Perikard təmizdir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Beləliklə, aparılmış anamnestik, obyektiv və instrumental müayinələrin nəticəsinə əsasən hal-hazırda əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ##.##.2024-cü il tarixli, T ***/**** nömrəli rəyində qeyd edilmişdir ki, 2019-cu il təvəllüdlü azyaşlı X3 adına tərtib edilmiş sənədlərə, özünün məhkəmətibbi müayinəsinə və qərardada göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.3.Azyaşlı B.S.Rəsulovun iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün adına Sabirabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli N********VYX nömrəli Forma 88-də göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: Q21.0-Mədəcikarası çəpərin qüsuru. AÜQ. VSD. Mədəciklərarası çəpərin defekti, əməliyyatdan sonrakı vəziyyət; Ağırlaşma: I50.0- Durğunluq ürək çatmamazlığı. Qan dövranı çatmamazlığı II dərəcə; I36.1-Üçtaylı qapağın qeyrirevmatik çatmamazlığı. Trikuspid qapaq çatmamazlığı II-III dərəcə.” diaqnoz ona xəstəxanada anamnestik, klinik və laborator instrumental müayinələri əsasında müəyyən edilmişdir. O, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnozla əlaqədar zərurət yarandıqda əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) cəlb oluna bilər. 2.B.S.Rəsulovun barəsində müvafiq tibb müəssisəsinin tərtib etdiyi göndəriş tam doldurulmuşdur. “Respublika Pediatriya Mərkəzi” PHŞ-nin X1 xəstəxanası X8 rəyində qeyd edilmişdir ki, ##.##.2019-cu il təvəllüdlü xəstə X3 ##.##.2025-ci il tarixində növbəti dəfə müayinə olundu. X4 Qusuru ilə doğulmuşdur. 2019-cu ildə Mərkəzi Neftçilər xəstəxanasında uşağa açıq ürək əməliyyatı keçirilmişdir. Şikayətləri artdığı ucün uşaq dəfələrlə kardioloqun müayinəsinə gəlmişdir. Hal-hazırda səhhətindəki problemləri ilə bağlı xəstəxanaya müayinə üçün müraciət etmişdir. EKQ - müayinədə ürəkdə dəyişikliklər, sinus brodikardiyası və sağ mədəcik hipertrofiyası izləndi. EXOKQ - müayinə nəticəsinə görə xəstədə keçirtdiyi əməliyyatdan sonra 3 taylı qapağın II dərəcəli çatmamazlığı aşkar olundu. Uşağın hal-hazırda vəziyyəti orta ağırdır, əməliyyatdan sonrakı ağırlaşmalar qeyd olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”na əsasən: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbisosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Iddiaçının orqanizmində olan patofunksional pozuntular ekspert rəyi və ixtisaslaşmış müalicə müəssisəsinin təqdim etdiyi sənədlərlə öz təsdiqini tapmaqla, diaqnozun yuxarıda qeyd olunan meyarların müvafiq bəndinə uyğun olması müəyyən edilmişdir ki, bu hal cavabdeh orqanın imtinasının əsassız olması qənaətinə gəlməyə əsas verir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və cavabdeh tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Odur ki, sözügedən ekspert rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, ekspert rəyi və ixtisaslaşmış tibb müəssisələri tərəfindən verilmiş digər sənədlərə əsasən iddiaçının övladının xəstəliyi və həmin xəstəliklə bağlı ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müvafiq bəndlərinə tam uyğunluğu təsdiq olunur. Odur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Kollegiya onu da diqqətə çatdırır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli iş üzrə, ##.##.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, "...kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, *-*(***)-****/**** nömrəli *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *- *(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli, 2-1(102) ****/**** nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Qeyd olunanlarla yanaşı kollegiya diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın iddiaçıya əlillik təyin edilməsindən imtina etməsinin hüquqi və faktiki əsaslarının müəyyən edilməməsi və imtinanın əsassız olması barədə düzgün nəticəyə gəlsə də, qərarın nəticə hissəsində orqanizmin funksiyalarının pozulma dərəcəsini, əlillik vəziyyətində olmanın müddətini müəyyən etməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, hazırki mübahisəyə dəqiqləşdirilmiş tələb həcmində baxılmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.9.1-ci bəndində “ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyri-revmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının mülayim pozulması ilə: FS III (50 Vatt və ya 2-3,9 METs), XÜÇ IIA mərhələ, ağciyər hipertenziyası 2-ci dərəcə, 2-ci dərəcə ürək aritmiyası (Laun-Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının azalması” diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 35-60% müəyyən edilməklə, 2 il müddətinə əlillik təyinatının aparılmasına əsas verir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, bununla yanaşı birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2025-ci il tarixli, *NRDEDE**** nömrəli qərarı ləğv edilsin və həmin tarixdən X3 ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının pozulması dərəcəsi 35-60% olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərar qəbul olunması öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar