Məhkəmə qərarları › İş №2-1(3-9)-330/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-330/2026

12.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-330/2026 12.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası, hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X3 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı “xxxx” Şirkətinin cavabdeh Iqtisadiyyat Nazirliyi yanında Cavabdeh qarşı torpaq sahəsinə dair hüqunun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı “xxxx” Şirkəti cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn ** saylı Şirvan Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, Üçüncü şəxs başçısının ##.##.1997-ci il tarixli, *** saylı sərəncamı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün İddiaçı daimi istifadəsinə verilmiş 31.39 ha torpaq sahəsinə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin müvafiq qərardadı ilə Üçüncü şəxs adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şirvan Inzibati Məhkəməsinin digər qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn ** saylı Şirvan Ərazi Idarəsi əsl cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz edilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim P.Qurbanova) ## #### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməsi, Üçüncü şəxs Başçısının 1997-ci il ## ###### tarixli, *** saylı sərəncamı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün “xxxx” Şirkətinin daimi istifadəsinə verilmiş 31.39 ha torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn üzərinə qoyulması, 50 manat ekspertiza tədqiqatının dəyərinin iddiaçı “xxxx” Şirkətindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X9, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ01360100000000003944 SWIFT BIK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ**CTRE********************) köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinin qanuni əsaslarla əldə edildiyi və onun tərəfindən faktiki istifadə edildiyi öz təsdiqini tapır və məhkəmə icraatında həmin hüquqmüəyyənedici sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından mötəbər sayılır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinasında göstərilən dəlillər iddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınmasından imtina üçün əsas hesab edilə bilməz. Belə ki, iddiaçıya torpaq sahəsi Icra Hakimiyyəti tərəfindən qanunauyğun şəkildə ayrılmış, ayrılan vaxtdan hal-hazırki dövrədək fasiləsiz və mübahisəsiz istifadəsində olmuşdur. Və müvafiq qanunvericilik aktlarına istinadən müvafiq icra hakimiyyəti tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Beləliklə də, iddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Üçüncü şəxs başçısının 1997-ci il ## ###### tarixli *** saylı sərəncamı ilə 32.01 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün “xxxx” Şirkətinin daimi istifadəsinə verilmişdir. Bu barədə “xxxx” Şirkətinə Saatlı rayon Torpaq şöbəsi və Dövlət Yerquruluşu Layihə Institutu tərəfindən təsdiq olunmuş torpaqdan daimi istifadə hüququna dair JN-193, KOD:******** nömrəli dövlət aktı verilmişdir. Qeyd edilən torpaq sahəsinə çıxarış verilməsi üçün cavabdeh təşkilata müraciət etmişdir. Müraciəti ilə əlaqədar cavabdeh təşkilat tərəfindən ona ünvanlanmış məktubda qeyd edilir ki, elektron məlumat bazasında sözügedən 32.0056 ha torpaq sahəsinin bir hissəsi dövlət mülkiyyətində olmaqla ehtiyat fond torpaqlarının əkin torpaq sahəsi kimi, digər hissəsi isə meşə fondu torpaqları kimi daxil edilmişdir. Bu əsasla da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətinin icrasından imtina edilmişdir. Cavabdeh və üçüncü şəxs tərəfindən iddiaya qarşı etiraz təqdim edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, elektron məlumat bazasında sözügedən 32.0056 ha torpaq sahəsinin bir hissəsi dövlət mülkiyyətində olmaqla ehtiyat fond torpaqlarının əkin torpaq sahəsi kimi, digər hissəsi isə meşə fondu torpaqları kimi daxil edilmişdir. Bu əsasla da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsinə əsasən müraciətinin icrasından intina edilmişdir. Prosessual məsələlər Iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirməklə, iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Üçüncü şəxs başçısının ##.##.1997-ci il tarixli, *** saylı sərəncamı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün “xxxx” Şirkətinin daimi istifadəsinə verilmiş 31.39 ha torpaq sahəsinə dair istifadə hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Şirvan Ərazi Idarəsinin iddiaçının nümayəndəsinə ünvanladığı ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, elektron məlumat bazasına sözügedən 32.0056 ha torpaq sahəsinin bir hissəsi dövlət mülkiyyətində olmaqla ehtiyyat fond torpaqlarının əkin torpaq sahəsi kimi, digər hissəsi isə meşə fondu torpaqları kimi daxil edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 31-ci maddəsinə əsasən meşə fondu torpaqları əsasən meşə təsərrüfatının aparılması və genişlənməsi (meşələrin bərpası, meşələr salınması və i.a.) məqsədləri üçün istifadə edilir. Meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqısına, ipotekasına və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.6-cı maddəsinə əsasən dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Həmin Məcəllənin 50.3-cü maddəsinə uyğun olaraq qısamüddətli müvəqqəti istifadə - on beş ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün uzunmüddətli müvəqqəti istifadə isə - on beş ildən 49 ilədək müəyyən oluna bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46.4-cü maddəsinə uyğun olaraq dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Əlavə olaraq eyd edirik ki, müvafiq icra hakimiyyəti orqanının müraciəti ilə yerquruluşu planı tərtib edilməli, dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə dair rəy verilməli, torpaq sahəsinin icarəyə verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarı və icarə müqaviləsi təqdim edilməlidir. Yuxarıda göstərilən səbəblərdən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən, müraciətinizin icrasından imtina edilir. -Dövlət Əmlakının Hüquqi və Fiziki şəxslərə satılması haqqında reyestr kitabında * nömrəli, qeydiyyat nömrəsi 3066, ##.##.1997-ci il tarixli Şəhadətnamənin surətindən görünür ki, Saatlı rayon Taxıl Qəbulu müəssisəsinin əmlakı X2 və digərlərinə satılmışdır. -“xxxx” şirkətinin təsisçilərinin ümumi yığıncağının ##.##.1997-ci il tarixli protokolundan görünür ki, X2 “xxxx” şirkətinin direktoru seçilmişdir. -Torpaqdan daimi istifadə hüququna dair JN-193, KOD ******** nömrəli aktın surətindən görünür ki, Üçüncü şəxs başçısının 1997-ci il ## ###### tarixli, *** saylı sərəncamı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün “xxxx” Şirkətinin daimi istifadəsinə 32.01 hektar torpaq sahəsi verilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyində bildirilir: Üçüncü şəxs başçısının ##.##.1997-ci il tarixli, *** saylı sərəncamı ilə “xxxx” Şirkətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş 32.01 ha, faktiki 32.30 ha torpaq sahəsinin hüquqi statusu (mülkiyyəti)-Dövlət, hüquqi rejimi (kateqoriyası)-Ehtiyat Fond torpaqları, uqodiyası 31.39 hektarı-əkin, 0.91 hektarı isə örüşdür. Üçüncü şəxs başçısının ##.##.1997-ci il tarixli, *** saylı sərəncamı ilə “xxxx” Şirkətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş 32.01 ha torpaq sahəsinin faktiki (32.30 ha) vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq yoxdur və ya eyni ərazidir. Həmin torpaq sahəsinin koordinatları elektron kadastr xəritəsində düzgün olaraq qeyd edilmişdir. Üçüncü şəxs başçısının ##.##.1997-ci il tarixli, *** saylı sərəncamı ilə “xxxx” Şirkətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş 32.01 ha, faktiki 32.30 ha torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində və ya mülkiyyətində olan torpaq sahələri ilə heç bir halda üst-üstə düşmür. 32.01 ha (32.30 ha) torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir. -Üçüncü şəxs ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, Üçüncü şəxs başçısının ## ###### 1997-ci il tarixli, *** saylı sərəncamı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə “xxxx” şirkətinə rayonun inzibati ərazisində yerləşən ehtiyat fondu torpağından kənd təsərrüfatına az yararlı 32.01 hektar torpaq sahəsi icarəyə verilmişdir. Hal-hazırda həmin torpaq sahəsi “xxxx” şirkəti tərəfindən təyinatına uyğun olaraq (əkin məqsədilə) istifadə olunur. -Iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ** saylı Şirvan Ərazi Idarəsinin ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçıya torpaq sahəsi ayrılarkən Saatlı rayonu X4 ərazisindən ayrıldığı üçün torpaq sahəsinin təyinatının ehtiyat fondu torpaqları kateqoriyasına aid olmuşdur. Hal-hazırkı təyinatı elektron kadastr məlumat bazasına (TEKUIS-ə) əsasən kənd təsərrüfatı təyinatı torpaqlar kateqoriyasına aid torpaq sahəsi kimi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müvafiq göstərişinə əsasən yaradılmış Elmi-Texniki Şuranın 22 fervral 2024-cü il tarixli 60-cı iclasının protokoluna əsasən torpaq sahəsinin əvvəllər iddiaçı tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi istifadə olunduğunu nəzərə alaraq “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli *** nömrəli Fərmanına uyğun olaraq Saatlı rayonu inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid torpaqlarda aparılan uçot işləri zamanı torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid edilmişdir. Mübahisəli torpaq sahəsi hal-hazırda xxxx ASCnin nüməyəndəsinin faktiki istifdəsindədir. -Üçüncü şəxs ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, Üçüncü şəxs başçısının ## ###### 1997-ci il tarixli *** saylı sərəncamı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə “xxxx” şirkətinə rayonun inzibati ərazisində yerləşən dövlət ehtiyat fondu torpaqlarından kənd təsərrüfatına az yararlı 32.01 hektar torpaq sahəsi istifadəyə verilmişdir. Hal-hazırda həmin torpaq sahəsi “xxxx” şirkəti tərəfindən təyinatına uyğun olaraq (əkin məqsədilə) istifadə olunur. Lakin sözügedən torpaq sahəsinin hüquqi rejiminin (kateqoriyasının) dəyişdirilməsi ilə bağlı bizdə heç bir məlumat yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -8.0 maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;[37] 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il ####un #-dan 2009-cu il ####un ##-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. “Inzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinin qanuni əsaslarla əldə edildiyi və onun tərəfindən faktiki olaraq təyinatına uyğun istifadə edildiyi iş materialları, o cümlədən ekspert rəyi ilə öz təsdiqini tapır. Həmçinin qeydə alınması tələb olunan torpaq sahəsi səlahiyyətli dövlət qurumu tərəfindən iddiaçıya verildiyindən və sahənin verilməsinə dair sənəd qüvvədə olduğundan, o cümlədən yuxarıda qeyd edilmiş normaların tələbləri baxımından torpaq sahəsinə dair iddiaçının istifadə hüquqları qeydə alınmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işin mahiyyəti üzrə gəldiyi nəticə ilə razılaşsa da qərarının nəticə hissəsinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi qərarın nəticə hissəsində qeydə alınmalı olan hüququn növünü, qeydiyyatın müddətini qeyd etməmişdir. Bu hal isə gələcəkdə qərarın icrası mərhələsində qeyri-müəyyənlik yaranmasına, o cümlədən qərara izah verilməsi və s. kimi əlavə məhkəmə araşdırmasına rəvac verə bilər. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, bununla yanaşı birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilsin. Üçüncü şəxs başçısının ##.##.1997-ci il tarixli, *** saylı sərəncamı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün “xxxx” Şirkətinin daimi istifadəsinə verilmiş 31.39 ha torpaq sahəsinə dair daimi istifadə hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh üzərinə qoyulsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar