Məhkəmə qərarları › İş №2-1(3-9)-332/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-332/2026

22.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-332/2026 22.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), X2 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, Iddiaçının nümayəndəsi X1, Cavabdeh Cavabdeh iştirakları ilə, Iddiaçı “X5” publik hüquqi şəxsinin cavabdeh Cavabdeh qarşı “artıq ödənilmiş dövlət vəsaitinin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı “X5” publik hüquqi şəxsi cavabdeh Cavabdeh qarşı “işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 2480,24 manat dövlət vəsaitinin cavabdehin Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Pərvanə Qurbanova) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şəxsə işsizlikdən sığorta ödənişinin təyinatı aparılan zaman cavabdehin mülkiyyətində torpaq sahəsi olmuş, lakin o, inzibati orqana bununla bağlı məlumat verməmişdir. Bu hal məhkəmə araşdırması nəticəsində də öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan Torpağın mülkiyyət hüququna dair JN-019A, KOD ******** nömrəli Dövlət aktından görünür ki, Dadaşov Rasim Qulamhüseyn oğlu və onun ailə üzvlərinə Masallı rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** nömrəli qərarı ilə 0.08 ha torpaq sahəsi verilmiş və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş ##.##.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Masallı rayonu Binə Xocavar kəndi ərazisindən paylı 0.08 ha torpaq sahəsi Dadaşov Rasim Qulamhüseyn oğlunun və digərlərinin adına ümumi birgə mülkiyyət kimi qeydiyyata alınmışdır. Iddiaçı işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 2535,00 manat dövlət vəsaitinin cavabdeh tərəfindən onun bank hesabına ödənilməsini tələb etməkdə haqlıdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaş Cavabdeh (FIN: *******) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 ## ###### 2023-cü il tarixində ərizə ilə müraciət edərək ona işsizlikdən sığorta ödənişi ilə bağlı təyinatın aparılmasını xahiş etmişdir. X11 və Təyinat filialı tərəfindən qəbul edilən # #### 2023-cü il tarixli *-**-*/*-*-***/**** nömrəli Əmrlə cavabdeh Cavabdeh “Işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.2.1ci maddəsinə əsasən # ###### 2023-cü il tarixindən etibarən 6 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmiş və bu münasibətlər çərçivəsində cavabdehə 2480,84 manat vəsait nağdsız qaydada ödənilmişdir. Bildirir ki, Qanunun 18.0.1-ci maddəsinə əsasən sığorta ödənişi alan şəxs “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edilməsi halı sığorta ödənişinin verilməsinin dayandırılması əsaslarındandır. Qanunun 5.2.1-ci maddəsinə əsasən işsizlikdən sığortaolunanın əsas vəzifələrindən biri sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan bu Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verməkdir. Məlumat üçün bildirir ki, vətəndaşın qanunvericiliyin müvafiq tələbi ilə əlaqədar tam məlumatlandırması Cavabdeh tərəfindən ## ###### 2023-cü il tarixli “Iltizam” imzalanmaqla təmin edilmişdir. Təyinat dövrü üçün ödənişlərin icrası zamanı şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi fəaliyyəti çərçivəsində aparılan araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemi tərəfindən əldə olunmuş məlumatlara əsasən cavabdehlə bağlı mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğu müəyyən olunmuş və ## #### 2023-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli Əmrlə cavabdehə işsizlikdən sığorta ödənişlərinin ödənilməsi dayandırılmışdır. Diqqət edilməli məqam ondan ibarətdir ki, işsizlikdən sığorta ödənişi təyinatı # ###### 2023-cü il tarixdən etibarən başlamış, lakin cavabdeh mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğuna baxmayaraq Agentliyə bununla bağlı məlumat verməmişdir. Göründüyü kimi, şəxsə işsizlikdən sığorta ödənişinin təyinatı aparılan zaman onun qanunvericilikdə nəzərdə tutulan formada işsiz kimi qeydiyyatını məhdudlaşdıran hər hansı bir hal aşkarlanmamışdır. Işsizlikdən sığorta ödənişi beş ay ödənildikdən sonra MEIS-in müvafiq altsistemində cavabdeh Cavabdeh mülkiyyətində torpaq payının olduğu aşkar olunmuşdur. Həmçinin, cavabdeh özü mülkiyyətində torpaq payı olduğu halda işsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı müraciət edərək sözügedən münasibətlər çərçivəsində vicdanlılıq tələbinin şərtlərini pozmuşdur. Bildirir ki, Qanunun 2.0.15-ci maddəsinə əsasən işsizlikdən sığorta fondu - dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nın 6.2-ci maddəsinə əsasən Qanunun 18-ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada Agentliyə qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Yuxarıda qeyd edilən təyinata əsasən cavabdehə artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin Filialın bank hesabına könüllü surətdə geri qaytarılması ilə əlaqədar Filial tərəfindən # ###### 2024-cü il tarixli, *-**-*/*-D-***/**** nömrəli və # ### 2024-cü il tarixli, *-**-*/*-D-*****/**** nömrəli xəbərdarlıq məktubları ünvanlanmışdır. Ancaq cavabdeh tərəfindən qeyd edilən xəbərdarlıq məktublarına ümumiyyətlə münasibət bildirilməmiş, artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin könüllü surətdə Filiala geri qaytarılması ilə əlaqədar qanunvericiliyin tələbi icra edilməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən ona işsizlikdən sığorta ödənişinin təyinatı aparıldığı zaman məşğul şəxs olmuşdur və bununla bağlı Qanunun 5.2.1-ci maddəsində nəzərdə tutulan öhdəliyin icra edilməməsi nəticəsində işsizlikdən sığorta ödənişinin artıq ödənilməsi ilə nəticələnən təqsirli hərəkətlər icra edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 2480,84 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edirlər. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Prosessual məsələlər: Cavabdeh Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Işdə materiallarında olan: ##.##.2023-cü il tarixli Sığorta ödənişinin alınması üçün ərizədən görünür ki, Cavabdeh ərizə ilə müraciət edərək qanunvericiliyə uyğun olaraq ona işsizlikdən sığorta ödənişinin təyin edilməsini xahiş etmişdir. Cavabdeh imzası ilə təsdiq edilmiş iltizamda qeyd edilmişdir ki, DOST Mərkəzində olduğu zaman “Işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları barədə ətraflı məlumatlandırılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X5 Mərkəzi Mühasibatlıq və Təyinat Filialının *-**-*/*-*-***/**** nömrəli, ##.##.2023-cü il tarixli işsizlikdən sığorta təyin edilməsi haqqında əmrinə əsasən, 0# ###### 2023-cü il tarixindən cavabdeh də daxil olmaqla işsizlikdən sığorta ödənişi təyin edilən şəxslərin siyahısı təsdiq edilmişdir (726 nəfər işsiz şəxsin adlı siyahısı əlavə olunur). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X5 Mərkəzi Mühasibatlıq və Təyinat Filialının *-**-*/*-*-*****/**** nömrəli, ##.##.2023-cü il tarixli işsizlikdən sığorta ödənişinin dayandırılması haqqında əmrinə əsasən “Işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Mərkəzi Mühasibatlıq və Təyinat filialının Əsasnaməsinin 3.1.2-ci və 5.5.7-ci yarımbəndlərini rəhbər tutaraq adları əlavədə qeyd olunan 714 nəfər şəxsə (cavabdeh də daxil olmaqla) təyin olunmuş işsizlikdən sığorta ödənişi dayandırılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X5 Mərkəzi Mühasibatliq və Təyinat Filialinın cavabdehə ünvanladığı ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13.2.1-ci maddəsinə əsasən Sizə ##.##.2023-cü il tarixdən 6 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmiş və 2480,84 manat sığorta ödənişi vəsaiti nağdsız qaydada kart hesabınıza köçürülmüşdür. Nəzərinizə çatdırırıq ki, Qanunun 18.0.1-ci maddəsinə əsasən sığorta ödənişi alan şəxs “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edilməsi halı sığorta ödənişinin dayandırılmasına səbəb olur. Mülkiyyətinizdə kənd təsərrüfatına yararlı torpaq payı olduğu üçün 2480,84 manat işsizlikdən sığorta ödənişi vəsaitinin ödənilməsi əsassız hesab olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nın 6.2-ci bəndinə əsasən Qanunun 18-ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada X5ytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Qeyd edilən səbəbdən bu məktub sizə təqdim olunduğu tarixdən 30 (otuz) gün müddətində artıq ödənilmiş sığorta ödənişini könüllü qaydada Agentliyə geri qaytarmadığınız təqdirdə, mübahisənin məhkəmə qaydasında həlli məqsədi ilə qanunamüvafiq tədbir görüləcəkdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X5 Mərkəzi Mühasibatliq və Təyinat Filialinın cavabdehə ünvanladığı ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, sizə əsassız hesablanmış 2480,84 manat işsizlikdən sığorta ödənişi vəsaitinin geri qaytarılması ilə bağlı ##.##.2024-cü il tarixli, *-**-*/*-D-***/**** nömrəli məktub ünvanlanmışdır, lakin qeyd edilən vəsait tərəfinizdən hazırkı dövrə qədər könüllü surətdə X5 (bundan sonra-Agentlik) geriqaytanlmamışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Sgorta ödənişinin verilməsi Qaydası”nın 6.2-ci bəndinə əsasən “Işsizlikdən sağaria haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada Agentliyə qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Yuxarıda qeyd edfeascə asasasən bildiririk ki, bu məktub sizə təqdim olunduğu tarixdən 10 (on) gün müddətində qeyd olunan vəsait könüllü surətdə geri qaytarılmadığı halda yaranmış mübahisə ilə bağlı məhkəməyə müraciət ediləcəkdir. Iqtisadiyyat Nazirliyi Yaninda Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsi * saylı Cəlilabad Ərazi Idarəsinin məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh adına Masallı rayonu, Binə Xocavar kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 7 nəfər ailə üzvləri ilə ümumibirgə (0.06) ha ##.##.2015-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə, Masallı rayonu, Binə Xocavar kəndində yerləşən 7 nəfər ailə üzvləri ilə ümumi birgə 0.7350 ha kənd təsərrüfatı təyuinatlı torpaq sahəsi (əkin) ##.##.2015 il tarixli, ********** qeydiyyat nömrəsi ilə hüquqi qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş ##.##.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Masallı rayonu Binə Xocavar kəndi ərazisindən paylı 0.08 ha torpaq sahəsi Dadaşov Rasim Qulamhüseyn oğlunun və digərlərinin adına ümumi birgə mülkiyyət kimi qeydiyyata alınmışdır. Torpağın mülkiyyət hüququna dair JN-019A, KOD ******** nömrəli Dövlət aktından görünür ki, Dadaşov Rasim Qulamhüseyn oğlu və onun ailə üzvlərinə Masallı rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** nömrəli qərarı ilə 0.08 ha torpaq sahəsi verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş ##.##.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Masallı rayonu Binə Xocavar kəndi ərazisindən kənd təsərrüfatı təyinatlı 0.735 ha torpaq sahəsi Dadaşov Rasim Qulamhüseyn oğlunun və digərlərinin adına ümumi birgə mülkiyyət kimi qeydiyyata alınmışdır. Torpağın mülkiyyət hüququna dair JN-200, KOD ******* nömrəli Dövlət aktından görünür ki, Dadaşov Rasim Qulamhüseyn oğlu və onun ailə üzvlərinə Masallı rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** nömrəli qərarı ilə 0.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsinin məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “xxxx” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Cavabdeh adına Masallı rayonu, Binə Xocavar kəndində yerləşən, 7 nəfər ilə ümumi birgə mülkiyyətdə olan 0.06 ha fərdi yaşayış evinin torpaq sahəsi (məlumat üçün bildirik ki, 0,06 ha torpaq sahəsi üzərində yerləşən 805013023342-***** reyestr nömrəli fərdi yaşayış evi “xxxx” ASC-nin xeyrinə yüklü edilmişdir) və Masallı rayonu, Binə Xocavar kəndində yerləşən, 7 nəfər ilə ümumi birgə mülkiyyətdə olan 0,73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. “Işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 18.0.1-ci maddəsinin tələbinə görə şəxs “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə işsizlikdən sığorta ödənişi dayandırılır. Qanunun 5.2.1-ci maddəsinə əsasən işsizlikdən sığortaolunanın əsas vəzifələrindən biri sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan bu Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verməkdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.3-cü maddəsində qeyd olunmuşdur ki, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri məşğul şəxslər sayılırlar. Kollegiya diqqətə çatdırır ki, cavabdehə işsizlikdən sığorta ödənişi ödənilərkən onun mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Lakin iltizama imza etməsinə, həmçinin qanunvericilikdən irəli gələrək bu barədə məlumat verməli olmasına baxmayaraq bunu etməmişdir. Bu zaman cavabdehin sözügedən torpaq sahəsindən nə qədər gəlir əldə edib-etməməsi də əhəmiyyət kəsb etmir. Qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlinir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Inzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar