Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-333/2026 24.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və X2 ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin təyin olunması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli, *******0016 nömrəli qərarının ləğv olunması və ona müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə ötürülmüş prosessual müddət bərpa edilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim P.Qurbanova) ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə ekspert, mütəxəssis rəyini və iş materiallarında olan müvafiq tibb müəssisəsinin arayışlarını mötəbər sübut kimi qəbul edərək, iddiaçıda qeyd edilən diaqnoz nəticəsində əlilliyin təyin edilməsinin mümkünlüyünü müəyyən edir. Iddiaçıda mövcud olan xəstəlik iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərlə və keçirilmiş ekspertiza rəyi ilə öz təsdiqini tapır. Həmçinin həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. Imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, 2003-cü ildə bel yırtığından əməliyyat olunmuşdur. Həmin tarixdən ona 2-ci qrup əlillik dərəcəsi verilmişdir. 2020-ci və 2023-cü illərdə təkrar eyni yerdən üçüncü dəfə əməliyyat olunmuşdur. Əməliyyat zamanı bel fəqərəsinə altı ədəd, omba nahiyəsinə iki ədəd köməkçi implant qoyulmuşdur. Qurşaqdan aşağı hissiyyatı yoxdur. 2022-ci il oktyabr ayında əlillik dərəcəsi ilə bağlı komissiyadan keçmişdir. 2023-cü ilin sentyabr ayına qədər əlillik təqaüdü almışdır. Sentyabr ayı heç bir əsas olmadan əlillik təqaüdünü dayandırıblar. Kənar şəxslərin köməyi olmadan hərəkət edə bilmir. ##.##.2023-cü ildə Respublika Neyrocərrahiyə Xəstəxanasına daxil olmuş, ##.##.2023-cü ildə evə buraxılmışdır. Həmin xəstəxanadan ona təqdim olunan **** saylı stasionar tibb kitabından çıxarışda diaqnozda nevroloji statusda aşağı ətrafın hipesteziyası, pəncənin zəifliyi, parezi və çanaq funksiyalarının pozulması qeyd olunmuşdur. Həmin xəstəxananın ##.##.2023-cü il tarixli **** saylı tibb kitabından çıxarışda da eyni diaqnoz qoyulmuşdur. Yenə də həmin xəstəxananın ##.##.2024-cü il xəstəlik tarixi kitabından çıxarışda qeyd olunub: Diaqnozı-Aşagı paraparez çanaq funksiyalarının pozulması. Anamnez:Onurğa kanalının dekompressiyası. Nevroloji status:Kobud nevroloji defisitlər mövcuddur. Hər iki pəncənin parezi. Çanaq sidik və böyrək funksiyalarının pozulması-sidiyin saxlanmaması; qeyri-adi bağırsaq funksiyası. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının əlillik vəziyyətinə Ağcabədi RMX-nın ##.##.2025-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Diskogen L4-L5-S1 mieloradikulopatiyası. Göndərişin natamam doldurulması - Səbəb: Şəxsin əlillik hüquqlarının dəqiqləşdirilməsi məqsədilə yaşadığı yer üzrə xidmət göstərən TSEK-ə yaxınlaşması tövsiyə olunur....Səbəbi ilə imtina verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə işi tam, hərtərəfli, obyektiv araşdırmamış, tətbiq etməli olduğu qanunvericilik aktlarını tətbiq etməmiş, işin hallarına düzgün hüquqi qiymət verməmiş, iddiaçının təqdim etdiyi sənədlər və müvafiq ekspertizanın rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin hallarının tam araşdırılmamasına gətirib çıxartmışdır. Iddiaçının sağlamlıq vəziyyətində qeyd olunan patoloji dəyişikliklər göstəricilər baxımından müvafiq meyarların tələbləri ilə uzlaşmır. Tibb müəssisəsi tərəfindən təqdim edilmiş diaqnostik göstəricilər və klinik rəylər Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən hərtərəfli tədqiq edilmiş, lakin orqanizmin funksiyalarının pozulması (OFP) dərəcəsinin əlillik təyinatı üçün zəruri olan minimum — 35 faizlik həddə çatmadığı müəyyən edilmişdir. Prosessual məsələlər Iddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və təmin edilməməsini xahiş etmiş, həmçinin iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi, orqanizmin funksiyalarının pozulması 60 faiz olmaqla, müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -Əlillik altsistemindən çıxarışlardan müəyyən olunur ki, iddiaçı 2005-2021-ci illər aralığında əlillik vəziyyətində olmuş, növbəti qiymətləndirmələr nəticəsində ##.##.2022ci il tarixindən 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, ##.##.2023-cü ildə və ##.##.2023-cü il tarixlərdə göndərişin natamam doldurulması səbəbi ilə əlillik təyinatından imtina edilmiş, ##.##.2024-cü il tarixli, *******0016 nömrəli qərarla “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. -Beyləqan Rayon Mərkəzi Xəstəxanasının ##.##.2023-cü il tarixli, D********VCD nömrəli göndərişi əsasında iddiaçıya əsas diaqnoz- XBT kodu- M51.0- “Bel və digər şööbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, L4-L5-S1 mieloradikulopatiya, keçirilmiş L4-L5-S1 fəqərələrinin transpedikuliyar fiksiyası, L4 fəqərəsinin dekompressiv laminektomiyası əməliyyatından sonrakı vəziyyət”, ağırlaşma G82.0- “sust paraplegiya, hər iki pəncənin parezi, əzələ gücü 3 bal” kimi müəyyənləşdirilmişdir. -Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli, T ***/**** nömrəli rəyində qeyd edilmişdir ki, İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına “Beyləqan rayon mərkəzi xəstəxanası”ndan Tibbi-Sosial Ekspertiza Komissiyasına göndərilmiş ##.##.2023-cü il tarixli. D********VCD saylı göndərişdə XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: M51.2-fəqərəarası diskin digər dəqiqləşdirilməmiş yerdəyişməsi. L4-L5 səviyyəsində onurğa kanalının kobud stenozu, L5 fəqərəsinin retrolistezi, L4-L5 və L5-S1 səviyyəsində stabilliyin pozulması, L4-S1 fəqərəarası disk yırtığının xaric edilməsi cərrahi əməliyyatından sonrakı (2003 və 2020) vəziyyət. Ağırlaşmalar: Z98.8-digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L4-L5 səviyyəsində onurğa kanalının kobud stenozu, L5 fəqərəsinin retrolistezi, L4-L5 və L5-S1 səviyyəsində stabilliyin pozulması, L4-S1 fəqərəarası disk yırtığının xaric edilməsi cərrahi əməliyyatından sonrakı (2003 və 2020) vəziyyət, R26.0-ataktik yeriş, hərəkətin və yerişin pozulması (əsaya yeriş), M51.0-bel və digər şöbələrin fəqərəarası disklərinin miopatiya ilə zədələnmələri (G99.2), L5 fəqərəsinin retrolistezi, L4-L5 və L5-S1 səviyyəsində stabilliyin pozulması, L4-S1 fəqərəarası disk yırtığının xaric edilməsi cərrahi əməliyyatından sonrakı (2003 və 2020) vəziyyət, G82.0-süst paraplegiya, hər iki pəncənin parezi, əzələ gücü 3 bal.” diaqnoz ona stasionarda müalicəsi zamanı kliniki. anamnestik, laborator-instrumental müayinələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların səmərəliliyi və proqnozu qənaətbəxş olmuş, əmək qabiliyyətinin itirilməsi tibbi sosial ekspertləri tərəfindən 0% qeyd edilmişdir. Xəstəliklər xroniki halda olduqlarından və ona stasionarda müayinə müalicələri zamanı qoyulduğundan onun yuxarıdakı xəstəliklərdən əziyyət çəkməsini inkar etmək də olmaz. Diaqnozlarla əlaqədar onun hazırda əlavə medikamentoz müalicəsinə zərurət yoxdur, yarandığı halda müalicəyə cəlb oluna bilər. İddiaçı barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndəriş tam doldurulmuşdur. -“Respublika Neyrocərrahiyyə Xəstəxanası” PHŞ-nin ##.##.2026-cı il tarixli, 18-1- 5/2- ***/**** nömrəli rəyində qeyd edilmişdir ki, İddiaçı tibbi sənədlərə baxış zamanı məlum olmuşdur ki, üzərində 2003-cü, 2020-ci illdərdə “Disk yırtığının xaric edilməsi”, 2023-cü ildə “L4-L5, S1 fəqərələrinin transpedikulyar fiksasiyası” və “Onurğa kanalın dekompressiyası” cərrahi əməliyyatlar icra edilmişdir. Hazırda İddiaçı kobud nevroloji defisitlər, aşağı ətraflarda süstparaparez, hər iki pəncənin parezi və əzələ gücünün 3 (üç) bal səviyyəsində olması qeyd edilir. Eyni zamanda çanaq orqanlarının funksional pozğunluqları, sidiyin saxlanmaması və qeyri-iradi bağırsaq fəaliyyəti müşahidə olunur. “Bel-oma” MRT müayinə nəticələrinə əsasən: T4-L5-S1 fəqərələrinin transpedikulyar fiksasiyasından sonrakı vəziyyət”. Diaqnoz: T4-L5 səviyyədə onurğa kanalın kobud stenozu, L5 fəqərəsinin retrolistezi, L5-S1, L4-L5 səviyyədə stabilliyin pozulması, L5-S1 fəqərəsinin disk yırtığının xaric edilməsi və transpedikulyar fiksasiyasından sonrakı vəziyyət. Bel fəqərələri səviyyəsində onurğanın qan dövran pozğunluğu dissirkulator poliradikulo işemiya. Aşağı ətrafların paraparezi. Çanaq orqanlarının funksional pozulması” (XBT- M51.2, M48.0) Belə ki, qeyd olunanları nəzərə alaraq həkimneyrocərrah F.Mirzəliyev vətəndaş İddiaçı nevropatoloqun müayinəsini və reabilitasiya müalicəsini tövsiyə etmişdir. Şərh olunan tibbi rəylərdə qeyd edilmiş diaqnoz və ağırlaşmalar əlillik təyinatına əsas verməsinə baxmayaraq, cavabdeh bu halı, eyni zamanda iddiaçının əvvəllər də həmin diaqnoz əsasında uzun müddət əlillik vəziyyətində olmasını nəzərə almamışdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi qərarın əsaslandırıcı hissəsində iddiaçının orqanizmində baş verən patoloji pozuntuları Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müvafiq bəndi ilə eyniləşdirməmiş, həmçinin qərarın nəticə hissəsində orqanizmin funksiyalarının pozulma faizini və əlilliyin hansı müddətə təyin edilməsini müəyyən etməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, hazırki mübahisəyə dəqiqləşdirilmiş tələb həcmində baxılmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.6.3.2-ci bəndində “aşağı ətrafların təzahür edən paraparezi - çanaq orqanlarının (sidik kisəsi və düz bağırsaq) funksiyalarının mülayim pozuntusu ilə onurğa sütununun döş, bel və ya büzdüm səviyyəsində hissəvi zədələnmələri” diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 60 % müəyyən edilməklə, müddətsiz əlillik təyinatının aparılmasına əsas verir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -22.2. Işin nəticəsində marağı olan vəzifəli şəxs inzibati icraatda iştirak edə bilməz. -24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, bununla yanaşı birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-333/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-333/2026
24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver