Məhkəmə qərarları › İş №2-1(3-9)-335/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-335/2026

18.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-335/2026 18.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh cavabdeh1 tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğvi və əliliyin bərpa olunması) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və X2 ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh cavabdeh1 tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X1rşı “qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: ##.##.2021-ci il tarixli ***** nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı (bundan sonra - iddiaçı) Mərkəzi Hərbi Həkim Komissiyasınının qərarı ilə “Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli emosional-labil pozuntusu. Partlayış travması (##.##.2020), keçirilmiş qapalı kəllə-beyin silkələnməsi, davamlı sefalgik sindrom və davamlı vegetativ damar davamsızlığı ilə müşayiət olunan posttravmatik ensefalopatiya şəklində nəticəsi. Sol peroneal sinirin posttravmatik neyropatiyası nəticəsində ətraf funksiyasının cüzi dərəcədə pozulması. Partlayış travması (##.##.2020), sol budun aşağı 1/3-nin dəlib keçən qəlpə yaralanmasına görə aparılmış yaraların birincili cərrahi işlənməsi, sol üzün qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı. Partlayış travması (##.##.2020), qapalı kəllə-beyin travmasından sonrakı hal, orta dərəcəli sefalgik sindrom və affektiv pozulmalar. Partlayış travması (##.##.2020), qapalı kəlləbeyin travması, baş-beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər” diaqnozu qoyulmuş, travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmiş və sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. İddiaçıya ##.##.2021-ci ildə X12: XIX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => SOO-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.0 - Baş beynin silkələnməsi, Diaqnozun mətni: Baş beynin silkələnməsi, keçirilmiş qapalı kəllə-beyin silkələnməsini davamlı sefalalgik sindrom və davamlı vegetativ damar davamsızlığı ilə müşayiət olunan posttravmatik ensefalopatiya şəklində nəticəsi. Sol peroneal sinirin posttravmatik neyropatiyası nəticəsində ətrafın funksiyasının cüzi dərəcədə pozulması. Qapalı kəllə-beyin travmasından sonrakı haforta dərədi sefalalgik sindrom və affektiv pozulmalar. Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli emosional-labil pozuntusu. Sol budun aşağı 1/3nin dəlib keçən qəlpə yaralanmasına görə aparılmış yaraların birincili cərrahi işlənməsi, sol üzün qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı. Astiqmatizm, sol gözün keratokonusu, sağ gözün başlanğıv keratikonusu. Hər iki gözün sadə miopik astiqmatizmi sağda Em və M 1.5D və M4.0 D nəticəsində görmə itiliyinin 0.3-ə qədər azalması, korreksiya etmir, Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-FS2.9.F45-F45.9,F48-F4Ə.9) diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbi ilə 5 il müddətinə təkrar üçüncü dərəcəli əlillik təyin edilmişdir. ##.##.2024-cü il tarixli ********* nömrəli müraciət vərəqəsindən görünür ki, Masallı rayonu, Musaküçə kənd sakini X3 İddiaçı əlillik vəziyyətinin yenidən araşdırılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Cavabdehin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Belə ki, vətəndaş X3 tərəfindən İddiaçı əlillik təyinatının saxta olması ilə əlaqədar Agentliyə ##.##.2024-cü il tarixli *-**-*/*-R-*****/**** nömrəli müraciət ərizəsi daxil olmuşdur. Həmin ərizə əsasında Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən aparılan araşdırmadan sonra vətəndaşa dair mövcud əlilliyin əsassız ola biləcəyinə dair müəyyən şübhələr yaranmışdır. Bundan irəli gələrək, əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində İddiaçı ##.##.2024 cü il tarixli *-**-*/*-H-*****/**** nömrəli bildiriş məktubu əsasında ##.##.2025-ci il tarixinə Agentliyə əyani müayinəyə dəvət edilmiş və müayinədə iştirak etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli bildirişdə qeyd edilmişdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Qeyd edilənləri nəzərə alaraq siz ##.##.2025-ci il tarixdə saat 14:00-a qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç. 134) əyani müayinəyə dəvət olunursunuz. Əyani müayinəyə gələrkən özünüzlə mövcud xəstəliyinizə dair tibbi sənədləri, həmçinin varsa, əlillik səbəbini təsdiq edən müvafiq sənədləri (qərar, şəhadətnamə, istehsalat zədəsi ilə əlaqədar əlilliyi olan şəxslərdə “İZ” formalı akt həqiqi hərbi xidmətdə olan şəxslərin hərbi bileti, məhkəmə aktı və s.) gətirməyiniz xahiş olunur.” Tibbi-sosial ekspert komissiyasının ## ###### 2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarında qeyd edilmişdir ki, “...Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X15 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən müxtəlif tarixlərə 2 nəfərə dair əyani müayinəyə çağırılmaları haqqında ünvanına sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Agentliyin Tibbi-sosial ekspert komissiyası həmin vətəndaşların əyani müayinəsini həyata keçirmiş, tibbi-ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatları araşdırılmış və aşağıdakıları müəyyən etmişdir: 2) Masallı rayon sakini ##.##.1993-cü il təvəllüdlü İddiaçı (FİN:*******) əlillik vəziyyəti tibb müəssisəsinin *******AA**R nömrəli göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində ##.##.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”nın 2.3.9-cu bəndinə müvafiq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcə 5 il müddətinə əlillik təyini barədə qərar qəbul edilmişdir. Göndərişdə qeyd edilən diaqnoz “Baş beynin silkələnməsi, keçirilmiş qapalı kəllə-beyin silkələnməsini davamlı sefalalgik sindrom və davamlı vegetativ damar davamsızlığı ilə müşayiət olunan posttravmatik ensefalopatiya şəklində nəticəsi. Sol peroneal sinirin posttravmatik neyropatiyası nəticəsində ətrafın funksiyasının cüzi dərəcədə pozulması. Qapalı kəllə-beyin travmasından sonrakı hal, orta dərəcli sefalalgik sindrom və affektiv pozulmalar. Qapalı kəlləbeyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli emosional-labil pozuntusu. Sol budun aşağı 1/3-nin dəlibkeçən qəlpə yaralanmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, sol üzün qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı. Astiqmatizm, sol gözün keratokonusu, sağ gözün başlanğıv keratikonusu. Hər iki gözün sadə miopik astiqmatizmi sağda Em və M1.5 D və M4.0 D nəticəsində görmə itiliyinin 0.3-ə qədər azalması, korreksiya etmir.” olmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş *-**-*/*-H-*****/**** nömrəli bildiriş əsasında ##.##.2025ci il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2021-ci il tarixli ***** nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli emosional-labil pozuntusu. Partlayış travması (##.##.2020), keçirilmiş qapalı kəlləbeyin silkələnməsi, davamlı sefalgik sindrom və davamlı vegetativ damar davamsızlığı ilə müşayiət olunan posttravmatik ensefalopatiya şəklində nəticəsi. Sol peroneal sinirin posttravmatik neyropatiyası nəticəsində ətraf funksiyasının cüzi dərəcədə pozulması. Partlayış travması (##.##.2020), sol budun aşağı 1/3-nin dəlib keçən qəlpə yaralanmasına görə aparılmış yaraların birincili cərrahi işlənməsi, sol üzün qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı. Partlayış travması (##.##.2020), qapalı kəllə-beyin travmasından sonrakı hal, orta dərəcəli sefalgik sindrom və affektiv pozulmalar. Partlayış travması (##.##.2020), qapalı kəlləbeyin travması, baş-beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. “Sağ gözün başlanğıc keratokonusu, sol gözün keratokonusu, hər iki gözün sadə miopik astiqmatizmi sağda Em və M1.5D, solda Em və 4.0D nəticəsində görmə itiliyinin 0.3-ə qədər azalması, korreksiya etmir” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, ürəkbulanma, tez özündən çıxmadan şikayətlənmişdir. Dərmanlardan klonazepam, depakin qəbul etdiyini söyləmişdir. Zahirən səliqəli, düşüncəsi aydın olmuşdur. Bələdliyi qorunmuşdur. Mühakimə və analiz qabiliyyəti situasiyaya uyğun olmuşdur. Yaddaşı pozulmamışdır. Həyəcanlı, söhbətdə çoxsözlü olmuşdur. Zehni inkişaf səviyyəsi yaşına və keçirdiyi həyat tərzinə uyğun olmuşdur. Tənqidi qorunmuşdur. ƏMAS-da vətəndaşa dair ##.##.2024-cü il tarixdən direktor, müəssisə/nəqliyyat kimi aktiv əmək müqaviləsi qeyd edilmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi nevrozabənzər sindrom (MRT)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Bundan irəli gələrək tibbi sənədlər, obyektiv və instrumental müayinə və digər ekspertiza üçün əhəmiyyətli məlumatlar üzrə aparılan araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən psixopatoloji ağırlaşmalar əlillik səviyyəsində olmadığından Tibbi sosialekspert komissiyası tərəfindən qərara alınmışdır ki, ##.##.2025-ci il tarixində “Tam reabilitasiya olunması” barədə qərar qəbul edilsin.” Tibbi-sosial ekspert komissiyasının ##.##.2025-ci il tarixli *******0005 nömrəli qərarından görünür ki, iddiaçının “Tam reabilitasiya olması” barədə qərar qəbul edilmiş və qərar sistemə ##.##.2025-ci il tarixdə daxil edilmişdir. “xxxx” X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli **** saylı ekspert rəyində qeyd edilmişdir ki, “...Somatik status: Yoxlanılan şəxs düzgün bədən quruluşludur. Dəri və gözə görünən selikli qişalar adi rəngdədir. Hər iki əlinin üzərində kəsik izləri müşahidə edilir. Daxili orqanlar tərəfindən kobud patologiya aşkar olunmur. Nevroloji statusu: Mərkəzi sinir sistemi tərəfindən dağınıq üzvi dəyişiklik əlamətləri qeyd edilir. ...Yoxlanılan şəxs İddiaçı hal-hazırda “Üzvi mənşəli emosional labil pozuntu, anamnezində qıcolma tutmaları ilə” (F06.6) müəyyən edilir. Bunu anamnestik məlumatlar, əldə edilmiş tibbi sənəd (xarici qıcıqlara qarşı həssas olması, baş ağrısından şikayət etməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 “Üzvi mənşəli (kəllə beyin travası) emosional - labil pozuntusu. F06.6 Nevroloji əlamətlər və qıcolma tutmaları olduğu üçün ixtisaslaşdırılmış nevroloji müayinə tövsiyə olunur” diaqnozu qeyd edilməsi və hal-hazırkı müayinənin nəticələri (əhvali ruhiyyəsinin dəyişkən olması, emosional sferasının labil olması və s.) sübut edir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “##.##.2025-ci il tarixli *******0005 saylı qərarın ləğv edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə təyin edilmiş üçüncü dərəcə əlilliyinin dayandırıldığı tarixdən bərpa olunması öhdəliyinin cavabdehə həvalə olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ## ######## 2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən orduya çağrılmışdır. ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı Qubadlı rayon ərazisində düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində “Partlayış travması, sol budun aşağı 1/3-nin və üzün sol yarısının odlu silah yaralanması” xəsarəti almışdır. Xəsarət aldığı gün Qubadlı rayon Xanlıq kəndində Səhra hospitalına təxliyyə olunmuş, daha sonra Füzuli Rayon Diaqnostika Mərkəzinə, ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Şirvan Şəhər Mərkəzi Xəstəxanasında müalicə almış, ##.##.2020-ci il tarixdə Baş Klinik Hospitala aparılmışdır. ##.##.2020-ci il tarixdə isə ordudan təxris olunmuşdur. Əlillik təyinatına əsas verərən xəstəlikdən hazırda da əziyyət çəkir. Səhhətində yaxşılığa doğru hər hansı bir irəliləyiş olmamışdır. Bunu iş materiallarında olan sənədlər də təsdiq edir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Masallı Rayon Mərkəzi Xəstəxanasının ##.##.2021-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni. Keçirilmiş qapalı kəllə-beyin silkələnməsinin davamlı sefalgik sindrom və davamlı vegetativdamar davamsızlığı ilə müşayiət olunan posttravmatik ensefalopatiya şəklində nəticəsi. Sol peroneal sinirin posttravmatik neyropatiyası nəticəsində ətrafın funksiyasının cüzi dərəcədə pozulması. Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli emosional-labil pozuntu. Vegetativ (avtonom) sinir sisteminin pozuntuları. QKBT, baş-beyin silkələnməsindən sonrakı astenonevrotik təzahürlər. Sol budun aşağı 1/3-nin dəlib-keçən qəlpə yaralanmasına görə aparılmış yaraların birincili cərrahi işlənməsi, sol üzün qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı. Sol gözün keratokonusu, sağ gözün başlanğıc keratokonusu. Hər iki gözün sadə miopik astiqmatizmi, sağda Em və M1.5D və M4.0D nəticəsində görmə itiliyinin 0.3-ə qədər azalması, korreksiya etməməklə. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: “Tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir. Səbəbi ilə imtina edilmişdir. Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qərarı (hakim Rəşidə Quliyeva) ilə iddia təmin edilmiş, Tibbi-sosial ekspert komissiyasının *******0005 nömrəli ##.##.2025-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə təyin edilmiş üçüncü dərəcə əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi barədə qərar qəbul edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri Tibbi-sosial ekspert komissiyasının ## ###### 2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarında göstərilənlər ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Qanun: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ... Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə: (iddiaçıya əlillik təyin edilən zaman ##.##.2021-ci ildə qüvvədə olmuşdur) 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: ... 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı müddətli əlilliyin təyinininə əsas olmuş xəstəlikdən hal-hazırda da əziyyət çəkir. Bundan başqa, cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələbləri nəzərə alınmamışdır. İşin hallarından müəyyən edildi ki, İddiaçı (bundan sonra - iddiaçı) Mərkəzi Hərbi Həkim Komissiyasınının qərarı ilə “Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli emosional-labil pozuntusu. Partlayış travması (##.##.2020), keçirilmiş qapalı kəllə-beyin silkələnməsi, davamlı sefalgik sindrom və davamlı vegetativ damar davamsızlığı ilə müşayiət olunan posttravmatik ensefalopatiya şəklində nəticəsi. Sol peroneal sinirin posttravmatik neyropatiyası nəticəsində ətraf funksiyasının cüzi dərəcədə pozulması. Partlayış travması (##.##.2020), sol budun aşağı 1/3-nin dəlib keçən qəlpə yaralanmasına görə aparılmış yaraların birincili cərrahi işlənməsi, sol üzün qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı. Partlayış travması (##.##.2020), qapalı kəllə-beyin travmasından sonrakı hal, orta dərəcəli sefalgik sindrom və affektiv pozulmalar. Partlayış travması (##.##.2020), qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər” diaqnozu qoyulmuş, travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmiş və sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. İddiaçıya ##.##.2021-ci ildə X12: XIX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => SOO-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.0 - Baş beynin silkələnməsi, Diaqnozun mətni: Baş beynin silkələnməsi, keçirilmiş qapalı kəllə-beyin silkələnməsini davamlı sefalalgik sindrom və davamlı vegetativ damar davamsızlığı ilə müşayiət olunan posttravmatik ensefalopatiya şəklində nəticəsi. Sol peroneal sinirin posttravmatik neyropatiyası nəticəsində ətrafın funksiyasının cüzi dərəcədə pozulması. Qapalı kəllə-beyin travmasından sonrakı haforta dərədi sefalalgik sindrom və affektiv pozulmalar. Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli emosional-labil pozuntusu. Sol budun aşağı 1/3nin dəlib keçən qəlpə yaralanmasına görə aparılmış yaraların birincili cərrahi işlənməsi, sol üzün qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı. Astiqmatizm, sol gözün keratokonusu, sağ gözün başlanğıv keratikonusu. Hər iki gözün sadə miopik astiqmatizmi sağda Em və M 1.5D və M4.0 D nəticəsində görmə itiliyinin 0.3-ə qədər azalması, korreksiya etmir, Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-FS2.9.F45-F45.9,F48-F4Ə.9) diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbi ilə 5 il müddətinə təkrar üçüncü dərəcəli əlillik təyin edilmişdir. ##.##.2024-cü il tarixdə Masallı rayonu, Musaküçə kənd sakini X3 İddiaçı əlillik vəziyyətinin yenidən araşdırılması ilə bağlı müraciət etmişdir. Həmin müraciət TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübut kimi qiymətləndirilmiş, inzibati icraat təzələnmiş, şəxs əyani müayinəyə cəlb edilmiş, ##.##.2025-ci ildə əyani müayinə olunmuş və Tibbi-sosial ekspert komissiyasının ##.##.2025-ci il tarixli *******0005 nömrəli qərarı ilə iddiaçının “Tam reabilitasiya olması” barədə qərar qəbul edilmiş, qərar sistemə ##.##.2025-ci il tarixdə daxil edilmişdir. “xxxx” X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli **** saylı ekspert rəyində qeyd edilmişdir ki, “...Somatik status: Yoxlanılan şəxs düzgün bədən quruluşludur. Dəri və gözə görünən selikli qişalar adi rəngdədir. Hər iki əlinin üzərində kəsik izləri müşahidə edilir. Daxili orqanlar tərəfindən kobud patologiya aşkar olunmur. Nevroloji statusu: Mərkəzi sinir sistemi tərəfindən dağınıq üzvi dəyişiklik əlamətləri qeyd edilir. ...Yoxlanılan şəxs İddiaçı hal-hazırda “Üzvi mənşəli emosional labil pozuntu, anamnezində qıcolma tutmaları ilə” (F06.6) müəyyən edilir. Bunu anamnestik məlumatlar, əldə edilmiş tibbi sənəd (xarici qıcıqlara qarşı həssas olması, baş ağrısından şikayət etməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 “Üzvi mənşəli (kəllə beyin travası) emosional - labil pozuntusu. F06.6 Nevroloji əlamətlər və qıcolma tutmaları olduğu üçün ixtisaslaşdırılmış nevroloji müayinə tövsiyə olunur” diaqnozu qeyd edilməsi və hal-hazırkı müayinənin nəticələri (əhvali ruhiyyəsinin dəyişkən olması, emosional sferasının labil olması və s.) sübut edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə iddia müddəti ilə bağlı xüsusi mümkünlük şərtinə münasibətdə bildirilir ki, mübahisələndirilən qərar barədə iddiaçıya ##.##.2025-ci il tarixli məktub ilə məlumat verilmiş, iddiaçı ##.##.2025-ci il tarixdə iddia ərizəsi ilə (poçt vasitəsi ilə) məhkəməyə müraciət etmişdir. İddia mümkün iddiadır. Mübahisə üzrə ilk növbədə fərqləndirilməli olan məsələ ondan ibarətdir ki, inzibati orqan istənilən vaxt heç bir sübut olmadan yalnız hər hansı bir şəxsin “istənilən əlil şəxs barəsində əlillik dərəcəsinin yoxlanılması ilə bağlı müraciəti əsasında” əlillik təyinatı ilə bağlı icraatı təzələyə bilərmi? Bu məsələyə münasibətdə bildirilir ki, əlillik təyinatı ilə bağlı qərarın inzibati orqan tərəfindən qanunsuz əlverişli inzibati akt və ya qanuni əlverişli inzibati akt kimi qiymətləndirilməsindən asılı olmayaraq, əlillik təyinatı ilə bağlı icraatın təzələnməsi üçün yalnız əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında (qanunsuz əlverişli inzibati akt) və ya yeni yaranmış faktiki hallar ilə bağlı (qanuni əlverişli inzibati akt) icraat başlana bilər. Bu hüququn təməl prinsiplərindən (qanunçuluq prinsipi) irəli gəlir. Yoxsa, inzibati orqan ümumi şəkildə “risk qrupu” adı altında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə istinad edərək istənilən vaxt əlillik təyinatı ilə bağlı icraatı təzələyə bilməz. Mübahisə üzrə cavabdeh tərəfindən inzibati icraatın təzələnməsinə səbəb ola biləcək hər hansı bir əsaslı sübut təqdim edilməmiş, digər bir vətəndaşın iddiaçının əlillik dərəcəsinin yoxlanılması ilə bağlı müraciətinin əlillik ilə bağlı icraatın təzələnməsinə əsas ola biləcək halı sübut edə bilməmişdir. Mübahisə üzrə ikinci məsələ ondan ibarətdir ki, inzibati orqan əlillik təyinatı ilə bağlı özünün əvvəlki qərarını qanunsuz, yoxsa qanuni əlverişli inzibati akt kimi ləğv etmişdir. Bu məsələnin araşdırılması zamanı müəyyən edilmişdir ki, inzibati orqan özünün əlilliklə bağlı əvvəlki qərarının (##.##.2021-ci il) qanuniliyini qəbul edir, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə qərarın ləğv edilməli olduğunu bildirir. Bu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır. Qanunun 68.2-ci maddəsində qanuni əlverişli inzibati aktın ləğv edilməsi əsasları göstərilmişdir. Hazırki mübahisə üzrə həmin əsaslardan hər hansı biri müəyyən edilmir. İş üzrə təyin edilmiş ekspertiza üzrə “xxxx” X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli **** saylı ekspert rəyindən görünür ki, İddiaçı hal-hazırda “Üzvi mənşəli emosional labil pozuntu, anamnezində qıcolma tutmaları ilə” (F06.6) müəyyən edilir. Bunu anamnestik məlumatlar, əldə edilmiş tibbi sənəd (xarici qıcıqlara qarşı həssas olması, baş ağrısından şikayət etməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 “Üzvi mənşəli (kəllə beyin travası) emosional - labil pozuntusu. F06.6 Nevroloji əlamətlər və qıcolma tutmaları olduğu üçün ixtisaslaşdırılmış nevroloji müayinə tövsiyə olunur” diaqnozu qeyd edilməsi və hal-hazırkı müayinənin nəticələri (əhvali ruhiyyəsinin dəyişkən olması, emosional sferasının labil olması və s.) sübut edir. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçı cavabdehin iddia etdiyi kimi “Tam reabilitasiya” olmamış, o, ##.##.2021-ci ildə əlillik təyinatına əsas verən psixi və davranış pozuntuları xəstəliyindən hazırda da əziyyət çəkir. Kollegiya mübahisə predmetinin ##.##.2025-ci il tarixli *******0005 nömrəli qərar və ya ## ###### 2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli qərar olması ilə bağlı məsələyə münasibətdə bildirir ki, birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, mübahisə predmeti ##.##.2025-ci il tarixli *******0005 nömrəli qərar olmalıdır. Belə ki, iddiaçı ##.##.2025-ci il tarixdə əyani müayinə olunmuş və onun barəsində ##.##.2025-ci il tarixli *******0005 nömrəli qərar ilə “Tam reabilitasiya olması” barədə qərar qəbul edilmişdir. Şəxs barəsində ## ###### 2025-ci il tarixdə hər hansı bir qərar qəbul edilməmiş, sadəcə olaraq ##.##.2025-ci il tarixdə qəbul edilmiş qərar tərtib tarixinə görə ##.##.2025-ci il göstərilmişdir. Əslində cavabdeh qərarın tərtib tarixindən asılı olmayaraq sonradan tərtib etdiyi qərarın tarixini “##.##.2025” deyil, “17.01. 2025” kimi göstərməli idi. Çünki, bir daha vurğulanır ki, şəxs barəsində ## ###### 2025-ci il tarixdə hər hansı bir qərar qəbul edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar