Məhkəmə qərarları › İş №2-1(3-9)-340/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-340/2026

19.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar İş № 2-1(3-9)-340/2026 19.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), X1 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, Iddiaçının vəkili iddiaçı1 iştirakı ilə, Iddiaçı iddiaçı2 cavabdeh Cavabdeh qarşı (zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində üçüncü şəxs2 və üçüncü şəxs1 cəlb edilməklə) “Cavabdeh hərrac və müsabiqə keçirməsi barədə ##.##.2016-cı il tarixli, ** nömrəli qərarının iddiaçıya məxsus 459 kv.m hissədə ləğv edilməsi” tələbinə dаir inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*/**** nömrəli qərarından üçüncü şəxs üçüncü şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı iddiaçı2 cavabdeh Cavabdeh qarşı “Kürdəmir rayon bələdiyyəsinin ##.##.2014-cü il tarixli, ** nömrəli qərarının ləğv edilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra IPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim iddia tələbinə “Cavabdeh hərrac və müsabiqə keçirməsi barədə ##.##.2016-cı il tarixli, ** nömrəli qərarının iddiaçıya məxsus 459 kv.m hissədə ləğv edilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2020-ci il tarixli qərardadına əsasən üçüncü şəxs1 iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan Inzibati Məhkəməsinin *-*(***)-**/**** nömrəli, ## ####### 2023-cü il tarixli qərardadı ilə idia tələbinə “Cavabdeh hərrac və müsabiqə keçirməsi barədə ##.##.2016-cı il tarixli, ** nömrəli qərarının iddiaçıya məxsus 459 kv.m hissədə ləğv edilməsi” kimi baxılmasının davam etdirilməsi qərara alınmışdır. Şirvan Inzibati Məhkəməsinin *-*(***)-**/**** nömrəli, ##.##.2023-cü il tarixli qərardadına əsasən üçüncü şəxs2 iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan Inzibati Məhkəməsinin (hakim Şahəli Musayev) ##.##.2025-ci il tarixli, *-*(***)-*/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qeyd olunan müddəaların digər şəxslər üçün hüquqi nəticələrindən asılı olmayaraq bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olması kimi şərh edilməsi düzgün hesab edilə bilməz. Məhkəmə hesab etmişdir ki, bələdiyyə tərəfindən sözügedən qərarının ləğv edilməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Buna görə də mübahisələndirilən qərar həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq bələdiyyənin özü tərəfindən deyil, qanunsuz qəbul olunduğu müəyyən edildiyi halda məhkəmə qaydasında ləğv oluna bilərdi. Eyni zamanda, bələdiyyə tərəfindən mübahisələndirilən qərarın qəbul edilməsi ilkin olaraq torpaq sahəsinin ayrıldığı şəxsin inzibati aktın məzmununa etimad hüququnun pozulması ilə nəticələnmişdir. Etimadın qorunması prinsipinin mahiyyətinə görə maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Qərardan üçüncü şəxs üçüncü şəxs2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Kürdəmir Bələdiyyəsinin ## ##### 2008-ci il tarixli, ** nömrəli qərarı ilə Kürdəmir şəhəri S.Şıxəliyev küçəsində iddiaçıya obyekt tikintisi üçün 459 kv/m torpaq sahəsi satılmışdır. Kürdəmir Rayon Icra Hakimiyyəti Başçısının ## #### 2008-ci il tarixli, *** nömrəli sərəncamına əsasən ona Kürdəmir şəhəri, S.Şıxəliyev küçəsində sahibkar obyekti tikintisi üçün icazə verilmişdir. Həmin torpaq sahəsi ## ### 2008-ci il tarixdə X2 kitabında 193 nömrə ilə uçota alınmış və bu barədə ona A №****** nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" verilmişdir. Daha sonra Kürdəmir Rayon Icra Hakimiyyətinin ##.##.2008-ci il il tarixli, *** nömrəli sərəncamı ilə Kürdəmir Bələdiyyəsinin ##.##.2008-ci il tarixli, ** nömrəli qərarı ilə verilmiş 459 kv.m torpaq sahəsində sahibkar obyektinin tikintisinə icazə verilmiş və tikinti işləri iddiaçı tərəfindən tikilərək başa çatdırılmışdır. Həmin obyekt 2008-ci ildən hal-hazırkı günə kimi iddiaçının qanuni istifadəsində olmaqdadır. O, 2019-cu ilin dekabr ayının 10-da bilmişdir ki, Kürdəmir Bələdiyyəsinin ## #### 2008-ci il tarixli, ** saylı qərarı ilə Bələdiyyə tərəfindən ona 459 kv.m torpaq sahəsinin satılması barədə Bələdiyyənin ## ##### 2008-ci il tarixli, ** saylı qərarı ləğv edilmiş və həmin qərarın ləğv edilməsi üçün ##.##.2019-cu ildə Şirvan Inzibati Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Daha sonra iddiaçı bununla bağlı Ölkə başçısına ərizə ilə müraciət etmiş və Kürdəmir Rayon Icra Hakimiyyətinin ## #### 2020-ci il tarixli, */***-* nömrəli məktubla ona bildirilmişdir ki, Kürdəmir Bələdiyyəsinin ##.##.2008-ci il tarixli, ** nömrəli qərarı ilə iddiaçıya verilmiş 459 kv.m torpaq sahəsi barədə bələdiyyə qərarı ləğv olunduqdan sonra həmin torpaq sahəsi Kürdəmir Bələdiyyəsinin ## #### 2016-cı il tarixli ** nömrəli qərarı ilə adı çəkilən torpaq sahəsi qiymətləndirilərək hərraca çıxarılması üçün elan verilmiş, ##.##.2017-ci il tarixdə hərrac keçirilərək həmin torpaq sahəsi hərracda qalib gəlmiş Kürdəmir şəhəri, Şəhriyar küçəsi ** saylı ünvanda yaşayan üçüncü şəxs1 satılmış və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin ******* nömrəli çıxarış verilmişir. Həmin məktubu iddiaçı ## #### 2020-ci il tarixdə aldıqdan sonra bilmişdir ki, onun 2008-ci ildən hal-hazırkı günə kimi qanuni istifadəsində olan 459 kv.m torpaq sahəsinin üzərində tikdiyi həmin ölçüdə olan obyektin altında yerləşən torpaq sahəsi ona ilk növbədə təklif edilmədən başqa şəxsə satılmışdır. Necə ola bilər ki, tikili onun, torpaq sahəsi isə başqa şəxsə aid olsun. Göründüyü kimi Bələdiyyə hərracdan keçirilən zaman qeyd edilən torpaq sahəsinin alınmasını torpağın istifadəçisi kimi məhz iddiaçıya təklif etməli idi. Lakin Bələdiyyə gizlin şəkildə ondan və ailə üzvlərindən xəbərsiz torpaq sahəsini üçüncü şəxs1 satmışdır. Qeyd edir ki, Kürdəmir Bələdiyyəsiin ## #### 2016-cı il tarixli, ** saylı iclas qərarı və ##.##.2017-ci il tarixli hərracın keçirilməsi tamamilə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, iddiaçının rəsmi müraciəti əsasında ona, Kürdəmir Bələdiyyəsinin ## ##### 2008-ci il tarixli, ** nömrəli qərarı ilə 459 kv.m torpaq sahəsi satılmışdır. Kürdəmir Rayon Icra Hakimiyyətinin Başçısı tərəfindən tikintiyə icazə verilmişdir. X5 ## ##### 2008-ci il tarixli, ** nömrəli qərarı qanunvericiliyə uyğun olmadığına görə Bələdiyyə tərəfindən öz qərarı ləğv edilmiş, bu barədə ## #### 2008-ci il tarixdə ** nömrəli məktubla iddiaçı2 məlumat verilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Prosessual məsələlər: Iddiaçının vəkili iddiaçı1 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz etdiklərini bildirdi. Cavabdehin nümayəndəsi və üçüncü şəxs üçüncü şəxs1 məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iclas zalında iştirak etməmişlər. Digər üçüncü şəxs üçüncü şəxs2 elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq iştirakı olmadan məhkəmə baxışının keçirilməsini, eyni zamanda, vəsatət təqdim edərək iş üzrə ekspertiza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarında olan Kürdəmir rayonu Kürdəmir bələdiyyəsinin ## ##### 2008-ci il tarixli ** saylı iclas protokoluna əsasən bələdiyyə tərəfindən Kürdəmir Rayon Icra Hakimiyyəti Başçısı Aparatının memarlıq və tikinti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Kürdəmir rayon şöbələrinin müdirlərindən, Kürdəmir bələdiyyəsi sədirinin tikinti-abadlıq işləri üzrə müavinindən, Aran Regional DYNI-nin böyük inspektorundan, Kürdəmir rayon GEM-nin baş həkimindən və Kürdəmir rayon Telekommunikasiya Qovşağının və Kürdəmir Rayon Elektrik Şəbəkəsinin rəislərindən ibarət mütəxəssis komissiyasının ## ##### 2008-ci il tarixli aktı nəzərə alınmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə iddiaçı2 Kürdəmir rayon, S.Şıxaliyev küçəsində 459 kv/m torpaq sahəsi onun xüsusi mülkiyyətinə satılmışdır. Iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ## ##### 2008-ci il tarixli, *** saylı rəyinə əsasən iddiaçı2 satılan 459 kv/m torpaq sahəsi Kürdəmir bələdiyyəsinin mülkiyyəti, alqı-satqı predmeti və kənd təsrrüfatına yararsız olduğu müəyyən edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A nömrəli ****** saylı "Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Kürdəmir şəhəri S.Şıxəliyev küçəsində yerləşən sahibkarlıq məqsədilə iddiaçı2 ayrılan 459 kv/m torpaq sahəsi ## ### 2008-ci il tarixdə X2 kitabında 193 nömrə ilə uçota alınmışdır. Iş materiallarında olan Kürdəmir rayon Dövlət Arxivi tərəfindən verilən ## ### 2018-ci il tarixli, *** saylı arxiv arayışına əsasən iddiaçı2 Kürdəmir Rayon Icra Hakimiyyəti Başçısının ## #### 2008-ci il tarixli, *** nömrəli sərəncamına əsasən iddiaçıya şəhərin S.Şıxəliyev küçəsində sahibkar obyekti tikintisi üçün icazə verilmişdir və sərəncamın surəti arayışa əlavə edilmişdir. Iş materiallarında olan Kürdəmir Bələdiyyəsinin ## #### 2008-ci il tarixli, ** saylı iclas protokoluna əsasən Azərbaycan Respublikasınının ## ####### 2007-ci il tarixli 709-IIIQD Qanunun tələbləri əsas gətirilərək iddiaçı2 satılan torpaq sahəsi ilə bağlı əmir bələdiyyəsinin ## ##### 2008-ci il tarixli ** saylı iclas qərarı ləğv edilmişdir. Iş materiallarında olan AN-1 ******* saylı, ## #### 2017-ci il tarixli "Daşınmaz amlakın alqı-satqı müqaviləsi"nə əsasən 0,0641 ha torpaq sahəsi Kürdəmir Bələdiyyəsi tərəfindən üçüncü şəxs1 satılmış və ##.##.2017-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alınmışdır. Iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə Iş Mərkəzinin ##.##.2020-ci il tarixli, **/*-** saylı və ##.##.2022-ci il tarixli, **/*-*** saylı məktublarına əsasən qeyd edilən ##.##.2008-ci il tarixli, ** saylı və ##.##.2008-ci il tarixli, ** saylı qərarlar və iclas protokolları Bələdiyyələrlə iş mərkəzinə təqdim edilməmişdir. Iş materiallarında olan ##.##.2017-ci il tarixli ** nömrəli, ##.##.2017-ci il tarixli ** nömrəli, ##.##.2018-ci il tarixli ** nömrəli, ##.##.2018-ci il tarixli ** nömrəli, ##.##.2018-ci il tarixli ** nömrəli, ##.##.2019-cu il tarixli ** nömrəli, ##.##.2021-ci il tarixli 01, 02, 03, 04, 05, 06, ** nömrəli icarə müqavilələrinə əsasən Kürdəmir şəhəri S.Şıxəliyev küçəsində yerləşən obyekt iddiaçı2 tərəfindən müxtəlif vətəndaşlara icarəyə verildiyi müəyyən edilmişdir. Iş materiallarında olan Kürdəmir Rayon Icra Hakimiyyəti Başçısının Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ## #### 2021-ci il tarixli, *** nömrəli məktubuna əsasən Kürdəmir şəhəri, S.Şıxaliyev küçəsində sahibkarlıq məqsədilə tikilən obyektin kimə məxsus olması barədə məlumatın olmadığı və şəhər sakinləri arasında bələdiyyə bazarı kimi tanındığı müəyyən edilmişdir. Iş materiallarında olan Kürdəmir rayon Dövlət Arxivinin ## ###### 2021-ci il tarixli, ** nömrəli məktubuna əsasən iddiaçı iddiaçı2 barəsində Kürdəmir. Bələdiyyəsinin ## #### 2008-ci il tarixli, ** saylı qərarının arxivə təhvil verilmədiyi müəyyən edilmişdir. Kürdəmir Rayon Icra Hakimiyyəti Başçısının Aparatının */*** nömrəli, ## ##### 2008-ci il tarixli məktubunun surətindən görünür ki, Kürdəmir Rayon Icra Hakimiyyəti Kürdəmir Rayon Dövlət Arxivinin ## ### 2018-ci il tarixli, *** nömrəli Arxiv Arayışının surətindən görünür ki, Kürdəmir Rayon Icra Hakimiyyəti Başçısının */***-* nömrəli, ## #### 2020-ci il tarixli məktubunun surətindən görünür ki, qeyd edilən torpaq sahəsi Kürdəmir Bələdiyyəsinin 2008-ci il ## ##### tarixli ** saylı iclasının qərarı ilə iddiaçının xüsusi mülkiyyətinə satılması barədə qərar qəbul edilmişdir. Həmin torpaq sahəsinin iddiaçıya satılması barədə DT və XK-nin Kürdəmir rayon şöbəsinin, Kürdəmir Rayon Icra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin rəyləri alınmış, torpaq sahəssinin alqı-satqısına dair akt tərtib edilmiş, Respublika DT və XK tərəfindən torpaq sahəsinin plan və ölçüsü işlənərək təsdiq edilmiş və X2 kitabında ##.##.2008-ci il tarixli 193 nömrə ilə uçota alınmışdır. Ilkin sənədlərə əsasən Kürdəmir Rayon Icra Hakimiyyətinin ##.##.2008-ci il tarixli *** nömrəli sərəncamı ilə iddiaçıya Kürdəmir bələdiyyəsinin ##.##.2008-ci il tarixli ** nömrəli qərarı ilə verilmiş 459 m2 torpaq sahəsində sahibkar obyektinin tikintisinə icazə verilmiş və tikinti işləri aparılmışdır. Lakin sonradan Kürdəmir bələdiyyəsi ##.##.2008-ci il tarixli ** saylı bələdiyyə iclasında iddiaçıya sahibkar obyekti tikintisi üçün 459 kv.m torpaq sahəsinin satılması ilə əlaqədar Kürdəmir bələdiyyəsinin ##.##.2008-ci il tarixli, ** saylı ümumi iclasının qərarının ləğv edilməsi barədə məsələ müzakirə etmiş və bildirilmişdir ki, adıçəkilən torpaqların torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə verilməsinin tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2007-ci il ## ####### tarixli 709-IIIQD qanunun tələblərinə zidd olduğuna görə torpaq sahəsi ilə bağlı bələdiyyənin müvafiq qərarı ləğv olunmalıdır. Kürdəmir bələdiyyəsinin ##.##.2008-ci il tarixli ** nömrəli qərarı ilə iddiaçıya verilmiş 459 kv.m torpaq sahəsi barədə bəldiyyə qərarı ləğv olunduqdan sonra həmin torpaq sahəsi Kürdəmir bələdiyyəsinin ## #### 2016-cı il tarixli ** nömrəli qərarı ilə adı çəkilən torpaq sahəsi qiymətləndirilərək hərraca çıxarılması üçün elan verilmiş ##.##.2017-ci il tarixindən hərrac keçirilərək həmin torpaq sahəsi hərracda qalıb gəlmiş Kürdəmir şəhəri Şəhriyar küçəsi ** saylı ünvanda yaşayan üçüncü şəxs1 satılmış və Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxarışı verilmişdir. Iddiaçı Kürdəmir bələdiyyəsinin ##.##.2008-ci il tarixli ** saylı qərarının ləğv edilməsi tələbi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət etmiş, Şirvan Inzibati Məhkəməsinin ##.##.2020-ci ilı tarixli qərarı ilə Kürdəmir bələdiyyəsinin ##.##.2008-ci il tarixli ** saylı qərarın ın ləğv edilməsi mümkün sayılmamışdır. Kürdəmir bələdiyyəsi isə Kürdəmir rayon Icra Hkimiyyətinin iddiaçıya sahibkar obyektinin tikintisinə icazə verilməsi ilə əlaqədar ##.##.2008-ci il tarixli *** nömrəli sərəncamının ləğv edilməsi tələbi ilə Şirvan Inzibati-Iqtisadi Məhkəməsinin ## ##### 2019-cu il tarixli və Şirvan Apellyasiya Məhkəməsinin ## ######## 2019-cu il tarixli qərarı ilə Kürdəmir bələdiyyəsinin tələbi təmin edilməmişdir. Şirvan Inzibati Məhkəməsinin *-*(***)-**/**** nömrəli, ##.##.2022-ci il tarixli Qərarının surətindən görünür ki, iddia tələbi təmin edilərək, Kürdəmir rayonu Kürdəmir Bələdiyyəsi tərəfindən qəbul edilmiş ##.##.2008-ci il tarixli, ** saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli Qərarının surətindən görünür ki, Kürdəmir rayonu Kürdəmir Bələdiyyəsinin və üçüncü şəxs üçüncü şəxs1 oölunun nümayəndəsi və vəkili nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *- *(***)-***/**** nömrəli Qərarının surətindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ##.##.2014-cü il tarixli, *** saylı Rəyinin surətindən görünür ki, Kürdəmir şəhərinin S.Şıxəliyev küçəsində yerləşən (13,6m x 42m)+(7,0m x 10,0m)=641m2 ölçüdə torpaq sahəsi Kürdəmir Bələdiyyəsinin mülkiyyətinə aiddir və alqısatqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına yararsız olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. Kürdəmir Bələdiyyəsinin ## ###### 2014-cü il tarixli ümumi iclasının ** nömrəli protokolundan çıxarışdan görünür ki, Kürdəmir şəhərinin S.Şıxəliyev küçəsində yerləşən Kürdəmir Bələdiyyəsinin alqısatqı predmeti olan 641 kv.m torpaq sahəsinin məqsədli Təyinatı ərazinin yer-quruluşu təsərrüfat planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su kanalizasiya və digər komunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsinin sahibkar obyektinin tikintisi məqsədilə satılması ilə bağlı açıq hərracın keçirilməsi üçün torpaq sahəsi üzəində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması; Mülkiyyət hüququ ilə verilməsi nəzərdə tutlan bu torpaq sahəsinin planı və ölçüsü sənədini hazırlayaraq, torpaq sahəsinin normativ qiyməti barədə sənədlə birlikdə bələdiyyəyə təqdim edilməsi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon (şəhər) şöbsindən xahiş edilməsi; Bələdiyyənin satış məqsədilə hərraca çıxarmaq istədiyi bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın, eləcə də qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına dair arayışın verilməsi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi idarəsindən xahiş edilməsi; Bu qərarın icrasına nəarət Kürdəmir Bələdiyyəsinin tikintiabadlıq işləri üzrə müavininə həvalə edilməsi qərara alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışının surətindən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən 0.0641 kv/m torpaq sahəsi 2715007747 qeydiyyat nömrəsi ilə ##.##.2015-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində Kürdəmir şəhər Bələdiyyəsinin adına qeydə alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışının surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən 0.641 kv/m torpaq sahəsi 2717001243 qeydiyyat nömrəsi ilə ##.##.2017-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində üçüncü şəxs1 adına qeydə alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən 0.641 kv/m torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə ##.##.2023-cü il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində üçüncü şəxs2 adına qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli, *-**-**/*-**/****/**** nömrəli ekspert rəyindən görünür ki: Qərardadın sualları üzrə: Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin ** saylı Ucar Ərazi Idarəsinin mütəxəssisi Rahib Teymurovun mütəxəssis rəyində qeyd edilir ki, Kürdəmir rayon Bələdiyyəsinin ##.##.2014-cü il tarixli, ** nömrəli qərarı ilə ayrılmış 641 kv.m torpaq sahəsinin yerləşdiyi ərazi 1.2000 miqyasda tərtib edilən, “Kürdəmir rayonu Kürdəmir bələdiyyəsi, Kürdəmir Rayon Icra Hakimiyyətinin Baş memarı və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsi tərəfindən təsdiq edilən “Kürdəmir rayonu Kürdəmir bələdiyyəsi torpaqlarının yerquruluşu planı”na əsasən mütəxəssis tərəfindən müəyyən edilmişdir. Aparılan araşdırma zamanı Kürdəmir rayon Bələdiyyəsinin ##.##.2014-cü il tarixli, ** nömrəli qərarı ilə ayrılmış 641 kv.m torpaq sahəsinin əsasında ************ reyestr nömrəli çıxarışın tərtib edildiyi və sözügedən torpaq sahələrinin eyni torpaq sahəsi olmaqla üst-üstə düşdüyü mütəxəssis tərəfindən müəyyən edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla üçüncü şəxs2 adına hüquqların dövlət Reyestrində dövlət qeydiyyatına alınmış 0.0641 ha torpaq sahəsi elektron baza məlumatlarında 90601004000136 kadastr nömrəli plan və ölçü sənədi ilə və 36 kv.m hissədə dəmir yolunun mühafizə zolağı ilə üst-üstə düşür. Naturada aparılmış çölölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə olunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 2-ci bəndinə əsasən, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir Həmin Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 82.1-ci maddəsinə görə pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası «Icra haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə görə inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:

8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; 56.1 Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Işin hallarından görünür ki, Kürdəmir Bələdiyyəsinin ## ##### 2008-ci il tarixli, ** nömrəli qərarı ilə Kürdəmir şəhəri S.Şıxəliyev küçəsində iddiaçıya obyekt tikintisi üçün 459 kv/m torpaq sahəsi satılmışdır. Kürdəmir Rayon Icra Hakimiyyəti Başçısının ## #### 2008-ci il tarixli, *** nömrəli sərəncamına əsasən ona Kürdəmir şəhəri, S.Şıxəliyev küçəsində sahibkar obyekti tikintisi üçün icazə verilmişdir. Həmin torpaq sahəsi ## ### 2008-ci il tarixdə X2 kitabında 193 nömrə ilə uçota alınmış və bu barədə iddiaçıya A №****** nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" verilmişdir. Daha sonra Kürdəmir Rayon Icra Hakimiyyətinin ##.##.2008-ci il il tarixli, *** nömrəli sərəncamı ilə Kürdəmir Bələdiyyəsinin ##.##.2008-ci il tarixli, ** nömrəli qərarı ilə verilmiş 459 kv.m torpaq sahəsində sahibkar obyektinin tikintisinə icazə verilmiş və tikinti işləri iddiaçı tərəfindən tikilərək başa çatdırılmışdır. Həmin obyekt 2008-ci ildən hal-hazırkı günə kimi iddiaçının qanuni istifadəsində olmaqdadır. Daha sonra Kürdəmir Bələdiyyəsinin ## #### 2008-ci il tarixli, ** saylı qərarı ilə Bələdiyyə tərəfindən ona 459 kv.m torpaq sahəsinin satılması barədə Bələdiyyənin ## ##### 2008-ci il tarixli, ** saylı qərarı ləğv edilmiş və həmin qərarın ləğv edilməsi üçün iddiaçı ##.##.2019-cu ildə Şirvan Inzibati Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Şirvan Inzibati Məhkəməsinin *-*(***)-**/**** nömrəli, ##.##.2022-ci il tarixli Qərarı surətindən görünür ki, iddia tələbi təmin edilərək, Kürdəmir rayonu Kürdəmir Bələdiyyəsi tərəfindən qəbul edilmiş ##.##.2008-ci il tarixli, ** saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Sözügedən qərar yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. Həmçinin müəyyən edilmişdir ki, Kürdəmir Bələdiyyəsinin ##.##.2008-ci il tarixli, ** nömrəli qərarı ilə iddiaçıya verilmiş 459 kv.m torpaq sahəsi barədə bələdiyyə qərarı ləğv olunduqdan sonra həmin torpaq sahəsi Kürdəmir Bələdiyyəsinin ## #### 2016-cı il tarixli ** nömrəli qərarı ilə adı çəkilən torpaq sahəsi qiymətləndirilərək hərraca çıxarılması üçün elan verilmiş, ##.##.2017-ci il tarixdə hərrac keçirilərək həmin torpaq sahəsi hərracda qalib gəlmiş Kürdəmir şəhəri, Şəhriyar küçəsi ** saylı ünvanda yaşayan üçüncü şəxs1 satılmış və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin ******* nömrəli çıxarış verilmişir. Iddiaçı Kürdəmir Bələdiyyəsiin ## #### 2016-cı il tarixli, ** saylı iclas qərarının ləğvini tələb edir. Kollegiya hesab edir ki, Kürdəmir rayon bələdiyyəsi tərəfindən iddiaçı iddiaçı2 ##.##.2008-ci il tarixli, ** saylı qərarı ilə verilən torpaq sahəsinə hərrac və müsabiqə keçirməsi barədə ##.##.2016-cı il tarixli, ** nömrəli qərarı qəbul etməsi qanunsuz olmuşdur. Belə ki, Şirvan Inzibati Məhkəməsinin *- *(***)-**/**** nömrəli, ##.##.2022-ci il tarixli qanu qüvvədə olan qərarından görünür ki, Kürdəmir rayonu Kürdəmir Bələdiyyəsi tərəfindən qəbul edilmiş ##.##.2008-ci il tarixli, ** saylı qərarın ləğv edilməsi qərara alınmışdır. Cavabdeh Kürdəmir rayon bələdiyyəsinin hərrac və müsabiqə keçirməsi barədə ##.##.2016-cı il tarixli, ** nömrəli qərarı məhz ##.##.2008-ci il tarixli, ** saylı qərarı əsasında qəbul edilmişdir. Kollegiya həmçinin apellyasiya şikayətinin dəlilinə(iddiaçıya ayrılmış 459 kv.m torpaq sahəsinin əvvəlcə üçüncü şəxs1, daha sonra isə üçüncü şəxs2 satılmış torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsinin yoxlanılmaması) münasibətdə qeyd edir ki, mütəxəssis rəyinə əsasən Kürdəmir rayon Bələdiyyəsinin ##.##.2014-cü il tarixli, ** nömrəli qərarı ilə ayrılmış 641 kv.m torpaq sahəsinin əsasında ************ reyestr nömrəli çıxarışın tərtib edildiyi və sözügedən torpaq sahələrinin eyni torpaq sahəsi olmaqla üst-üstə düşdüyü mütəxəssis tərəfindən müəyyən edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla üçüncü şəxs2 adına hüquqların dövlət Reyestrində dövlət qeydiyyatına alınmış 0.0641 ha torpaq sahəsi elektron baza məlumatlarında 90601004000136 kadastr nömrəli plan və ölçü sənədi ilə və 36 kv.m hissədə dəmir yolunun mühafizə zolağı ilə üst-üstə düşür. Kollegiya onu da nəzərdən qaçırmır ki, nə cavabdeh Kürdəmir bələdiyyəsi, nə də 2017-ci ildə torpaq sahəsini Kürdəmir bələdiyəsindən alıb daha sonra üçüncü şəxs2 satmış üçüncü şəxs1 bu barədə mübahisə açmış, əksinə, üçüncü şəxs1 tərəflər arasında olan digər işdə özünün israrla vicdanlı alıcı olduğunu göstərmişdir. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla əsassızdır. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs üçüncü şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar