Məhkəmə qərarları › İş №2-1(3-9)-341/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-341/2026

18.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-341/2026 18.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğvi və əlilliyin bərpa olunması) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və X2 ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi X1rşı “qərarın ləğv edilməsi və əlilliyin bərpa olunması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: X4 ##.##.2016-cı il tarixdə X17 V Sinif-Psixi pozğunluqlar və davranış pozğunluqları=>F70- F79-Əqli gerilik=>F71-Orta dərəcəli əqli gerilik, Diaqnozun mətni: Oliqofreniya. Kəskin ifadə olunmuş imbesilik, Meyar: 2.1 Birinci dərəcə əlillik=> 2.1.13. etiologiyasından asılı olmayaraq, dərin və ağır dərəcəli kəmağıllıq, həmçinin anadangəlmə idiotiya, yaxud kəskin nəzərə çarpan inbesilik (İQ 35-dən aşağı olanla....) xəstəliyinə görə ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcəli ilkin əlillik təyin edilmişdir. Masallı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş ##.##.2019-cu il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, ## ###### 1983-cü ildə anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxş hesab edilmişdir. Masallı Rayon İcra Hakimiyyəti başçısının ##.##.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı ## ###### 1983-cü il təvəllüdlü X4 üzərində qəyyum təyin edilmişdir. X3 ##.##.2023-cü tarixdə saxta əliliyi olan şəxslər barəsində ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş və həmin şəxslər sırasında X4 da göstərmişdir. Cavabdeh tərəfindən X4 ünvanlanmış ##.##.2023-cü il tarixli bildirişdə qeyd edilmişdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Qeyd edilənləri nəzərə alaraq siz ##.##.2023-cü il tarixdə saat 15:10-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç. 134) əyani müayinəyə dəvət olunursunuz. Əyani müayinəyə gələrkən özünüzlə mövcud xəstəliyinizə dair tibbi sənədləri, həmçinin varsa, əlillik səbəbini təsdiq edən müvafiq sənədləri (qərar, şəhadətnamə, istehsalat zədəsi ilə əlaqədar əlilliyi olan şəxslərdə “İZ” formalı akt həqiqi hərbi xidmətdə olan şəxslərin hərbi bileti, məhkəmə aktı və s.) gətirməyiniz xahiş olunur.” Tibbi-sosial ekspert komissiyasının ## ###### 2023-cü il tarixli 3-17-4/3-3-57/2024 qərarında qeyd edilmişdir ki, “...Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X19 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 3 nəfərə dair 14. 09.2023-cü il tarixdə əyani müayinəyə çağırılması haqqında ünvanlarına sifarişli xəbərnaməli məktub göndərilərək müayinəyə dəvət olunmaqlarına baxmayaraq, əyani müayinədə iştirak etməmişdirlər. Bu səbəbdən mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar araşdırılaraq əlillik təyinatları ləğv edilmiş və müvafiq protokollarla rəsmiləşdirilmişdir. Bundan sonra əlillik təyinatları barədə qərarları ləğv edilmiş vətəndaşların müraciəti əsasında vətəndaşlar yenidən ##.##.2023-cü il tarixdə əyani müayinəyə dəvət edilmiş, Agentlik tərəfindən təqdim edilən tibbi sənədləri də nəzərə alınmaqla əyani müayinəsini həyata keçirilmişdir. Agentliyinin tibbi-sosial ekspert komissiyası həmin vətəndaşların əlillik vəziyyətini yenidən qiymətləndirmiş və aşağıdakıları müəyyən etmişdir:

2. Masallı rayon sakini ##.##.1983-cü il təvəllüdlü X4 (FİN:1U2N5Y2) əlillik vəziyyəti Tibbisosial ekspert komissiyası tərəfindən ##.##.2016-cı il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir (Diaqnoz: Oliqofreniya. Kəskin ifadə olunmuş imbesillik). Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş *-**-*/*-H-*****/**** nömrəli məktub əsasında ##.##.2023cü il tarixində əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən Tibbi-sosial ekspert komissiyası tərəfindən ##.##.2023-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərara əsasən “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləöv edilmiş, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Müavinəti dayandırılmış vətəndaşın müraciəti əsasında vətəndaş yenidən 3-17-4/2-H *****/**** nömrəli məktub əsasında ##.##.2023-cü il tarixində əyani komissiyaya dəvət edilmiş və müayinədə iştirak etmişdir. Müayinəyə gələrkən diaqnozu təsdiq edən heç bir sənəd təqdim edilməmiş, yalnız 2022- 2023-cü illərə aid ardıcıl eyni dərmanlar qeyd edilmiş (Cycladol, finlepsal, fenazepam) surətlər təqdim edilmişdir. Əyani müayinə zamanı zahirən səliqəsiz olmuş, ünsiyyətə qoşulmamışdır. Başını aşağı əymiş, simultativ xarakterli davranış sərgiləmiş, əlillik təyinatına əsas verən psixopatoloji vəziyyət izlənilməmiş, xəstəliyi təsdiq edən heç bir sənəd təqdim edilməmişdir. Anamnestik məlumatlar, obyektiv müayinə nəticəsinə əsasən hazırda xəstədə əlillik təyinatına əsas verən hər hansı psixopatoloji vəziyyət aşkar edilmədiyindən Tibbi-sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, ##.##.2023-cü il tarixdən etibarən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilsin.” Cavabdeh tərəfindən X4 ünvanlanmış ##.##.2024-cü il tarixli bildirişdən görünür ona ##.##.2023-cü il tarixli qərar barədə məlumat verilmişdir. “xxxx” X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli **** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “...X4 “ağır (kəskin imbesillik dərəcəsində) əqli gerilik, qulluq və müalicə tələb edən davranış pozuntuları ilə (Psixi və davranış pozuntuların beynəlxalq təsnifatının 10-cu baxışında kodu F72.1)” müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və halhazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə yoxlanılan şəxs doğuş travmaşı anadan olması, erkən psixi inkişafda yaşıdlarına nəzərən geri qalması, nitqi zəif inkişaf etməklə qeyri-aydın olması, psixi vəziyyəti ilə əlaqədar müalicələrdə olmuşdur. Əqli gerilik və davranış pozuntularının biruzə verməsi, narahatlığı, əsəbiliyi, evdə yersiz hərəkətlər etməsi, psixi vəziyyəti ilə əlaqədar məktəbdə oxumaması, fizioloji ifrazatları ilə natəmiz olması, səbəbsiz qışqırması, anasını səbəbsiz vurması, qeyri-adekvat hərəkət etməsi, TSEK tərəfindən ##.##.2016-cı il tarixdə müayinə edilərək “Oliqofreniya. Kəskin ifadə olunmuş imbesillik” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, xxxxnin arxivindən əldə edilmiş ##.##.2019-cu il tarixli *** saylı rəyinə görə X4 məhkəmə qərarı əsasında fəaliyyət qabiliyyəti məsələsinin həllinə dair ambulator məhkəmə psixiatrik ekspertizasından keçdiyi zaman onda “Orta dərəcəli əqli gerilik (kəskin imbesillik dərəcəsində)” diaqnozu müəyyən edilərək fəaliyyət qabiliyyətsiz hesab edilməsi, göstərilənlərlə əlaqədar yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olmaqla evdə ona təyin edilmiş sakitləşdirici dərmanları qəbul etməsi, bununla əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin, hazırki müayinə zamanı aşkar olunan əlamətlər: ünsiyyətə praktiki olaraq daxil olmaması, başını aşağı salaraq oturması, sualları cavablandırmaması, sonradan isə yoxlanılan şəxsin anasının köməkliyi ilə ünsiyyət yaratmaq məcburiyyətində qalmaqla aparılan sorğu gedişatında zamana, məkana və öz şəxsiyyətinə görə bələdliyi müəyyən edilməsi, nitqi tək bir sözlərdən ibarət olaraq qeyri-aydın olması, bilik ehtiyatının olmaması, söz ehtiyatının kasadlığı, abstraktlaşdırmaya, təhlil-sintezə qadir olmaması, ona ünvanlanan sualları əsasən dərk etməməsi, ağır dərəcəli ağıl zəifliyi əlamətləri müəyyən edilməsi və s.) sübut edir. X4 “ağır (kəskin imbesillik dərəcəsində) əqli, gerilik, qulluq və müalicə tələb edən davranış pozuntuları ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F72.1)” müəyyən edilir. Göstərilən əqli gerilik anadangəlmədir və aparılan müalicələr yalnız davranış pozuntularının və bununla əlaqədar xəstədə yaranmış psixi gərginliyin müəyyən qədər korreksiya olunmasına imkan verir. Tibbi ədəbiyyata görə əqli gerilik anadangəlmə olduğu üçün praktiki olaraq medikamentoz korreksiya olunmur və geri dönməzdir.

Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə:

İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “##.##.2024-cü il tarixli *-**-*/*-*-**/**** nömrəli qərarın iddiaçıya aid hissədə ləğv olunması və ona təyin edilmiş müddətsiz əlilliyin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X4 “Oliqefreniya, kəskin ifadə olunan inbessilik” diaqnozu ilə ümumi xəstəlik səbəbindən ##.##.2016-cı il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. O, əlillik təyinatına əsas verərən xəstəlikdən hazırda da əziyyət çəkir. Səhhətində yaxşılığa doğru hər hansı bir irəliləyiş olmamışdır. Bunu iş materiallarında olan sənədlər də təsdiq edir.

Cavabdehin etirazları:

Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, X4 əlillik vəziyyətinə sonuncu dəfə Masallı Rayon Mərkəzi Xəstəxanasının ##.##.2016-cı il tarixli göndərişi əsasında baxılmış və X17: V Sinif- Psixi pozğunluqlar və davranış pozğunluqları => F70-F79- Əqli gerilik => F71- Orta dərəcəli əqli gerilik. Diaqnozun mətni: Oliqofreniya. Kəskin ifadə olunmuş imbesillik Mərkəzə göndərilmənin, İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması- Səbəb: Tam reabilitasiya qərarı qəbul edilmişdir, qərarı verilmişdir. Masallı rayon sakini ##.##.1983-cü il təvəllüdlü X4 (FİN:1U2N5Y2) əlillik vəziyyəti Tibbisosial ekspert komissiyası tərəfindən ##.##.2016-cı il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. (Diaqnoz: Oliqofreniya. Kəskin ifadə olunmuş imbesillik.) Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş *-**-*/*-H-*****/**** nömrəli məktub əsasında ##.##.2023cü il tarixində əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən Tibbi-sosial ekspert komissiyası tərəfindən ##.##.2023-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarına əsasən “Əlillik” altsistemində Tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmiş, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Müavinəti dayandırılmış vətəndaşın müraciəti əsasında vətəndaş yenidən 3-17- */*-H- *****/**** nömrəli məktub əsasında ##.##.2022 ci il tarixdə əyani komissiyaya dəvət edilmiş və müayinədə iştirak etmişdir. Müayinəyə gələrkən diaqnozu təsdiq edən heç bir sənəd təqdim edilməmiş, yalnız 2022- 2023-cü illərə aid ardıcıl eyni dərmanlar qeyd edilmiş (Cycladol, finlepsal, fenazepam) surətlər təqdim edilmişdir. Əyani müayinə zamanı zahirən səliqəsiz olmuş, ünsiyyətə qoşulmamışdır. Başını aşağı əymiş, simultativ xarakterli davranış sərgiləmiş, əlillik təyinatına əsas verən psixopatoloji vəziyyət izlənilməmiş, xəstəliyi təsdiq edən heç bir sənəd təqdim edilməmişdir. Anamnestik məlumatlar, obyektiv müayinə nəticəsinə əsasən hazırda xəstədə əlillik təyinatına əsas verən hər hansı psixopatoloji vəziyyət aşkar edilmədiyindən Tibbi-sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, ##.##.2023-cü il tarixdən etibarən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilsin. Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-***/**** saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilmiş, Tibbi-sosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli *-**-*/*-*-**/**** nömrəli qərarı ləğv edilmiş, X4 ##.##.2016-cı il tarixdə təyin edilmiş ümumi xəstəlik səbəbi ilə birinci dərəcəli müddətsiz əlilliyin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri:

Apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir.

Apellyasiya şikayətinə etiraz:

Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının vəkili və nümayəndəsi iddiaya uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq:

“İnzibati icraat haqqında” Qanun: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ... Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə: (X4 əlillik təyin edilən zaman ##.##.2016-cı ildə qüvvədə olmuşdur) 2.1. Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Birinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: ... 2.1.13. etiologiyasından asılı olmayaraq, dərin və ağır dərəcəli kəmağıllılıq, həmçinin anadangəlmə idiotiya, yaxud kəskin nəzərəçarpan inbesillik (İQ-35-dən aşağı olanlar) (F70- F79);

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilməli və iddia təmin edilməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X4 müddətsiz əlilliyin təyinininə əsas olmuş xəstəlikdən hal-hazırda da əziyyət çəkir. Bundan başqa, cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələbləri nəzərə alınmamışdır. İşin hallarından müəyyən edildi ki, X4 (bundan sonra - iddiaçı) ##.##.2016-cı il tarixdə X17 V Sinif-Psixi pozğunluqlar və davranış pozğunluqları=>F70-F79-Əqli gerilik=>F71-Orta dərəcəli əqli gerilik, Diaqnozun mətni: Oliqofreniya. Kəskin ifadə olunmuş imbesilik, Meyar: 2.1 Birinci dərəcə əlillik=> 2.1.13. etiologiyasından asılı olmayaraq, dərin və ağır dərəcəli kəmağıllıq, həmçinin anadangəlmə idiotiya, yaxud kəskin nəzərə çarpan inbesilik (İQ 35-dən aşağı olanla....) xəstəliyinə görə ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcəli ilkin əlillik təyin edilmiş, əmək zəmanəti olaraq xəstənin başqasının daimi qulluğuna ehtiyacının olması qərara alınmışdır. Masallı Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)-****/**** nömrəli qətnaməsinə əsasən ## ###### 1983-cü ildə anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxş hesab edilmişdir. Masallı Rayon İcra Hakimiyyəti başçısının ##.##.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı ## ###### 1983-cü il təvəllüdlü X4 üzərində qəyyum təyin edilmişdir. Başqa bir vətəndaş ##.##.2023-cü tarixdə saxta əliliyi olan şəxslər barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş və həmin şəxslər sırasında X4 da göstərmişdir. Həmin müraciət TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübut kimi qiymətləndirilmiş, inzibati icraat təzələnmiş, X4 ##.##.2023-cü il tarixdə əyani müayinəyə çağırılmış, həmin vaxt müayinədə iştirak etməmiş, barəsində ##.##.2023-cü il tarixdə “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmiş, bundan sonra müraciəti əsasında ##.##.2023-cü il tarixdə əyani müayinə olunmuş və barəsində ##.##.2023-cü il tarixdən etibarən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən X4 ünvanlanmış ##.##.2024-cü il tarixli bildirişdən görünür ona ##.##.2023-cü il tarixli qərar barədə məlumat verilmişdir. “xxxx” X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli **** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “...X4 “ağır (kəskin imbesillik dərəcəsində) əqli gerilik, qulluq və müalicə tələb edən davranış pozuntuları ilə (Psixi və davranış pozuntuların beynəlxalq təsnifatının 10-cu baxışında kodu F72.1)” müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və halhazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə yoxlanılan şəxs doğuş travmaşı anadan olması, erkən psixi inkişafda yaşıdlarına nəzərən geri qalması, nitqi zəif inkişaf etməklə qeyri-aydın olması, psixi vəziyyəti ilə əlaqədar müalicələrdə olmuşdur. Əqli gerilik və davranış pozuntularının biruzə verməsi, narahatlığı, əsəbiliyi, evdə yersiz hərəkətlər etməsi, psixi vəziyyəti ilə əlaqədar məktəbdə oxumaması, fizioloji ifrazatları ilə natəmiz olması, səbəbsiz qışqırması, anasını səbəbsiz vurması, qeyri-adekvat hərəkət etməsi, TSEK tərəfindən ##.##.2016-cı il tarixdə müayinə edilərək “Oliqofreniya. Kəskin ifadə olunmuş imbesillik” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, xxxxnin arxivindən əldə edilmiş ##.##.2019-cu il tarixli *** saylı rəyinə görə X4 məhkəmə qərarı əsasında fəaliyyət qabiliyyəti məsələsinin həllinə dair ambulator məhkəmə psixiatrik ekspertizasından keçdiyi zaman onda “Orta dərəcəli əqli gerilik (kəskin imbesillik dərəcəsində)” diaqnozu müəyyən edilərək fəaliyyət qabiliyyətsiz hesab edilməsi, göstərilənlərlə əlaqədar yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olmaqla evdə ona təyin edilmiş sakitləşdirici dərmanları qəbul etməsi, bununla əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin, hazırki müayinə zamanı aşkar olunan əlamətlər: ünsiyyətə praktiki olaraq daxil olmaması, başını aşağı salaraq oturması, sualları cavablandırmaması, sonradan isə yoxlanılan şəxsin anasının köməkliyi ilə ünsiyyət yaratmaq məcburiyyətində qalmaqla aparılan sorğu gedişatında zamana, məkana və öz şəxsiyyətinə görə bələdliyi müəyyən edilməsi, nitqi tək bir sözlərdən ibarət olaraq qeyri-aydın olması, bilik ehtiyatının olmaması, söz ehtiyatının kasadlığı, abstraktlaşdırmaya, təhlil-sintezə qadir olmaması, ona ünvanlanan sualları əsasən dərk etməməsi, ağır dərəcəli ağıl zəifliyi əlamətləri müəyyən edilməsi və s.) sübut edir. X4 “ağır (kəskin imbesillik dərəcəsində) əqli, gerilik, qulluq və müalicə tələb edən davranış pozuntuları ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F72.1)” müəyyən edilir. Göstərilən əqli gerilik anadangəlmədir və aparılan müalicələr yalnız davranış pozuntularının və bununla əlaqədar xəstədə yaranmış psixi gərginliyin müəyyən qədər korreksiya olunmasına imkan verir. Tibbi ədəbiyyata görə əqli gerilik anadangəlmə olduğu üçün praktiki olaraq medikamentoz korreksiya olunmur və geri dönməzdir. Məhkəmə kollegiyası qəbul etdiyi qərar üzrə aşağıdakıları qeyd edir. İlk növbədə iddia müddəti ilə bağlı xüsusi mümkünlük şərtinə münasibətdə bildirilir ki, mübahisələndirilən qərar barədə X4 ##.##.2024-cü il tarixli məktub ilə məlumat verilmiş, ##.##.2024-cü il tarixdə iddia ərizəsi ilə (poçt vasitəsi ilə) məhkəməyə müraciət edilmişdir. İddia mümkün iddiadır. Mübahisə üzrə ilk növbədə fərqləndirilməli olan məsələ ondan ibarətdir ki, inzibati orqan istənilən vaxt heç bir sübut olmadan yalnız hər hansı bir şəxsin “başqa şəxs barəsində müddətsiz əlillik dərəcəsinin saxta olması ilə bağlı müraciəti əsasında” müddətsiz əlillik təyinatı ilə bağlı icraatı təzələyə bilərmi? Bu məsələyə münasibətdə bildirilir ki, müddətsiz əlillik təyinatı ilə bağlı qərarın inzibati orqan tərəfindən qanunsuz əlverişli inzibati akt və ya qanuni əlverişli inzibati akt kimi qiymətləndirilməsindən asılı olmayaraq, müddətsiz əlillik təyinatı ilə bağlı icraatın təzələnməsi üçün yalnız əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında (qanunsuz əlverişli inzibati akt) və ya yeni yaranmış faktiki hallar ilə bağlı (qanuni əlverişli inzibati akt) icraat başlana bilər. Bu hüququn təməl prinsiplərindən (qanunçuluq prinsipi) irəli gəlir. Yoxsa, inzibati orqan ümumi şəkildə “risk qrupu” adı altında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə istinad edərək istənilən vaxt müddətsiz əlillik təyinatı ilə bağlı icraatı təzələyə bilməz. Mübahisə üzrə cavabdeh tərəfindən inzibati icraatın təzələnməsinə səbəb ola biləcək hər hansı bir əsaslı sübut təqdim edilməmiş, digər bir vətəndaşın iddiaçının əlilliyinin saxta olması ilə bağlı müraciətinin müddətsiz əlillik ilə bağlı icraatın təzələnməsinə əsas ola biləcək halı sübut edə bilməmişdir. Mübahisə üzrə ikinci məsələ ondan ibarətdir ki, inzibati orqan müddətsiz əlillik təyinatı ilə bağlı özünün əvvəlki qərarını qanunsuz, yoxsa qanuni əlverişli inzibati akt kimi ləğv etmişdir. Bu məsələnin araşdırılması zamanı müəyyən edilmişdir ki, inzibati orqan özünün müddətsiz əlilliklə bağlı əvvəlki qərarının (##.##.2016-cı il) qanuniliyini qəbul edir, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə qərarın ləğv edilməli olduğunu bildirir. Bu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır. Qanunun 68.2-ci maddəsində qanuni əlverişli inzibati aktın ləğv edilməsi əsasları göstərilmişdir. Hazırki mübahisə üzrə həmin əsaslardan hər hansı biri müəyyən edilmir. İş üzrə təyin edilmiş ekspertiza üzrə “xxxx” X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli **** nömrəli ekspert rəyindən görünür ki, X4 “ağır (kəskin imbesillik dərəcəsində) əqli, gerilik, qulluq və müalicə tələb edən davranış pozuntuları ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F72.1)” müəyyən edilir. Göstərilən əqli gerilik anadangəlmədir və aparılan müalicələr yalnız davranış pozuntularının və bununla əlaqədar xəstədə yaranmış psixi gərginliyin müəyyən qədər korreksiya olunmasına imkan verir. Tibbi ədəbiyyata görə əqli gerilik anadangəlmə olduğu üçün praktiki olaraq medikamentoz korreksiya olunmur və geri dönməzdir. X4 müddətsiz əlillik təyin edilən zaman (##.##.2016) qüvvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.1 və 2.1.13-cü bəndlərinə əsasən birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Birinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir:... 2.1.13. etiologiyasından asılı olmayaraq, dərin və ağır dərəcəli kəmağıllılıq, həmçinin anadangəlmə idiotiya, yaxud kəskin nəzərəçarpan inbesillik (İQ-35-dən aşağı olanlar) (F70- F79); X4 ##.##.2016-cı il tarixdə müddətsiz əlillik təyin edilən zaman əmək zəmanəti olaraq xəstənin başqasının daimi qulluğuna ehtiyacının olması qərara alınmışdır. Göstərilənlər onu deməyə əsas verir ki, X4 cavabdehin iddia etdiyi kimi “Tam reabilitasiya” olmamış, o, ##.##.2016-cı il tarixdə müddətsiz əlillik təyin edilməsinə əsas olmuş xəstəlikdən əziyyət çəkir və həmin xəstəlik anadangəlmə olduğu üçün praktiki olaraq medikamentoz korreksiya olunmur və geri dönməzdir. Kollegiya qərarın dəyişdirilməsinə münasibətdə bildirir ki, birinci instansiya məhkəməsi ##.##.2024-cü il tarixli *-**-*/*-*-**/**** nömrəli qərarı X4 aid hissədə ləğv etmişdir. Halbuki, X4 barəsində Tibbi-sosial ekspert komissiyasının ## ###### 2023-cü il tarixli 3-17-4/3-3-57/2024 qərarı ilə ##.##.2023-cü il tarixdən etibarən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmiş, həmin qərar ilə onun və digər şəxslərin əlillik təyinatı barədə qərarlarına qiymət verilmişdir. Bu səbəbdən qeyd edilən qərar ona aid hissədə ləğv edilməlidir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Tibbi-sosial ekspert komissiyasının ## ###### 2023-cü il tarixli 3-17-4/3-3-57/2024 qərarı X4 aid hissədə ləğv edilsin. X4 ##.##.2016-cı il tarixdə təyin edilmiş ümumi xəstəlik səbəbi ilə müddətsiz birinci dərəcə əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi X1in üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar