Məhkəmə qərarları › İş №2-1(3-9)-342/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-342/2026

12.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-342/2026 12.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı Iddiaçı iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim P.Qurbanova) ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilən sənədlərə əsasən iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissənin tərkibində xidmət etdiyi və yaralandığı öz təsdiqini tapır. Belə olan halda əlillik səbəbinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olması onun bu əlilliyi faktiki olaraq Qarabağ uğrunda gedən döyüş əməliyyatlarında yaralandığına görə qazandığını təsdiq edir. Iddiaçı N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etdiyindən, döyüş zamanı yaralandığından, habelə Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs hesab oldunduğundan hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunmasa belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin qeydinə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur və onun hüquq və mənafeyinin pozulması ilə nəticələnmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, N nömrəli hərbi hissənin şəxsi heyət üzvü kimi, “R” rütbəsində, “snayperçi” vəzifəsində Ağdam rayonu ərazisində, Azərbaycan Respublikasının ərazi bütövlüyü və Konstitusiya quruluşunun qorunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. ##.##.1994-cü il tarixdə həmin döyüşlərdə yaralanaraq ##.##.1994-##.##.1994-cü il tarixləri aralığında stasionar müalicədə olmuş, ##.##.1995-ci il tarixdə “hərbi xidmətə yararsız” (Xəstəliklər Cədvəlinin 34V qrafasına əsasən) hesab olunmaqla yenidən ehtiyata buraxılmışdır. Həmin dövrdə aldığı xəsarətlə əlaqədar qoyulmuş diaqnoz əsasında əlilliyi müəyyən edilmiş və 2021-ci ilədək sosial təminat xərcliyi almışdır. Lakin Cavabdeh ona “müharibə veteranı” adının verilməsi ilə əlaqədar etdiyi müraciət təmin edilməmiş, ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılmağı barədə təsdiqedici məlumatlar təqdim edilən sənədlərdə öz əksini tapmadığından barəsində “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının həqiqi hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilməsi və hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarılmasıdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində iddiaya qarşı etirazda göstərilən dəlillərə istinad edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və idddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mübahisəyə münasibətdə iddiaçının həmin qeyddə nəzərdə tutulmuş şəxslər kateqoriyasına aid olmadığı, ##.##.2021ci il tarixindən sonra onun növbəti müddətə əlilliyinin müəyyən olunmadığı da nəzərə alınmamışdır. Halbuki, nəzərə alınmalıdır ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı (hazırki halda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafiq tibbi-sosial ekspert komissiyası) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən və həmin qərarda müəyyən olunmuş müddətə əlilliyi olan şəxs hesab edilir. Prosessual məsələlər Iddiaçı məhkəmə iclasında apellyasiya şikayətini qəbul etmədiyini bildirdi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə məhkəmə kollegiyasına məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsasdır, təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -N nömrəli hərbi hissənin komandirinin ##.##.1993-cü il tarixli, *** nömrəli əmrində qeyd edilmişdir ki, Azərbaycan Respublikası hərbi komissarlıqlarından hərbi xidmətə çağrılmış aşağıda adları çəkilən hərbi çağırışçılar 12.12.N-cü ildən N nömrəli h/hissənin şəxsi heyətinin siyahısına salınıb, ayrı-ayrı taburlarda müvafiq vəzifələrə təyin olunsunlar, bütün növ müavinatlarla təmin olunmaqla əsgəri xidməti vəzifələrinin icrasına başlasınlar. 2 Tabor 421. Sıravi Iddiaçı Nuru 1962. Neftçala. -N nömrəli hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabından çıxarışdan görünür ki, Müdafiə Nazirinin *** nömrəli, ##.##.1995-ci il tarixli sərəncamı ilə Iddiaçı Nuru oğlu №-825, ##.##.1995-ci il tarixdə ehtiyyata buraxılmışdır. -Iddiaçı Nuru oğluna məxsus H3 № ******* nömrəli hərbi biletin surətindən görünür ki, ##.##.1993-cü il tarixdən ##.##.1995-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçməsi və ##.##.1994-cü il tarixdə yaralanması barədə qeydlər vardır. -Müdafiə Nazirliyi Mərkəzi arxivinin Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın katibinə ünvanladığı məktubda qeyd edilmişdir ki, Neftçala RHK-dan çağırılmış, 1962-ci il təvəllüdlü, sıravi Iddiaçı Nuru oğlu N №-li hərbi hissə komandirinin ## ## 1993-cü il tarixli, *** №-li əmrilə (əsas: §-2, səh-37, sıra-421 əmrdə soyadı “Ağamalıyev” yazılmışdır vəzifəsı göstərilməmişdir) hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq 1-ci taborda əsgəri xidməti vəzifəsinin icrasına başlamışdır. Hərbi hospitala getmiş, Neftçala RHK-nın çağırışçısı 4-cü MAT-ın əsgəri Iddiaçı Nuru oğlu hospitaldan vaxtında qayıtmadığına görə N nömrəli hərbi hissə komandirinin ##.## 1994-cü il tarixli, *** nömrəli əmrilə (əsas §-4. səh-

62. sıra-3 əmrdə soyadı “Ağamalıyev", adının qarşısında “04.01.94” yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) ştatdan kənar edilmişdir. N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas səh-6 sıra-55, məlumatda soyadı “Ağamalıyev” yazılmışdır) ##.## 1993-cü il tarixdə Neftçala RHK-dan çağırılmış, 1962-ci il təvəllüdlü Iddiaçı Nuru oğlunun N №- li hərbi hissə komandirinin ## ## 1993-cü il tarixli, *** nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və Müdafiə nazirinin ##.## 1995-ci il tarixli *** №-li sərəncamına əsasən, komandirin ##.##.1995-ci il tarixli *** №-li əmrilə tərxis olunması barədə məlumat qeyd olunmuşdur. Qeyd edirik ki, N Nsli hərbi hissə komandirinin iyul 1995-ci il tarixli nizami hissə üzrə əmrlərində (o cümlədən komandirin ##.## 1995-cı il tarixli *** №-li əmrində) Iddiaçı Nuru oğlunun tərxis olunması barədə məlumat aşkar olunmamışdır. -Tibbi Sosial Ekspert Komissiyasının ****** nömrəli Arayışından müəyyən olunur ki, Iddiaçı ## ###### 2009-cu il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. -Əlillik altsistemindən çıxarışlardan müəyyən olunur ki, Tibbi-Sosial Ekspert Komissiyasının *********** nömrəli, ##.##.2015-ci il tarixli qərarı ilə Iddiaçı bir il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təkrar ikinci dərəcəli əlillik təyin edilmişdir. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Iddiaçı ilkin olaraq ##.##.2008-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən ikinci dərəcə 1 il müddətinə, sonrakı dövrdə isə təkrar olaraq ##.##.2014-cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə ikinci dərəcə 1 il müddətinə əlillik təyinatı aparılmışdır. ##.##.2015-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən ikinci dərəcə 1 il müddətinə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə ikinci dərəcə əlillik təyinatı ##.##.2016-cı il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ##.##.2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1-ci bəndinə uyğun olaraq dövlət tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmədən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (##.##.2021 -ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlillik müddətinin bitdiyi ##.##.2021-ci il tarixindən sonra vətəndaşın əlillik vəziyyəti qiymətləndirilmiş və natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Daha sonra vətəndaş dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında ##.##.2022ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və aparılmış ətraflı əyani müayinələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ##.##.2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlillik səviyyəsində hər hansı ağırlaşma və ya dəyişikliklər aşkar olunmadığından, ##.##.2022-ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Iddiaçı əlillik vəziyyəti sonuncu dəfə Neftçala Rayon Mərkəzi Xəstəxanasının F********XVF nömrəli göndərişi və müraciəti əsasında ##.##.2024-cü il tarixində Agentlikdə əyani müayinə nəticəsində qiymətləndirilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, ##.##.2024-cü il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə 1 il müddətinə (##.##.2025-ci il tarixinədək) əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası iddianın qanuni əsası ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci bəndinə əsasən 1988ci il ######ın #-dək 1994-cü il ###ın ##-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, doyüş əməliyyatları aparan hərbi hissə və ya orqanlara döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı ezam olunmuş hərbi qulluqçulara daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, yerli icra hakimiyyəti tərəfindən verilmiş hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili Işlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Həmin bəndin “Qeyd” hissəsinə görə bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Həmçinin Əsasnamənin 1-ci bəndinin “Qeyd” hissəsi Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə Əsasnamədə qeyd edilmiş digər şərtlər ödənildiyi halda tətbiq edilməsini nəzərdə tutur. Qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçının həqiqi hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına istinad edərək ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Lakin işin faktiki hallarından görünür ki, iddiaçıya təyin edilmiş əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olmuşdur. Bu hal onu deməyə əsas verir ki, iddiaçı yuxarıda qeyd edilən Əsasnamənin 1-ci maddəsinin "Qeyd” hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər sırasına daxildir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə istinad etsə də, həmin Əsasnamənin 1-ci bəndi və həmin bəndin "Qeyd” hissəsinin tələbini iddiaçıya münasibətdə nəzərə almamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericilikdə “əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsi onu da nəzərdə tutur ki, müharibə veteranı statusu əldə edə bilmək üçün mütləq əlillik təyinatına dair qərarın qüvvədə olması şərti tələb olunmur, şəxsə daha əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatının aparılmış olması yetərlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar