Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-344/2026 12.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X3 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, müəyyən etdi: Şirvan Inzibati Məhkəməsinin (hakim P.Qurbanova) ## ###### 2026-cı il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi, Tibbi Sosial Ekspert Komissiyasının ##.##.2023-cü il tarixli, OTODU*J**** nömrəli qərarının ləğv olunması və həmin tarixdən İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və ağır xəsarət almışdır. Məhkəmə ekspert rəyini və iş materiallarında olan müvafiq tibb müəssisəsinin arayışlarını mötəbər sübut kimi qəbul edərək iddiaçıda həmin diaqnozun və diaqnoz nəticəsində əlilliyin təyin edilməsinin mümkünlüyünü müəyyən edir. Iddiaçıda mövcud olan xəstəlik iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərlə və keçirilmiş ekspertiza rəyi ilə öz təsdiqini tapır. Həmçinin həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.1994-cü il tarixdə Füzuli rayonu istiqamətlərdə gedən döyüşlərdə yaralanaraq, ##.##.1994-cü il tarixdən ##.##.1994-cü il tarixədək Ağcabədi rayon mərkəzi xəstəxanasında “Qapalı kəllə beyin travması. Baş beyinin kontuziyası” diaqnozu ilə stasionar qaydada müalicə və müayinələrdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2017-ci il tarixli *** nömrəli qərarı ilə şəhadətləndirilərək, qeyd olunan diaqnoz təsdiqlənmiş və həmin travmanın hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması qeyd edilmişdir. Ona “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Qapalı kəllə-beyin travmasının qalıq əlamətləri kəskin nəzərə çarpan davranış pozuntusu və şəxsiyyət dəyişməsi ilə. Şəxsiyyətin emosional davamsız pozuntusu” diaqnozu üzrə ##.##.2017-ci il tarixdə TSEK tərəfindən 2-ci dərəcə müharibə əlilliyi 5 il müddətinə təyin edilmişdir. O, xəsarətlərlə bağlı ##.##.1994-cü il tarixdən-##.##.1994-cü il tarixədək, ##.##.2017-ci il tarixdən-##.##.2017-ci il tarixədək, ##.##.2018-ci il tarixdən ##.##.2018-ci il tarixədək stasionar qaydada müalicə və müayinələrdə olmuşdur. Həmçinin ##.##.2019-cu il tarixdən ##.##.2019-cu il tarixədək və ##.##.2022-ci il tarixdən-##.##.2022-ci il tarixədək “Qapalı kəllə-beyin travmasınm qalıq əlamətləri, kəskin nəzərə çarpan şəxsiyyət və davranış pozuntusu” diaqnozu ilə Ağdam Ruhi-Əsəb Dispanserində müalicə və müayinələrdə olmuşdur. Gəncə şəhər Psixiatrik Xəstəxanasında ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək stasionar qaydada müalicə və müayinələrdə olmuşdur. Xəstənin ambulator kitabçasından çıxarışda diaqnoz kimi “Baş beyinin kontuziyası nəticəsində (##.##.1994) şəxsiyyətin üzvi pozuntusu, davranış pozuntuları ilə” diaqnozu qoyulmuşdur. Qeyd olunan tibbi sənədlər əlilliyin təyin edilməsi üçün elektron sistemə yerləşdirilmiş, lakin heç bir əsas olmadan TSEK qeyd olunan diaqnoz üzrə əlillik təyin edilməsindən imtina etmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası ##.##.2023-cü il tarixində 18 nəfər vətəndaşların müarciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və müəyyən etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2017-ci il tarixli *** nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı kəllə beyin travması. Baş beyin kontuziyası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başında keyimə hissi, halsızlıq, əsəbilikdən şikayətlənmişdir. Anamnestik məlumatlarında əsəbləşən zaman ətrafdakı əşyalara, insanlara və özünə xəsarət yetirdiyini bildirmişdir. Hal-hazırda qəbul etdiyi dərmanların adlarını söyləyə bilməmişdir. Psixi statusunda zahirən səliqəli, ünsiyyətə həvəslə daxil olmuş, bələdliyi zamana və məkana görə qorunmuş, tənqidi tam izlənilmişdir. Intellektual mnestik sferası yaşam tərzinə və təhsilinə uyğun olmuş, emosional stabil izlənilmiş, ruhi xəstəlik əlamətləri müşahidə edilmişdir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının ##.##.2022-ci il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Beyin atrofiyası. Bilateral periventrikulyar sahələrdə çox saylı yayan şəkildə postisemik aliotik ocaqlar. Bazal qanglialar səviyyəsində 2 ədəd böyüyü 14 mm olmağla gliotik ocaq izləndi” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Gəncə Şəhər Psixiatriya Xəstəxanasının ##.##.2022- ##.##.2022-ci il tarixli Çıxarışda diaqnoz “Baş beynin travması nəticəsində (##.##.1994) şəxsiyyətin üzvi pozuntusu, davranış pozuntuları ilə kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Verdiyi anamnestik məlumatlarda və klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək nevroloji, patoloji, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə qanunvericiliyin tələblərini pozaraq ekspert qarşısına yanlış və ekspertin xüsusi biliklərindən kənara çıxan suallar qoymuşdur. Belə ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X9 də göründüyü kimi, əlilliyin qiymətləndirilməsi Agentliyin diskresion səlahiyyətidir. Beləliklə, məhkəmə orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş məhkəmə-ekspertiza rəylərindən görünür ki, rəylər və yekun nəticələr daha əvvəl aparılmış ekspertiza rəyləri əsasında tərtib edilmişdir. Onu da vurğulamaq zəruridir ki, məhkəmə işi hərtərəfli araşdırmamış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, sübutlara tətbiq edilməli hüquq normalarına düzgün qiymət verməmiş, işin faktiki halları ilə eynilik təşkil etməyən qərar qəbul etmişdir. Əlilliyin müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Göndərişdə qeyd olunan diaqnozda ağırlaşmaların öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Prosessual məsələlər Məhkəmə kollegiyasının müvafiq qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi ilə əvəz edilmişdir. Cavabdehin nümayəndəsi şikayətin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etdi, eyni zamanda bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının orqanizminin funksiyalarının pozulması dərəcəsi və əlilliyin müddəti müəyyən edilməmişdir. Iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, gəlməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2017-ci il tarixli, *** nömrəli qərarında qeyd edilmişdir ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı travmalarla bağlı “HƏRBI TRAVMADIR, AZƏRBAYCAN RESPUBLIKASININ MÜDAFIƏSI ZAMANI ALINMIŞDIR” qərarı qəbul edilmişdir. -Iddiaçıya dair Əlillik altsistemindən çıxarışlardan müəyyən olunur ki: ##.##.2017-ci il tarixdə əlillik vəziyyəti qiymətləndirilmiş və ##.##.2022-ci il tarixədək ikinci dərəcəli əlillik təyin edilmiş, ##.##.2023-ci il tarixdə əlillik vəziyyəti qiymətləndirilmiş və Tibbi Sosial Ekspert Komissiyasının ##.##.2023-cü il tarixli, OTODU*J**** nömrəli qərarı ilə diaqnoz əlillik təyin etməməsi əsası ilə əlillik təyinatından imtina edilmişdir. -Gəncə şəhər Psixiatriya Xəstəxanasının ##.##.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək Gəncə şəhər Psixiatriya Xəstəxanasında müalicə olmuşdur. Diaqnoz: Üzvi mənşəli şəxsiyyət pozuntusu. -X1 Dispanserinin ##.##.2023-cü il tarixli, *** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı ##.##.2017-ci il tarixdən “Posikomtuzion sindrom. F07.2” diaqnozu ilə X1 Dispanserində dispanser müşahidəsindədir. İddiaçı ##.##.2022-##.##.2022-ci il tarixlərində dispanserdə stasionar müalicədə olmuşdur. -!#.##.2023-cü il tarixli Tibbi göndərişdən görünür ki, iddiaçının əsas diaqnozu “XTB 10 kodu T90.8. Başın digər dəqiqləşdirilmiş travmalarının nəticələri. Keçirilmiş qapalı kəllə beyin travmasının qalıqları” kimi qeyd edilmiş, ağırlaşmalar isə “F07.0. Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyinin nəticəsində (##.##.1994) şəxsiyyətin üzvi pozuntusu davranış pozuntuları ilə” qeyd edilmişdir. -Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-nin ##.##.2025-ci il tarixli, **** nömrəli rəyində qeyd edilmişdir ki, İddiaçı X2 (Astenik) Pozuntu, X6 Ilə (F06.6) aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələri-Gəncə psixiatriya xəstəxanasında müayinə və müalicələrdə olması, Ağcabədi RMX-də stasionar müalicələr alması, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər - nitqinin ləngiməsi, xarici qıcıqlara qarşı həssaslığının yüksək olması, emosional dayanıqsızlığı, əhval ruhiyyəsinin dəyişkənliyi və s. sübut edir. İddiaçı X2 (astenik) pozuntu, X6 ilə(F06.6) aşkar olunur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndində öz əksini tapan “əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)” diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 35-60% müəyyən edilməklə, 2 il müddətinə əlillik təyinatının aparılmasına əsas verir. Odur ki, iddiaçının orqanizmində olan psixopatoloji pozuntular iş materiallarında mövcud olan ixtisaslaşmış müalicə müəssisələrinin təqdim etdiyi sənədlərlə, həmçinin ekspert rəyi ilə öz təsdiqini tapmaqla, diaqnozun yuxarıda qeyd olunan meyarların müvafiq koduna uyğun olması müəyyən edilmişdir ki, bu hal cavabdeh orqanın imtinasının əsassız olması qənaətinə gəlməyə əsas verir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Nazirlər kabinetinin yuxarıda qeyd olunan *** nömrəli Qərarı ilə təsdiq edilmiş Meyarlarda F06 və F07 XBT kodları eyni bənddə, yəni 7.6.2-ci bənddə “baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular” və “baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları” kimi təsnif edilmişdir və bu xəstəliklərin hər ikisi şəxsin psixoloji durumu ilə bağlı olmaqla, ağırlaşmaları da eyni alt bənddə göstərilmişdir. Başqa sözlə, tibbi göndərişdə patofunksional pozuntunun XBT kodunun F.07 göstərildiyi halda ekspert rəyi ilə kodun F.06 müəyyən edilməsi cavabdehə həmin kodlar üzrə əlillik təyin etməsinə mane olan hal deyil. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi qərarın əsaslandırıcı hissəsində iddiaçının orqanizmində baş verən patoloji pozuntuları Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müvafiq bəndi ilə eyniləşdirməmiş, həmçinin qərarın nəticə hissəsində orqanizmin funksiyalarının pozulma faizini və əlilliyin hansı müddətə təyin edilməsini müəyyən etməmişdir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, bununla yanaşı birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspert Komissiyasının ##.##.2023-cü il tarixli, OTODU*J**** nömrəli qərarı ləğv edilsin və həmin tarixdən İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə orqanizmin funksiyalarının pozulması 35-60 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-344/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-344/2026
12.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver