Məhkəmə qərarları › İş №2-1(3-9)-347/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-347/2026

25.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-347/2026 25.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X7 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin müəyyən olunması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli, *ZHN***** nömrəli qərarın ləğv olunması və ona ümumi xəstəlik səbəbi ilə müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2017-ci ildə səhhəti ilə əlaqədar yüksək təzyiq formalı olmaqla müalicələr almışdır. Belə ki, müayinələr zamanı serebral artofiya, hər iki beyin yarımkürəsində mikroangiopatik ensefalopatiya və çoxsaylı xroniki işemik qliotrik ocaqların olması, insult keçirmişdir. Dəfələrlə müxtəlif tibb müəssisələrində müayinə və müalicələr almışdır. Müalicə müddətində heç bir dəyişiklik olmamışdır. Səhhəti ilə əlaqədar ona ##.##.2019-cu il tarixdən ümumi xəstəlik səbəbindən II qrup əlillik təyin edilmişdir. 2024-cü ilin noyabr ayından etibarən təkrarən müayinə olunmaq üçün Tibbi Sosial Ekspert Komissiyasında yoxlanışdan keçmişdir. X4-Sosial Ekspertiza və X9 Sosial Ekspert Komissiyasına müraciətlər etmişdir. Ona ##.##.2025-ci il tarixdə səhhəti ilə əlaqədar təyin edilmiş diaqnozun əlillik əlaməti təyin etməməsi səsəbindən imtina edilmişdir. Onun ümumi durumu olduqca ağırdır, baş beyin insultu nəticəsində davranış, nitq və hərəkət dayaq sistemimdə ciddi fəsadlar var. Hesab edir ki, əlilliyin təyin olunmasından əsassız olaraq imtina edilmiş, Azərbaycan Respublikası Konstitusiyasında və Beynəlxalq Konvensiyalarda təsbit edilmiş qanunla qorunan hüquqlarımı kobudcasına pozulmuşdur. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim: Pərvanə Qurbanova) ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı sonuncu müayinəsi Şirvan Şəhər Mərkəzi Xəstəxanasının ##.##.2024-cü il tarixli göndərişi əsasında keçirilmişdir. Diaqnozun mətni: Beyin infarktının nəticələri, Hər iki beyin yarımkürəsində işemik insultun qalıqları.Beyincikdə işemik insult. İmtina edilmə səbəbi:Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ##.##.2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, İddiaçı ##.##.2019-cu il tarixindən ümumi xəstəlik səbəbindən ikinci dərəcə 5 il müddətinə (##.##.2024-cü il tarixinədək) əlillik təyinatı aparılmışdır. Əlillik müddətinin bitdiyi ##.##.2024-cü il tarixindən sonra vətəndaşın əlillik vəziyyəti Şirvan Şəhər Mərkəzi Xəstəxanasının R********XGY nömrəli göndərişi əsasında ##.##.2021-ci il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması (Səbəb: Əsas diaqnozun ağırlaşmaları ilə funksional diaqnostik müayinələrin nəticəsi arasındakı uyğunsuzluq dəqiqləşdirilsin) barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə vətəndaşın əlillik vəziyyəti dövlət tibb müəssisəsinin L********HUC nömrəli göndərişi əsasında ##.##.2025-ci il tarixində qiymətləndirilmiş və nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, ##.##.2025-ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. X8 tərəfindən hazırlanmış 10-cu reviziyanın X11 V bölməsində nəzərdə tutulmuş I69.3 xəstəlik kodu “Əlilliyin müəyyən olunması meyarları”na əlavənin 2.1.1; 2.1.2 və 2.1.3-cü bəndinə uyğundur. İddiaçı ##.##.2024-cü, ##.##.2024-cü və ##.##.2024-cü il tarixlərində Agentlikdə həkim nevroloqların qəbulunda olmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq əlillik səviyyəsində yuxarıda qeyd edilən 2.1.1; 2.1.2 və 2.1.3cü bəndlərdə qeyd olunan (hədəf orqanların funksiyalarının pozulması) ağırlaşmalar və ya patofunksional pozuntular aşkar edilməmişdir. Bildiririk ki, iddiaçının sağlamlıq vəziyyətində qeyd olunan patoloji dəyişikliklər göstəricilər baxımından müvafiq meyarların tələbləri ilə uzlaşmır. Tibb müəssisəsi tərəfindən təqdim edilmiş diaqnostik göstəricilər və klinik rəylər Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən hərtərəfli tədqiq edilmiş, lakin orqanizmin funksiyalarının pozulması (OFP) dərəcəsinin əlillik təyinatı üçün zəruri olan minimum — 35 faizlik həddə çatmadığı müəyyən edilmişdir. Vurğulanmalıdır ki, qüvvədə olan qanunvericiliyin, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** nömrəli Qərarı ilə təsdiq edilmiş meyarların tələblərinə əsasən, orqanizmin funksiyalarının pozulma dərəcəsi müəyyən edilmiş minimal kvotadan aşağı olduğu təqdirdə, Agentliyin hər hansı bir sosialhüquqi öhdəlik yaradan əlillik təyinatı aparmağa hüquqi əsası yoxdur. Bu prizmadan, iddiaçının patofunksional vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş cari qiymətləndirmə meyarlarına cavab verməməsi səbəbindən verilmiş imtina qərarı maddi və prosessual hüquq normaları çərçivəsində tam qanunidir. İşin hallarından göründüyü kimi, məhkəmənin gəldiyi yanlış qənaət ondan ibarətdir ki, mövcud qanunvericiliyə əsasən, xəstəliyin və onun fəsadlarının kəmiyyət göstəriciləri mütləq qaydada obyektiv instrumental müayinə nəticələri ilə verifikasiya olunmalıdır. Məhkəmə-tibbi ekspertizası tərəfindən təqdim edilən rəy hər hansı müasir instrumental-diaqnostik metodikaya əsaslanmaq əvəzinə, xəstənin subyektiv şikayətlərinin vizual müşahidəsi üzərində qurulmuşdur. Cihaz müayinələri ilə təsdiq olunmayan və elmimetodoloji əsaslardan məhrum olan bu cür subyektiv yanaşmanın məhkəmə tərəfindən qəti sübut kimi qəbul edilməsi prosessual baxımdan qəbulolunmazdır. Bundan əlavə, iş materiallarında mövcud olan tibbi rəylər arasında aşkar klinik və funksional ziddiyyətlər mövcuddur ki, bu da məhkəmə tərəfindən hüquqi qiymət verilmədən nəzərdən qaçırılmışdır. Belə ki, xxxx” X1 ##.##.2025-ci il tarixli, **** nömrəli rəyində iddiaçının aşağı ətraflarında atrofiyanın müşahidə edilmədiyi birmənalı şəkildə təsbit edilmişdir. Tibbi nöqteyi-nəzərdən atrofiyanın yoxluğu əzələ kütləsinin və trofik funksiyanın qorunub saxlanılmasını, dolayısı ilə ətrafların fizioloji aktivliyini və bərpa potensialını təsdiq edən mühüm amildir. Lakin “xxxx” X1 məhkəməyə ünvanladığı ## ###### 2026-cı il tarixli sorğuya cavabına əlavə edilmiş həkim rəyindəiddiaçıya G81.1- sol tərəfli hemiplegiya diaqnozunun qoyulması qeyd olunan klinik vəziyyətlə ziddiyyət təşkil edir. Hemiplegiya vəziyyətində neyromotor funksiyaların tam itməsi fonunda əzələ atrofiyasının inkişafı qaçılmaz olduğu halda, ekspertizanın “atrofiya yoxdur” nəticəsi bu patologiyanın ağırlıq dərəcəsini şübhə altına qoyur. Məhkəmə bu daxili ziddiyyətləri aradan qaldırmaq və funksional itkinin real dərəcəsini müəyyən etmək əvəzinə, diaqnozlara formal şəkildə istinad edərək qeyri-müəyyən və əsassız nəticəyə gəlmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, hər hansı bir diaqnozun klinik təsdiqi faktı, qüvvədə olan qanunvericiliyin tələbləri çərçivəsində şəxsə əlillik dərəcəsinin təyin edilməsi üçün birbaşa və mütləq hüquqi əsas formalaşdırmır. Maddi hüquq normalarının mahiyyətinə görə, əlillik təyinatı patologiyanın nomenklatur (ad) təsdiqinə deyil, həmin xəstəliyin orqanizmdə yaratdığı davamlı funksional pozuntuların və ağırlaşmaların dərəcəsinə əsaslanır. Başqa sözlə, tibbi diaqnoz şəxsin xəstəlik vəziyyətini müəyyən etdiyi halda, sosial-ekspertiza meyarları həmin vəziyyətin şəxsin həyat fəaliyyətini nə dərəcədə məhdudlaşdırdığını qiymətləndirir. Məhkəmə isə öz əsaslandırmasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş meyarların bu fundamental tələblərini nəzərə almadan, yalnız formal diaqnoz faktına istinad etməklə hüquqi yanlışlığa yol vermişdir. Diqqətinizə çatdırırıq ki, “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin icmalında qeyd edilmişdir ki,məhkəmələr tərəfindən diqqət yetirilməli məqamşəxsin əvvəlki əlilliyinin müəyyən edilməsi üçün əsas olan pozuntu, çatışmazlıq və xəstəliyin davam etməsi və həmin pozuntu, çatışmazlıq və xəstəliyin “Əlilliyin müəyyən olunması meyarları”nda öz əksini tapması ilə bağlı şərtlərin vəhdətdə mövcud olmasıdır. Yəni, çatışmazlıq və xəstəlik “Əlilliyin müəyyən olunması meyarları”na görə əlilliyin müəyyən edilməsi üçün əsas sayılmırsa, şəxsin etimadın qorunması hüququna istinad edilə bilməz. Mahiyyət etibarilə, əgər xəstəlik və ya funksional pozuntu hal-hazırda qüvvədə olan normativ-hüquqi meyarlar üzrə əlillik təyinatı üçün kifayət edən göstəricilərə malik deyilsə, iddiaçının subyektiv etimad hüququna istinadı hüquqi əhəmiyyət kəsb etmir və qanunvericiliyin imperativ tələblərini əvəzləyə bilməz. Qeyd olunanlar nəzərə alınmaqla Şirvan İnzibati Məhkəməsinin Məhkəməsinin *- *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *- *(*-*)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi Kamran Abdulrəhimov apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** saylı qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirərək Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)- ****/**** saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya * nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. “İnzibati icraat haqqında” Qanun: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı “müvafiq əlilliyin təyin edilməsi” hissəsində dəyişdirilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin “xxxx” X1 ##.##.2025ci il tarixli, **** nömrəli rəyində qeyd edilmişdir ki, 1967-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1-3,7. Vətəndaş İddiaçı Şirvan MŞX-nın terapiya şöbəsində 20-##.##.2025-ci il tarixlərdə “XBT-10 kodu üzrə: Əsas xəstəlik: I69.3-Beyin infarktının qalıq əlamətləri, Əsas xəstəliyin ağırlaşması: G81.1-Soltərəfli hemiparez, R26- Yeriş funksiyasının pozulması, Yanaşı xəstəlik: R48-Nitq pozğunluğu” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. Belə ki, o, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT10 kodu ilə: Əsas diaqnoz: I69.3-Beyin infaktının nəticələri. Hər iki beyin yarımkürəsində işemik insultun qalıqlar. Beyincikdə işemik insult, Ağırlaşma: G81.1- Spastik hemiplegiya. Hər iki aşağı ətrafda, əsasən soltərəfli hemiplegiya, R26-Hərəkətin və yerişin pozulmaları. Yeriş funksiyasının pozulması. Koordinator statik pozğunluqlar” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. Şəxsin ##.##.2025-ci il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı hər iki aşağı və yuxarı ətraflarda iynə batırılarkən sol aşağı və yuxarı ətrafda cüzi ağrı hiss etdiyini qeyd etmiş, yerişi pozulmuş, çəliksiz yeriyərkən müvazinətini saxlaya bilməmiş, hər iki aşağı ətraflarda atrofiya müşahidə edilməmişdir. Həmin xəstəliklər xroniki hala keçdiyindən müalicə olunmaqla tam reabilitasiya olunmurlar, müəyyən edilən diaqnozla əlaqədar zərurət yarandığı təqdirdə əlavə müalicəyə cəlb edilə bilər. Müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə İddiaçı təyin olunmuş diaqnoz onun ##.##.2025ci il tarixdə Şirvan MŞX-da həkim müayinəsi zamanı müəyyən edilmiş diaqnozla ümumən eynilik təşkil edir. Həmçinin iş üzrə sübutların cəlb edilməsi üçün müvafiq həkim rəyinin alınması məqsədilə məhkəmə tərəfindən qərardad qəbul edilərək mütəxəssis rəyinin verilməsi “xxxx” X1 həvalə olunmuşdur və PHŞ tərəfindən məhkəməyə ünvanlanan ## ###### 2026-cı il tarixli sorğuya cavabına əlavə edilmiş həkim rəyində bildirilmişdir ki, İddiaçı ## ###### 2026-cı il tarixdə müayinə olunmuş və diaqnoz “I69.3- keçirilmiş işemik insultun nəticələri, G81.1- sol tərəfli hemiplegiya, R26- yeriş funskiyasının pozulması, F06.6- üzvi mənşəli emosional labil pozuntu, F06.7- koqnitiv funksiyaların enməsi ilə, J10arterial hipertoniya İ d” diaqnozu müəyyən edilmişdir. Beləliklə də, məhkəmə ekspert və mütəxəssis rəyini və iş materiallarında olan müvafiq tibb müəssisəsinin arayışlarını mötəbər sübut kimi qəbul edərək iddiaçıda qeyd edilən diaqnoz nəticəsində əlilliyin təyin edilməsinin mümkünlüyünü müəyyən edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə qismən razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan iddiaçıya dair Əlillik altsistemindən çıxarışlardan müəyyən olunur ki, Tibbi- Sosial Ekspert Komissiyasının **HA*N***** nömrəli, ##.##.2019-cu il tarixli qərarı ilə İddiaçı beş il müddətinə ümumi xəstəliklə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmiş, Tibbi-Sosial Ekspert Komissiyasının **HA*N***** nömrəli, ## #### 2024-cü il tarixli qərarı ilə əlavə müalicəyə ehtiyacı olması səbəbi ilə əlilliyin təyinindən imtina edilmiş, Tibbi-Sosial Ekspert Komissiyasının **HA*N***** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə Diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə əlilliyin təyinindən imtina edilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Məlumat üçün nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ##.##.2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, İddiaçı ##.##.2019-cu il tarixindən ümumi xəstəlik səbəbindən ikinci dərəcə 5 il müddətinə (##.##.2024-cü il tarixinədək) əlillik təyinatı aparılmışdır. Əlillik müddətinin bitdiyi ##.##.2024-cü il tarixindən sonra vətəndaşın əlillik vəziyyəti Şirvan Şəhər Mərkəzi Xəstəxanasının R********XGY nömrəli göndərişi əsasında ##.##.2021-ci il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması (Səbəb: Əsas diaqnozun ağırlaşmaları ilə funksional diaqnostik müayinələrin nəticəsi arasındakı uyğunsuzluq dəqiqləşdirilsin) barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə vətəndaşın əlillik vəziyyəti dövlət tibb müəssisəsinin L********HUC nömrəli göndərişi əsasında ##.##.2025-ci il tarixində qiymətləndirilmiş və nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, ##.##.2025-ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. X8 tərəfindən hazırlanmış 10-cu reviziyanın X11 V bölməsində nəzərdə tutulmuş I69.3 xəstəlik kodu “Əlilliyin müəyyən olunması meyarları”na əlavənin 2.1.1; 2.1.2 və 2.1.3-cü bəndinə uyğundur. İddiaçı ##.##.2024-cü, ##.##.2024-cü və ##.##.2024-cü il tarixlərində Agentlikdə həkim nevroloqların qəbulunda olmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq əlillik səviyyəsində yuxarıda qeyd edilən 2.1.1; 2.1.2 və 2.1.3-cü bəndlərdə qeyd olunan (hədəf orqanların funksiyalarının pozulması) ağırlaşmalar və ya patofunksional pozuntular aşkar edilməmişdir. İşdə olan Şirvan şəhər Mərkəzi Xəstəxanasının ##.##.2024-cü il tarixli, L********HUC nömrəli göndərişinə əsasən, iddiaçıya “əsas diaqnoz- I69.3- beyin infarktının nəticələri, hər iki beyin yarımkürəsində işemik insultun qalıqları, beyincikdə işemik insult, ağırlaşması G81.1- spastik hemiplegiya, hər iki aşağı ətrafda, əsasən sol tərəfli spastik hemiplegiya, R26- hərəkətin və yerişin pozulmaları, yeriş funskiyalarının pozulması, koordinator statik pozğunluqlar” diaqnozu müəyyən edilmişdir. İşdə olan Səhiyyə Nazirliyinin “xxxx” X1 ##.##.2025-ci il tarixli, T***/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti Şirvan şəhər Mərkəzi Xəstəxanasının *******AAFJM nömrəli göndərişi əsasında ##.##.2019-cu il tarixində elektron qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ##.##.2015-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq ümumi xəstəlik səbəbindən beş il müddətinə (##.##.2024-cü il tarixinədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Sonuncu dəfə, İddiaçı əlillik vəziyyəti Şirvan şəhər Mərkəzi Xəstəxanasının L********HUC nömrəli göndərişi əsasında ##.##.2025-ci il tarixində elektron qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin “xxxx” X1 ##.##.2025-ci il tarixli, **** nömrəli rəyində qeyd edilmişdir ki, 1967-ci il təvəllüdlü İddiaçı adma tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1-3,7. Vətəndaş İddiaçı Şirvan MŞX-nın terapiya şöbəsində 20-##.##.2025-ci il tarixlərdə “XBT-10 kodu üzrə: Əsas xəstəlik: I69.3-Beyin infarktının qalıq əlamətləri, Əsas xəstəliyin ağırlaşması: G81.1-Soltərəfli hemiparez, R26-Yeriş funksiyasının pozulması, Yanaşı xəstəlik: R48-Nitq pozğunluğu” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. Belə ki, o, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT10 kodu ilə: Əsas diaqnoz: I69.3-Beyin infaktının nəticələri. Hər iki beyin yarımkürəsində işemik insultun qalıqlar. Beyincikdə işemik insult, Ağırlaşma: G81.1-Spastik hemiplegiya. Hər iki aşağı ətrafda, əsasən soltərəfli hemiplegiya, R26-Hərəkətin və yerişin pozulmaları. Yeriş funksiyasının pozulması. Koordinator statik pozğunluqlar” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. Şəxsin ##.##.2025-ci il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı hər iki aşağı və yuxarı ətraflarda iynə batırılarkən sol aşağı və yuxarı ətrafda cüzi ağrı hiss etdiyini qeyd etmiş, yerişi pozulmuş, çəliksiz yeriyərkən müvazinətini saxlaya bilməmiş, hər iki aşağı ətraflarda atrofiya müşahidə edilməmişdir. Həmin xəstəliklər xroniki hala keçdiyindən müalicə olunmaqla tam reabilitasiya olunmurlar, müəyyən edilən diaqnozla əlaqədar zərurət yarandığı təqdirdə əlavə müalicəyə cəlb edilə bilər. Müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə İddiaçı təyin olunmuş diaqnoz onun ##.##.2025-ci il tarixdə Şirvan MŞX-da həkim müayinəsi zamanı müəyyən edilmiş diaqnozla ümumən eynilik təşkil edir. Vətəndaş İddiaçı barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndərişdə qeyd edilən diaqnozun təsdiqi üçün aparılan müayinələr yetərlidir və göndəriş tam doldurulmuşdur. Əlilliklə bağlı məsələlərin həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi- Sosial Ekspert Komissiyalarıı tərəfindən həyata keçirilir. İşdə olan “xxxx” X1 məhkəməyə ünvanladığı ## ###### 2026-cı il tarixli sorğuya cavabına əlavə edilmiş həkim rəyində bildirilmişdir ki, İddiaçı ## ###### 2026-cı il tarixdə müayinə olunmuş və diaqnoz “I69.3- keçirilmiş işemik insultun nəticələri, G81.1- sol tərəfli hemiplegiya, R26- yeriş funskiyasının pozulması, F06.6- üzvi mənşəli emosional labil pozuntu, F06.7- koqnitiv funksiyaların enməsi ilə, J10-arterial hipertoniya İ d” diaqnozu müəyyən edilmişdir. Beləliklə də məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ilkin olaraq ##.##.2019-cu il tarixdə Şirvan şəhər Mərkəzi Xəstəxanasının *******AAFJM nömrəli göndərişi əsasında ümumi xəstəlik səbəbilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. (Diaqnoz: Beyin infarktı, Hər iki beyin yarımkürəsində işemik insult. Beyincikdə işemik insult. Ürəyin hipertenziv xəstəliyi, Hipertoniya xəstəliyi II mər. Vestibulyar funksiyaların pozğunluqları, Kəskin ifadə olunmuş statik koordinator pozğunluqlarla. Dəqiqləşdirilməmiş tetraplegiya. Sol tərəfin üstünlüyü ilə tetroparez. Stenokardiya (döş inağı). ÜİX. Gərginlik stenokardiyası II funksional sinif.) Sonuncu dəfə iddiaçının vəziyyəti Şirvan şəhər Mərkəzi Xəstəxanasının L********HUC nömrəli göndərişi əsasında ##.##.2025-ci il tarixində qiymətləndirilmiş və əlillik təyin edilməsindən imtina edilmişdir. İddiaçı həmin ##.##.2025-ci il tarixli qərarı mübahisələndirərək ləğv edilməsini və 65-80% olmaqla əlillik təyin edilməsini tələb etmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək mübahisələndirilən qərarın ləğv edilməsini və müvafiq əlillik təyin edilməsini tələb etmişdir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası:1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə-“Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 2.1. bəndində göstərilən Serebrovaskulyar xəstəliklər (I60-I69) mövcud olduqda əlilliyin qiymətləndirilməsi xəstəyə qoyulmuş diaqnozlardan asılı olaraq Əlavənin müvafiq bəndinə əsasən aparılır. Məhkəmə kollegiyası məhkəmə araşdırmasını həmçinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin icmal məktubunda əks olunan hüquqi dəyərləndirmə əsasında aparılmasını zəruri hesab edir. Həmin icmal məktubunda qeyd edilir: “Məlumdur ki, əlilliyin qiymətləndirilməsinə dair mübahisələrin həlli üçün əhəmiyyət kəsb edən bir sıra halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, ekspertiza təyin edilməklə araşdırılır (32-ci bənd). Ekspertiza fəaliyyətinin əsaslarını müəyyən edən qanunvericiliyin, o cümlədən prosessual qanunvericiliyin normaları vəhdətdə nəzərdən keçirilməklə qeyd edilir ki, ekspert yalnız iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsi ilə bağlı tibbi xarakterli sualları cavablandırmaq vəzifəsini daşımaqla, şəxsin sağlamlıq vəziyyəti, xəstəliklərin diaqnostikası və əlaqəli məsələlərdə məhz hüquqi bilikləri istisna edən, bununla belə, tibbi bilikləri əhatə edən suallar əsasında aparılmış tədqiqatın nəticəsində müəyyənləşdirilir (36-cı bənd)”. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddiaçının hal-hazırda da müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndərişdə qeyd edilən xəstəliklərdən əziyyət çəkib-çəkmədiyinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxxnin T***/**** nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəyi ilə bildirilmişdir ki, vətəndaş İddiaçı Şirvan MŞX-nın terapiya şöbəsində 20-##.##.2025-ci il tarixlərdə “XBT-10 kodu üzrə: Əsas xəstəlik: I69.3-Beyin infarktının qalıq əlamətləri, Əsas xəstəliyin ağırlaşması: G81.1-Soltərəfli hemiparez, R26-Yeriş funksiyasının pozulması, Yanaşı xəstəlik: R48-Nitq pozğunluğu” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. Belə ki, o, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə İddiaçı təyin olunmuş diaqnoz onun ##.##.2025-ci il tarixdə Şirvan MŞXda həkim müayinəsi zamanı müəyyən edilmiş diaqnozla ümumən eynilik təşkil edir. Şirvan Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ tərəfindən bildirilmişdir ki, vətəndaş İddiaçı adına forma-88 ##.##.2024cü il tarixdə Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ tərəfindən rəsmiləşdirilmiş, Diaqnoz: İ69.3 Hər iki beyin yarımkürəsində işemik insultun qalıqları. Beyincikdə işemik insult. G81.1 Hər iki aşağı ətrafda, əsasən sol tərəfdə spastik hemiplegiya. R26 Yerişin pozulması” kimi müəyyən edilmişdir. Həmin göndəriş əsasında cavabdeh tərəfindən hazırda mübahisələndirilən ##.##.2025-ci il tarixli qərarla iddiaçıya əlillik təyin olunmasından imtina edilmişdir. Hipertoniya xəstəliyi III mərhələ dedikdə-arterilal hipertenziya ilə yanaşı hədəf orqanlarda zədələnmə əlamətlərinin olması başa düşülür. Hədəf orqanlarının funksionalının mülayim pozulması dedikdə - sol mədəciyin hipertrofiyası, göz dibində angioretinopatiya İ-II dərəcə və s. hallar başa düşülür. Hədəf orqanlarının funksionalının ciddi pozulması/zədələnməsi dedikdəürək çatışmazlığı, böyrək çatışmazlığı, insult, infarkt keçirmə anamnezi və s. hallar başa düşülür. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yuxarıda qeyd edilən diaqnoz İddiaçı iş materiallarında adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 göndərişində və digər tibbi sənədlərdə olan əsas diaqnoz ilə eynilik təşkil edir. 2 Qan təzyiqinin yüksək olması ilə I .1. səciyyələnən xəstəliklər 10-I15 I Serebrovaskulyar xəstəliklər 60-I69 Qiymətləndirmə arterial hipertenziya İ-III dərəcə, 2 hipertoniya xəstəliyi III mərhələ, hədəf 35- 1 il .1.1. orqanların funksiyalarının mülayim 60 pozulması (zədələnməsi) ilə Göründüyü kimi iddiaçı barəsində tibb müəssisəsi tərəfindən müəyyən edilmiş diaqnoz və mövcud sağlamlıq vəziyyəti onun OFP-nin pozulmasının müəyyən edilməsini zəruri edir.İddiaçının keçirmiş olduğu “Serebrovaskulyar xəstəliklər” nəticəsində hədəf orqanların funksiyalarının mülayim pozulması (zədələnməsi) baş vermişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı xəstəliyi və diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 2.1.1-ci bəndinə (arterial hipertenziya İ-III dərəcə, hipertoniya xəstəliyi III mərhələ, hədəf orqanların funksiyalarının mülayim pozulması (zədələnməsi) ilə) bəndinə uyğundur və həmin bəndə əsasən iddiaçıya 1 il müddətinə 35-60% faiz dərəcəsinə uyğun olaraq ona əlillik müəyyən edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əlilliyinin müəyyən edilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri və qəbul etdiyi imtina qərarı qanunsuz olmuş, əlilliyin təyin edilməsi ilə bağlı iddiaçının hazırki tələbi əsaslı olmuşdur. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı “müvafiq əlilliyin təyin edilməsi” hissəsində dəyişdirilməli, iddia təmin edilməli, cavabdehin ##.##.2025-ci il tarixli qərarı ləğv edilməli və həmin tarixdən ## ###### 2024-cü il tarixli, L********HUC nömrəli göndəriş əsasında 1 il müddətinə iddiaçının orqanizmin funksiyalarının pozulmasının 35-60% faiz dərəcəsinin müəyyən edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilir. İddia təmin edilir. Cavabdehin ##.##.2025-ci il tarixli qərarı ləğv edilir. İddiaçı İddiaçı ##.##.2025-ci il tarixindən “ümumi xəstəlik” səbəbi ilə 1 il müddətinə orqanizmin funksiyalarının pozulmasının 35-60% faiz dərəcəsinin müəyyən edilməsi öhdəliyi cavabdeh Cavabdeh PHŞ-nin üzərinə qoyulur. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar