Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-348/2026 09.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, Iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsə qarşı “"xxxx” publik hüquqi şəxsinin ** saylı Şirvan ərazi idarəsinin ##.##.2021-ci il tarixli, 911013007515-***** reyestr və 911-2/28934 inventar nömrəli, ünvan 5 (yeni qaydalarla A 1812, ünvan 6) ünvanında verilmiş fərdi yaşayış evinin Texiki pasportunun, torpaq sahəsinin Planın, Situasiya planının-Həyətyani tikililərin və qurğuların texniki göstəricələrinin dəyişdirilməsi” tələbinə dаir inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *- *(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n ** saylı Şirvan ərazi idarəsinə qarşı “"xxxx” publik hüquqi şəxsinin ** saylı Şirvan ərazi idarəsinin ##.##.2021-ci il tarixli, 911013007515-***** reyestr və 911- 2/28934 inventar nömrəli, ünvan 5 (yeni qaydalarla A 1812, ünvan 6) ünvanında verilmiş fərdi yaşayış evinin Texiki pasportunun, torpaq sahəsinin Planın, Situasiya planının-Həyətyani tikililərin və qurğuların texniki göstəricələrinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı vəsatəti təmin edilmiş, Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh cavabdeh1 publik hüquqi şəxsinin ** saylı Şirvan ərazi idarəsinə qarşı “Fərdi yaşayış evinin texniki pasportunda qismən dəyişiklik edilməsi” barədə iddia tələbi üzrə üçüncü şəxs2 iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh cavabdeh1 publik hüquqi şəxsinin ** saylı Şirvan ərazi idarəsinə qarşı “fərdi yaşayış evinin texniki pasportunda qismən dəyişiklik edilməsi” barədə iddia tələbi üzrə Şirvan şəhər Bələdiyyəsi iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş sənədlər, mütəxəssis rəyi və ekspert rəyi üzrə müəyyən edilmişdir ki, İddiaçı adına olan ##.##.2022-ci il tarixli, ***-*/**** nömrəli inventar, 911013004359-***** reyestr nömrəli texniki pasportda 1959-cu ildə verildiyini göstərən qeydin indiki vəziyyətlə eynilik təşkil etdiyi müəyyən edilmişdir. ##.##.2022-ci il tarixli, ***-*/**** nömrəli inventar, 911013004359-***** reyestr nömrəli texniki pasport əsasında İddiaçı adına qeydə alınmış Şirvan şəhəri, Ş.Şükürov küçəsi, ev 20 A (yeni qaydalarla ünvan 7) ünvanında yerləşən 0,06 torpaq sahəsi və ##.##.2021-ci il tarixli, ***-*/**** nömrəli inventar, 911013007515-***** reyestr nömrəli texniki pasport əsasında Muradov Vəkil Miriş oğlunun adına qeydə alınmış ünvan 2 (Yeni qaydalarla: ünvan 3) ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin texniki sənədlərdəki artıq torpaq sahəsi kimi göstərilmiş (bələdiyyə mülkiyyətinə aid) ştrixlənmiş sahələrin eyni ərazi olduğu müəyyən edilmişdir. Bu halda məhkəmə hesab etmişdir ki, iddiaçı İddiaçı hazırki iddia tələbini qaldırmaqda subyektiv hüquqa malik deyil. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ##.##.2022-ci il tarixdə Şirvan şəhəri, Şirin Şükürov küçəsi, ev **A saylı xüsusi yaşayış evini Şirvan şəhər sakini X4 notariat alqı-salqı müqaviləsi ilə almışdır. ##.##.2022- ci il tarixdə həmin yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə dair öz adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadstr və Reyestri publik hüquqi şəxsi ** saylı Şirvan Ərazi Idarəsindən “Texniki Pasport” və “Çıxarış” almışdır. Texniki pasportda sənəd üzrə torpaq sahəsi 0,06 ha faktiki sahə isə 0,09 ha göstərilmişdir. Texniki pasportda ştrixlənmiş hissə kimi 3 sot torpaq sahəsi vardır ki, burada darvaza və qaraj yerləşir. Bununla bərabər hasar da mövcuddur. Hazırki vaxtda cavabdeh fiziki şəxs üçüncü şəxs2 Inzibati orqanlara müraciət edərək rəsmi olaraq onun aldığı torpaq sahəsinin içərisində yerləşən qarajın özünə aid olduğunu iddia edərək onun istifadəsinə verilməsini tələb etmişdir. Həm də bu tələbini 2021-ci ildə, artıq bu tarixdən 16 il qabaq vəfat etmiş atası Muradov Vəkil Miriş oğlunun adına ** saylı Şirvan Ərazi Idarəsindən aldığı saxtalaşdırılmış “Texniki pasport”la əsaslandırır ki, bu sənəddə də eyni torpaq sahəsi, qaraj, daş hasar və qapı” göstərilmişdir. Lakin ona münasibətdə satıcı olan X2 SSRI dövründə atasının adına verilmiş “Texniki pasport”u 1959-cu ilə aidir ki, bu da həmin sənədin daha mötəbər və həqiqi olduğunu təsdiq edir. Onun şikayəti əsasında Şirvan şəhər Prokurorluğunda yoxlama aparılarkən cavabdeh fiziki şəxsin, artıq qeyd etdiyi kimi bundan xeyli il əvvəl vəfat etmiş atası Muradov Vəkil Miriş oğlunun “Texniki pasportunun” icraçısı X1 izahatı alınmışdır. Cavabdeh hüquqi şəxsin iş üzrə cəlb olunan nümayəndəsi etiraf etmişdir ki, ##.##.2021-ci il tarixli Muradov Vəkil Miriş oğlunun adına verilmiş ünvan 4 ünvanında verləşən xüsusi yaşayış evi və torpaq sahəsinin ölçü planlama işləri ilə bağlı texniki pasportda texniki səhvlər mövcud olunmuşdur. Həmin texniki səhvin necə yarandığını indi izah edə bilmir. Texniki pasportdan görünür ki, ##.##.2021-ci il tarixli Muradov Vəkil Miriş oğlunun adına verilmiş Şirvan səhəri, Sirin Şükürov 18 ünvanında yerləşən xüsusi yaşayış evi və torpaq sahəsinin ölçü planlama işləri ilə bağlı texniki pasportda göstərilən “B” şərti ilə işarələnmiş qaraj ##.##.2022-ci il tarixli İddiaçı adına verilmiş texniki pasportda hər ikisinin istifadəsində olan zəbt olunmuş əran kimi göstərilir. Lakin İddiaçı texniki pasportuna baxdıqda 1959-cu il tarixli sənədlər əsasında verildiyi məlum olur. Vəkil Muradovun adına verilmiş texniki pasportda qarajın nəyə görə onun istifadəsində olan ərazi kimi göstərildiyini izah edə bilmir. Bu texniki səhvin nəticəində yaranmışdır və bu səhvi edərkən hər hansı tamah və ya sair şəxsi niyyəti olmamışdır. Iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, şikayətdə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırma aparılmamış, işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Prosessual məsələlər: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti xxxx PHŞ, üçüncü şəxslər Şirvan Şəhər Bələdiyyəsi və üçüncü şəxs2 məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iclas zalında iştirak etməmişlər (təmsil olunmamışlar). Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Iş materiallarında olan AN-İ ******* saylı, ##.##.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X5 İddiaçı ünvan 1 saylı ünvanda yerləşən, ümumi sahəsi 109.5 kv.m olan fərdi yaşayış evi, ünvan 1 saylı ünvanda yerləşən mülkiyyətində olan ümumi sahəsi 0.06 ha torpaq sahəsini 12000 manat pul məbləğinə satmışdır. Işdə olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Şirvan Ərazi Idarəsi tərəfindən ##.##.2022-ci il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, ünvan 1 saylı ünvanda yerləşən, ümumi sahəsi 109.5 kv.m olan fərdi yaşayış evi İddiaçı adına hüquq subyekti olaraq qeydə alınmışdır. Texniki pasportun xüsusi qeyd hissəsində: 0.0368 ha zəbt olunmuş torpaq sahəsi müəyyən olunmuş və texniki pasporda ştrixlə göstərilmişdir. Fərdi yaşayış evində tikinti altı sahə 22.5 kv.m olan icazəsiz inşa edilmiş tikili sahəsi müəyyən olundu və ştrixlənərək göstərilmişdir. Işdə olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Şirvan Ərazi Idarəsi tərəfindən ##.##.2021-ci il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, Şirvan şəhəri, Ş.Şükürov küçəsi, ev ** saylı ünvanda yerləşən fərdi yaşayış evi Muradov Vəkil Miriş oğlunun adına hüquq subyekti olaraq qeydə alınmışdır. Texniki pasportun xüsusi qeyd hissəsində: torpaq sahəsində 0.0186 ha zəbt sahəsi var, texniki pasportda ştrixlə göstərilmişdir. B tikilisi zəbt sahəsində yerləşir. Işdə olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 tərəfindən verilmiş ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 saylı ünvanda yerləşən, ümumi sahəsi 109.5 kv.m olan fərdi yaşayış evi İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır və torpaq sahəsi isə 0.06 ha qeydə alınmışdır. Işdə olan cavabdeh1 publik hüquqi şəxsi ** saylı Şirvan Ərazi Idarəsinin ##.##.2023-cü il tarixli məktubuna əsasən ünvan 1 saylı ünvanda yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinə tərtib edilmiş ##.##.2022-ci il tarixli texniki pasport sənədində və ünvan 2 ünvanda yerləşən Muradov Vəkil Miriş oğluna məxsus fərdi yaşayış evinə tərtib edilmiş ##.##.2021-ci il tarixli texniki pasport sənədində eyni tikili (qaraj tikilisi hər iki sənədə daxil edilmişdir. Hər iki sənəddə həmin tikilinin bələdiyyə mülkiyyətinə aid zəbt torpaq sahəsi üzərində yerləşdiyi göstərilmişdir. Ikin inventarlaşdırma işləri aparılan zaman həm iddiaçının, həm də qonşunun sözügedən qaraj tikilisi çəkiliş üçün Ərazi Idarəsinin mütəxəssislərinə təqdim edilmişdir. Sonradan həmin tikili məhkəmə predmeti olmuşdur. Qaraj tikilisi ilə bağlı mübahisəli məsələyə məhkəmədə baxılmış və ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qərardada əsasən ünvan 8 ünvanında yerləşən Muradov Vəkil Miriş ogluna məxsus fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportun dəyişdirilməsi tələbinə iş üzrə icraata aidiyyəti üzrə uyğunsuzluq səbəbindən mahiyyəti üzrə qərar qəbul edilmədən xitam verilmişdir. Müvafiq olaraq, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportun dəyişdirilməsi hüquq sahibinin və ya onun etibarnamə üzrə nümayəndəsinin müraciəti əsasında aparıla bilər. Qarşı tərəfin Ərazi idarəsinə belə bır müraciəti olmadığından iddiaçının müraciətinin icrasının təmin edilməsi mümkün deyil. Işdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, *-**-**/*-**/****/**** nömrəli məktubu ilə ##.##.2025-ci il tarixli, **/****/**** №-li saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 publik hüquqi şəxsi ** saylı Şirvan Ərazi Idarəsinin 08.01.25 tarixli *-**-*-**/*-**/**** nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir. ##.##.2022-ci il tarixli, ***-*/**** nömrəli inventar. 911013004359-***** reyestr nömrəli texniki pasport əsasında İddiaçı adına qeydə alınmış Şirvan şəhəri, Ş.Şükürov küçəsi, ev 20 A (yeni qaydalarla ünvan 7) ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturada müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. ##.##.2022-ci il tarixli, ***-*/**** nömrəli inventar, 911013004359-***** reyestr nömrəli texniki pasport əsasında İddiaçı adına qeydə alınmış Şirvan şəhəri, Ş.Şükürov küçəsi, ev 20 A (yeni qaydalarla ünvan 7) ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyyətdə olmaqla yaşayış mənəqələrinin torpaqları kateqoriyasına aid tikinti altında olan torpaq sahəsi olduğu müəyyən edilmişdir. ##.##.2022-ci il tarixli, ***-*/**** nömrəli inventar, 911013004359-***** reyestr nömrəli texniki pasport əsasında İddiaçı adına qeydə alınmış Şirvan şəhəri, Ş. Şükürov küçəsi, ev 20 A (yeni qaydalarla ünvan 9) ünvanında yerləşən fərdi yaşayış evi mövcuddur, texniki pasportda göstərilən vəziyyətinə uyğun yerləşmişdir, texniki pasportda göstərilən texniki göstəricilərə uyğundur. Lakin təyinatı üzrə istifadəyə yararlı olub-olmamasının cavablandırılması səlahiyyətləri çərçivəsində deyil. ##.##.2022-ci il tarixli, ***-*/**** nömrəli inventar, 911013004359-***** reyestr nömrəli texniki pasport əsasında İddiaçı adına qeydə alınmış Şirvan şəhəri, Ş.Şükürov küçəsi, ev 20 A (yeni qaydalarla ünvan 7) ünvanında yerləşən 0.06 torpaq sahəsinin və həmin torpaq sahəsində olan fərdi yaşayış evinin faktiki olaraq iddiaçının istifadəsində olduğu və təyinatı üzrə istifadə olunduğu müəyyən edilmişdir. ##.##.2022-ci il tarixli, ***-*/**** nömrəli inventar, 911013004359-***** reyestr nömrəli texniki pasport əsasında İddiaçı adına qeydə alınmış Şirvan şəhəri, Ş.Şükürov küçəsi, ev 20 A (yeni qaydalarla ünvan 7) ünvanında yerləşən 0.06 torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahələri və tikililəri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Iddiaçı İddiaçı adına qeydə alınmış texniki pasportda və Muradov Vəkil Miriş oğlunun adına qeydə alınmış texniki pasportda bələdiyyə mülkiyyətinə aid olan sahə kimi göstərilmiş lakin vətəndaşların mübahisəli ərazi kimi göstərdikləri (texniki pasportda ştrixlənmiş sahələr) torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Hazırda qarajın, darvazanın və hasarın yerləşdiyi 0.03 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaqla yaşayış mənəqələrinin torpaqları kateqoriyasına aid tikinti altında olan torpaq sahəsi olduğu müəyyən edilmişdir. Həmin ərazi cavabdeh xxxx publik huquqi şəxsinin ** saylı Şirvan Ərazi Idarəsinin göstərdiyi kimi ümumi istifadə yolu olub-olmamasının cavablandırılması mümkün olmamışdır. Həmin ərazinin istifadə olunması ilə qonşuların servitut da daxil olmaqla küçəyə çıxışlarının kəsilib-kəsilməməsinin araşdırılması mümkün olmamışdır. İddiaçı adına olan ##.##.2022-ci il tarixli, ***-*/**** nömrəli inventar, 911013004359-***** reyestr nömrəli texniki pasportda 1959-cu ildə verildiyini göstərən qeydin indiki vəziyyətlə eynilik təşkil etdiyi müəyyən edilmişdir. ##.##.2022-ci il tarixli, ***-*/**** nömrəli inventar, 911013004359-***** reyestr nömrəli texniki pasport əsasında İddiaçı adına qeydə alınmış Şirvan şəhəri, Ş.Şükürov küçəsi, ev 20 A (yeni qaydalarla ünvan 7) ünvanında yerləşən 0,06 torpaq sahəsi və ##.##.2021-ci il tarixli, ***-*/**** nömrəli inventar, 911013007515-***** reyestr nömrəli texniki pasport əsasında Muradov Vəkil Miriş oğlunun adına qeydə alınmış ünvan 2 (Yeni qaydalarla: ünvan 3) ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin texniki sənədlərdəki artıq torpaq sahəsi kimi göstərilmiş (bələdiyyə mülkiyyətinə aid) ştrixlənmiş sahələrin eyni ərazi olduğu müəyyən edilmişdir. Muradov Vəkil Miriş oğlunun fərdi yaşayış evinin şərq tərəfindən sonradan aparılan artırmanın 0.03 ha torpaq sahəsinə düşdüyü müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən torpaq sahəsinin hazırki mülkiyyətçisi üçüncü şəxs1dir, məhz üçüncü şəxs1 mübahisələndirilən torpaq sahəsini satmaq, icarəyə vermək və ya digər səlahiyyətlərdən istifadə etmək hüququna malikdir. Belə olan halda hazırkı iddia ərizəsi ilə iddiaçının hər hansı bir subyektiv hüququ yaranmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir və mövqeyini aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli № * nömrəli Qərarının: 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ### 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.” Kollegiya qeyd edir ki, inzibati hüquq nəzəriyyəsində qəbul edilmiş “mümkünlük nəzəriyyəsi”nə görə iddianın mümkün sayılması üçün iddiaçının subyektiv hüququnun faktiki olaraq pozulduğunun sübuta yetirilməsi tələb olunmur; hüququn pozulması ehtimalının kifayət qədər məntiqli və mümkün olması (ehtimalın mövcudluğu) bunun üçün kifayətdir. Hüququn, həqiqətən, pozulub-pozulmadığı isə yalnız iddianın əsaslılığı mərhələsində yoxlanılmalıdır. Iddiaçı subyektiv hüququnun mütləq şəkildə mövcudluğunu və pozulduğunu ilkin mümkünlük mərhələsində tam sübut etmək məcburiyyətində deyil, bu, işə mahiyyəti üzrə baxılarkən iddianın əsaslılığının yoxlanılması mərhələsində tam olaraq müəyyən edilməli məsələdir. Işin hallarından görünür ki, iddiaçı bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ilə bağlı deyil, həmin torpaq sahəsində yerləşən darvaza, hasar və qarajla bağlı texniki pasporta düzəliş edilməsini istəyir. Bu zaman isə darvaza, hasar və qaraşın yerləşdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətində yerləşməsi məhz torpaq sahəsinin mülkiyyətçisinin bələdiyyə olması əsası ilə iddiaçının subyektiv hüququnun olmaması qənaətinə gəlinməsi üçün əsas ola bilməz. Bundan başqa, iş materiallarında olan texniki pasportlara nəzər yetirdikdə bəlli olur ki, iddiaçı İddiaçı verilmiş texniki pasportda qaraj, daş hasar və darvazanın tikildiyi illər müvafiq olaraq 2015, 2014, 1959-cu il olaraq, Muradov Vəkil Miriş oğluna verilmiş texniki pasportda isə müvafiq olaraq 1993, 2004, 1989-cu il olaraq göstərilmişdir. Işə yenidən baxılarkən qeyd olunan xüsusatlar nəzərə alınmalıdır. Bundan başqa, işdə olan Şirvan Şəhər Prokurorluğunun cinayət işi başlanmasının rədd edilməsi haqqında ## #### 2023-cü il tarixli, ***C-** saylı qərarından görünür ki, iddiaçının şikayəti əsasında Şirvan Şəhər Prokurorluğunda yoxlama aparılarkən Muradov Vəkil Miriş oğlunun “Texniki pasport”unun icraçısı X1 izahatı alınmışdır. Cavid Abbasov izahatında ##.##.2021-ci il tarixli Muradov Vəkil Miriş oğlunun adına verilmiş ünvan 4 ünvanında verləşən xüsusi yaşayış evi və torpaq sahəsinin ölçü planlama işləri ilə bağlı texniki pasportda texniki səhvlər mövcud olduğunu göstərmişdir. Kollegiya vurğulayır ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilən normadan hansı qərarın və hansı hissədə mülki işə baxılarkən məhkəmə üçün məcburi olması dəqiq müəyyən edilib: məhkəmənin qanuni qüvvəyə minmiş hökmü; habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı; hadisənin olub-olmaması; şəxsin həmin hadisəyə aidiyyəti. Istintaq və təhqiqat orqanlarının heç bir qərarı inzibati mübahisə üzrə preyudisial əhəmiyyət daşımır və AR MPM-in 82-ci maddəsində preyudisial halları və faktları əks etdirən məhkəmə aktlarının dəqiq dairəsi müəyyən edilib. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, sözügedən qərar hazırki inzibati mübahisə üzrə preyudisial hesab etmək yolverilməz olmaqla, MPM-in 82-ci maddəsinin tələblərinə zidd olsa da, sözügedən qərar qüvvədə olduğu təqdirdə iş üzrə müəyyən olunmuş sübutlarla birgə qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunanlar nəzərə alınmaqla birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılaraq toplanmış sübutlar əsasında qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilsin, inzibati iş Şirvan Inzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(3-9)-348/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-348/2026
09.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver