Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-351/2026 02.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, müəyyən etdi: Iddiaçılar iddiaçı4, iddiaçı2, iddiaçı1, iddiaçı3 cavabdeh Biləsuvar Rayonu Çaylı Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “pul vəsaitinin qaytarılması” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərardadı ilə cavabdeh Biləsuvar rayon Çaylı bələdiyyəsi əsl cavabdeh Biləsuvar şəhər Bələdiyyəsi ilə əvəz edilmişdir. Şirvan Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərardadı ilə iddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmiş və iddia tələbinə iddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 Biləsuvar rayon Bələdiyyəsinə qarşı “##.##.2020-ci il tarixli ** saylı qərarların ləğvinin və həmin inzibati aktlara əsasən bələdiyyəyə hər birinin adından köçürülmüş 1200 manat, cəmi 4800 manat pul məbləğinin qaytarılmasını cavabdehə həvalə edilməsi” kimi baxılması barədə qərardad qəbul edilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Biləsuvar Rayonu Çaylı Bələdiyyəsi ## ###### 2020-ci il tarixli iclas protokolundan ** saylı qərarından çıxarışla iddiaçılar iddiaçı4, iddiaçı2, iddiaçı1, iddiaçı3 Çaylı bələdiyyəsinin Perspektiv inkişaf fondu torpağından hər birinə ayrılıqda həyətyanı məqsədilə 800 kv.metr və ya 0,08 hektar torpaq sahəsi satılması barədə qərar qəbul etmiş, torpaq sahələrinin plan sxemini, seçim aktlarını təqdim etmiş və iddiaçılar hər biri 1200 manat məbləğində pulu Bələdiyyənin bank hesabına köçürmüşlər. Azərbaycan Respublikası Biləsuvar Rayonu Çaylı Bələdiyyəsi ##.##.2020-ci il tarixli qərarlarında kimi qeyd etdiyi Çaylı kəndindən 0.08 ha həyətyanı torpaq sahəsini deyil, örüş torpaq sahəsini ayırmışdır, bununla da qərarlarda göstərilmiş öhdəliklərini icra etməmişdir. Bununla inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borclu olduğundan, mövcud inzibati praktikanın dəyişdirilməsi üçün hər hansı əsas mövcud olmadığı müəyyən edilmişdir, inzibati orqanın inzibati praktikasına əsasən iddiaçıların etimadı qanunla qorunmalıdır, iddiaçılar barəsində tərtib edilmiş qərarlar ləğv edilməli və ödənilmiş pu məbləğləri iddiaçılara geri qaytarılmalıdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh tərəfindən “Inzibati icraat haqqında” Qanunun tələbləri kobud şəkildə pozulmuş və qanunvericilik tərəfindən müvafiq səlahiyyət verilmədiyi halda, iddiaçıların hüquqlarının pozulmasına səbəb olmuş inzibati aktlar qəbul edilmişdir. Odur ki, məhkəmə Biləsuvar rayonu Çaylı Bələdiyyəsinin ##.##.2020-ci il qərarlarının (qərardan çıxarış) qanunsuz və əlverişsiz inzibati aktlar olması qənaətinə gəlir. Biləsuvar rayonu Çaylı Bələdiyyəsinin ##.##.2020-ci il qərarlarını (qərardan çıxarış) qəbul edərkən yuxarıda sadalanan normaların tələblərinə əməl etməmiş, qəbul etdiyi qərarlarda mübahisəli torpaq sahələrinin hüquqi vəziyyətini araşdırmamış, işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutları göstərməmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, Biləsuvar rayonunun Çaylı kəndində yaşayırlar. Ailə üzvü olmaqla Biləsuvar rayon Çaylı kəndində yaşayırlar. ## ###### 2020-ci ildə Çaylı bələdiyyəsinin ** saylı qərarı ilə hər birinə 0,08 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bununla bağlı bədədiyyə tərəfindən onlara qərarlar, seçim aktı, yerin sxematik planı rasmi qaydada verildi. Bunun müqabilində hər biri bələdiyyənin hesabına bələdiyyə sədrinin göstərişi ilə eyni gündə, yəni ##.##.2021-ci il tarixdə hər biri 1200 manat pul vəsaiti köçürüblər. Sonradan onlar ayrılmış torpaq sahəsinin sənədləşdirilməsini tələb etdikdə müəyyən oldu ki, onlara ayrılmış torpaq sahəsi yaşayış yeri deyil, bələdiyyənin onlara həyətyanı torpaq sahəsi kimi verdiyi torpaq sahəsi, örüş sahəsi olduğu müəyyən oldu. Odur ki, DƏDRX torpaq sahəsinin adlarına rəsmiləşdirilməsindən imtina etdi. Hazırda onlara satılmış həyətyanı torpaq sahəsindən nə istifadə edə bilmirlər, nə də ki pullarını geri ala bilmirlər. Dəfələrlə bələdiyyəyə köçürdükləri pulu tələb etsələr də, bundan imtina etmişlər. Məcburiyyət qarşısında qalıb Biləsuvar Rayon Prokurorluğuna müraciət etdilər. Orada araşdırma aparıldıqdan sonra ## ##### 2023-cü il tarixdə bələdiyyə sədri barəsində cinayət işi başlanması rədd edildi. Odur ki, hər biri adından köçürülmüş 1200 manat pul vəsaitinin özlərinə qaytarılmasına dair göstəriş verilməsini xahiş edirlər. Bələdiyyəyə müraciət etdilər ki, onlardan qanunsuz aldığı pul vəsaitini qaytarsın. Bu günə kimi heç bir cavab verilməmişdir. ## ###### 2021-ci il tarixdə həyətyanı torpaq sahəsinə görə Çaylı bələdiyyəsinə hər birinin adından köçürülmüş 1200 manat, cəmi 4800 manat pulun onlara qaytarılmasının Çaylı Bələdiyyəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Prosessual məsələlər: Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz etdiklərini bildirdi. Iddiaçılar məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli № * nömrəli Qərarının: 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Inzibati Prosessual Məcəllənin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Təqdim edilmiş sənədlərdən göründüyü kimi hər dörd iddiaçı Biləsuvar Rayonu Çaylı Bələdiyyəsinin ## ###### 2020-ci il tarixli iclas protokolundan ** saylı qərarından çıxarışların ləğvini xahiş etmişdir. Həmin qərarlardan ayrı-ayrılıqda məhz çıxarışların surətləri iş materiallarına əlavə edilmişdir. Hər bir şəxs barəsində ayrı-ayrı, yoxsa onların barəsində cəmi bir qərar qəbul edilməsi bəlli deyil. Belə olan halda hazırki tələbin onların müştərək hüquqi maraqlarından qaynaqlanmasını da aydınlaşdırmaq mümkün deyil. Məhkəmə kollegiyası qeyd edir ki, bu hal birbaşa iddianın mümkünlüyə təsir edən amildir. Birinci instansiya məhkəməsi tərəfindən hər bir iddiaçıya münasibətdə işlərə ayrıca icraatda baxılması məsələsinə baxılmamış, bu istiqamətdə iddiaçılara hüquqi yardım göstərilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan istiqamətdə araşdırma aparılmaqla prosessual həmiştirakçılığa yol verilib-verilməməsi, işlərə eyni, yoxsa ayrı-ayrı icraatda baxılmalı olduğu aydınlaşdırılmalı, nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı ləğv edilməli, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı ləğv edilsin, inzibati iş Şirvan Inzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(3-9)-351/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-351/2026
02.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver