Məhkəmə qərarları › İş №2-1(3-9)-355/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-355/2026

09.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-355/2026 09.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sığorta və Ekspertiza Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının ##.##.2022-ci il tarixli qərarın ləğv edilməsi və müvafiq əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim A.Hüseynova) ## #### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının ##.##.2022-ci il tarixdə M********NPB nömrəli göndərişə əsasən qəbul edilmiş ##.##.2022-ci il tarixli, *******0007 saylı qərarnın ləğv edilməsi və həmin vaxtdan İddiaçı “ümumi xəstəlik” səbəbi ilə orqanizmin funksiyalarının pozulmasının 35-60 % dərəcəsi ilə əlilliyin müəyyən edilməsi (bu barədə müvafiq qaydada qərar qəbul edilməklə) öhdəliyinin (orqanizmin funksiyalarının 35-60 % itirilməsi - 1 il müddətinə) cavabdehə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”Əsasnaməyə əlavədə öz əksini tapmış Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti barədə məlumat cədvəli üzrə “2.Qan dövranı sisteminin xəstəlikləri” bölməsi, Sıra№-si 2.1.Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər; 2.1.1. arterial hipertenziya İ-III dərəcə, hipertoniya xəstəliyi III mərhələ, hədəf orqanların funksiyalarının mülayim pozulması (zədələnməsi) ilə; 2.3.Ürəyin xroniki işemik xəstəliyi; Ürək çatışmazlığı; Ürək və damar implantlarının və qreftlərin(transplantlarının) olması; ÜDS-nin mülayim disfunksiyası: FS III, XÜÇ IIA mərhələ” bəndi tətbiq edilməlidir. Qərardan iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir. Işin halları Müəyyən edilmişdir ki, iddiaçının hazırda mübahisələndirilən qərarın ləğv edilməsi tələbi üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuşdur. Bu qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə təmin edilməmiş və qərar dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyasında araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ürəyin işemik xəstəliyindən və hipertenziya xəstəliyindən əziyyət çəksə də, həmin xəstəliklər üzrə ona təyin edilmiş diaqnoz ona əlilliyin təyin edilməsinə imkan vermir. Yəni, yuxarıda qeyd edilən hüquq normalarına əsasən ürəyin işemik xəstəliyi və hipertenziya xəstəliyi səbəbindən iddiaçıya əlilliyin təyin edilməsi üçün onun diaqnozu hipertoniya xəstəliyi III mərhələ və X1 (XÜÇ) III mərhələ olmalıdır ki, məhkəmə araşdırması zamanı həmin ağırlaşmalar iddiaçıda aşkar edilməmişdir. Bununla belə, məhkəmə kollegiyası hesab etmişdir ki, iddia birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edildiyindən, təmin edilən hissədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyindən və inzibati işə iddiaçının apellyasiya şikayəti əsasında baxıldığından və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81.2-ci maddəsinə görə apellyasiya məhkəməsi tələbin təmin olunmayan hissəsi üzrə araşdırma aparmalı olduğundan birinci instansiya məhkəməsinin qərarını (iddianın təmin edilən hissəsini) iddiaçının ziyanına ləğv edilməsi düzgün deyildir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə mümkün sayılmamış, şikayətin qəbulundan imtina edilmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı icra edilməsi üçün cavabdeh orqana göndərilmiş, cavabdeh orqan tərəfindən iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. Iddiaçı yenidən cavabdehin ##.##.2022-ci il tarixli qərarının ləğv edilməsi və müvafiq əlilliyin müəyyən edilməsi tələbi ilə ##.##.2025-ci il tarixdə Şirvan Inzibati Məhkəməsinə müraciət etmişdir. Iddiaçı hazırki iddianı onunla əsaslandırmışdır ki, xroniki ürək çatışmamazlığından əziyyət çəkir, hər gün həkimlər tərəfindən yazılmış rosvaks, karvent, aspirin kardio və validipin dərmanlarını qəbul edir. Dərmanlarsız yaşaya bilmir. O ,cavabdeh təşkilata qarşı ##.##.2023-cü il tarixli qərarın ləğv edilməsi və ona II-ci dərəcə əlilliyin təyin edilməsi) ilə bağlı məhkəmədə iddia qaldırmış, məhkəməni ##.##.2023-cü il tarixli qərarı ilə iddiası qismən təmin olunmuşdur. Şirvan Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarına əsasən məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, ona ikinci dərəcəli əlilliyin təyin edilməsini cavabdeh orqanın üzərinə vəzifə kimi qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə əlillik təyinatından imtina etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və həmin məhkəmənin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı nəzərə alınmaqla, 5 il müddətinə əlilliyin təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, iddiaçıda olan xəstəliklər əlillik təyinatına əsas vermədiyi halda birinci instansiya məhkəməsi işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Prosessual məsələlər Məhkəmə kollegiyasının müvafiq qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi onun hüquqi varisi olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi ilə əvəz edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında təmsil etdiyi qurumun apellyasiya şikayətini müdafiə etdi və təmin olunmasını xahiş etdi, eyni zamanda iddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Iddiaçı işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdein şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Şirvan Inzibati Məhkəməsində baxılmış *-*(***)-****/**** nömrəli işin materiallarından hazırki işə əlavə edilmiş: -"Akademik C.M.Abdullayev adına X9”nun mütəxəssis həkimi cəlb edilməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "xxxx” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli T***/**** nömrəli ekspert rəyində qeyd edilir ki, İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı Akademik C.Abdullayev adına X9 göndərilmiş və ##.##.2024-cü il tarixdə keçirilmiş müayinələrdən sonra ona "I20.0-ÜIX, gərginlik stenokardiyası (f.s. II-iki); II 1.1-infarktdan sonrakı kardioskleroz; 125.2- angioplastika (x) sonrakı vəziyyət-##.##.2020; Z95.5-X1 İ (biı* f.s). I50-hipertoniya xəstəliyi II mərhələ“ diaqnozu qoyulmuşdur, o, hazırda həmin xəstəliklərdən əziyyət çəkir. İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adma “Masallı rayon mərkəzi xəstəxanası” Phş-də tərtib edilmiş M********NPB saylı göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “I20.8-stenokardiyamn digər formaları, ÜIX, stabil gərginlik stenokardiyası II fs” diaqnozu xəstənin anamnestik, kliniki, laborator, instrumental müayinələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparılmış, onlarm səmərəliliyi, proqnozu qənaətbəxş olmuşdur. İddiaçı X9nda ##.##.2024-cü il tarixdə aparılmış müayinələrinin nəticələri əsasında müəyyən edilmiş “I20.0-ÜIX, gərginlik stenokardiyası (f.s. II-iki); II 1.1-infarktdan sonrakı kardioskleroz; I25.2-angioplastika (x) sonrakı vəziyyət-##.##.2020; Z95.5-xroniki ürək çatmamazlığı İ (bir f.s). I50-hipertoniya xəstəliyi II mərhələ” diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər əlilliyin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nın hər hansı bəndinə aid etməyə əsas vermədi. -Yenə həmin iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "xxxx” publik hüquqi şəxsinin ##.##.2024-cü il tarixli T***/**** nömrəli ekspert rəyində qeyd edilir ki, İddiaçı ##.##.2024-cü il tarixdə məhkəmə- tibbi müayinədən keçərkən “X9”na göndərilmiş və aparılmış müayinələrdən sonra ona T25.2-ÜIX, gərginlik, stenokardiyadan sonrakı kardioskleroz, Z95.5-stendləşmə əməliyyatından sonrakı vəziyyət, Il 1.0-arterial hipertoniya xəstəliyi II mərhələ, I50.0-X1 İ f.s, AF-53%” diaqnozu, ##.##.2024-cü il tarixdə isə “Respublika Klinik Xəstəxanası”nda “İ 10” diaqnozu müəyyən edilmiş, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına “Masallı rayon mərkəzi xəstəxanası” phş-də tərtib edilmiş M********NPB saylı göndərişdə XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: Stenokardiyanm digər formaları, ürəyin işemik xəstəliyi, stabil gərginlik stenokardiyası II fs, I25.2-əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz, Ill.O-(durğunluq), ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik, arterial hipertenziya III dərəcə, I50.0 durğunluq ürək çatmamazlığı, xroniki ürək çatmamazlığı II (iki) f.s, Z95.5- koronar angioplastik implantatın olması, koronar angioplastika əməliyyatından sonrakı vəziyyət” diaqnozu xəstənin anamnestik, kliniki, laborator, instrumental müayinələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparılmış, onların səmərəliliyi, proqnozu qənaətbəxş olmuşdur. -Hazırki iş üzrə birinci instansiya məhkəməsinin müvafiq qərardadına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.Abdullayev adına X9 tərəfindən təqdim edilmiş ## ###### 2025-ci il tarixli tibbi arayışda İddiaçı “i20.8ÜIX:Stabil gərginlik stenokardiyası II F.S. i25.2 ÜIX:Infarktan sonrakı kardioskleroz, i11.0 Arterial hipertoniya 3d., Z95.5 Koronar angioplastika əməl.s/v.,i50.0 X1 İ F.S” diaqnozu qoyulmuşdur. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayaraq qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nın mübahisələndirilən qərar qəbul edilərkən qüvvədə olmuş 2.1-ci (Qan dövranı sisteminin xəstəlikləri) bəndi aşağıdakı qaydada müəyyən edilmişdir: 2.1. Qan təzyiqinin yüksək olması I10 - I15.0 ilə səciyyələnən xəstəliklər Qiymətləndirmə 2.1.1. arterial hipertenziya İ-III 35-60 1 il dərəcə, Hipertoniya xəstəliyi III mərhələ, hədəf orqanların funksiyalarının təzahür edən pozulması (zədələnməsi) ilə 2.1.2. arterial hipertenziya İ-III 65-80 2 il dərəcə, Hipertoniya xəstəliyi III mərhələ, hədəf orqanların funksiyalarının ciddi pozulması (zədələnməsi) ilə 2.1.3. arterial hipertenziya İ-III 85-100 müddətsiz dərəcə, Hipertoniya xəstəliyi III mərhələ, hədəf orqanların funksiyalarının ağır pozulması (zədələnməsi) ilə Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2023-cü il tarixli *** nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”nın 2.1-ci bəndi yeni redaksiyada verilmişdir:- Qan təzyiqinin yüksək olması ilə I10-I15 səciyyələnən xəstəliklər Serebrovaskulyar I60-I69 xəstəliklər Qiymətləndirmə arterial hipertenziya İ-III dərəcə, hipertoniya xəstəliyi III mərhələ, hədəf 2.1.1. 35-60 1 il orqanların funksiyalarının mülayim pozulması (zədələnməsi) ilə arterial hipertenziya İ-III dərəcə, hipertoniya xəstəliyi III mərhələ, hədəf 2.1.2. 65-80 2 il orqanların funksiyalarının ciddi pozulması (zədələnməsi) ilə arterial hipertenziya İ-III dərəcə, hipertoniya xəstəliyi III mərhələ, hədəf 2.1.3. 85-100 müddətsiz orqanların funksiyalarının ağır pozulması (zədələnməsi) ilə Sözügedən Meyarların mübahisələndirilən qərar qəbul edilərkən qüvvədə olmuş 2.2ci bəndi aşağıdakı qaydada müəyyən edilmişdir: 2.2. Ürəyin işemik xəstəliyi I20 - I25 2.2.1. stenokardiya (döş inağı): I20 Qiymətləndirmə 2.2.1.1. ÜDS-nin mülayim 35-60 1 il disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS III (50 Vatt); XÜÇ İ və ya IIA mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda (əks-göstəriş, əməliyyatdan imtina etməsi) 2.2.1.2. ÜDS-nin ciddi disfunksiyası: 65-80 2 il stenokardiya və ya ağrısız işemiya FS III (50 Vatt); XÜÇ IIA-IIB mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda (əks-göstəriş, əməliyyatdan imtina etməsi) 2.2.1.3. ÜDS-nin ağır və davamlı 85-100 müddətsiz disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS lV (25 Vatt); XÜÇ IIB və ya III mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda (əks-göstəriş, əməliyyatdan imtina etməsi) Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2023-cü il tarixli *** nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”nın 2.1-ci bəndi yeni redaksiyada verilmişdir:- 2.2.[23] Ürəyin işemik xəstəliyi I20 - I25 Qiymətləndirmə ÜDS-nin mülayim disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS III (50 Vatt və ya 2-3,9 METs); XÜÇ IIA 2.2.1. 35-60 1 il mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda ÜDS-nin ciddi disfunksiyası: 2.2.2. 65-80 2 il stenokardiya və ya ağrısız işemiya, FS III (50 Vatt və ya 2-3,9 METs); XÜÇ IIB mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda ÜDS-nin ağır və davamlı disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS lV (25 Vatt və ya 2.2.3. 1,1-1,9 METs); XÜÇ III mərhələ 85-100 müddətsiz olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda Şərh olunan Meyarların həm əvvəlki (##.##.2023-cü il tarixədək qüvvədə olmuş), həm də hazırda qüvvədə olan redaksiyada müəyyən edilmiş tələblərinə əsasən, əlilliyin təyin edilməsi üçün şəxsin "Ürəyin işemik xəstəliyi” bəndi üzrə stenokardiya və ya ağrısız işemiya FS III dərəcə olmalı”, "Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər” bəndi üzrə isə hipertenziya III dərəcə olmaqla yanaşı paralel olaraq hipertoniya xəstəliyi də III mərhələdə olmalıdır. Lakin, məhkəmə araşdırması zamanı ixtisaslaşmış tibb müəssisəsi olan "Akademik C.M.Abdullayev adına X10”nda ##.##.2024-cü il tarixdə və ##.##.2024-cü il tarixdə aparılmış müayinələrin nəticələri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "xxxx” publik hüquqi şəxsinin ##.##.2024-cü il tarixli və ##.##.2024-cü il tarixli ekspert rəyləri əsasında iddiaçının diaqnozunun hipertoniya xəstəliyi II mərhələ və X1 (XÜÇ) İ mərhələ, stenokardiya və ya ağrısız işemiya FS II dərəcə olduğu müəyyən edilir. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş Akademik C.Abdullayev adına X9 ## ###### 2025-ci il tarixli tibbi arayışda iddiaçıya “i20.8ÜIX:Stabil gərginlik stenokardiyası II F.S. i25.2 ÜIX: Infarktan sonrakı kardioskleroz, i11.0 Arterial hipertoniya 3d., Z95.5 Koronar angioplastika əməl.s/v.,i50.0 X1 İ F.S” diaqnozu qoyulmuşdur ki, bu dianoz da Meyarların yuxarıda qeyd olunan tələblərinə əsasən əlillik təyinatına əsas verməməklə yanaşı, iddiaçının həm mübahisələndirilən qərarın qəbul edildiyi zaman kəsiyində, həm də hazırda əlillik təyinatına əsas verən xəstəliklərdən əziyyət çəkmədiyini deməyə əsas verir. Beləliklə, şərh olunan Meyarların və əlillik təyinatı ilə bağlı digər normativ sənədlərin tələblərindən göründüyü kimi ürək-damar sistemində baş vermiş pozuntular bütün hallarda hələ şəxsin əlillik vəziyyətində olması qənaətinə gəlmək üçün kifayət etmir, həmçinin Meyarlar həmin pozuntuların konkret klinik əlamətlərinin və ağırlaşmalarının mövcud olduğu hallarda əlillik təyinatına əsas verir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın:- -1.1-ci bəndinə əsasən əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. -3.1. anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlinir ki, iddia əsaslı deyil və birinci instansiya məhkəməsi işin faktiki və hüquqi hallarına uyğun olmayan nəticəyə gəlməklə, həmçinin maddi hüquq normalarının tələblərinə riayət etməmişdir. Odur ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan Inzibati Məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iddia təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar