Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(3-9)-36/2026 26.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müddətsiz müəyyən edilmiş əlillik; qanuni əlverişli inzibati aktın ləğvi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli 2-1(120)-1330/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: TSEK-də müayinə aktlarından çıxarışlardan və “Əlillik” altsistemində olan məlumatlardan görünür ki, iddiaçıya ilk dəfə xx.xx.1990-ci ildə əmək zədəsi səbəbi ilə 1 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmiş, növbəti illərdə hər dəfə əlillik müddəti uzadılmış, 1999-cu ildə ikinci dərəcəli əlillik təyin edilmiş, 2004-cü ildə əmək zədəsi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmiş; xx.xx.2015-ci ildə iddiaçının əlillik vəziyyəti təkrar qiymətləndirilmiş, X1: XİX Sinif -Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri= > S50-S59 - Dirsək və saidin travmaları => S52 - Said sümüklərinin sınığı, => S52.5 - Mil sümüyünün aşağı uc... Diaqnozun mətni: Mil sümüyünün aşağı ucunun sınığı. Sol mil sumuyunun aşağı 1/3-nın çox qəlpəlı yerini dəyişmış sınığına görə edilmiş osteosintez əməliyyatından sonrakı hal. Mil sümüyününün xroniki osteomieliti, Meyar: 2.2. ikinci dərəcə əlillik = > Digər: Mil sümüyünün aşağı ucunun sınığı ilə bağlı əmək zədəsi səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, “...“Azəraqrartikinti ASC”-də əvvəllər qaynaqçı işləmiş Masallı rayonunun Xırmandalı kənd sakini İddiaçı iş yerində xəsarət almış, əlilliyi ilə bağlı hər ay "xxxx" ASC-dən müvafiq məbləğdə pul alır. İddiaçıla aparılan danışıqlardan müəyyən edilmişdir ki, o, uzun müddət Rusiya Federasiyasında əmək fəaliyyəti ilə məşğul olmuş, hal-hazırda fiziki işlə məşğul olur. Beləliklə, ona İİ qrup əlillik dərəcəsi verilməsi ilə bağlı Cəmiyyətdə şübhələr yaranmışdır. Ona görə də, xahiş edirik İddiaçı təkrarən ekspert komissiyasından keçirilməsinə və nəticəsi barədə ASC-yə məlumat verilməsinə göstəriş verəsiniz.” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-1-5731/2024 nömrəli qərarında qeyd edilmişdir ki, “...Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin aparatının Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 5 (beş) nəfərə dair xx.xx.2024-cü il tarixə əyani müayinəyə çağırılması haqqında ünvanına sifarişlixəbərnaməli məktub göndərilmişdir. Agentliyinin tibbi-sosial ekspert komissiyası həmin vətəndaşların 4 (dörd) nəfərin əyani müayinəsini həyata keçirmiş, digər 1 (bir) nəfərin isə tibbi-ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatları araşdırılmış və aşağıdakıları müəyyən etmişdir:
3. Masallı rayon sakini xx.xx.1965-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti Tibbi-sosial ekspertiza komissiyası tərəfindən xx.xx.2015-ci il tarixdə əyani müayinə əsasında qiymətləndirilmiş və ona “Mil sümüyünün aşağı ucunun sınığı. Sol mil sümüyünün aşağı 1/3-nin çox qəlpəli yerini dəyişmiş sınığına görə edilmiş osteosintez əməliyyatından sonrakı vəziyyət. Mil sümüyününün xroniki osteomieliti.” diaqnozu ilə əmək zədəsi səbəbindən müddətsiz ikinci dərəcə əlillik və əmək qabliyyətinin 50% itirilməsi təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-R-26623/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixdə əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-19648/2023 nömrəli qərar əsasında xx.xx.2015-ci il tarixdən “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Qəradan narazı olan vətəndaşın müraciəti əsasında yenidən xx.xx.2024-cü il tarixdə əyani komissiyaya dəvət edilmiş, təqdim edilmiş tibbi sənədləri də nəzərə alınmaqla əyani müayinəsi həyata keçirilmişdir. Müayinəyə gələrkən iş yerində baş vermiş bədbəxt hadisə zamanı sol qolundan xəsarət aldığını bildirmiş, xəsarətin istehsalat travması olduğunu təsdiq edən xx.xx.1990-cı ildə tərtib edilmiş, xx.xx.1990-cı ildə baş vermiş bədbəxt hadisəni təfsilatı ilə özündə əks elətdirin istehsalatda baş vermiş bədbəxt hadisə haqqında akt təqdim etmiş, təqdim etdiyi TSEK arayışında diaqnoz “Sol mil sümüuünün aşağı 1/3 nin çox qəlpəli yerini dəyişmiş sınığına görə edilmiş osteosintez əməliyyatından sonrakı vəziyyət. Mil sümüyünün xroniki osteomieliti.” olmuşdur. Obyektiv müayinə zamanı sol ətrafda reflekslər canlı cağrılmış, əlində və ovuc içində atrofiya müşahidə edilməmiş, aqrovsasiya etdiyindən əlin tutma funksiyasını dəyərləndirmək mümükün olmasa da, xəsarətin köhnə bitişmiş sınıq olduğu və artıq bitişmiş sınığın əlin tutma funksiyasına ciddi təsir edə bilməyəcəyi nəzərə alınmışdır. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən xəstədə əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilmədiyindən Tibb komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-1964 qərara əsasən təyin edilmiş “Diaqnozun təsdiqini tapmaması” barədə qərar ləğv edilsin, xx.xx.2024-cü il tarixdən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilsin.” Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-28-11/2- 880/2025 saylı məktubda və məktuba əlavə edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, “...İddiaçı xx.xx.2025-ci il tarixdə “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsdə olmuş, həkim müayinəsinə uyğun olaraq, ona sol mil sümüyünün distal ucunun qeyri-düzgün bitişmiş sınığı cərrahi əməliyyatdan sonrakı vəziyyət, sol mil sümüyünün xroniki osteomieliti, sol mil-bilək oynağının kontrakturası (açma 100, bükmə 200). Ağrı sindromu ilə. Sol mil-bilək oynağının üçüncü dərəcəli artrozu diaqnozu qoyulmuşdur. XBT: S52.5, Z98.8, T92.1, M84.0, M86.6, M24.5, R52.2, M19.”
Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə:
İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xx.xx.2024-cü il tarixli xxxxxxx0003 saylı qərarın ona aid hissədə ləğv edilməsi və ikinci dərəcəli müddətsiz əlilliyin həmin tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1990-cı il tarixdə iş zamanı boruları kəsərkən, kəsici disk (lövhə) aşağı hissəyə (gövdəyə) dəyərək sınmış və diskdən çıxan qəlpə sol qolunun biləng hissəsini qırması nəticəsində ağır xəsarət aldığından müalicə olunmağı effekt vermədiyindən tibbi sənədlər ilə həkim məsləhət komissiyasına müraciət etmiş və xx.xx.1990-cı il tarixdə ona üçüncü dərəcəli əlillik təyin edilmişdir. Mütəmadi olaraq hər il həkim məsləhət komissiyasından keçməklə əlillik müddəti artırılmışdır. xx.xx.2000-ci il tarixdə növbəti həkim komissiyasından keçərkən əlillik dərəcəsi İİİ dərəcədən, ikinci dərəcəyə keçirilmişdir. xx.xx.2004-cü il tarixdə növbəti həkim komissiyasından keçmiş və ona müddətsiz əlillik təyin edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-4/2-R-26623/2013 saylı bildirişi ilə əyani müyinəyə dəvət olunsa da, xəstə olduğundan əyani yoxlamaya gedə bilməmiş, lakin Masallı rayonunda yerləşən 31 saylı TSEK-ə gedərək müraciət etmiş, tələb olunan zəruri tibbi sənədləri komissiyaya təqdim etmiş, komissiya tərəfindən sənədləri aidiyyəti üzrə göndərilmişdir. Lakin, əsassız olaraq əlillik təyinatı barədə qərar ləğv edilmişdir.
Cavabdehin etirazları:
Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S50-S59 - Dirsək və saidin travmaları =>S52 - Said sümüklərinin sınığı =>S52.5- Mil sümüyünün aşağı uc Diaqnozun mətni: Mil sümüyünün aşağı ucunun sınığı sol mil sümüyünün aşağı 1/3-nin çoxqəlpəli yerini dəyişmiş sınığına görə edilmiş osteosırtez əməliyyatından sonrakı hal. Mil sümüyününün xroniki osteomieliti Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması-Səbəb: Tam reabilitasiya qərarı qəbul edilib qərarı verilmişdir. Masallı rayon sakini xx.xx.1965-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti Tibbi Sosial Ekspertiza Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixində əyani müayinə əsasında qiymətləndirilmiş və ona “Mil sümüyünün aşağı ucunun sınığı sol mil sümüyünün aşağı 1/3-nin çox qəlpəli yerini dəyişmiş sınığına görə edilmiş osteosintez əməliyyatından sonrakı vəziyyət. Mil sümüyününün xroniki osteomieliti” diaqnozu ilə əmək zədəsi səbəbindən müddətsiz ikinci dərəcə əlillik və əmək qabiliyyətinin 50% itirilməsi təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-R-26623/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin vətəndaş əyanı müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından xx.xx.2023-cü il tarixli 3-17- 4/3-3-19648/2023 nömrəli qərar əsasında xx.xx.2015-ci il tarixindən “Diaqnozun təsdiqini tapmaması" barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaşın müraciəti əsasında yenidən xx.xx.2024-cü il tarixdə əyani komissiyaya dəvət edilmiş, təqdim edilmiş tibbi sənədləri də nəzərə alınmaqla əyani müayinəsi həyata keçirilmişdir. Müayinəyə gələrkən iş yerində baş vermiş bədbəxt hadisə zamanı sol qolundan xəsarət aldığını bildirmiş, xəsarətin istehsalat travması olduğunu təsdiq edən xx.xx.1990-cı ildə tərtib edilmiş, xx.xx.1990-cı ildə baş vermiş bədbəxt hadisəni təfsilatı ilə özündə əks elətdirən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında akt təqdim etmiş, təqdim etdiyi TSEK arayışında diaqnoz “Sol mil sümüyünün aşağı 1/3 nin çox qəlpəli yerini dəyişmiş sınığına görə edilmiş osteosintez əməliyyatından sonrakı vəziyyət. Mil sümüyünün xroniki osteomieliti.” olmuşdur. Obyektiv müayinə zamanı sol ətrafda reflekslər canlı çağrılmış, əlində və ovuc içində atrofiya müşahidə edilməmiş, aqrovsasiya etdiyindən əlin tutma funksiyasını dəyərləndirmək mümkün olmasa da, xəsarətin köhnə bitişmiş sınıq olduğu və artıq bitişmiş sınığın əlin tutma funksiyasına cidd təsir edə bilməyəcəyi nəzərə alınmışdır. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən xəstədə əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilmədiyindən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2023-cü il tarixli 3- 17-4/3- 3-19648/2023 nömrəli qərara əsasan təyin edilmiş “Diaqnozun təsdiqini tapmaması” barədə qərar ləğv edilsin. xx.xx.2024-cü il tarixindən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilsin. Şirvan İnzibati Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli 2-1(120)-1330/2025 saylı qərarı (hakim Amilya Hüseynova) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri:
Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq inzibati orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli 2-1(120)-1330/2025 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinə uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. ... Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
“İnzibati icraat haqqında” Qanun: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ... Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni iddiaçının etimad hüququ, eyni zamanda müddətsiz əlilliyin təyin edilməsinə əsas olmuş diaqnoz üzrə xəstəliyin hazırda da onda olmasına əsaslanmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya ilk dəfə xx.xx.1990-ci ildə əmək zədəsi səbəbi ilə 1 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmiş, növbəti illərdə hər dəfə əlillik müddəti uzadılmış, 1999-cu ildə ikinci dərəcəli əlillik təyin edilmiş, 2004-cü ildə əmək zədəsi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmiş; xx.xx.2015-ci ildə iddiaçının əlillik vəziyyəti təkrar qiymətləndirilmiş, X1: XİX Sinif -Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri= > S50-S59 - Dirsək və saidin travmaları => S52 - Said sümüklərinin sınığı, => S52.5 - Mil sümüyünün aşağı uc... Diaqnozun mətni: Mil sümüyünün aşağı ucunun sınığı. Sol mil sumuyunun aşağı 1/3-nın çox qəlpəlı yerini dəyişmış sınığına görə edilmiş osteosintez əməliyyatından sonrakı hal. Mil sümüyününün xroniki osteomieliti, Meyar: 2.2. ikinci dərəcə əlillik = > Digər: Mil sümüyünün aşağı ucunun sınığı ilə bağlı əmək zədəsi səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, “...“Azəraqrartikinti ASC”-də əvvəllər qaynaqçı işləmiş Masallı rayonunun Xırmandalı kənd sakini İddiaçı iş yerində xəsarət almış, əlilliyi ilə bağlı hər ay "xxxx" ASC-dən müvafiq məbləğdə pul alır. İddiaçıla aparılan danışıqlardan müəyyən edilmişdir ki, o, uzun müddət Rusiya Federasiyasında əmək fəaliyyəti ilə məşğul olmuş, hal-hazırda fiziki işlə məşğul olur. Beləliklə, ona İİ qrup əlillik dərəcəsi verilməsi ilə bağlı Cəmiyyətdə şübhələr yaranmışdır. Ona görə də, xahiş edirik İddiaçı təkrarən ekspert komissiyasından keçirilməsinə və nəticəsi barədə ASC-yə məlumat verilməsinə göstəriş verəsiniz.” Cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-4/3-1-5731/2024 nömrəli qərarında qeyd edilmişdir ki, “...Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin aparatının Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 5 (beş) nəfərə dair xx.xx.2024-cü il tarixə əyani müayinəyə çağırılması haqqında ünvanına sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Agentliyinin tibbi-sosial ekspert komissiyası həmin vətəndaşların 4 (dörd) nəfərin əyani müayinəsini həyata keçirmiş, digər 1 (bir) nəfərin isə tibbi-ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatları araşdırılmış və aşağıdakıları müəyyən etmişdir:
3. Masallı rayon sakini xx.xx.1965-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti Tibbi-sosial ekspertiza komissiyası tərəfindən xx.xx.2015-ci il tarixdə əyani müayinə əsasında qiymətləndirilmiş və ona “Mil sümüyünün aşağı ucunun sınığı. Sol mil sümüyünün aşağı 1/3-nin çox qəlpəli yerini dəyişmiş sınığına görə edilmiş osteosintez əməliyyatından sonrakı vəziyyət. Mil sümüyününün xroniki osteomieliti.” diaqnozu ilə əmək zədəsi səbəbindən müddətsiz ikinci dərəcə əlillik və əmək qabliyyətinin 50% itirilməsi təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-R-26623/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixdə əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-19648/2023 nömrəli qərar əsasında xx.xx.2015-ci il tarixdən “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Qəradan narazı olan vətəndaşın müraciəti əsasında yenidən xx.xx.2024-cü il tarixdə əyani komissiyaya dəvət edilmiş, təqdim edilmiş tibbi sənədləri də nəzərə alınmaqla əyani müayinəsi həyata keçirilmişdir. Müayinəyə gələrkən iş yerində baş vermiş bədbəxt hadisə zamanı sol qolundan xəsarət aldığını bildirmiş, xəsarətin istehsalat travması olduğunu təsdiq edən xx.xx.1990-cı ildə tərtib edilmiş, xx.xx.1990-cı ildə baş vermiş bədbəxt hadisəni təfsilatı ilə özündə əks elətdirin istehsalatda baş vermiş bədbəxt hadisə haqqında akt təqdim etmiş, təqdim etdiyi TSEK arayışında diaqnoz “Sol mil sümüuünün aşağı 1/3 nin çox qəlpəli yerini dəyişmiş sınığına görə edilmiş osteosintez əməliyyatından sonrakı vəziyyət. Mil sümüyünün xroniki osteomieliti.” olmuşdur. Obyektiv müayinə zamanı sol ətrafda reflekslər canlı cağrılmış, əlində və ovuc içində atrofiya müşahidə edilməmiş, aqrovsasiya etdiyindən əlin tutma funksiyasını dəyərləndirmək mümükün olmasa da, xəsarətin köhnə bitişmiş sınıq olduğu və artıq bitişmiş sınığın əlin tutma funksiyasına ciddi təsir edə bilməyəcəyi nəzərə alınmışdır. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən xəstədə əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilmədiyindən Tibb komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-1964 qərara əsasən təyin edilmiş “Diaqnozun təsdiqini tapmaması” barədə qərar ləğv edilsin, xx.xx.2024-cü il tarixdən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilsin.” Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-28-11/2- 880/2025 saylı məktubda və məktuba əlavə edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, “...İddiaçı xx.xx.2025-ci il tarixdə “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsdə olmuş, həkim müayinəsinə uyğun olaraq, ona sol mil sümüyünün distal ucunun qeyri-düzgün bitişmiş sınığı cərrahi əməliyyatdan sonrakı vəziyyət, sol mil sümüyünün xroniki osteomieliti, sol mil-bilək oynağının kontrakturası (açma 100, bükmə 200). Ağrı sindromu ilə. Sol mil-bilək oynağının üçüncü dərəcəli artrozu diaqnozu qoyulmuşdur. XBT: S52.5, Z98.8, T92.1, M84.0, M86.6, M24.5, R52.2, M19.” Kollegiya qeyd edir ki, mübahisə üzrə ilk növbədə fərqləndirilməli olan məsələ inzibati orqan müddətsiz əlillik təyinatı ilə bağlı özünün əvvəlki qərarını qanunsuz, yoxsa qanuni əlverişli inzibati akt kimi ləğv etmişdir. İşin araşdırılması onu deməyə əsas verir ki, inzibati orqan müddətsiz əlillik təyinatı ilə bağlı özünün əvvəlki qərarını qanuni əlverişli inzibati akt kimi ləğv etmişdir. Yəni, inzibati orqan özünün müddətsiz əlliliklə bağlı əvvəlki qərarının qanuniliyi qəbul etmiş, lakin sonradan şəxsin artıq tam reabilitasiya olunması qənaətinə gəlməklə müddətsiz müəyyən edilmiş əlliliklə bağlı əvvəlki qərarı ləğv etmişdir. Bu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır. İş materiallarında olan sübutlarla (tibbi sənədlər), o cümlədən xx.xx.2025-ci il tarixli 3- 28-11/2-880/2025 saylı mütəxəssis rəyi ilə təsdiq edilir ki, iddiaçıya ilkin olaraq 2004-cü ildə əmək zədəsi ilə müddətsiz ikinci dərəcəli əlillik; sonradan xx.xx.2015-ci ildə əlillik vəziyyəti təkrarən qiymətləndirilərək, təyin edilmiş müddətsiz ikinci dərəcəli əlillik ilə bağlı qoyulmuş diaqnoz üzrə xəstəlik cavabdeh orqanın iddia etdiyi kimi “Tam reabilitasiya olunmamışdır”. Əksinə, iddiaçı hal-hazırda da həmin diaqnoz (müddətsiz əlillik təyin edilməsinə əsas olmuş diaqnoz) üzrə xəstəlikdən əziyyət çəkir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının xx.xx.2015-ci ildə əlillik vəziyyəti təkrarən qiymətləndirilərkən ona “Mil sümüyünün aşağı ucunun sınığı. Sol mil sumuyunun aşağı 1/3-nın çox qəlpəlı yerini dəyişmış sınığına görə edilmiş osteosintez əməliyyatından sonrakı hal. Mil sümüyününün xroniki osteomieliti” diaqnozu qoyulmuş (həmin xəstəlik ilk dəfə müddətsiz əlillik təyin edilən 2004-cü ildə də mövcud olmuşdur.), Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçı hazırda da həmin xəstəlikdən (diaqnoz) əziyyət çəkir. Həmçinin, nəzərə alınmalıdır ki, iş üzrə iddiaçının xəstəliyi ilə bağlı mütəxəssis rəyi Respublikada bu sahə üzrə ixtisaslaşmış tibb mərkəzi tərəfindən verilmişdir. Deməli, iddiaçı inzibati orqanın iddia etdiyi kimi “Tam reabilitasiya” olunmamışdır. Həmçinin, nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 68.2-ci maddəsi qanuni əlverişli inzibati aktın ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutmaqla yanaşı, bunun üçün həm də məhdud əsaslar dairəsi müəyyən etmişdir. Buna görə, yalnız Qanunda sadalanmış həmin məhdud əsasların birinin və ya bir neçəsinin mövcudluğunda qanuni əlverişli inzibati aktın ləğv edilə bilər. Qanunun 68.3-cü maddəsinə görə isə qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Beləliklə, inzibati orqan Qanunun 68.2-ci maddəsində sadalanmış əsasların mövcudluğunda həmin əsaslar ona məlum olduğu gündən 1 il müddətində özünün əvvəlki qanuni əlverişli inzibati aktını ləğv edə bilər. Hazırki iş üzrə “İnzibati icraat haqqında” Qanunun 68.2-ci maddəsində nəzərdə tutlmuş qanuni əlverişli inzibati aktın ləğv edilməsi üçün əsas yoxdur. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə haqlı mövqe sərgiləmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci intansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli 2-1(120)-1330/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.