Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-364/2026 19.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı “Abdulla” X3 cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı “Abdulla” X3 cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, Əli Bayramlı (indiki Şirvan) Şəhər Icra Hakimiyyəti başçısının ## ####### 2005-ci il tarixli sərəncamı ilə ayrılmış 0,25 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin müvafiq qərardadı ilə Şirvan şəhər Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim P.Qurbanova) ## #### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mütəxəssis rəyinə əsasən qeydə alınması tələb olunan torpaq sahəsi üçüncü şəxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür və həmin torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir. Iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinin qanuni əsaslarla əldə edildiyi və onun tərəfindən faktiki istifadə edildiyi öz təsdiqini tapır və məhkəmə icraatında həmin hüquqmüəyyənedici sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından mötəbər sayılır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbi onunla əsaslandırmışdır ki, Əli Bayramlı (indiki Şirvan) Şəhər Icra Hakimiyyəti başçısının ## #### 1996-cı il tarixli sərəncamı ilə “Abdulla” X3 1,5 ha torpaq sahəsi ayrılmışdır. Bu barədə təsərrüfata müvafiq olaraq “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüquqlarına dair” Dövlət Aktı verilmişdir. Daha sonra Əli Bayramlı (indiki Şirvan) Şəhər Icra Hakimiyyəti başçısının ## ####### 2005-ci il tarixli Sərəncamı ilə X2 Təsərrüfatına 0,25 ha torpaq sahəsi ayrılmışdır. Cavabdeh orqana müraciət edərək, Əli Bayramlı (indiki Şirvan) Şəhər Icra Hakimiyyəti başçısının ## ####### 2005-ci il tarixli Sərəncamı ilə ayrılmış 0,25 ha torpaq sahəsinə təsərrüfatın mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını və müvafiq çıxarışın verilməsini xahiş etsə də, ona ünvanlanmış ## ##### 2025-ci il tarixli məktubda müraciətin icrasından imtina edilmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, sözügedən 0.25 ha torpaq sahəsinə dair Əli Bayramlı Şəhər Icra Hakimiyyəti başçısının ## ####### 2005-ci il tarixli ** saylı sərəncamının Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialı tərəfindən təsdiq olunmuş surəti təqdim edilməsinə baxmayaraq, torpaq sahəsinə dair icarə hüquqlarının dövlət qeydiyyatına alınması üçün hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə təqdim edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində fərqli dəlillər göstərərək, qeyd edilmişdir ki, iddiaçı öz təşkilati-hüquqi formasını göstərən adın əldə edilməsi, hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət qeydiyyatının aparılması üçün müvafiq icra hakimiyəti orqanında (Dövlət Vergi Xidməti) qeydiyyatına alınmamışdır. Prosessual məsələlər Iddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -Əli Bayramlı Şəhər Icra Hakimiyyəti başçısının *** nömrəli, ##.##.1996-cı il tarixli sərəncamından görünür ki, “Abdulla” X3 nizamnaməsi təsdiq edilmiş və “Abdulla” X3 1.5 ha torpaq sahəsi ayrılmışdır. -“Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Dövlət Aktından görünür ki, Əli Bayramlı Şəhər Icra Hakimiyyəti başçısının *** nömrəli, ##.##.1996-cı il tarixli sərəncamı ilə “Abdulla” X3 1.5 ha torpaq sahəsi verilməsi qeyd edilmişdir. . -Şirvan Şəhər Icra Hakimiyyəti başçısının ##.##.2005-ci il tarixli, ** nömrəli sərəncamında qeyd edilmişdir ki, Şəhər Icra Hakimiyyəti başçısının ##.##.1996-cı il tarixli, *** saylı sərəncamın 2-ci bəndində qismən dəyişiklik etməklə «Abdulla» X3 şəhərin Qazma Işləri idarəsinin şərq hissəsində 0,25 ha torpaq sahəsi ayrılsın. “Abdulla” X3 ayrılmış torpaq sahəsinin yerqurluşu sənədləri təsdiq edilsin. Memarlıq və Tikinti şöbəsinə fermer təsərrüfatına lazım olunan texniki sənədlərin təmin edilməsi tapşırılsın. -Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Şirvan Ərazi Idarəsi tərəfindən təqdim edilmiş mütəxəssis rəyində aşağıdakılar bildirilmişdir: -Iddiaçının faktiki istifadəsində olan 0.25 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Torpaq sahəsi üzərində tikili mövcud deyil; Həmin torpaq sahəsinin ayrılarkən hansı baza məlumatlarına istinad oluması tərəfimizdən araşdırılması mümkün deyil. Hal-hazırda isə Azərbaycan Respublikasının Prezidentinin ## #### 2016-cı il tarixli *** saylı Fərmanına əsasən Şirvan şəhərində aparılmış elektron uçot işlərinin nəticəsində tərtib edilmiş Şirvan şəhərinin xəritəsində bələdiyyə mülkiyyətində olmaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid şərti yararsız torpaq sahəsi kimi göstərilmişdir; Həmin torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud deyil. Təqdim olunmuş ilkin sənədlərdə torpaq sahəsinin plan- ölçü sənədi və döngə nöqtələrinin koordinatlar olmadığı üçün elektron kadastr xəritəsində düzgünlüyü barədə məlumat verilməsi mümkün deyil; Həmin torpaq sahəsi üçüncü şəxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür;Həmin torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -4.1. 2006-cı il ####un #-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. -4.3. 2006-cı il ####un #-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. -8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; -12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli Fərmanı ilə *** nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahının 2-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları Ittifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair müvafiq sənədlər sırasına aşağıdakılar da daxil edilmişdir: -(2.1-ci bənd) şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il ######ın ##-dən 1995-ci il ######ın ##-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən torpaq sahəsinin həcmi sonradan Şirvan Şəhər Icra Hakimiyyəti başçısının ##.##.2005-ci il tarixli sərəncamı ilə azaldılsa da, sahə ilkin sənəd olaraq, Əli Bayramlı Şəhər Icra Hakimiyyəti başçısının *** nömrəli, ##.##.1996-cı il tarixli sərəncamı ilə verilmiş və bunun əsasında “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Dövlət Aktı işlənmişdir ki, bu sənəd yuxarıda qeyd olunan Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli Fərmanı ilə *** nömrəli Fərmanı ilə müəyyən edilmiş imtiyazlar daxilində həmin sahənin iddiaçının mülkiyyətinə verilməsi üçün hüquqi əsas yaradır. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-364/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-364/2026
19.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver