Azərbaycan Respublikası adından Qərar İş № 2-1(3-9)-366/2026 19.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), X4 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X2 Şəxsi Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın ilkin müraciət vaxtından 3 il əvvələ ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X2 Şəxsi Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyasını ilkin müraciət etdiyi ##.##.2021-ci il tarixdən 3 il əvvələ, yəni ##.##.2018-ci il tarixdən hesablanaraq öna ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin ##.##.2025-ci qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. Məhkəmənin ##.##.2025-ci qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Pərvanə Qurbanova) ##.##.2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 2021-ci ildə olan ilkin müraciəti ona 57 yaşdan deyil, 60 yaşdan pensiya təyini ilə bağlı olmuş və təyinat aparılmışdır. Iddiaçı da həmin təyinatla razı olmuş və şikayəti daxil olmamışdır. Bundan sonra isə iddiaçının 57 yaşdan pensiya təyini ilə bağlı ilkin müraciəti ##.##.2025-ci il tarixdə natamam şəkildə olmuş, daha sonra sənədlər tam şəkildə yalnız ##.##.2025-ci il tarixli müraciətdə təqdim edilmiş və təyinat olmuşdur. Belə olan halda məhkəmə işin hüquqi və faktiki hallarına məcmu halında qiymət verərək hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları pozulmamış və imtina qanuni və əsaslı olmuşdur. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, AA seriyalı, ******* nömrəli (Fin: *******) şəxsiyyət vəsiqəsinin surətinin məlumatlarına əsasən İddiaçı ##.##.1961-ci il tarixdə anadan olmuşdur. H3 seriyalı, ******* nömrəli hərbi biletin və ****** nömrəli veteran vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surətlərinin və SHXÇDX-nin Neftçala rayon şöbəsinin *** nömrəli, ##.##.2024-cü il tarixli arayışının əslinin məlumatlarına əsasən iddiaçı ##.##.1979-cu il tarixdən ##.##.1981-ci il tarixədək SSRI Silahlı Qüvvələrində hərbi xidmət keçdi. ##.##.1980-ci il tarixdən ##.##.1981-ci il tarixədək Əfqanıstan Demokratik Respublikasında (ƏDR) iştirak etdi. Azərbaycan Respublikasının Müharibə (ƏDR) veteranıdır (##.##.1979-##.##.1980=3 ay 28 gün. ##.##.1980- ##.##.1981=1 il 8 ay 6 gün ƏDR-da olan müddəti * 3 qata=5 il 18 gün. ##.##.1981-##.##.1981=10 gün. (5 il 4 ay 26 gün)). HT-İ seriyalı, ******* nömrəli, ##.##.1983-cü il tarixli əmək kitabçasının iş yerindən və notariat qaydasında tərcümə və təsdiq olunmuş surətinin məlumatlarına əsasən iddiaçı: ##.##.1982-ci il tarixdən ##.##.1982-ci il tarixədək Azəriqazın Neftçala idarəsində işlədi (6 ay 20 gün). ##.##.1983- cü il tarixdən ##.##.1984-cü il tarixədək “Termoizolyasiya” Bakı Montaj Idarəsinin 2-ci dərəcəli izoliyası peşəsində işlədi (11 ay 15 gün). ##.##.1984-cü il tarixdən ##.##.1984-cü il tarixədək “Metallurstroy” Tikinti Idarəsində bənna peşəsində işlədi (2 ay 10 gün). ##.##.1984-cü il tarixdən ##.##.1985-ci il tarixədək “Azneft” Lenin ordenli istehsalat birliyinin Neftçala TRI-də neft və qaz quyularının istismar və kəşfiyyat qazılması üzrə 3-cü dərəcəli qazmaçı köməkçisi peşəsində işlədi (3 ay 16 gün). ##.##.1985ci il tarixdən ##.##.1985-ci il tarixədək Neftçala rayon tikinti briqadasında bənna peşəsində işlədi (3 ay 29 gün). ##.##.1985-ci il tarixdən ##.##.1988-cü il tarixədək “Termoizolyasiya” Bakı Montaj Idarəsinin Əli-Bayramlı işlər idarəsində 2-ci, 3-cü və 4-cü dərəcəli izoliyası peşəsində işlədi (3 il 4 ay 21 gün). ##.##.1989-cu il tarixdən ##.##.1989-cu il tarixədək “Yinost” TTI-də bənna peşəsində işlədi (2 ay 18 gün). ##.##.1989-cu il tarixdən ##.##.1989-cu il tarixədək Qlobus Montaj tikinti mərkəzində suvaqçıbənna peşəsində işlədi (7 ay 17 gün). ##.##.1990-cı il tarixdən ##.##.1991-ci il tarixədək Neftçala təsərrüfat hesablı təmir tikinti sahəsində 3-cü dərəcəli traktorçu peşəsində işlədi (1 il 3 ay 22 gün). ##.##.1991-ci il tarixdən ##.##.1995-ci il tarixədək Əli-Bayramlı Vişqaquraşdırma Idarəsində 3-cü dərəcəli vişqaquraşdırıcı peşəsində işlədi (3 il 8 ay 23 gün). ##.##.1995-ci il tarixdən ##.##.1995-ci il tarixədək Əli-X5 idarəsində 4-cü dərəcəli vişqaquraşdırıcı peşəsində işlədi (26 gün). ##.##.1995-ci il tarixdən ##.##.2005-ci il tarixədək X6 Idarəsində 4-cü dərəcəli vişqaquraşdırıcı fəhlə və vişqaquraşdırıcı peşəsində işlədi (9 il 11 ay 12 gün). ##.##.2005-ci il tarixdən ##.##.2006-cı il tarixədək X3 Idarəsində 5ci və 6- cı dərəcəli vişqaquraşdırıcı peşəsində işlədi (7 ay). Iddiaçının ##.##.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan şox təşkil edir. Iddiaçı ##.##.1961-ci il tarixdə anadan oldu, ##.##.2018-ci il tarixdə 57 yaşma çatdı. Iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün ##.##.2021-ci il tarixdə rəsmi ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra cavabdeh) müraciət etdi. Cavabdeh inzibati orqan iddiaçıya 60 yaşdan, yəni ##.##.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etdi. Iddiaçı (Etibarnamə üzrə nümayəndəsi X11 vasitəsilə) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün ##.##.2024-cü il tarixdə rəsmi ərizə ilə cavabdehə ikinci dəfə müraciət etdi. Cavabdeh inzibati orqan ##.##.2024-cii il tarixli məktubla, iddiaçıya 57 yaşdan pensiya təyin etməkdən imtina etdi. Imtinaya səbəb kimi, iddiaçının ##.##.2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az (20 il 5 ay 23 gün (##.##.1979-##.##.1981-ci il, ##.##.1983-##.##.1984-cü il, ##.##.1984- ##.##.1984-cü il, ##.##.1984-##.##.1985-ci il, ##.##.1985-##.##.1985-ci il, ##.##.1985-##.##.1988-ci il, ##.##.1989-##.##.1989-cu il, ##.##.1990-##.##.1991-ci il. ##.##.1991-##.##.2001-ci il, ##.##.2005- ##.##.2005-ci il tarixləri arasındakı dövr)) olması göstərildi. Iddiaçı (Etibarnamə üzrə nümayəndəsi X11 vasitəsilə) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün ##.##.2025ci il tarixdə rəsmi ərizə ilə cavabdehə üçüncü dəfə müraciət etdi. Cavabdeh inzibati orqan ##.##.2025ci il tarixli məktubla iş stajının dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu göndərildiyini, araşdırma yekunlaşdıqdan sonra müraciətə baxılacağını bildirdi. Cavabdeh ##.##.2025-ci il tarixli məktubla, iddiaçıya 57 yaşdan pensiya təyin etməkdən imtina etdi. Imtinaya səbəb kimi, iddiaçının ##.##.2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az (24 il 3 ay 17 gün (##.##.1979-##.##.1981-ci il, ##.##.1982- ##.##.1982-ci il, ##.##.1983-##.##.1984-cü il, ##.##.1984-##.##.1984-cü il, ##.##.1984-##.##.1985-ci il, ##.##.1985-##.##.1985-ci il, ##.##.1985-##.##.1988-ci il, ##.##.1989-##.##.1989-cu il, ##.##.1989- ##.##.1989-cu il, ##.##.1990-##.##.1991-ci il, ##.##.1991-##.##.2005-ci il tarixləri arasındakı dövr)) olması göstərildi. Bu da iddiaçının Azərbaycan Respublikası Konstitsuyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun pozulmasına səbəb oldu. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Iddiaçı, cavabdeh tərəfindən ##.##.2006-cı il tarixinədək qəbul edilən 24 il 3 ay 17 gün stajla razılaşır, lakin hesab edir ki, Əfqanıstanda döyüş əməliyyatlarında xidmət keçdiyi müddət üç qat ölçüdə hesablanmalıdır. Bu zaman iddiaçının ##.##.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən çox olur. Bu da, iddiaçıya 57 yaşdan pensiya təyin olunması üçün əsasdır. Hazırki inzibati mübahisə ƏDR-də döyüş əməliyyatlarında iştirak dövrünün 3 qat hesablanması üzərindədir, qalan ümumi və güzəştli iş stajı ilə bağlı mübahisə yoxdur. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ##.##.2021-ci il tarixində Mərkəzi Filiala müraciət etmiş, daxil olan müraciət əsasında ona 60 yaşının tamam olduğu ##.##.2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçı ##.##.2025-ci il tarixdə ona 57 yaşının tamam olduğu ##.##.2018-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Bununla belə iddiaçıya ünvanlanmış 11,02.2025-ci il tarixli imtina məktubunda Qanunun 24.0.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölçüdə hesablanmaqla güzəştli şərtlərlə daxil edildiyi qeyd edilmişdir. Iddiaçının Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin ona dair ##.##.2024-cü il tarixli *** nömrəli arayışında adıçəkilən şəxsin ##.##.1979-##.##.1981-ci il tarixləri arasındakı dövr ərzində SSRI Silahlı Qüvvələrində müddətli həqiqi xidmət keçdiyi, ##.##.1980- ##.##.1981-ci il tarixləri arasındakı dövr ərzində isə Əfqanıstan Demoktratik Respublikasında beynəlmiləlçi borcunu yerinə yetirdiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda İddiaçı döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət etməsi barədə hər hansı məlumat qeyd edilməmişdir. Buna görə də ##.##.1980- ##.##.1981-ci il tarixləri arasındakı dövrün ikiqat ölçüdə hesablanmaqla iş stajına daxil edilməsi mümkün olmamışdır. Göstərilən səbəbdən də # ###### 2006cı il tarixinədək İddiaçı ümumi iş stajı 25 ildən az (24 il 3 ay 17 gün (##.##.1979-##.##.1981-ci il, ##.##.1982- ##.##.1982ci il, ##.##.1983-##.##.1984-cü il, ##.##.1984-##.##.1984-cü il, ##.##.1984- ##.##.1985-ci il, ##.##.1985-##.##.1985-ci il, ##.##.1985-##.##.1988-ci il, ##.##.1989-##.##.1989-cu il, ##.##.1989##.##.1989-cu il, ##.##.1990-##.##.1991-ci il, ##.##.1991-##.##.2005-ci il arasındakı dövrlər)) təşkil etmişdir. Bundan sonra iddiaçı ##.##.2025-ci il tarixində yenidən cavabdehə müraciət etmiş və müraciət ərizəsinin məzmunundan aydın olduğu kimi yuxarıda qeyd olunan Müdafiə Nazirliyinin arayışını əvvəlki müraciətdə təqdim etmədiyindən imtina aldığı hazırda qoşma hissəyə əlavə etdiyini və müraciətinə yenidən baxılmasını xahiş etmişdir. Daxil olan müraciət əsasında iddiaçının əmək pensiyası yenidən hesablanaraq ##.##.2025-ci il tarixindən təyinat aparılmış və sonuncu lazımi sənədlərin əlavə edildiyi müraciətdən 3 il əvvələ hesablanaraq ödəniş həyata keçirilmişdir. Lakin iddiaçı təyinat ilə tam olaraq razılaşmamış və ona ilkin müraciət etdiyi ##.##.2021-ci il tarixdən 3 il əvvələ ödəniş edilməli olduğunu iddia etmişdir. Bununla bağlı bildirilir ki, iddiaçının 2021ci ildə olan müraciəti ona 57 yaşdan deyildə 60 yaşdan pensiya təyini ilə bağlı olmuş və təyinat aparılmışdır. Iddiaçının 57 yaşdan pensiya təyini ilə bağlı ilkin müraciəti ##.##.2025-ci il tarixdə natamam şəkildə olmuş daha sonra sənədlər tam şəkildə yalnız ##.##.2025-ci il tarixli müraciətdə təqdim edilmişdir. Göründüyü kimi iddiaçı 2021-ci ildə müraciətdən sonra ona aparılmış təyinatla tam olaraq razılaşmış və 2025-ci ilədək bu barədə hər hansı müraciəti olmamışdır. Bundan başqa iddiaçının 2021-ci ildəki müraciəti 57 yaşdan olsa idi belə müraciətə Müdafiə Nazirliyinin arayışı əlavə olunmamışdır. Eyni zamanda 2021-ci il tarixində olunan müraciətə imtina cavabı verilməmiş birbaşa təyinat aparılmışdır. Əlavə olaraq qeyd edirik ki, iddiaçının hətta ##.##.2025-ci il tarixində 57 yaşdan ilk müraciətinin olmasına baxmayaraq həmin tarixdən belə əvvəlki 3 il üzrə ona ödəniş həyata keçirilməsi qanunvericiliklə mümkün deyildir. Ona qörəki cavabdehin bu müraciətə verdiyi imtina cavabı tam qanuni olmuş lazım olan sənədlər tamlıqla təqdim edilməmişdir. Bunu halı iddiaçı özüdə ##.##.2025-ci il tarixli müraciətində qeyd edərək və lazım olan arayışı təqdim etməklə ona təyinat aparılmasına nail olmuşdur. Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən # ###### 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının # #### 2007-ci il tarixli ***-IIIQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş 2 Ne-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 24.0.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölçüdə hesablanmaqla güzəştli şərtlərlə daxil edilir. Göstərilənlərə əsasən, məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Cavabdeh etiraza əlavədə qeyd etmişdir ki, İddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ##.##.2021-ci il tarixində Mərkəzi Filiala müraciət etmiş, daxil olan müraciət əsasında ona 60 yaşının tamam olduğu ##.##.2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçı ##.##.2025-ci il tarixdə ona 57 yaşının tamam olduğu ##.##.2018-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Daxil olan müraciət əsasında iddiaçının əmək pensiyası yenidən hesablanaraq ##.##.2025-ci il tarixindən təyinat aparılmış və sonuncu lazımi sənədlərin əlavə edildiyi müraciətdən 3 il əvvələ hesablanaraq ödəniş həyata keçirilmişdir. Lakin iddiaçı təyinat ilə tam olaraq razılaşmamış və ona ilkin müraciət etdiyi ##.##.2021-ci il tarixdən 3 il əvvələ ödəniş edilməli olduğunu və Əfqanıstanda xidmətdə olduğu müddətin 3 qat ölçüdə nəzərə alınmalı olduğunu iddia etmişdir. Bununla bağlı bildirir ki, “Əmək pensiyaları haqqında” Qanunun 24-cü maddəsinə əsasən: Sığorta stajının hesablanmasında güzəştlər 24.0 Əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: 24.0.1. döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə; 24.0.2. şəxsin qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətləri - ikiqat ölçüdə; 24.3. cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə; 24.0.4. əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrinin yerinə yetirilməsi müddəti - üçqat ölçüdə. Göründüyü kimi qanunvericilikdə yanlız əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrinin yerinə yetirilməsi müddəti üçün 3 qat hesablanma qaydası nəzərdə tutulmuşdur. Digər bütün hallarda 2 qat hesablanma müəyyən edilmişdir. Bundan başqa qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli *** nömrəli “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Qərarına əsasən: Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. Əlavə olaraq həmin qərara əsasən döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövründə, habelə Əfqanıstanda əsgəri borcunu verinə yetirərkən əsirlikdə, mühasirədə olma müddəti, əgər əsirlik könüllü olmamışdısa və hərbi qulluqçu əsirlikdə olarkən respublikaya qarşı cinayət törətməmişdisə uzun müddət xidmətə daxil edilir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** nömrəli ## ###### 1992-ci il tarixli Qərarının (Azərbaycan Respublikası Prezidentinin *** nömrəli ## ######## 2004-cü il tarixli Fərmanı qüvvəyə minənədək) qüvvədə olmuş 2-ci hissəsinin “a” bəndinin birinci və ikinci abzaslarının müddəalarına (a) xidmətin bir ayı üç ay sayılması ilə bağlı hissəsinin hazırkı münasibətlərə tətbiq edilməsi yolverilməzdir. Belə ki, həmin norma yanlız 2005-ci il tarixədək qüvvədə olmuş və edilmiş dəyişiklikdən sonra yeni redaksiya yuxarıda göstərilən qaydada olmuşdur. Iddiaçıya əmək pensiyası təyin edildiyi tarix başqa sözlə pensiya hüququ yaranan tarixdə qüvvədə olan qanunvericilikdə 3 qat hesablama ilə bağlı hər hansı müddəa mövcud olmamışdır. Bununla belə 2018-ci ildə pensiya hüququ yaranmış şəxsin sosial sığorta stajının hesablanması zamanı 2005-ci il tarixdə qüvvədən düşmüş hər hansı normanın tətbiq edilməsi qanunvericiliklə mümkün hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz etmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. Iddiaçı ərizə ünvanlayaraq iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarında olan: Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsinin ##.##.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, ##.##.1961-ci il təvəllüdlü İddiaçı ##.##.1979-cu il tarixdən ##.##.1981-ci il tarixə kimi SSRI Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. ##.##.1980-ci il tarixdən ##.##.1981-ci il tarixədək Əfqanıstan Demokratik Respublikasında beynəlmiləlçi borcunu yerinə yetirmişdir. Azərbaycan Respublikasının Müharibə veteranıdır. ##.##.2024-cü il tarixli Sorğunun araşdırılmasının nəticəsi haqqında məktubda qeyd edilmişdir ki, Baş ofisin Mərkəzi Arxivi tərəfindən “Kompleks qazma işləri” trestinə ünvanlanmış **-*/*-*-****/**** saylı, ##.##.2024-cü il tarixli sorğuya cavab olaraq bildiririk, ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixi:, *** saylı qərarına əsasən Sizin işlədiyiniz dövrdə ##.##.1995-ci ildən ##.##.2005-ci ilədək. 2130100a-11587 kodu ilə qülləquraşdırıcı peşəsinə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır. SOCAR Kompleks qazma işləri trestinin ##.##.2025-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən Əli-Bayramlı Vışqaquraşdırma Idarəsində, Əli-X5 Idarəsində, X3 Idarəsində, Qazmaservis və Logistika Idarəsində işləmişdir. Hal-hazirda Qazmaservis istehsalat bölümündə 6-cı dərəcəli vışqaquraşdırıcı peşəsində işləyir. “Azneft” Istehsalat Birliyinin ##.##.1995-ci il tarixli, *** saylı əmrinə əsasən Əli-Bayramlı Vışqaquraşdırma Idarəsi qazma sexi kimi ƏliX5 Idarəsinin tərkibinə verilmişdir. “Azneft“ Istehsalat Birliyinin ##.##.2004-cü il tarixli, *** saylı əmrinə əsasən Əli- X5 Idarəsi, qazma sexi kimi X9 Işləri Idarəsinin tərkibinə verilmişdir. SOCAR-ın ##.##.2007-ci il tarixli, ** saylı və ##.##.2007-ci il tarixli, ** saylı əmrləri ilə “Kompleks qazma işləri” tresti yaradılmışdır, X9 Işləri Idarəsi, X3 Idarəsi yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi trestin tabeliyinə verilmişdir. “Kompleks qazma işləri” trestinin ##.##.2012-ci il tarixli, ** saylı əmrinə əsasən X9 Işləri Idarəsi qazma sexi kimi ##.##.2012-ci il tarixdən X3 Idarəsinin tərkibinə verilmişdir. SOCAR-ın ##.##.2013-cü il tarixli, SOCAR/**-****/**/SM-**-****** saylı əmrinə əsasən “Kompleks qazma işləri” trestinin X3 Idarəsi ləğv olunaraq trestin Abşeron Istehsalat bölümü kimi fəaliyyət göstərmişdir. “Kompleks qazma işləri’ trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” ##.##.2021-ci il tarixli, SOCAR******************A***** saylı əmrinə əsasən “Siyəzən”, "Qaradağ-Qalmaz”, Abşeron Istehsalat bölümləri hal-hazırda “Abşeron” Istehsalat bölümü kimi fəaliyyət göstərirlər.
1. ##.##.1991-ci ildən ##.##.1995-ci ilədək Əli-Bayramlı Vışqaquraşdırma Idarəsinə 3-cü dərəcəli vışqaquraşdırıcı peşəsinə işə qəbul edilib. Əmr Nq 117-k, ##.##.1991-ci il.
2. ##.##.1995-ci ildən ##.##.1995-ci ilədək Əli-Bayramlı Vışqaquraşdırma Idarəsinə 4-cü dərəcəli vışqaquraşdırıcı peşəsinə keçirilib. Əmr Nq 73-k, ##.##.1995-ci il.
3. ##.##.1995-ci ildə Əli-X5 Idarəsindən köçürülmə yolu ilə X6 Idarəsinə getdiyi üçün işdən azad edilib. Əmr Nq 54-i, ##.##.1995-ci il.
4. ##.##.2005-ci ildən ##.##.2013-cü ilədək X3 Idarəsinin Vışqaquraşdırma Sexinə 5-ci dərəcəli vışqaquraşdırıcı peşəsinə işə qəbul edilib. Əmr Nq 78-k, 01,06.2005-ci il.
5. ##.##.2013-cü ildə Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi başqa işəgötürənlə ƏM-si bağladığı üçün olunla bağlanmış ƏM-si ləğv edilib. Əmr Nq 48-k, ##.##.2013-cü il.
6. ##.##.2013-cü ildən ##.##.2014-cü ilədək Qazmaservis və Logistika Idarəsinin Vışqaquraşdırma Sexinə 6-cı dərəcəli vışqaquraşdırıcı peşəsinə işə qəbul edilib. Əmr Nq 03-k, ##.##.2013-cü il.
7. ##.##.2014-cü ildə Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi başqa işəgötürənlə ƏM-si bağladığı üçün olunla bağlanmış ƏM-si ləğv edilib. Əmr Nq 55-k, ##.##.2014-cü il. Ümumi iş stajı: 12 il, 05 ay, 20 gün, Güzəştli iş stajı: 12 il, 05 ay, 20 gün. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə 1993-cü il ## #### tarixli *** saylı qərarı ilə təsdiq edilmiş 2130100a-11587 qülləquraşdırıcı peşəsi, Azərbaycan Respublikası Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısfnm təsdiq edilməsi barədə 23.01,2007-ci il tarixli ** saylı qərarına əsasən 10.1 a) qüllə quraşdırıcılar peşəsi, 12 il, 05 ay, 20 gün güzəştli iş stajı təşkil edir. Neftçala Rayon Dövlət Arxivinin ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Neftçala rayon Dövlət Arxivində mühafizə olunan Neftçala rayon Qaz Istismar sahəsinin 1982-ci ilinə aid olan əmək haqqı cədvəllərində İddiaçı iş fəaliyyəti aşağıdakı kimidir: 1982-ci il: iyun Iş günü - 19 əmək haqqı - 64.41 iyul Iş günü - 11 əmək haqqı - 78.20 avqust Iş günü - 22 əmək haqqı - 74.58 sentyabr Iş günü - 22 əmək haqqı - 82.04 oktyabr Iş günü - 20 əmək haqqı - 78.97 noyabr Iş günü - 19 əmək haqqı - 71.19 dekabr Iş günü - 17 əmək haqqı - 83.28. Neftçala rayon Dövlət Arxivində mühafizə olunan Neftçala rayon Qaz Istismar sahəsinin ##.##.1982-ci il tarixli, 61nömrəli əmrə əsasən İddiaçı 1-ci dərəcəli fəhlə işinə qəbul edilsin. Neftçala rayon Dövlət Arxivində mühafizə olunan Neftçala rayon Qaz Istismar sahəsinin ##.##.1982-ci il 78N-li əmrə əsasən İddiaçı 19-## #### 1982-ci il tarixdə işə çıxmadığı üçün sonuncu xəbərdarlıq edilib. Neftçala rayon Dövlət Arxivində mühafizə olunan Neftçala rayon Qaz Istismar sahəsinin ##.##.1982-ci il tarixli *** nömrəli əmrə əsasən İddiaçı əmək nizamnaməsini pozduğu üçün son xəbərdarlıqla töhmət olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən # ###### 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının # #### 2007-ci il tarixli ***-IIIQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş 2 N-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlara əsasən, etibarnamə üzrə nümayəndəsi olduğunuz İddiaçı # ###### 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (20 il 5 ay 23 gün (##.##.1979-##.##.1981-ci il, ##.##.1983-##.##.1984-cü il, ##.##.1984-##.##.1984-cü il, ##.##.1984-##.##.1985-ci il, ##.##.1985-##.##.1985-ci il, ##.##.1985-##.##.1988-ci il, ##.##.1989- ##.##.1989-cu il, ##.##.1990-##.##.1991-ci il, ##.##.1991-##.##.2001-ci il, ##.##.2005-##.##.2005-ci il arasındakı dövrlər)), güzəştli iş stajı isə 12 il 6 aydan az (4 il 4 ay 18 gün (##.##.1991-##.##.2005-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Eyni zamanda bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.18-ci yarımbəndinin 1-ci hissəsinə əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olma müddəti - həmin Nazirliyin arayışına əsasən müəyyən edilir. Əlavə olaraq bildiririk ki, təqdim etdiyiniz Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin İddiaçı dair ##.##.2024-cü il tarixli *** nömrəli arayışında ##.##.1980-##.##.1981-ci il tarixləri arasındakı dövr ərzində Əfqanıstan Demoktratik Respublikasında iştirak etdiyi qeyd olunmuşdur. Lakin Müdafiə Nazirliyinin sözügedən arayışı tərəfinizdən Mərkəzi Filiala təqdim edilmədiyindən həmin dövrü İddiaçı iş stajına daxil etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ərizənizdə göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Iddiaçıya məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, X1 əmək stajı aşağıdakı kimidir; “Termoizolyasiya” Bakı Montaj Idarəsi “Termoizolyasiya” Bakı Montaj Idarəsinə qəbul olana qədər ##.##.1982-ci il tarixdən ##.##.1982-ci il tarixə qədə işləmişdir. 1 ## ## 1983 Bakı şəhəri * saylı sahəyə 2 (ikinci) dərəcəli Iaolyasiyaçı olaraq işə qəbul edilmişdir ##.##.1983-cü il tarixli */k saylı əmr 2 ## ## 1984 SSRI ƏQM 36-cı maddəsinin 1-ci bəndinə əsasən (tərəflərin razılığı ilə) işdən azad edilmişdir. KŞ baş müfəttişi (imza var) Möhür var ##.##.1984-cü il tarixli */k saylı əmr 3 TMI N ** TI “Metallurstroy” ## ## 1984 3 (üçüncü) dərəcəli bənna olaraq işə qəbul edilmişdir. ##.##.1984-cü il tarixli ** saylı əmr 4 ## ## 1984 RSFSR ƏQM 36-cı maddəsinin 1-ci bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. KŞ baş müfəttişi (imza var) Möhür var ##.##.1984-cü il tarixli *** saylı əmr Neftçala TRI Lenin ordenli istehsalat birliyi “AZNEFT” 5 6 ## ## 1984 Neft və qaz quyularının istismar və kəşf qazılması üzrə 3 (üçüncü) dərəcəli qazması köməkçisi olaraq işə qəbul edilmişdir. ##.##.1984-cü il tarixli 134 /k saylı əmr ## ## 1985 Azərbaycan SSR ƏQM 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Rəis (imza var) KŞ baş müfəttişi (imza var) Möhür var ##.##.1985-ci il tarixli **/k saylı əmr Neftçala rayon IB 7 ## ## 1985 Rayon tikinti briqadasına bənna olaraq işə qəbul edilmişdir. ##.##.1985-cü il tarixli ** saylı sərəncam 8 ## ## 1985 Azərbaycan SSR ƏQM 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. KŞ baş müfəttişi (imza var) Möhür var 12.06.85-ci il tarixli ** saylı sərəncam “Termoizolyasiya” Bakı Montaj Idarəsi 9 ## ## 1985 Əli bayramlı işlər idarəsinə 2 (ikinci) dərəcəli Iaolyasiyaçı olaraq işə qəbul edilmişdir. ##.##.1985-ci il tarixli ** saylı əmr 10 ## ## 1985 3 (üçüncü) dərəcəli Iaolyasiyaçı olaraq köçürülmüşdür. ##.##.1985-ci il tarixli *** saylı əmr 11 ## ## 1987 4 (dördüncü) dərəcəli Iaolyasiyaçı olaraq köçürülmüşdür. ##.##.1986-cı il tarixli *** saylı əmr 12 ## ## 1987 Əməyin ödənilməsinin yeni tarif şərtlərinin daxil edilməsi ilə əlaqədar 3 (dərəcəli iaolyaiyaçı dərəcəsi verilmişdir. ##.##.1987-ci il tarixli *** saylı əmr 13 ## ## 1988 Bakı şəhərindən köçməsi ilə əlaqədar Azərbaycan SSR ƏQM 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. KŞ baş müfəttişi (imza var) ##.##.1988-ci il tarixli *** saylı əmr 14 ## ## 1989 “Yinost” TTI müqavilə üzrə bənna olaraq işə qəbul edilmişdir (möhür var) 1988-ci il müqavilə M> 109 15 ## ## 1989 RSFSR ƏQM 31-cı maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Direktor (imza var) Möhür var ##.##.1989-cu il tarixli ** saylı əmr 16 ## ## 1989 “QlobusQ Montaj tikinti mərkəzinə 4 (dördüncü) dərəcəli suvaqçı-bənna olaraq işə qəbul edilmişdir (möhür var). ##.##.1989-cu il tarixli 3 § * saylı əmr 17 ## ## 1989 RSFSR ƏQM 31-cı maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Rəis (imza var) Möhür var ##.##.1989-cu il tarixli 24 § * saylı əmr Əli bayramlı BMI 20 ## ## 1991 3-cü dərəcəli qüllə montaj çısı olaraq işə qəbul edilmişdir. ##.##.1991-ci il tarixli *** saylı əmr 21 ## ## 1995 Azərbaycan SSR ƏQM 38-ci maddəsinin 1-ci bəndinə əsasən (müəssisənin ləğv olunması ilə əlaqədar) işdən azad edilmişdir. Əli Bayramlı NMI rəisi (imza var) ##.##.1995-ci il tarixli 27 p saylı əmr. Iddiaçıya məxsus H3 № ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı ##.##.1979cu ildən ##.##.1981-ci il tarixədək Sovet ordusu sıralarında hərbi xidmət keçmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filial tərəfindən ##.##.2021-ci il tarixindən tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (isiehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən # ###### 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericilikdə müəyyən edilmiş tələblərə bu Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının # #### 2007-ci il tarixli ***-IIIQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş 1 N°-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 24cü maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölçüdə hesablanmaqla güzəştli şərtlərlə daxil edilir. Mərkəzi Filiala ##.##.2025-ci il tarixli müraciətinizə əsasən Qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq əmək pensiyanız 57 yaşınızın tamamlandığı ##.##.2018-ci il tarixindən yenidən hesablanaraq pensiya məbləğiniz 224,03 manat (QanunuN **.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla və indeksləşdirilməklə ##.##.2024-cü il tarixinə 416,53 manat) məbləğində müəyyən edilib. Eyni zamanda bildiririk ki, Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (həmin Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin ## #### 2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti ayiarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (##.##.2024-cü il tarixinə kişilər 65 yaş) arasındakı ayların sayı qədər artırılır. Həmçinin sizə pensiya təyin olunduqdan sonra 6 il işləməyinizlə əlaqədar işləyən əmək pensiyaçısı olduğunuz dövrdə fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 24965,76 manat pensiya sığorta kapitalınız Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsininin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 96 aya (65 yaş - 63 yaş) = 24 ay + (144 ay - 72 ay) bölünməklə 260,06 (24965,76/96) manat əmək pensiyanızın (416,53 manat) üzərinə əlavə edilərək pensiya məbləğiniz ##.##.2024-cü il tarixindən 676,59 (416,53 + 260,06) manata (indeksləşdirilməklə ##.##.2025-ci il tarixinə 731,39 manat) artırılıb. Qanunun 32.1-1-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Qeyd olunanları nəzərə alaraq, keçmiş üç il üçün sizə ödənilməli olan 2259,64 manat pul vəsaiti hesablanıb. Həmin vəsait cari aydan etibarən hissə-hissə (hər ay 112,98 manat) əmək pensiyanızın üzərinə əlavə müvafiq kart hesabınıza köçürülür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 4. Əmək pensiyasının növləri və tərkibi 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 24. Sığorta stajının hesablanmasında güzəştlər 24.0. Əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: 24.0.1. döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə; 24.0.2. şəxsin qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətləri - ikiqat ölçüdə; 24.0.3. cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə; 24.0.4. əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrinin yerinə yetirilməsi müddəti - üçqat ölçüdə. Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 32.1-2. Bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il ######ın #-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Kollegiya vurğulayır ki, iddiaçı hazırda pensiyasını ilkin müraciət etdiyi ##.##.2021-ci il tarixdən 3 il əvvələ, yəni ##.##.2018-ci il tarixdən hesablanaraq öna ödənilməsini xahiş edir. Cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina emişdir. Iş materiallarından görünür ki, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ##.##.2021-ci il tarixində cavabdeh inzibati orqana müraciət etmiş və həmin müraciət əsasında ona 60 yaşının tamam olduğu tarixdən, yəni ##.##.2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra iddiaçı ##.##.2025-ci il tarixdə ona 57 yaşının tamam olduğu ##.##.2018-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini cavabdeh inzibati orqandan xahiş etmişdir. Müraciət əsasında iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, müvafiq Qanunun 24.0.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti - ikiqat ölçüdə hesablanmaqla güzəştli şərtlərlə daxil edilir. Iddiaçının Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin ona dair ##.##.2024-cü il tarixli *** nömrəli arayışında onun ##.##.1979-##.##.1981-ci il tarixləri arasındakı dövr ərzində SSRI Silahlı Qüvvələrində müddətli həqiqi xidmət keçdiyi, ##.##.1980-##.##.1981-ci il tarixləri arasındakı dövr ərzində isə Əfqanıstan Demoktratik Respublikasında beynəlmiləlçi borcunu yerinə yetirdiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda İddiaçı döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət etməsi barədə hər hansı məlumat qeyd edilməmişdir. Buna görə də ##.##.1980- ##.##.1981-ci il tarixləri arasındakı dövrün ikiqat ölçüdə hesablanmaqla iş stajına daxil edilməsi mümkün olmamışdır. Göstərilən səbəbdən də # ###### 2006-cı il tarixinədək İddiaçı ümumi iş stajı 25 ildən az (24 il 3 ay 17 gün (##.##.1979-##.##.1981-ci il, ##.##.1982-##.##.1982-ci il, ##.##.1983- ##.##.1984-cü il, ##.##.1984-##.##.1984-cü il, ##.##.1984-##.##.1985-ci il, ##.##.1985-##.##.1985-ci il, ##.##.1985-##.##.1988-ci il, ##.##.1989-##.##.1989-cu il, ##.##.1989##.##.1989-cu il, ##.##.1990- ##.##.1991-ci il, ##.##.1991-##.##.2005-ci il arasındakı dövrlər)) təşkil etmişdir. Bundan sonra iddiaçı ##.##.2025-ci il tarixində yenidən cavabdehə müraciət etmiş və Müdafiə Nazirliyinin arayışını əvvəlki müraciətdə təqdim etmədiyindən yenidən baxılmasını xahiş etmişdir. Daxil olan müraciət əsasında iddiaçının əmək pensiyası yenidən hesablanaraq ##.##.2025-ci il tarixindən təyinat aparılmış və sonuncu lazımi sənədlərin əlavə edildiyi müraciətdən 3 il əvvələ hesablanaraq ödəniş həyata keçirilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının 2021-ci ildə olan ilkin müraciəti ona 57 yaşdan deyil, 60 yaşdan pensiya təyini ilə bağlı olmuş və təyinat aparılmışdır. Iddiaçı da həmin təyinatla razı olmuş və mübahisələndirməmişdir. Bundan sonra isə iddiaçının 57 yaşdan pensiya təyini ilə bağlı ilkin müraciəti ##.##.2025-ci il tarixdə natamam şəkildə olmuş, daha sonra sənədlər tam şəkildə yalnız ##.##.2025-ci il tarixli müraciətdə təqdim edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsaslıdır və birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.