Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-367/2026 11.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, refrijerator qatarlarının (seksiyaların) rəhbər mexaniki) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və X2 ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin X3 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı İddiaçı (bundan sonra - iddiaçı) ##.##.1956-cı il təvəllüdlüdür. HЗ seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı ##.##.1974-cü ildən ##.##.1976 -cı ilədək həqiqi hərbi xidmətdə olmuşdur (2 il, 09 gün). *** nömrəli attestatdan görünür ki, iddiaçı ##.##.1977-ci il tarixdən ##.##.1978-ci il tarixədək Bakı şəhər ** nömrəli texniki peşə məktəbində əyani təhsil almışdır (7 ay, 16 gün). *** nömrəli şəhadətnamədən görünür ki, iddiaçı ## ### 1979-cu il tarixdən ## ####### 1979-cu il tarixədək Azərbaycan DY.Bakı Texniki Məktəbdə refrijerator seksiyasının mexanikləri kursunu əyani bitrirmişdir (5 ay, 10 gün). ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: ## ##### 1978-ci il tarixdən ## ###### 1978-ci il tarixədək Bakı Mebel Yığma Kombinatında havalandırma sahəsində 4-cü dərəcəli çilingər vəzifəsində (3 ay, 17 gün), ## ###### 1978-ci il tarixdən ## #### 1979-cu il tarixədək 2-ci dərəcəli çilingər vəzifəsində (2 ay, 23 gün) işləmiş, ## ###### 1979-cu ildə xxxxnın Ələt-Liman stansiyasında X4 refrijerator seksiyasının mexaniki vəzifəsinə işə qəbul edilmiş, ## ###### 1988-ci ildə refrijerator seksiyasının rəisi vəzifəsinə keçirilmiş, ## ###### 1991-ci ildən etibarən refrijerator bölməsinin rəisi vəzifəsinin adı refrijerator bölməsinin mexanikinə (rəhbərinə) dəyişdirilmiş, ##.##.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş (38 il, 3 ay, 12 gün), ## ###### 2018-ci il tarixdən ##.##.2018-ci il tarixədək X1 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsində (7 ay, 4 gün), ##.##.2018-ci il tarixdən “xxxx” MMC Şərq vaqon deposunun refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsinə təyin edilmiş, ## #### 2019-cu il tarixdən ## ###### 2022-ci il tarixədək Daxili avadanlıqlara xidməti baxış və cari təmiri sexinin böyük mexaniki vəzifəsində işləmişdir ( 4 il, 1 ay, 3 gün). “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı verilmiş ##.##.2025-ci il tarixli “Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışda qeyd edilmişdir ki, “...Arayış verilir İddiaçı ondan ötrü ki, o, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş aşağıdakı vəzifələrdə qeyd edilən tarixlər arasındakı dövrlər ərzində işləmişdir: Sıra Çalışdığı struktur Vəzifə (peşənin Vəzifəyə təyin Vəzifədən azad İşə başladığı İşdən azad № vahidi adı) edilmə (başqa işə edilməyə dair tarix olunduğu keçirilmə) barədə əmrin tarix və (başqa işə əmrin tarixi və nömrəsi keçirildiyi nömrəsi tarixi) 1 Yeni-Ələt refrijerator refrijerator ##.##.1979 ##.##.1988 vaqon deposu seksiyaların ##.##.1979 ##.##.1988 551 450 mexaniki 2 refrijerator Yeni-Ələt refrijerator ##.##.1991 ##.##.2018 seksiyaların ##.##.1991 ##.##.2018 vaqon deposu 64 348 rəhbər mexaniki 3 refrijerator ##.##.2018 ##.##.2018 ##.##.2018 Şərq vaqon deposu seksiyaların 742 ##.##.2018 315 rəhbər mexaniki 4 “xxxx” MMC-nin ##.##.2018 ##.##.2018 - Şərq vaqon deposu refrijerator 18-AEXP-502 seksiyaların rəhbər mexaniki 5 refrijerator ##.##.2022 “xxxx” MMC-nin Şərq ##.##.2019 vaqon deposu seksiyaların 19-AEXP-610/1 22-AEXP- ##.##.2019 ##.##.2022 böyük mexaniki 617 İşlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 40 il 6 ay 27gün təşkil edir. İşlədiyi refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələbolunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası NazirlərKabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci abzasına uyğundur.” Cavabdehin iddiaçıya ünvanladığı ##.##.2025 ci il tarixli məktubunda qeyd edilmişdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim ediyiniz “xxxx” QSC-nin sizə dair ##.##.2025-ci il tarixli 13-1 /2-C- 3516/1-1 /**** nömrəli arayışında ##.##.1991-##.##.2018-ci il, ##.##.2018- ##.##.2019-cu il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt X4, X1, “xxxx” MMC-nin X1 refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyiniz qeyd olunub. İşlədiyiniz vəzifə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd edilən Siyahıda nəzərdə tutulan refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajınız 12 il 6 aydan az (11 il 11 ay 22 gün (##.##.1979-##.##.1988-ci il, ##.##.2019-##.##.2021-ci il, ##.##.2021- ##.##.2022-ci il)) təşkil edir.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “57 yaşdan, yəni ## ###### 2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ## ######## 2022-ci il tarixdən hesablanaraq ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, ##.##.2006-cı il tarixə 25 ildən çox ümumi, o cümlədən həmin müddətin 12 il 6 aydan çox güzəştli iş stajı vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ vardır. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, ##.##.1956-cı il təvəllüdlü İddiaçı ##.##.2025-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi filiala təqdim edilən “xxxx” QSC-nin iddiaçıya dair ##.##.2025-ci il tarixli **-*/*-C- ****/*-*/**** nömrəli arayışında iddiaçının ##.##.1991 ##.##.2018-ci il, ##.##.2018-##.##.2019cu il tarixləri arasındakı dövr ərzində Yeni Ələt X4, X1, “xxxx” MMC-nin X1 refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyildir. Bu səbəbdən iddiaçının güzəştli iş stajının müddəti 12 il 6 aydan az (11 il 11 ay 22 gün (##.##.1979 ##.##.1988-ci il, ##.##.2019-##.##.2021-ci il, ##.##.2021-##.##.2022-ci il tarixləri arasındakı dövrlər)) olması səbəbilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçının ##.##.1991-##.##.2019-cu il tarixlərdə “refrijerator seksiyalarının rəhbər mexaniki” vəzifəsi siyahıda nəzərdə tutulan “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil etmədiyi və bu səbəbdən iddiaçının güzəştli iş stajının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət etmədiyi sübuta yetirilmiş hesab edilməlidir. Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni ##.##.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunmuş pensiyanın ## ######## 2022-ci il tarixdən hesablanaraq, ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri etirazın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı iddiaya uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. ... 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 47. Bu Qanun 2006-cı il ######ın #-dən qüvvəyə minir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il # #### tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; “Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu: İ.“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, 18, maddə 814; 1994-cü il, 15, maddə 177; 1995-ci il, 22, maddə 354) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. Bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il ######un #dən başlayaraq 2000-ci il ######un #-dək hər il altı ay artırılır. ... Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”:
XXVIII (Nəqliyyat) bölməsi: “refrijerator qatarların (seksiyaların) mexanikləri - Kod23001000—23598
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı:
21. Nəqliyyat bölməsi: 21.4 bənd. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: 27-ci abzas: refrijerator qatarlarının (seksiyaların) mexanikləri
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ##.##.2006-cı il tarixə 25 ildən çox ümumi, o cümlədən həmin müddətin 12 il 6 aydan çox güzəştli iş stajı vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçıya 57 yaşdan əmək pensiyasının təyin edilməsi üçün ##.##.2006-cı ilədək 25 il ümumi iş stajı və 12 il 6 ay güzəştli iş stajı tələb olunur. Cavabdeh apellyasiya şikayətində iddiaçının tələb olunan yaş həddinə, yəni 57 yaşına çatmasını, qeyd edilən tarixə azı 25 il ümumi sığorta stajına malik olmasını mübahisələndirmir. Cavabdeh tərəfindən mübahisləndirilən hal iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Belə ki, cavabdehin apellyasiya şikayətində aşağıdakılar qeyd olunmuşdur: “...İddiaçının güzəştli iş stajının müddəti 12 il 6 aydan az (11 il 11 ay 22 gün (##.##.1979- ##.##.1988-ci il, ##.##.2019 ##.##.2021-ci il, ##.##.2021-##.##.2022-ci il tarixləri arasındakı dövrlər)) olması səbəbilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.” İddiaçının ##.##.1991-##.##.2019-cu il tarixlərdə “refrijerator seksiyalarının rəhbər mexaniki” vəzifəsi Siyahıda nəzərdə tutulan “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil etmədiyi və bü səbəbdən iddiaçının güzəştli iş stajının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət etmədiyi sübuta yetirilmiş hesab edilməlidir.” Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının ##.##.1991-##.##.2019-cu il tarixlərdə işlədiyi “Refrijerator qatarların (seksiyaların) rəhbər mexaniki” vəzifəsi mübahisələndirilir. Məhkəmə tərəfindən müəyyən məlumatların dəqiqləşdirilməsi üçün “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə soğu göndərilmişdir. “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ##.##.2025-ci il tarixli məktubla bildirmişdir ki, “...İddiaçı ADY-nin Yeni Ələt X4 ##.##.1979-cu il tarixindən ##.##.1988-ci il tarixinədək işlədiyi refrijerator seksiyaların mexaniki vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. Qeyd edirik ki, İddiaçı ADY-nin Yeni Ələt refrijerator və Şərq vaqon depolarında ##.##.1991-ci il tarixindən ##.##.2018-ci il tarixinədək və ##.##.2018-ci il tarixindən ##.##.2019cu il tarixinədək işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki və X1 ##.##.2019-cu il tarixindən ##.##.2022-ci il tarixinədək işlədiyi refrijerator seksiyaların böyük mexaniki vəzifələri isə Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli qərarının 1-1-ci bəndi nəzərə alınmaqla həmin qərarla təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. Göstərilənləri nəzərə alaraq, müvafiq qərarın 1-1-ci hissəsi ilə adıçəkilən siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilərin güzəştli pensiya hüququna malik olduğu müəyyən edilmişdir. Həmçinin, yuxarıda göstərilən dövr ərzində işlədiyi müvafiq vəzifələr üzrə İddiaçı güzəştli iş stajı 40 il 6 ay 27 gün təşkil edir.” Məhkəmə tərkibi qeyd edir ki, iş materiallarında olan “Yeni-Ələt refrijerator vaqon deposunun “refrijerator seksiyası mexaniki”nin vəzifə təlimatı ilə “refrijerator seksiyası rəhbər mexaniki”nin vəzifə təlimatının müqayisəli təhlil etdikdə müəyyən olunur ki, onların (mexanik və rəhbər mexanik) icra etdiyi funksional vəzifə (iş) demək olar ki, eynilik təşkil edir, hətta mexanikə münasibətdə rəhbər mexanik daha məsuliyyətli vəzifəni icra edir. Eyni zamanda “refrijerator seksiyası rəhbər mexaniki”nin vəzifə təlimatında onun lazım olduqda mexaniki əvəz etməsi qeyd edilmişdir (səh 81-82). Nəzərə almaq lazımdır ki, oxşar işlər Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqeyə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, iddiaçının işlədiyi “refrijerator seksiyalarının rəhbər mexaniki” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nın XXVIII (Nəqliyyat) bölməsində “refrijerator qatarların (seksiyaların) mexanikləri (23001000-23598)” peşəsinə, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 21-ci bölmə. Nəqliyyat bölməsi: 21.4 bənd. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: 27-ci abzas: “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” uyğundur. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası ##.##.2023cü il tarixli 2-1(102)-1885/2023-cü il tarixli qərarında “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsini güzəştli iş stajı kimi nəzərə almışdır. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı tələb olunan 25 il ümumi sığorta stajını və 12 il 6 ay güzəştli iş stajını ##.##.2006-cı il tarixədək topladığından o, 57 yaşdan pensiya təyin edilməsi və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.