Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-368/2026 09.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Huquqi Şəxsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın mümkünsüzlüyü, subyektiv hüquq) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Huquqi Şəxsinə qarşı “mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və plan-ölçü sənədinin üst-üstə düşən hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli 2-1(120)- ***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları: Astara Rayon XDS İcraiyyə Komitəsinin baş memarı, Astara şəhər sovetinin deputatı, şəhər sakinləri (qonşu Baxşıyev Ə) və Əliyev M tərəfindən tərtib edilmiş ## ###### 1979-cu il tarixli aktdan görünür ki, İddiaçı anasından ayrı təsərrüfatda olduğu nəzərə alınaraq, anasının həyətyanı torpaq sahəsindən 0.06 ha torpaq sahəsi ayrılmışdır. Ayrılan torpaq sahəsi şimaldan Ağabəyim ilə, cənubdan Mizağa ilə, qərbdən Hadi ilə, şərqdən Seyidhəsən ilə həmsərhəddir. Aktda qeyd edilmişdir ki, “...İddiaçı ayrılan torpaq sahəsi üçün tərtib edilən bu akt Astara şəhər sovetində təsdiq edildikdən sonra qüvvəyə minir.” Astara Rayon XDS İcraiyyə Komitəsinin ##.##.1986-cı il tarixli qərarından çıxarışdan görünür ki, Astara şəhər sakini İddiaçı öhdəsində olan 0.6 ha torpaq sahəsində köhnə yararsız evini söküb əvəzində 60 kv.m yaşayış sahəsi olan yeni fərdi evin tikintisinə icazə verilmişdir. Astara Rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən təsdiq edilmiş “Astara rayonunun Giləkəran kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair cədvəl”dən görünür ki, Aqrar İslahat Komissiyasının qərarı ilə X5, X6, üçüncü şəxs5, üçüncü şəxs2, X4 və X1 0.7296 ha torpaq sahəsi (Dövlət aktının nömrəsi 534); İddiaçı 0.06 ha torpaq sahəsi verilmişdir (Dövlət aktının nömrəsi 1241). Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 90.8 kv.m fərdi yaşayış evi və 0.729014 ha torpaq sahəsi üzərində üçüncü şəxs5, üçüncü şəxs4, üçüncü şəxs3, X6, üçüncü şəxs2 və X1 paylı xüsusi mülkiyyət hüququ ##.##.2019-cu ildə qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “...ünvan 2 ünvanında yerləşən “Torpaq sahəsinin təhkim edilməsi barədə” ##.##.1979-cu il tarixli akt əsasında sizə ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsi üzərində hüquqların qeydiyyatı ilə əlaqədar təqdim etdiyiniz hüquq müəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Məlum olmuşdur ki, sözügedən ilkin hüquq müəyyənedici sənəd üzrə sizə ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinə dair Ərazi idarəsinə təqdim etdiyiniz sənədlərlə faktiki vəziyyət arasında uyğunsuzluqlar mövcuddur. Faktiki yerində keçirilən müayinənin (çöl ölçmə işləri) nəticəsi olaraq məlum olmuşdur ki, “Torpaq sahəsinin təhkim edilməsi barədə” ##.##.1979-cu il tarixli akt əsasında sizə ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RN-************ reyestr nömrəli hüquqmüəyyənedici sənədlə digər şəxsin adına qeydiyyatdan keçmiş torpaq sahəsinin üzərində yerləşir. Göstərilən səbəbdən ərizənizin icrası Ərazi idarəsinin imkanları xaricindədir.” Cavabdeh X2 ** saylı Lənkəran ərazi idarəsinin ##.##.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki. “...1-ci sual üzrə: Astara Rayon XDS İcraiyyə Komitəsinin ##.##.1979-cu il tarixli aktına əsasən İddiaçı ayrılan 0.06 ha torpaq sahəsi üçün tərtib olunmuş həmin aktda göstərilən qonşu torpaq sahələrinin faktiki vəziyyətdəki qonşu torpaq sahələrinə uyğun olmaması, xüsusilə də İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsinə dair ilkin torpaqayırma sənədlərinin ayrılmaz hissəsi olan torpaqayırma sxeminin inzibati iş sənədlərinə əlavə olunmaması və ya mövcud olmaması səbəblərindən həmin 0.06 ha torpaq sahəsinin sənəd üzrə yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2019cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış və ##.##.2019-cu tarixli ************-***** reyestr nömrəli texniki pasporta əsasən üçüncü şəxs5 və qeyrilərinin mülkiyyətində olan 0.729014 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. ...3-cü sual üzrə: Astara Rayon XDS İcraiyyə Komitəsinin ##.##.1979-cu il tarixli aktına əsasən İddiaçı ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmadığından faktiki vəziyyətlə də müqayisəli təhlil aparmaq mümkün olmamışdır. İddiaçı İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin (iddia olunan vəziyyətə əsasən) faktiki olaraq üçüncü şəxs5 istifadəsində olması müəyyən olunmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2019cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış və ##.##.2019-cu tarixli ************-***** reyestr nömrəli texniki pasporta əsasən üçüncü şəxs5 və qeyrilərinin mülkiyyətində olan 0.729014 ha torpaq sahəsinin faktiki olaraq üçüncü şəxs5 və qeyrilərinin istifadəsində olması və torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun mövcud olmaması müəyyən olunmuşdur. 4-cü sual üzrə: Astara Rayon XDS İcraiyyə Komitəsinin ##.##.1979-cu il tarixli aktına əsasən İddiaçı ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinin faktiki (iddia olunan vəziyyətə əsasən) koordinatlarının bütövlüklə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış və ##.##.2019cu tarixli ************-***** reyestr nömrəli texniki pasporta əsasən üçüncü şəxs5 və qeyrilərinin mülkiyyətində olan 0.729014 ha torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuşdur (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Qeyd edilən həmin torpaq sahələrinin mövcud baza məlumatlarına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “## ###### 1979-cu il tarixli Astara Rayon XDS İcraiyyə Komitəsinin aktı əsasında verilmiş və istifadəsində olan 0.06 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və üçüncü şəxs üçüncü şəxs5 adına tərtib olunmuş plan-ölçü sənədinin üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, anasının istifadəsində olan həyətyanı torpaq sahəsindən ona fərdi yaşayış evi tikməkdən ötrü 0.06 ha torpaq sahəsi ayrılmışdır. Bununla bağlı ## ###### 1979-cu ildə Astara XDS İcraiyyə Komitəsinin komissiyası tərəfindən ona anasının həyətində 0.06 ha torpaq sahəsinin ayrılması barədə akt tərtib edilmişdir. Ayrılan torpaq sahəsi şimaldan Ağabəyim ilə, cənubdan Mizağa ilə, qərbdən Hadi ilə, şərqdən Seyidhəsən ilə həmsərhəddir. Ona ayrılan torpaq sahəsində rayonun planlaşdırılan sxeminə əsasən heç bir inzibati binanın tikintisi nəzərdə tutulmamışdır. Astara Rayon XDS İcraiyyə Komitəsinin ## ###### 1986-cı il tarixli qərarı ilə ona həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Torpaq sahəsi istifadəsindədir. Lakin xəbəri olmadan digər şəxsə həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd verilmişdir. Cavabdehin etirazları: İddiaya etirazın əsası imtinanın əsası ilə eynilik təşkil edir. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərardadı (hakim Pərvanə Qurbanova) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyinə əsasən faktiki iddia olunan torpaq sahəsi mübahisəli torpaq sahəsidir. Ona məxsus torpaq sahəsi başqa şəxsə verilə bilməzdi. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər və səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı apellyasiya şikayətini müdafiə edərək, bildirdi ki, ona islahat vaxtı başqa yerdən 0.06 ha torpaq sahəsi verilmişdir. ## ###### 1979-cu il tarixli akt əsasında anasının həyətyanı torpaq sahəsindən ayrılmış 0.06 ha torpaq sahəsi və islahat vaxtı verilən 0.06 ha torpaq sahəsi ona məxsus torpaq sahələridir. Anasının həyətyanı torpaq sahəsindən ayrılmış 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını istəyir. İslahat vaxtı mübahisəli torpaq sahəsi qanunsuz olaraq üçüncü şəxslərə verilmişdir. Sonda İddiaçı şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan SSR Torpaq Məcəlləsi: (torpaq ayrılan vaxt qüvvədə olan) Maddə 23. Torpaq sahəsinin ayrılması Torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2008-ci il tarixli Qərarı “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il ## ##### tarixli, * nömrəli Qərarı Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, nə qədər ki, iddiaçının mülkiyyətinə verilmiş həmin 0.06 ha torpaq sahəsinin sənəd üzrə yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır, belə olan halda iddiaçı mübahisəli torpaq sahəsinin qeydə alınması və 3cü şəxsin mülkiyyətində olan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin ləğvini tələb edə bilməz. Belə ki, iddiaçı İddiaçı ilk öncə Astara Rayon XDS İcraiyyə Komitəsinin ##.##.1979-cu il tarixli aktına əsasən ona ayrılan 0.06 ha torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi üçün inzibati orqana müraciət etməli və müraciətinin təmin edilməsindən imtina ediləcəyi təqdirdə həmin tələblə məhkəmədə iddia qaldıra bilər. Həmin mübahisəli torpaq sahəsinin koordinatları müəyyən edildikdən sonra həmin torpaq sahəsinin 3-cü şəxs üçüncü şəxs5 və qeyrilərinin mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşmədiyi müəyyən edilə bilər. Belə olan halda qeyd edilən məsələ öz təsdiqini tapdıqdan sonra 3-cü şəxsə verilmiş çıxarış və ya plan-ölçü sənədlərini iddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşəcək hissədə mübahisələndirmək hüququ yaranmış olacaqdır. İşin araşdırılması ilə müəyyən edildi ki, Astara Rayon XDS İcraiyyə Komitəsinin baş memarı, Astara şəhər sovetinin deputatı, şəhər sakinləri (qonşu Baxşıyev Ə) və Əliyev M tərəfindən tərtib edilmiş ## ###### 1979-cu il tarixli akt ilə İddiaçı anasından ayrı təsərrüfatda olduğu nəzərə alınaraq, anasının həyətyanı torpaq sahəsindən 0.06 ha torpaq sahəsi ayrılmışdır. Aktda qeyd edilmişdir ki, ayrılan torpaq sahəsi şimaldan Ağabəyim ilə, cənubdan Mizağa ilə, qərbdən Hadi ilə, şərqdən Seyidhəsən ilə həmsərhəddir. Ayrılan torpaq sahəsi üçün tərtib edilən bu akt Astara şəhər sovetində təsdiq edildikdən sonra qüvvəyə minir.” Astara Rayon XDS İcraiyyə Komitəsinin ##.##.1986-cı il tarixli qərarından çıxarışdan görünür ki, Astara şəhər sakini İddiaçı öhdəsində olan 0.6 ha torpaq sahəsində köhnə yararsız evini söküb əvəzində 60 kv.m yaşayış sahəsi olan yeni fərdi evin tikintisinə icazə verilmişdir. Astara Rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən təsdiq edilmiş “Astara rayonunun Giləkəran kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair cədvəl”dən görünür ki, Aqrar İslahat Komissiyasının qərarı ilə X5, X6, üçüncü şəxs5, üçüncü şəxs2, X4 və X1 0.7296 ha torpaq sahəsi (Dövlət aktının nömrəsi 534); İddiaçı 0.06 ha torpaq sahəsi verilmişdir (Dövlət aktının nömrəsi 1241). Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 90.8 kv.m fərdi yaşayış evi və 0.729014 ha torpaq sahəsi üzərində üçüncü şəxs5, üçüncü şəxs4, üçüncü şəxs3, X6, üçüncü şəxs2 və X1 paylı xüsusi mülkiyyət hüququ ##.##.2019-cu ildə qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “...0.06 ha həyətyanı torpaq sahəsinə dair Ərazi idarəsinə təqdim etdiyiniz sənədlərlə faktiki vəziyyət arasında uyğunsuzluqlar mövcuddur. 0.06 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RN-************ reyestr nömrəli hüquqmüəyyənedici sənədlə digər şəxsin adına qeydiyyatdan keçmiş torpaq sahəsinin üzərində yerləşir.” Cavabdeh X2 ** saylı Lənkəran ərazi idarəsinin ##.##.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki. “...1-ci sual üzrə: Astara Rayon XDS İcraiyyə Komitəsinin ##.##.1979-cu il tarixli aktına əsasən İddiaçı ayrılan 0.06 ha torpaq sahəsi üçün tərtib olunmuş həmin aktda göstərilən qonşu torpaq sahələrinin faktiki vəziyyətdəki qonşu torpaq sahələrinə uyğun olmaması, xüsusilə də İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsinə dair ilkin torpaqayırma sənədlərinin ayrılmaz hissəsi olan torpaqayırma sxeminin inzibati iş sənədlərinə əlavə olunmaması və ya mövcud olmaması səbəblərindən həmin 0.06 ha torpaq sahəsinin sənəd üzrə yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. ...3-cü sual üzrə: Astara Rayon XDS İcraiyyə Komitəsinin ##.##.1979-cu il tarixli aktına əsasən İddiaçı ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmadığından faktiki vəziyyətlə də müqayisəli təhlil aparmaq mümkün olmamışdır. İddiaçı İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin (iddia olunan vəziyyətə əsasən) faktiki olaraq üçüncü şəxs5 istifadəsində olması müəyyən olunmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2019cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış və ##.##.2019-cu tarixli ************-***** reyestr nömrəli texniki pasporta əsasən üçüncü şəxs5 və qeyrilərinin mülkiyyətində olan 0.729014 ha torpaq sahəsinin faktiki olaraq üçüncü şəxs5 və qeyrilərinin istifadəsində olması və torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun mövcud olmaması müəyyən olunmuşdur. 4-cü sual üzrə: Astara Rayon XDS İcraiyyə Komitəsinin ##.##.1979-cu il tarixli aktına əsasən İddiaçı ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinin faktiki (iddia olunan vəziyyətə əsasən) koordinatlarının bütövlüklə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış və ##.##.2019cu tarixli ************-***** reyestr nömrəli texniki pasporta əsasən üçüncü şəxs5 və qeyrilərinin mülkiyyətində olan 0.729014 ha torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuşdur (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Qeyd edilən həmin torpaq sahələrinin mövcud baza məlumatlarına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşaraq, qəbul edilmiş məhkəmə aktı ilə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə fərqli olmadığı üçün onun ləğv edilməsini zəruri hesab etmir və gəldiyi nəticə üzrə aşağıdakıları qeyd edir. ##.##.1979-cu il tarixli akt üzrə iddiaçıya ayrılmış 0.06 ha torpaq sahəsi üzrə torpaqayırma sənədləri tam şəkildə yerinə yetirilməmişdir. Belə ki, ayrılmış 0.06 ha torpaq sahəsinin yerini müəyyənləşdirilməyə imkan verərən hər hansı sənəd tərtib edilməmişdir. Bu səbəbdən həmin torpaq sahəsinin sənəd üzrə yerini müəyyən etmək olmamışdır. Halbuki, torpaq ayrılan vaxt qüvvədə olan Azərbaycan SSR Torpaq Məcəlləsinin 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Bundan başqa, mütəxəssis rəyi ilə sübut edilir ki, Astara Rayon XDS İcraiyyə Komitəsinin ##.##.1979-cu il tarixli aktına əsasən İddiaçı ayrılan (hazırda iddia edilən) 0.06 ha torpaq sahəsi üçün tərtib olunmuş aktda göstərilən qonşu torpaq sahələrinin faktiki vəziyyətdəki qonşu torpaq sahələrinə uyğun deyil. Hətta, torpaqayırma sənədləri tam şəkildə yerinə yetirilmiş olsa idi, bu mübahisə üzrə vəziyyəti dəyişməyəcəkdir. Belə ki, iddiaçının iddia etdiyi 0.06 ha torpaq sahəsi islahata məruz qalmış, Aqrar İslahat Komissiyasının qərarı ilə üçüncü şəxslərə verilmiş, iddiaçıya isə başqa yerdən 0.06 ha torpaq sahəsi verilmişdir. İddiaçı isə ## ###### 1979-cu il tarixli akt əsasında ona ayrılmış 0.06 ha torpaq sahəsinin və islahat vaxtı verilən 0.06 ha torpaq sahəsinin ona məxsus torpaq sahələr olmasını bildirir. Halbuki, “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İslahat vaxtı mübahisəli torpaq sahəsi iddiaçının qanuni istifadəsində olsa idi, həmin torpaq sahəsi ona verilərdi və başqa yerdən torpaq sahəsi ayrılmazdı. Astara Rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən təsdiq edilmiş “Astara rayonunun Giləkəran kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair cədvəl”dən görünür ki, Aqrar İslahat Komissiyasının qərarı ilə X5, X6, üçüncü şəxs5, üçüncü şəxs2, X4 və X1 0.7296 ha torpaq sahəsi (Dövlət aktının nömrəsi 534); İddiaçı 0.06 ha torpaq sahəsi verilmişdir (Dövlət aktının nömrəsi 1241). İddiaçı mübahisəli torpaq sahəsini “istifadəsində olan torpaq sahəsi” kimi (səh. 113) qeyd etsədə, işdə olan sənədlər, o cümlədən məhkəmə iclasında aparılmış araşdırma onu deməyə ədeməyə əsas verir ki, mübahisəli torpaq iddiaçının faktiki istifadəsində deyil. Mübahisəli torpaq sahəsinə dair torpaqayırma sənədləri tam şəkildə yerinə yetirilmiş olsa idi, onda məntiqi baxımından iddiaçı Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirməli idi. Bu məsələ ilə bağlı da onun tərəfindən iddia müddəti ötürülmüş olacaq idi. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il ## #### tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Qeyd olunanlara əsasən işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(3-9)-368/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-368/2026
09.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver