Məhkəmə qərarları › İş №2-1(3-9)-370/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-370/2026

19.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-370/2026 19.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası, hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X3 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Beyləqan Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Beyləqan rayonu, Dünyamallar kənd sakini inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 adına olan torpaq sahəsinin plan və ölçüsü sənədinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin müvafiq qərardadı ilə Cavabdeh * saylı Beyləqan Ərazi Idarəsi əsl cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi ilə əvəz edilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim A.Hüseynova) ## #### 2026-cı il tarixli, *- *(***)-***/**** nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı hüququnun pozulmasına əsaslanmaqla tələbinin təmin edilməsi barədə iddia qaldırmaq hüququ o halda mövcud ola bilər ki, həmin torpaq sahəsi ilə bağlı iddiaçının hüququ normativ hüquqi aktlardan irəli gəlmiş olsun. Iş materiallarından müəyyən edilir ki, JN 840 seriyalı, KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən, Beyləqan rayon Aqrar Islahat Komissiyasının ##.##.1999-cu il tarixli, ** saylı qərarı ilə İddiaçı və qeyrilərinə kənd təsərrüfatı istehsalı üçün ayrılmış 1.14 ha torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir və təyinatı üzrə əkin kimi istifadə edilir. 1.14 ha torpaq sahəsi ilə ##.##.2019-cu il tarixli, ************ reyestr nömrəli çıxarış və ona dair plan ölçü və sənədi üzrə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 adına verilmiş 4.0599 ha torpaq sahəsi və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 faktiki istifadəsində olan torpaq sahəsi üstüstə düşmür. Bu halda iddiaçı İddiaçı üçüncü şəxs inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 adına qeydiyyata alınmış ##.##.2019-cu il tarixli, ************ reyestr nömrəli çıxarış və ona dair plan ölçü və sənədini mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Beyləqan rayon Aqrar islahat Komissiyasının 1999-cu il ## ##### tarixli ** nömrəli qərarına əsasən ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün ## ###### 1999-cu il tarixli JN: 840 kodu 60700068 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında 1.14 ha pay torpaq sahəsi verilmişdir. Həmkəndliləri olan Beyləqan rayonu, Dünyamallar kənd sakini X1 və onun ailə üzvlərinə isə kənd təsərrüfatı məhsullarının istehsalı üçün ## ###### 1999-cu il tarixli JN: 841 kodu 60700068 olan “Torpağa Mülkiyyət hüququna “dair Dövlət Aktı əsasında 1.53 ha, X2 və X1 məxsus 1.53 ha pay torpaq sahəsi və 2.53 ha pay torpaq sahələri 2014-cü il tarixində X7. X7 torpaq sahəsini satın aldıqdan sonra həmin torpaq sahələrini bir tərəfində baş hissədə sahibkarlıq məqsədi ilə 4X6 metr ölçüsündə 2(iki) ədəd domiklər və 6 x 30 metr ölçüsündə mal tövləsi və süni düzəldilmiş böyük həcmli göl düzəltmişdir. X7 4.006 ha pay torpaq sahəsini satın aldıqdan sonra həmin torpaq sahəsinin baş hissədə sahibkarlıq məqsədi ilə tikmiş olduğu 4X6 metr ölçüsündə 2(iki) ədəd domiklərin, 6 X 30 metr ölçüsündə olan mal tövləsinin və süni düzəldilmiş böyük həcmli gölün altındakı 1 hektara yaxın olan torpaq sahəsinin qeydiyyatdan çıxarılmasına nail olaraq 4.006 ha pay torpaq sahələrinin uzunluğunun qısalmasına, eninin isə genişlənməsinə dair Reyestdən çıxarış əldə etmiş və bununla da Torpaq sahəsinin plan və ölçüsünün dəyişdirilməsinə nail olmuş və dəyişdirilmiş formada Plan və ölçü sənədi əldə etmişdir. X7 dəyişdirilmiş formada əldə etdiyi plan və ölçü sənədi əsasında satın almış olduğu 4.006 ha torpaq sahəsini ## ###### 2019-cu il tarixdə Beyləqan rayonu, Dünyamalılar kənd sakini inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 oğluna satmışdır. Iddiaçının vəkili birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, torpaq sahəsinin koordinatı dəyişdirildikdə 486 m torpaq sahəsi azaldılaraq 464 m olmuşdur, 22 metr azaldılmışdır. Belə ki, İddiaçı adına tərtib edilmiş dövlət aktında iki nöqtə arasında məsafə 486 metrdir, hazırda isə qısaldılma mövcuddur, Mütəxəssis rəyi verildikdə isə 464 metr sahə qeyd edilir, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 isə dövlət aktı üzrə iki nöqtə arasında məsafə 393 metrdir. Buna görə mübahisə yaranmışdır, koordinatlar əvvəlki qaydada yerinə işlənsə, mübahisə aradan qaldırılacaq. Ekspert rəyi üzrə torpaq sahəsinin sıra cərgəsi görünmür, hər ikisi 464 metr məsafə qeyd etsə də, dövlət aktlarında bu rəqəm mövcud deyildir, mütəxəssis rəyində saxtalaşdırılma var. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim edilsə də, konkret dəlil və əsas göstərilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin və vəkilin iş üzrə verdiyi izahatın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və şikayətin təmin edilməməsini xahiş etdi. Iddiaçıya və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, gəlməmişlər. Məhkəmə kollegiyası işə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -JN 840 seriyalı, KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən, Beyləqan rayon Aqrar Islahat Komissiyasının ##.##.1999-cu il tarixli, ** saylı qərarı ilə İddiaçı, X5 və X6 təsərrüfatı məhsullarının istehsalı üçün 1.14 ha torpaq sahəsi ayrılmışdır. -********** qeydiyyat nömrəli, ##.##.2019-cu il tarixli Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Beyləqan rayonu, Dünyamallar kəndində yerləşən 4.053 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ üzrə Nəbiyev Şəhriyar Əlizamin oğlunun adına qeydiyyata alınmışdır. -AN-İ seriyalı, ******* saylı, ##.##.2017-ci il tarixli daşınmaz əmlakın alqı satqı müqaviləsinə əsasən, X8 rayonu, Dünyamallar kəndində yerləşən 4.0599 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 satmışdır. -Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi * saylı Beyləqan Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2019-cu il tarixli, A ****** saylı torpaq sahəsinin planı və ölçüsünə əsasən Beyləqan rayonu, Dünyamallar kəndində yerləşən 4.0599 ha torpaq sahəsinin texniki göstəriciləri inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 adına işlənmişdir. -## ### 2025-ci il tarixli ekspert rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Beyləqan rayon Aqrar Islahat Komissiyasının ##.##.1999-cu il tarixli, ** saylı qərarı ilə İddiaçı vəqeyrilərinə kənd təsərrüfatı istehsalı üçün ayrılmış 1.14 ha torpaq sahəsinin X14 Uçotu informasiya Sistemində (TEKUIS)-də qeyd edilən sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Həmin torpaq sahəsi hazırda xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkin torpaq sahəsidir, sahənin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud deyildir. Torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir və təyinatı üzrə əkin kimi istifadə edilir. Həmin torpaq sahəsi ilə ##.##.2019-cu il tarixli, ************ reyestr nömrəli çıxarış və ona dair plan ölçü və sənədi üzrə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 adına verilmiş 4.0599 ha torpaq sahəsi və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşmür. Qeyd edilən torpaq sahələrinin koordinatları və döngə nöqtələri mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir. Beyləqan rayon Aqrar Islahat Komissiyasının ##.##.1999-cu il tarixli, ** saylı qərarı ilə İddiaçı və qeyrilərinə kənd təsərrüfatı istehsalı üçün ayrılmış 1.14 ha torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırki halda iddiaçının subyektiv hüququnun pozulması iş materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının hazırki iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi ilə koordinatlar baxımından üst-üstə düşməsi halının mövcud olmasıdır. Başqa sözlə, hazırki iddianı qaldırmaqda iddiaçının hüquqi marağı o vaxt olacaqdır ki, inzibati orqan tərəfindən üçüncü şəxsin adına tərtib edilmiş plan və ölçü sənədi üzrə torpaq sahəsinin koordinatları (sərhədləri) iddiaçının mülkiyyətində olan torpaq sahəsinin üzərinə düşsün. Yuxarıda qeyd edilən mütəxəssis rəyindən isə görünür ki, mübahisələndirilən torpaq sahəsinin iddiaçı ilə bağlılığı yoxdur. Bu hal iddiaçının üçüncü şəxsin adına tərtib edilmiş plan və ölçü sənədini mübahisələndirmək hüququnu istisna edir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar