Məhkəmə qərarları › İş №2-1(3-9)-375/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-375/2026

18.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-375/2026 18.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi X3rşı iş üzrə QƏRARDADİ (Açar sözlər: qərarın ləğv edilməsi, əlilliyin bərpa edilməsi, iddia müddəti) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və X2 ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi X3rşı “qərarın ləğv edilməsi və müddətsiz əlilliyin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: İddiaçıya ##.##.2014-cü il tarixdə X9: VI sinif-Sinir sistemi xəstəlikləri=>G35-G37-Mərkəzi sinir sisteminin mielinsizləşmə ilə gedən xəstəlikləri =>G36-Kəskin disseminə olunmuş mielinsizləşmənin digər forması=>G36.9-Dəqiqləş...Diaqnozun mətni: Baş beyin aroxnoidi hipertenzion sindrom tez-tez baş verən qıcolma tutulma və adremo-simpolin krizlərlə, Meyar: 2.2 İkinci dərəcə əlillik =>Digər: Baş beyin aroxnoidi hipertenzion sindrom xəstəliyi ilə bağlı ümumi xəstəlik səbəbi ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli bildirişdə qeyd edilmişdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qymətləndiniməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar taqdim edildiyi hallarda Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Qeyd edilənləri nəzərə alaraq siz ##.##.2024-cü il tarixdə saat 14:00-a qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç. 134) əyani müayinəyə dəvət olunursunuz. Əyani müayinəyə gələrkən özünüzlə mövcud xəstəliyinizə dair tibbi sənədləri, həmçinin varsa, əlillik səbəbini təsdiq edən müvafiq sənədləri (qərar, şəhadətnamə, istehsalat zədəsi ilə əlaqədar əlilliyi olan şəxslərdə “İZ” formalı akt həqiqi hərbi xidmətdə olan şəxslərin hərbi bileti, məhkəmə aktı və s.) gətirməyiniz xahiş olunur.” Poçt sənədindən görünür ki, iddiaçının əyani müayinəyə cəlb edilməsi barədə bildiriş ona ##.##.2024-cü il tarixdə təqdim edilmişdir. Tibbi-sosial ekspert komissiyasının ## #### 2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarında qeyd edilmişdir ki, “...Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X11 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 17 (on yeddi) nəfərə dair ##.##.2024-cü il tarixə əyani müayinəyə çağırılması haqqında ünvanına sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Agentliyinin tibbi-sosial ekspert komissiyası həmin vətəndaşların 9 (doqquz) nəfərinin və digər tarixə dəvət edilib lakin müayinədə iştirak etməmiş, 28 iyun tarixində müayinəyə gəlmiş daha 1 (bir) nəfər vətəndaşın əyani müayinəsini həyata keçirmiş, 8 (səkkiz) nəfər vətəndaş isə müayinəyə gəlmədiyindən tibbi-ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatları araşdırılmış, ##.##.2024-cü il tarixində müayinə sənədi təqdim etmiş 1 (bir) nəfər vətəndaş da daxil olmaqla ümumilikdə 19 (on doqquz) nəfər barəsində qərar verilmiş və aşağıdakıları müəyyən etmişdir.

14. Masallı rayon sakini ##.##.1981-ci il təvəllüdlü İddiaçı (FİN:*******) əlillik vəziyyəti Tibbisosial ekspert komissiyası tərəfindən əyani müayinə əsasında ##.##.2014-cü il tarixində qiymətləndirilmiş və ona “Baş beyin aroxnoidi hipertenzion sindrom tez tez baş verən qıcolma tutulma və adremo-simpolin krizlərlə” diaqnozu ilə Ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş *-**-*/*-R-*****/**** nömrəli məktub əsasında ##.##.2024cü il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından Tibbi-sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, qüvvədə olan əlillik təyinatı ləğv edilsin, ##.##.2014-cü il tarixindən “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilsin.” Agentlik tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli *-**-*/*-Ş-*****/**** nömrəli məktubda qeyd edilmişdir ki, “...Siz ##.##.2024-cü il tarixdə Agentliyə əyani müayinəyə dəvət olunmusunuz. Həmin bildirişdə əyani müayinəyə gəlmədiyiniz halda iştirakınız olmadan barənizdə müvafiq inzibati akt qəbul ediləcəyi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən sizə ümumi xəstəlik səbəbindən ##.##.2014-cü il tarixində təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyinizin ləğvi barədə qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-73-cü maddələrinə əsasən barənizdə qəbul edilən qərardan 30 gün müddətində müvafiq şikayət instansiyasına və ya məhkəməyə şikayət vermək hüququnuz var. Qeyd: Qərarın mətni ilə e-sosial.az portalından öz şəxsi kabinetiniz vasitəsi ilə tanış ola bilərsiziniz.” Agentlik tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli *-**-*/*-Ş-*****/**** nömrəli məktub sifarişli xəbərnamə ilə göndərilmiş və ##.##.2024-cü il tarixdə iddiaçı tərəfindən qəbul edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə:

İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Tibbi-sosial ekpert komissiyasının barəsində qəbul etdiyi qərarının ona aid hissədə ləğv edilməsi və həmin tarixdən müddətsiz ikinci dərəcəli əlilliyinin bərpa edilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması

İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qanunsuz olaraq müddətsiz əlilliyi ləğv edilmişdir. Müddətsiz əlillik təyin edilməsinə əsas olmuş xəstəlikdən hazırda da əziyyət çəkir. 2024-cü ilin ortalarınadək əliliyə görə pensiya almışdır. Mübahisələndirilən qərar ona təqdim edilməmişdir.

Cavabdehin etirazları:

Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Masallı RMX-nın ##.##.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Baş beyin aroxnoidi hipertenzion sindrom tez tez baş verən qıcolma tutulma və adremo-simpolin krizlərlə. Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz təsdiqini tapmadı qərarı qəbul edilmişdir. Səbəbi ilə imtina verilmişdir. Şirvan İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qərardadı (hakim Hilal Nəcəfov) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qərardadının ləğv edilməsini və işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə eynilik təşkil edir.

Apellyasiya şikayətinə etiraz:

Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qərardadının ləğv edilməsini və işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, bildirdi ki, mübahisələndirilən qərar barədə rəsmi qaydada iddiaçıya məlumat verilmiş, lakin onun tərəfindən iddia müddəti ötürülmüşdür. Sonda K.H.Abdulrəhimov apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq:

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 73. İnzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər.

“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianın mümkün saymamış və hesab etmişdir ki, iddiaçı iddia müddətini ötürmüşdür. İş materiallarında olan sənədlərlə müəyyən edildi ki, iddiaçıya ##.##.2014-cü il tarixdə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən ##.##.2024-cü il tarixdə əyani müayinəyə çağırılmış, bunun barədə bildiriş ona ##.##.2024-cü il tarixdə təqdim edilmiş, lakin o, əyani müayinə olunmaq üçün getməmişdir. Mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından Tibbi-sosial ekspert komissiyasının ## #### 2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarı ilə qüvvədə olan əlillik təyinatı ləğv edilmiş, ##.##.2014-cü il tarixindən “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Agentlik tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli *-**-*/*-Ş-*****/**** nömrəli məktubda qeyd edilmişdir ki, “...Siz ##.##.2024-cü il tarixdə Agentliyə əyani müayinəyə dəvət olunmusunuz. Həmin bildirişdə əyani müayinəyə gəlmədiyiniz halda iştirakınız olmadan barənizdə müvafiq inzibati akt qəbul ediləcəyi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən sizə ümumi xəstəlik səbəbindən ##.##.2014-cü il tarixində təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyinizin ləğvi barədə qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-73-cü maddələrinə əsasən barənizdə qəbul edilən qərardan 30 gün müddətində müvafiq şikayət instansiyasına və ya məhkəməyə şikayət vermək hüququnuz var. Qeyd: Qərarın mətni ilə e-sosial.az portalından öz şəxsi kabinetiniz vasitəsi ilə tanış ola bilərsiziniz.” Agentlik tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli *-**-*/*-Ş-*****/**** nömrəli məktub sifarişli xəbərnamə ilə göndərilmiş və ##.##.2024-cü il tarixdə xəbərnamə imzalanmaqla qəbul edilmişdir (səh. 94). “İnzibati icraat haqqında” Qanunun 62.1 və 62.2-ci bəndlərinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Bundan başqa, iddiaçı iddia ərizəsində 2024-cü ilədək əlilliyə görə pensiya aldığını qeyd etmişdir. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı onun müddətsiz əlilliyinin ləğv edilməsi ilə bağlı qəbul edilmiş ## #### 2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərardan ən geci ##.##.2024-cü il tarixdə məlumatlı olmuş, həmin qərar barədə ona yazılı şəkildə məlumat verilmiş (##.##.2024-cü il tarixli məktubla), qərarın mətni ilə e-sosial.az portalından şəxsi kabineti vasitəsi ilə tanış ola bilməsi bildirilmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti izah edilmişdir. İddiaçı həmin qərarı qanunla müəyyən edilmiş iddia müddəti ərzində (30 gün) mübahisələndirməmiş, sonradan 1 il 2 aydan artıq bir müddət keçdikdən sonra 2025-ci ilin oktyabr ayında məhkəməyə müraciət etmişdir. İddiaçı mübahisələndirilən qərardan inzibati qaydada şikayət etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 73.1 və 74.1-ci maddələrinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati şikayət yazılı formada tərtib edilir. Məhkəmə kollegiyası bildirir ki, ## #### 2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərar bütün əlamətlərinə görə bir inzibati aktdır və bu inzibati akt mübahisələndirilə bilmək kimi xüsusiyyətə malikdir. Lakin iddiaçı həmin inzibati aktı nə “İnzibati icraat haqqında” Qanunda müəyyən edilmiş müddətdə şikayət instansiyasında, nədə İPM-in 38.1-ci maddəsində göstərilmiş müddətdə məhkəmədə mübahisələndirməmiş, qanunvericilikdə təsbit edilmiş müddəti ötürmüşdür. Birinci instansiya məhkəməsi iddiaçıya hüquqi yardım edərək, müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilməsini bildirsədə, onun tərəfindən belə bir ərizə təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həm qanunvericiliyin tələbinə, həm də formalaşmış məhkəmə təcrübəsinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Odur ki, mübahisələndirilən qərarla (inzibati aktla) bağlı iddiaçı tərəfindən şikayət vermə müddəti ötürüldüyündən birinci instansiya məhkəməsi haqlı olaraq iddianı mümkün saymamışdır. Oxşar işlər üzrə Ali Məhkəmənin İnzibati kollegiyasının ##.##.2025-ci il tarixli 2-1(102)- 2576/2025 və ##.##.2026-cı il tarixli *-*(***)-****/**** saylı qərarlarında mövqe eyni olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar