Məhkəmə qərarları › İş №2-1(3-9)-377/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-377/2026

19.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-377/2026 19.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və X1 ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş artıq ödənilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin məbləğinin tutulması haqqında ##.##.2022-ci il tarixli, ***** nömrəli qərarın və yaranmış artıq ödəmə üzrə məbləğin iddiaçıya əlilliyə görə əmək pensiyasına yönəldillərək tutulma haqqında ##.##.2022-ci il tarixli, ****** nömrəli qərarın (inzibatı aktlar) ləğv edilməsi, müavinat məbləğindən tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və tutulmanın icra olunmasının Əli-Bayramlı “xxxx” ASC-yə həvalə edilməsi barədə qərаr qəbul edilməsini хаhiş еtmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim R.Nuriyev) ## ##### 2026-cı il tarixli, *-*(*- *)-****/**** nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirilən ##.##.2022-ci il tarixli qərarlardan məlumatı olmuşdur. Bu hal Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(*-*)-****/**** saylı və Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-ci il tarixli qərardadları ilə də öz təsdiqini tapmışdır. Odur ki, məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti (30 günü) ötürmüş olur. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.1972-ci il tarixdən Əli-Bayramlı “xxxx” ATSC zavodunda süpürgəçi işləmişdir. Çalışdığı müddət ərzində iş yerində Pambıq təmizləmə zavodunda sağ qolunu itirmişdir. ##.##.1973-cü il tarixdə pensiyaya çıxmağı ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər Şöbəsi tərəfindən II qrup müddətsiz əmək zədəsi ilə müddətsiz əlillik təyin edilmişdir. ##.##.2022-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona əmək pensiyasından aparılan tutulma ilə əlaqədar məktub ünvanlanmış, ##.##.2016-cı il tarixindən ##.##.2022-ci il tarixinədək aylıq ödənc əvəzinə aylıq müavinət üzrə artıq ödəmə müəyyən edildiyi bildirilmişdir. Həmçinin bildirilmişdir ki, ona ##.##.2008-ci il tarixdən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət təyin edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq məktubuna əsasən ##.##.2016-cı il tarixdən X3 zavodunun özəlləşdirilməsi başa çatmışdır. Həmin zavodun ##.##.2016-cı il tarixdən özəlləşdirilməsinə baxmayaraq ona ##.##.2008-ci il tarixdən təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi ##.##.2022-ci il tarixədək davam etdirilmişdir. Nəticədə ##.##.2016-cı il tarixdən ##.##.2022-ci il tarixədək aylıq ödənc əvəzinə aylıq müavinət üzrə artıq ödəmə müəyyən edilmiş və müavinətin ödənişi ##.##.2022-ci il tarixli ***** nömrəli qərar ilə dayandırılmışdır. Müavinət dayandırıldığı üçün yaranmış artıq ödəmə üzrə tutulma ##.##.2022-ci il tarixli ****** nömrəli qərar ilə əlilliyə görə əmək pensiyasına yönəldilmiş və hər ay 53,09 manat olmaqla tutulur. Qeyd edilən müraciət əsasında ödənilmiş vəsaitin əlilliyə görə əmək pensiyasından tutulmasının dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin *-*(*-*)-****/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə iddiası mümkün sayılmamışdır. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Iddiaçı apellyasiya şikayətini müdafiə etdi və qanunvericiliyin tələbləri ilə bağlı məlumatlı olmadığını bildirdi. Cavabdehin nümayəndəsi şikayətin dəlillərini qəbul etmədi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -62.1. inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -64.1. inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -38.1. mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. -38.2. məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2022-ci il tarixli qərarından görünür ki, iddiaçıya sosial müavinətin təyin olunmasından imtina edilmişdir. -Həmin qurumun ##.##.2022-ci il tarixli qərarının məzmunundan görünür ki, iddiaçıya ##.##.2016-cı il tarixdən ##.##.2022-ci il tarixədək olan dövr üzrə artıq ödənilmiş sosial müavinətin əlilliyə görə əmək pensiyasından tutulması qərara alınmışdır. Hazırki iş üzrə təqdim edilmiş sənədlərdən və Şirvan Inzibati Məhkəməsinin arxivindən əldə olunaraq, öyrənilmiş *-*(***)-****/**** nömrəli işin materiallarından görünür ki, müavinətin dayandırılması və tutulmanın aparılması yuxarıda qeyd olunan qərarlar əsasında həyata keçirilməsinə baxmayaraq, iddiaçı əmək pensiyasından tutulmanın dayandırılması barədə iddia ilə ##.##.2025-ci il tarixdə (2 ildən artıq müddətdən sonra) iddia qaldırmış, həmin işə baxılarkən hazırda mübahisələndirilən ##.##.2022-ci il tarixli qərar iş mataeriallarına əlavə edilmiş və iddiaçının bu qərar barədə məlumatı olmuşdur. Həmin iş üzə iddia Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə mümkünsüz sayılmış, qərardaddan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qəbulundan Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə imtina edilmiş, qərardad iddiaçıya məxsus elektron kabinetə ##.##.2026-cı il tarixdə yerləşdirilməsinə baxmayaraq, iddiaçı tərəfindən IPM-nin 24.2-ci maddəsi ilə müəyyən edilmiş müddət də ötürülməklə ##.##.2026-cı i tarixdə hazırki iddia verilmişdir. Göründüyü kimi iddiaçı mübahisələndirilən qərardan uzun müddət məlumatlı olmasına baxmayaraq, qanunla müəyyən edilmiş müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən qərar üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq iddia mümkün sayılmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar