Məhkəmə qərarları › İş №2-1(3-9)-38/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-38/2026

05.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(3-9)-38/2026 05.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı1, İddiaçı2, İddiaçının nümayəndəsi X17 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli, 2-1(120)-68/2025 saylı qərardadından iddiaçılar tərəfindən verilən apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Lənkəran rayonu Siyakü kənd bələdiyyəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində və 32 il istifadələrində olan torpaq sahəsinə görə X9 xx.xx.2009-cu ildə Seriya MH, № ******* seriyalı və xx.xx.2018-ci ildə RX № ******* seriyalı Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışların etibarsız hesab edilməsi, Siyakü kənd bələdiyyəsi tərəfindən bağlanmış müqavilənin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçılar məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə cavabdeh Lənkəran rayonu Siyakü kənd bələdiyyəsinin hazırkı inzibati məhkəmə icraatında cavabdeh kimi prosessual iştirakına xitam verilməsini, iddia tələbinin dəyişdirilərək “X7 adına olan və ilkin sənəd əsası olmadan verilmiş ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli çıxarışın ləğv olunması” kimi qəbul olunmasını xahiş etmişlər. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Lənkəran rayonu Siyakü kənd bələdiyyəsinin hazırkı inzibati məhkəmə icraatında cavabdeh kimi prosessual iştirakına xitam verilmiş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Bundan əlavə, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X11 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 Astara rayonunun Siyakü kəndində ailəsi ilə birlikdə yaşayır. O, 1992-ci ildə Astara rayonunun “Fialetov” sovxozuna fərdi yaşayış evi tikməkdən və torpaq sahəsinin alınmasından ötrü ərizə ilə müraciət etmişdir. Sovxoz onun ailə üzvlərinin sayını nəzərə alaraq ona 6 sot torpaq sahəsi ayırmışdır. Həmin torpaq sahəsində o, 1 otaqlı və 1 eyvanlı ev tikmişdir. Ailəsini həmin evə köçürmüşdür. Orada 4 uşaq böyütmüşdür. Bir qızını oradan ər evinə köçürmüşdür. Bir qızı nişanlıdır. Həmin evdən 1 oğlunu hərbi xidmətə yola salmışdır. Bir oğlu isə anadangəlmə əlildir, həmin evdə yaşayır. Özü də 30 ildir ki o evdə yaşayır. 30 ildir ki, həmin evin kommunal xərclərini, həmin evin torpaq və evə aid olan vergisini ödəyir. Orada çoxlu meyvə ağacları əkmişdir. Həmin ağaclar hazırda meyvə verir. Onunla bir kənddə yaşayan X11 30 ildir ki, şəxsi istifadəsində olan, əkib-becərdiyi torpaq sahəsinə sahib çıxmaq üçün Astara Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə əsaslı faktlara və sübutlara əsaslanaraq torpağın ona məxsus olması haqqında qətnamə çıxarmışdır. Qarşı tərəf Astara Rayon Məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermişdir. Şirvan Apelyasiya Məhkəməsi ədalət naminə Astara Rayon Məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlamışdır. Qarşı tərəf Şirvan Apelyasiya Məhkəməsinin qətnaməsindən Ali Məhkəməyə kassasiyya şikayəti vermişdir. İş yenidən Şirvan Apelyasiya Məhkəməsinə qaytarılmışdır. Astara Rayon Məhkəməsi işlə bağlı ekspertiza təyin etmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 12 aprel 2019-cu il tarixli, 6247 saylı rəydən görünür ki, RX seriyalı ******* saylı çıxarışa əsasən iddiaçı X7 mülkiyyətində olan 6,03 hektar torpaq sahəsi iddia olunan yerdə İddiaçı2 və İddiaçı1 tərəfindən istifadə edilmir. Bu faktı mütəxəssis və ekspert rəylərindən əlavə təqdim edilmiş sənədlərlə də təsdiq edir. X19 X13 09 yanvar 2019-cu ildə verdiyi arayışdan görünür ki, X12 istifadə etdiyi torpaq sahəsi X25 aiddir. X11 müxtəlif mötəbər idarə və təşkilatlara əsassız və qanunsuz ərizə və şikayətlər yazaraq, guya o, meşə torpaqlarını qanunsuz zəbt etmiş, ağacları kəsib qanunsuz ev tikmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, əlavə 4 nəfər və şikayətçinin iştirakı ilə ərazi yoxlanılmış və araşdırılmışdır. Araşdırma zamanı aydın oldu ki, İddiaçı1 1989-cu ildə X21 ilə bağlanmış müqavilə əsasında özünün saldığı 1 hektar mandarin bağından və orada müvəqqəti sığınacaq kimi tikilmiş kiçik həcmli tikilidən istifadə edir. Bu gün mübahisə predmeti olan torpaq sahəsindən o, 32 ildir şəxsi torpağı kimi istifadə edir. Bu gün həmin torpağa sahib çıxmaq istəyən, əsassız olaraq saxta çıxarış ilə torpağı əlindən almaq istəyən X11 bu keçən 32 il ərzində harada idi? Bu müddət ərzində qarşı tərəf heç vaxt torpaq iddiasında olmamışdır. Bəs niyə o vaxt torpağa sahib çıxmamışdır? Həmin torpağın ona məxsus olması haqqında kənd bələdiyyəsində, icra nümayəndəliyində, bələdiyyələrlə iş birliyi idarəsində heç bir sənəd yoxdur. Bildirmək istəyir ki, X8 eyni torpağa görə 2 çıxarış vardır. Buradan görünür ki, bu çıxarışlar formal xarakter daşıyır. Birinci çıxarış xx.xx.2009-cu ildə Seriya MH, №-0013714 nömrəli Dövlət Reyster Xidməti tərəfindən verilmişdir. İkinci çıxarış xx.xx.2018-ci ildə RX Seriyalı, № -1424263 nömrəli çıxarışdır. Əgər bu çıxarışlar var idisə niyə o vaxt torpaq tələb etməyib? Ola bilər ki, çıxarış başqa torpaq sahəsinə verilib. Ona görə də ona məxsus torpağa çıxarış verilə bilməz. Əgər verilibsə həmin çıxarış etibarsız sayılmalıdır. Torpağın ona verilməsi barədə kənd bələdiyyəsində heç bir müqavilə yoxdur və ola bilməz. Bələdiyyə bilir ki, o torpaq 32 ildir ki, onun istifadəsindədir. Orada olan ağacları o yetişdirmişdir. Əgər müqavilə varsa həmin müqavilə məhkəmə qətnaməsi ilə ləğv edilməlidir. Bildirmək istəyir ki, hər şey ədalət naminə olmalıdır. O, bu keçən 32 il ərzində o torpaqda böyük əziyyət çəkmişdir. Əlləri bəlkə də 32 min dəfə o torpaqda qabıq töküb. O, torpağın hər qarışına onun alın təri qarışıb. Onun hər qarışında əlinin və ayağının izləri var. O, buna görə saxta sənədlərin etibarsız hesab edilməsi və ləğv olunması üçün Məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, mübahisələndirilən əmlaka dair arxiv və baza məlumatları tərəflərindən tam araşdırıldı. Hazırki iş üzrə zərurət yarandığından, tərəflərdən sayılan X7 adına tam mülkiyyət hüququ üzrə xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarış’ın (Astara rayonu, Sığaloni kəndi ərazisində yerləşən, ümumi ölçüsü 6.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair) və həmin hüquqmüəyyənedici sənədin verilməsinə əsas olmuş ilkin sənədlərin təsdiqlənmiş surəti baxılmasından ötrü digər sorğunuza cavab olaraq Sizə əvvəllər təqdim olunmuşdur. Ərazi İdarəsi olaraq bildirirlər ki, mübahisələndirilən əmlaka dair tərəflərindən verilmiş yuxarıda barəsində qeyd olunan “Çıxarış” ilkin sənədlər əsasında vətəndaş X7 mülkiyyətində olan 6.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərtib olunmuş hüquqmüəyyənedici sənəddir. Həmin “Çıxarış” tam qanunamüvafiq verilmişdir, sözügedən hüquqmüəyyənedici sənədin ləğv olunması proseduruna etiraz edirlər və lazım gələrsə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmaqla işin baxılmasının davam etdirilməsi barədə qərardad qəbul edilməsini zəruri hesab edirlər. Şirvan İnzibati Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli, 2-1(120)-68/2025 saylı qərarı (F.Abbasov) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçılar apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli, 2-1(120)-68/2025 saylı qərardadının ləğv edilməsini xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X7 mülkiyyətinə verilmiş 6,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Astara Rayon Dövlət Notariat Kontorunda bağlanmış 30 iyun 2009-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X1. Bu barədə X11 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarış verilmişdir. Alqı-satqı müqaviləsi əsasında X9 mülkiyyət hüququ xx.xx.2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2019-cu il tarixli, 6247 saylı rəyindən görünür ki, Çıxarışa əsasən mülkiyyətdə olan 6,03 ha torpaq sahəsi iddia olunan yerdə İddiaçı2 və İddiaçı1 tərəfindən istifadə edilmir. Əgər həmin vaxt torpaq sahəsi istifadəmizdə olubsa, yüklü olduğu halda torpaq sahəsi bankın mülkiyyətinə keçirilməsi əsasları məlum deyildir. Qeyd edirik ki, ilkin sənədlərə görə 6.03 hektar torpaq sahəsi bələdiyyə torpaq sahəsi olmuş və bələdiyyə fonduna daxil olana kimi İddiaçı1 və İddiaçı2 istifadəsində olduğu təsdiq olunur və bələdiyyə həmin torpaq sahəsini X5 o vaxt qüvvədə olmuş “Bələdiyyə Torpaqların idarə edilməsi haqqında Qanunun 16- cı maddəsinin tələblərini pozmuşdur. Bunlara əsasən torpaq sahəsinin X3 əsaslı və qanuni olmamışdır. Bunlarda torpaq sahəsinə dair çıxarışın ləğv edilməsini qanuni və əsaslı olduğunu təsdiq edir. Mübahisəli torpaq sahəsinə iki dəfə çıxarış tərtib edildiyi halda iddiaçıların iddia etdikləri torpaq sahələri ilə xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli və **********92 reyestr nömrəli dövlət reyestrindən X7 xüsusi mülkiyyətində olan torpaq sahəsinin koordinat göstəricilərinin sənədlər üzrə üstüstə diişüb-düşməməsini müəyyən etmək mümkün olmadığından iddiaçılar hazırkı iddia tələbini irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik deyildir qərardadda qeyd edilir. Bunlar da məhkəmə tərəfindən iddia tələbimiz üzrə tam və hərtərəfli araşdırma aparmadığını təsdiq edir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli, 2-1(120)-68/2025 saylı qərardadının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçı1 apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan İnzibati Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli, 2-1(120)-68/2025 saylı qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan İnzibati Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli, 2-1(120)-68/2025 saylı qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi Faiq Muradov apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan İnzibati Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli, 2-1(120)- 68/2025 saylı qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunsa da məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: «İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 2.0.11. Əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçıların tələbi “X7 adına olan və ilkin sənəd əsası olmadan verilmiş ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli çıxarışın ləğv olunması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı2 Astara rayon Sovetinin 15 aprel 1992-ci il tarixli 2 nömrəli qərarı ilə (Siyakü çayçılıq sovxozunun 15 dekabr 1992-ci il tarixli 258 nömrəli əmrinə əsasən) ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha torpaq sahəsinin konkret sərhəd yerləşmə həndəsi ölçülərini göstərən hüquqmüəyyənedici sənədlərə malik olmadığından, nəticədə həmin torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və koordinatlarını müəyyən etmək mümkün olmadığından və faktiki istifadəsində olan torpaq sahəsinin məhz Astara rayon Sovetinin 15 aprel 1992-ci il tarixli 2 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinin olmasını sübuta yetirə bilmədiyindən, habelə İddiaçı2 faktiki istifadəsində olan torpaq sahəsi X25 aid olduğundan, eləcə də digər İddiaçı1 heç bir hüquqmüəyyənedici sənəd olmadan istifadə etdiyi torpaq sahəsi Əsxənəkəran meşəbəyiliyinin 27-ci kvartalında yerləşməklə X25 aid olduğundan, nəhayət iddiaçıların iddia etdikləri torpaq sahələri ilə xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli və **********92 reyestr nömrəli dövlət reyestrindən X2 xüsusi mülkiyyətində olan torpaq sahəsinin koordinat göstəricilərinin sənədlər üzrə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadığından iddiaçılar hazırkı iddia tələbini irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Bu baxımdan hazırkı iddia tələbi üzrə ilkin olaraq iddiaçının subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmadığı aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə, işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Məhkəmə araşdırması zamanı iş materialında olan sənədlərdən, tərəflərin verdiyi izahatlardan müəyyən edilmişdir ki, İddiaçı2 1992-ci ildə Astara rayonunun “Fialetov” sovxozuna fərdi yaşayış evi tikmək və torpaq sahəsinin alınması üçün müraciət etmişdir. Astara rayon Sovetinin 15 aprel 1992-ci il tarixli 2 nömrəli qərarı ilə (Siyakü çayçılıq sovxozunun 15 dekabr 1992-ci il tarixli 258 nömrəli əmrinə əsasən) ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha torpaq sahəsi ayrılmışdır. İddiaçılar iddia edir ki, onların həmkəndlisi X11 həmin torpaq sahəsinə əsassız olaraq çıxarış almışdır. Qeyd edilməlidir ki, sözügedən torpaq sahəsi Qurbanova Həqiqətdən əvvəlki mülkiyyətçi X10 mülkiyyətinə Astara rayonu Vaqo Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 15 saylı, Astara rayonu Sığaloni Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 11 saylı, Astara rayonu Miki Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 11 saylı qərarları ilə verilmişdir. Şahmarov Firdos ilə Qurbanova Həqiqət arasında 30 iyun 2009-cu il tarixində bağlanmış alqı-satqı müqavilələri ilə 6.03 ha torpaq sahəsi Qurbanova Həqiqətə satılmışdır. Daha sonra həmin torpaq sahəsi "xxxx" BOKT MMC-nin mülkiyyətinə keçmişdir. 15 noyabr 2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə satıcı "xxxx" BOKT MMC 6.03 ha torpaq sahəsini X4. 19 noyabr 2018-ci ildə **********92 reyestr nömrəli çıxarışla həmin torpaq sahəsi X7 adına rəsmiləşdirilmişdir. Həmin çıxarışın etibarsız hesab edilməsi ilə bağlı iddiaçılar İddiaçı2 və İddiaçı1 mülki qaydadada iddia qaldırmışdır. Astara rayon məhkəməsinin 2(018)-109/2019 saylı, 15 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İş üzrə apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-768/2019 nömrəli, 15 noyabr 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(102)-1534/2021 nömrəli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar hazırda inzibati qaydada iddia qaldıraraq xx.xx.2018-ci il tarixli, **********92 reyestr nömrəli çıxarışın ləğv edilməsini tələb edirlər. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/52 nömrəli ekspert rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: Qərardadın birinci və dördüncü sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3483/2023 saylı mütəxəssis rəyinə əsasən, Astara rayon Sovetinin 15 aprel 1992-ci il tarixli 2 nömrəli qərarı ilə (Siyakü çayçılıq sovxozunun 15 dekabr 1992-ci il tarixli 258 nömrəli əmrinə əsasən) İddiaçı2 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqayırma sxemi (torpaq sahəsinin sərhəd yerləşmə həndəsi ölçüləri və s.əks olunan) inzibati iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığındam həmin 0.06 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. İddiaçı2 faktiki istifadəsində olan torpaq sahəsinin naturada koordinatları müəyyən edilmiş və həmin torpaq sahəsinin mübahisəli ərazidə yerləşməsi məlum olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin xx.xx.2018-ci il tarixli, 14/761 №-li məktubunda qeyd olunanlara əsasən, İddiaçı2 faktiki istifadəsində olan fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahəsinin X25 aid olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X24 Təsərrüfatı Mərkəzinin xx.xx.2019-cu il tarixli, 06 №-li məktubunda qeyd olunanlara əsasən, İddiaçı1 istifadə etdiyi torpaq sahəsinin Əsxənəkəran meşəbəyiliyinin 27-ci kvartalında yerləşdiyi və X25 aid olduğu müəyyən edilmişdir. Qərardadın ikinci və beşinci sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3483/2023 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli və **********92 reyestr nömrəli X2 xüsusi mülkiyyətində olan 6.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilmişdir. Torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyətinin üst-üstə düşməməsi müəyyən olunmuşdur. Belə ki, mövcud baza məlumatlarında araşdırma zamanı sözügedən 6.03 ha torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki məkan göstəriciləri ilə torpaq sahəsinin faktiki yerləşdiyi məkan göstəriciləri arasında uyğunsuzluqların (sərhəd yerləşmə və konfiqurasiya fərqlərin) mövcud olması, torpaq sahəsinin 1.31 ha hissəsinin dövlət meşə fondu torpaqlarına aid olması müəyyən olunmuşdur. Eyni zamanda araşdırma zamanı həmin 6.03 ha torpaq sahəsinin 0.66 ha hissəsinin İddiaçı2 faktiki istifadəsində olan fərdi yaşayış evlərinin (fərdi yaşayış evinin birinin köhnə tikili olması müəyyən olunmuş) yerləşdiyi torpaq sahəsinin üzərinə və 1.02 ha hissəsinə isə inzibati işdə adı çəkilməyən kənd sakinlərinin istifadəsində olan torpaq sahələrinin və ümumi istifadədə olan gediş-gəliş yolunun üzərinə düşməsi müəyyən olunmuşdur. Torpaq sahəsinin qalan hissəsinin isə X7 faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2- 3483/2023 saylı mütəxəssis rəyinə əsasən, Astara rayon Sovetinin 15 aprel 1992-ci il tarixli 2 nömrəli qərarı ilə (Siyakü çayçılıq sovxozunun 15 dekabr 1992-ci il tarixli 258 nömrəli əmrinə əsasən) İddiaçı2 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və koordinatlarını müəyyən etmək mümkün olmadığından həmin 0.06 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli və **********92 reyestr nömrəli X2 xüsusi mülkiyyətində olan 6.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinat göstəricilərin sənədlər üzrə üst-üstə düşüb düşməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarından çıxış edərək qeyd etməyi zəruri hesab edir ki, inzibati icraat qaydasında iddianın mümkün hesab edilməsi üçün subyektiv hüquqlarının olması vacib şərtdir ki, həmin hüquq Qanundan və ya hər hansı inzibati aktdan yarana bilər. Şərh olunan hüquq normasının tələbindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki tələb üzrə iddiaçının subyektiv hüququnun olması üçün mübahisələndirilən torpaq sahəsi ilə iddiaçıya ayrılmış torpaq sahəsi eyni ərazi olmalıdır (yəni tam və ya qismən üst-üstə düşməlidir). Hazırki iş üzrə iddiaçılar apellyasiya şikayətinin dəlili kimi mübahisəli torpaq sahəsinin onlara məxsus olmasını irəli sürsə də xx.xx.2022-ci il tarixindən (iddia ərizəsinin məhkəməyə daxil olduğu gündən) ekspertiza keçirildiyi vaxtadək və ondan sonra bu halı təsdiq edən hər hansı mötəbər sübutu - torpaq sahəsinin həndəsi ölçülərini əks etdirən hər hansı sənədi, sxemini (yerquruluşu xəritəsini) məhkəməyə təqdim etməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçıya məxsus torpaq sahəsinin koordinatları və həmin sahələrin üst-üstə düşməsi halı müəyyən edilməmişdir. İş materialarında yalnız torpaq sahəsi ilə bağlı xx.xx.1995-ci il tarixli akt olmuşdur ki, həmin akt iş üzrə yerquruluşu ekspertizası təyin edilərkən iş materialları ilə birlikdə mütəxəssis və ekspertə təqdim edilmiş, lakin həmin sənədə əsasən iddiaçıya məxsus torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Nəzərə alınmalıdır ki, hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan torpaq qanunvericiliyinə görə müvafiq qərarla torpaq sahəsi ayrılmamışdan öncə onun naturada yeri müəyyən edilməli və həmin torpaq sahəsinin cəhətlərini özündə əks etdirən yerquruluşu xəritəsi və sxemi çəkilməlidir. Belə bir sənədlərin olmadığı halda torpaqayırma sənədləri tam hesab oluna bilməz. Çünki, yerquruluşu sxemi mövcud olmadığı halda Astara rayon Sovetinin 15 aprel 1992-ci il tarixli 2 nömrəli qərarı (Siyakü çayçılıq sovxozunun 15 dekabr 1992-ci il tarixli 258 nömrəli əmrinə əsasən) ilə iddiaçıya ayrılması nəzərdə tutulan torpaq sahəsinin məhz iddiaçının iddia etdiyi torpaq sahəsi olduğunu müəyyən etmək mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (xx.xx.1991-ci ildə qüvvəyə minmişdir) 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edimiş dəyişkliyə qədər) 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Onu da qeyd etmək yerinə düşərdi ki, qüvədən düşmüş Torpaq Məcəlləsində müəyyən edilmiş yuxarıda qeyd eilən şərtlər hazırda qüvvədə olan Torpaq Məcəlləsində də öz əksini tapmışdır. Belə ki, hazırda qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Göründüyü kimi qanunvericilik hər bir halda torpaq sahəsi ayrılarkən həmin torpaq sahəsinin yerdə (naturada) hüdudlarının müəyyən edilməsini vacib şərt kimi müəyyən etmişdir. Məhz həmin sənəd olduqdan sonra torpaq sahəsi üzərində hüquqlar qüvvəyə minir və ayrılmış torpaq sahəsinin dəqiq yeri və hüdudları müəyyən edilib, həmin sahəyə dair müraciət edənin hüquqlarını təmin etmək mümkün olur. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Astara rayon Sovetinin 15 aprel 1992-ci il tarixli 2 nömrəli qərarı (Siyakü çayçılıq sovxozunun 15 dekabr 1992-ci il tarixli 258 nömrəli əmrinə əsasən) ilə iddiaçıya ayrılması nəzərdə tutulan torpaq sahəsinin sənəd üzrə yeri naturada müəyyən edilməmiş və yerquruluşu planı mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/52 nömrəli ekspert rəyindən müəyyən edilir ki, İddiaçı2 ayrılmış torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Astara rayon Sovetinin 15 aprel 1992-ci il tarixli 2 nömrəli qərarı ilə (Siyakü çayçılıq sovxozunun 15 dekabr 1992-ci il tarixli 258 nömrəli əmrinə əsasən) İddiaçı2 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və koordinatlarını müəyyən etmək mümkün olmadığından həmin 0.06 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli və **********92 reyestr nömrəli X2 xüsusi mülkiyyətində olan 6.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinat göstəricilərin sənədlər üzrə üst-üstə düşüb düşməməsini müəyyən etmək mümkün olmamışdır. Yuxarıda qeyd edilən hüquq normalarının tələbindən göründüyü kimi iddiaçının hazırkı iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri iddiaçıya məxsus torpaq sahəsinin üçüncü şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsi halı mövcud olmalıdır. Başqa sözlə hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı o vaxt olacaqdır ki, ona məxsus torpaq sahəsi inzibati orqan tərəfindən başqa şəxsə ayrılmış olsun. İş materiallarında olan sənədlərdən (mütəxəssis və ekspert rəyindən), tərəflərin verdiyi izahatlardan müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi hazırda mübahisələndirilən üçüncü şəxsə məxsus torpaq sahəsi ilə heç bir bağlılığı yoxdur. Yəni iddiaçıya məxsus torpaq sahəsinin sərhədləri müəyyən edilmədiyindən, həmin torpaq sahəsi ilə üçüncü şəxsə məxsus torpaq sahəsinin üst-üstə düşməsi halı müəyyən olunmur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar X7 adına olan ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli çıxarışın ləğv edilməsini tələb etməkdə haqlı olmamışdır və hazırki iddianı qaldırmaqda iddiaçıların subyektiv hüququ mövcud deyildir. İddiaçıların subyektiv hüququnun olmaması isə, qeyd edilən torpaq sahəsinə dair çıxarışın ləğv edilməsini tələb etmək imkanını istisna edir. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddia ərizəsində və apellyasiya şikayətində cavabdehin faktiki xarakterli hərəkətlərinin və yaxud qərarının qanunsuz olduğuna dair dəlillər o halda iddianın mahiyyəti üzrə həllinə səbəb ola bilərdi ki, həmin hərəkətlər iddiaçının hüququna müdaxilə etmiş olsun. Hazırkı halda, iddiaçılar ilə üçüncü şəxsə məxsus torpaq sahələrinin istər sənəd üzrə, istərsə də naturada üst-üstə düşdükləri təsdiq olunmadığından, iddiaçılar hazırkı məzmunda hüquqlarının pozulduğunu iddia edə bilməzlər. Məhkəmə kollegiyasının mövqeyi və gəldiyi nəticə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-xx.xx.2024-cü il tarixli, 1(102)-2088/2024 nömrəli və xx.xx.2025-ci il tarixli, 2-1(102)-1259/2025 nömrəli qərarlarında da öz əksini tapmışdır. Bu baxımdan məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Bundan başqa işdən görünür ki, iddiaçıların mübahisələndirdiyi RX ******* seriya nömrəli çıxarışın verilməsinə əsas 15 noyabr 2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi olmuşdur. Sözügedən alqı-satqı müqaviləsi ləğv edilməmişdir və hazırda da qüvvədədir. Ümumiyyətlə, həmin müqavilənin, eləcə də müqavilə əsasında tərtib edilmiş çıxarışın (qeydiyyatın) ləğvi edilməsi inzibati icraat qydasında baxıla bilməz. Bu mübahisəyə mülki icraat qaydasında baxılmalı idi və faktiki olaraq da mülki icraat qaydasında Astara Rayon Məhkəməsində baxılmışdır. Rayon məhkəməsi tərəfindən iddia tələbi rədd edilmiş, qətnamə belə əsaslandırılmışdır ki, daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilmədən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi mümkün deyildir. Məhkəmə kollegiyası rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, mülki qaydada çıxarışın etibarsız hesab edilməsi üçün ilk növbədə alqı-satqı müqaviləsi mübahisələndirilməlidir. Bununla bağlı Azərbaycan Respiblikası Ali Məhkəməsinin Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndində aşağıdakılar qeyd edilir: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati- hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bununla belə qeyd edilməlidir ki, mübahisə edilən həmin torpaq sahəsi Qurbanova Həqiqətdən əvvəl Şahmarov Firdos adlı şəxsin mülkiyyətinə Astara rayonu Vaqo Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 15 saylı, Astara rayonu Sığaloni Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 11 saylı, Astara rayonu Miki Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 11 saylı qərarları ilə verilmiş və həmin qərarlar əsasında onu adına JN-1478 Kod 80108018, JN-1479 Kod 80108018 və JN-1480 Kod 80108018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktları tərtib edilmişdir. Hazırki vaxta kimi nə iddiaçı, nə də digər şəxslər həmin torpaqayırma qərarlarını və dövlət aktlarını mübahisələndirməmişdir və həmin sənədlər hazırda da qüvvədədir. Məhkəmə kollegiyasının mövqeyinə görə iddiaçı hüquqi marağına uyğun olaraq bələdiyyə qərarları və onlar əsasında tərtib edilmiş dövlət aktlarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə mübahisələndirə bilərdi, lakin işdən görünür ki, iddiaçı üzərindən uzun müddət keçməsinə baxmayaraq həmin qərarları mübahisələndirməmişdir və şikayət vermə müddətini ötürmüşdür. Eyni zamanda həmin qərarlardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzürlü səbəbdən buraxılması barədə sübutları təqdim edilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, formalaşmış məhkəmə təcrübəsinə görə, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni həmin bələdiyyə qərarlarının qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin XXVİİ fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də sözügedən aktları mübahisələndirə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Məhkəmə kollegiyasının mövqeyinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə sözügedən bələdiyyə qərarlarının və dövlət aktlarının ləğvi ilə bağlı tədbirlər görülə (iddia verilə) bilərdi. Lakin işdən görünür ki, iddiaçılar üzərindən uzun müddət keçməsinə baxmayaraq həmin qərarları və dövlət aktlarını mübahisələndirməmiş və şikayət (iddia) vermə müddətini ötürmüşdür. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquqi dəyərləndirmədən çıxış edərək belə hesab edir ki, iddianın növünün və cavabdehin dəyişdirilməsi iddianın mümkünlüyü ilə nəticələnməyəcəyindən hazırki halda iddiaçıya hüquqi yardım edib, iddianın predmetinin və cavabdehin dəyişdirilməsini zəruri hesab etmir. Çünki, sözügedən bələdiyyə qərarlarının və dövlət aktlarının ləğv edilməsi ilə bağlı iddiaçı iddia müddətini ötürmüşdür və ən əsası Astara rayon Sovetinin 15 aprel 1992-ci il tarixli 2 nömrəli qərarı (Siyakü çayçılıq sovxozunun 15 dekabr 1992-ci il tarixli 258 nömrəli əmrinə əsasən) ilə iddiaçının iddia etdiyi torpaq sahəsinin sənəd üzrə yerini müəyyən etmək mümkün deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbini irəli sürməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Həmin Qərarın 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Həmin Qərarın 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Həmin Qərarın 8.4-cü bəndinə əsasən bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Həmin Qərarın 8.5-ci bəndinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsini rəhbər tutaraq iddiaçılara izah edir ki, Astara rayon Sovetinin 15 aprel 1992ci il tarixli 2 nömrəli qərarı (Siyakü çayçılıq sovxozunun 15 dekabr 1992-ci il tarixli 258 nömrəli əmrinə əsasən) ilə ayrılan torpaq sahəsinin naturada və sənəd üzrə yeri müəyyən olunmalıdır. Qeyd olunan məsələ öz həllini tapmadıqca hazırkı məzmunda iddianın qaldırılması üçün iddiaçının subyektiv hüquq mövcud olmayacaqdır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli, 2-1(120)-68/2025 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar