Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-384/2026 12.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və X1 ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, *-**-*/*-*-****/**** saylı ##.##.2024-cü il tarixli qərarın ona, yəni İddiaçı münasibətdə ləğv edilməsi, ona hərbi xidmət dövrü ilə əlaqədar ##.##.2005-ci il tarixdə müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyinin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim R.Quliyeva) ## ##### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi, Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Heyətinin *-**-*/*-*-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarının İddiaçı aid hissədə ləğv olunması, iddiaçı İddiaçı “Hərbi xidmət dövrü ilə əlaqədar” təyin olunmuş müddətsiz ikinci dərəcə əlilliyin ləğv olunduğu (dayandırıldığı) tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin ləğvi imkanını tanımışdır. Istinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEKin əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli **** №-li rəyinin yekun hissəsində qeyd olunmuşdur ki, İddiaçı “X5” xroniki psixi xəstəliyi müəyyən edilir. Işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından və ekspert rəyindən müəyyən olunur ki, İddiaçı müddətsiz əlilliyin təyinininə əsas olmuş xəstəliklərdən hal-hazırda da əziyyət çəkir və onun barəsində təyin olunmuş diaqnozdakı xəstəliklərin sağalma ehtimalı yoxdur. Beləliklə iddiaçıya qoyulmuş diaqnoz ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, 1995-ci ildən Şizofreniya, paranoid forma xəstəliyindən əziyyət çəkir. ##.##.2005-ci il tarixdən bu xəstəliyə görə ona müddətsiz ikinci dərəcə əlillik dərəcəsi təyin edilmişdir. ##.##.2024-cü il tarixdə Agentliyə əyani müayinəyə dəvət olunmuşdur. Həmin müayinədən sonra, ona hərbi xidmət dövrü ilə əlaqədar ##.##.2024-cü il tarixində təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyinin ləğvi barədə qərar qəbul edilmişdir. Cavabdeh iddiaya qarşı etiraz dəlilləri təqdim etməmiş, etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Imişli Rayon Mərkəzi Xəstəxanasının ##.##.2005-ci il tarixli göndərişi əsasında baxılmış və tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, mövcud qanunvericiliyə əsasən, xəstəliyin və onun fəsadlarının kəmiyyət göstəriciləri mütləq qaydada obyektiv instrumental müayinə nəticələri ilə verifikasiya olunmalıdır. Məhkəmə isə öz əsaslandırmasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş meyarların fundamental tələblərini nəzərə almadan, yalnız formal diaqnoz faktına istinad etməklə hüquqi yanlışlığa yol vermişdir. “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin icmalında qeyd edilmişdir ki, məhkəmələr tərəfindən diqqət yetirilməli məqam şəxsin əvvəlki əlilliyinin müəyyən edilməsi üçün əsas olan pozuntu, çatışmazlıq və xəstəliyin davam etməsi və həmin pozuntu, çatışmazlıq və xəstəliyin “Əlilliyin müəyyən olunması meyarları”nda öz əksini tapması ilə bağlı şərtlərin vəhdətdə mövcud olmasıdır. Yəni, çatışmazlıq və xəstəlik “Əlilliyin müəyyən olunması meyarları”na görə əlilliyin müəyyən edilməsi üçün əsas sayılmırsa, şəxsin etimadın qorunması hüququna istinad edilə bilməz. Prosessual məsələlər Məhkəmə kollegiyasının müvafiq qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi ilə əvəz edilmişdir. Iddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi, eyni zamanda bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin predmeti olmayan qərar ləğv edilmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -İddiaçı aid *******0001 №-li, ##.##.2005-ci il tarixli müayinə aktından müəyyən olunur ki, sonuncuya “Hərbi xidmət dövrü ilə əlaqədar” ##.##.2005-ci il tarixdə müddətsiz ikinci dərəcə əlillik təyin olunmuşdur (Xəstəliklərin beynəlxalq təsnifatı:V sinif-Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-F29- Şizofreniya, şizotopik və sayıqlama pozğunluqları =>F20-Şizofreniya=>F20.9- dəqiqləşdirilməmiş şizofreniya.. Diaqnozun mətni: Şirzofreniya paranoid forma.Şiddətlənən tip gedişli). -Agentlik tərəfindən İddiaçı ünvanlanmış *-**-*/*-A*****/**** saylı, ##.##.2024-cü il tarixli bildirişdən görünür ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əyani müayinəyə dəvət olunmuşdur. -Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının *******0002 №-li, ##.##.2024-cü il tarixli qərarı ilə İddiaçı “Tam reabilitasiya olması” səbəbilə əlillik təyinatından imtina edilmişdir. -Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının *-**-*/*-*-****/**** saylı ##.##.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbbi Həkim Komissiyası tərəfindən ##.##.1995-ci il tarixli *** nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Şizofreniya, paranoidal forma” diaqnozlu xəstəliyin səbəb əlaqəsi (Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrılarından, yuxusuzluqdan, yaddaş zəifliyindən şikayətlənmişdir. Anamnestik məlumatlarında 1995-ci ildən özünü xəstə hesab etdiyini, medikamentoz preparatlarından axşamlar “Cinarizin” “Haloperidol” istifadə etdiyini söyləmişdir. Psixi status: Vətəndaşın hal-hazırkı vəziyyəti diqnozu ilə uyğun olmamış, toplanılan anamnez əsasında heç bir kilinik məlumat verə bilməmiş, stasionar və ambulator müalicələr almamış, xəstəliyin əlamətləri, müalicəsi gedişi hətta remissiya dövrü belə nəzərə alınsa diaqnoz öz təsdiqini tapmamışdır. Vətəndaş müayinə zamanı heç bir instrumental müayinə və müalicə sənədlərini təqdim etməmişdir. Hal-hazırda əlillik təyinatına əsas verə biləcək psixoproduktiv psixosimptomatika müayinə zamanı aşkarlanmamışdır. Nəticədə Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reabilitasiya olması barədə qərar qəbul olunmuşdur. -X2 *-**-*/*-*-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “Inzibati icraat haqqında” Qanunun 21ci maddəsinə əsasən 3 (üç) vətəndaşın ünvanına ##.##.2024- cü il tarixində əyani müayinəyə çağırılmaları haqqında sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Agentiyin Tibbi-Sosial Ekspert Komissiyası həmin vətəndaşların müayinəsini həyata keçirmiş, tibbiekspert sənədlərini araşdırmış, barələrində qərar qəbul edərək müvafiq protokolla rəsmiləşdirmişdir. Aparılmış inzibati icraatın nəticələri və Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarını və ##.##.2024cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli xidməti məruzəsini nəzərə alaraq, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 21,62 və 67-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## #### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X10”nin 3.2.4 və 4.5.18-ci yarımbəndlərini və Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliiyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndini rəhbər tutaraq X2 Qərara almışdır: İddiaçı-Tam reabilitasiya olunması barədə qərar qəbul edilsin. -Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli **** №-li rəyində qeyd olunmuşdur ki, İddiaçı “X5” (F20.0) xroniki psixi xəstəliyi aşkar oğlunur. Bunu anamnestik məlumatlar (uzun müddətdir psixi vəziyyətinin dəyişməsi, əsəbi olması, öz-özünə danışması, davranışının qeyri-adekvat olması, MN-nin Baş Klinik Hospitalının hərbi həkim komissiyası tərəfindən təqdim edilmiş xəstəlik haqqında şəhadətnaməsindən məlum olur ki, “X5. Hərbi xidmət dövründə alınmışdır. Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” olduğunun qeyd edilməsi, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər (ünsiyyətə formal daxil olması, təfəkkürünün paroloji və autik olması, eşitmə hallyusinasiyalarının təsiri altında olması, maraq dairəsinin məhdudluğu, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. Yekun hissə: Yoxlanılan şəxs İddiaçı “X5” xroniki psixi xəstəliyi müəyyən edilir. Cavabdeh iddiaçının qeyd edilən diaqnoz üzrə tam reabilitasiya olmasını əsas gətirərək əlillik təyinatından imtina etsə də, yuxarıda qeyd edilən ekspert rəyi ilə iddiaçıda hazırda da “X5” xroniki psixi xəstəliyinin aşkar edildiyi öz təsdiqini tapır. Şərh olunan tibbi rəylərdə qeyd edilmiş diaqnoz və ağırlaşmalar əlillik təyinatına əsas verməsinə baxmayaraq, cavabdeh bu halı, eyni zamanda iddiaçının əvvəllər də həmin diaqnoz əsasında uzun müddət əlillik vəziyyətində olmasını nəzərə almamışdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin mübahisələndirilən qərarının əsassız olması barədə düzgün nəticəyə gəlsə də, Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Heyətinin qərarını ləğv etməklə yanlış qərara hüquqi qiymət vermişdir. Belə ki, Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının *-**-*/*- *-****/**** saylı ##.##.2024-cü il tarixli qərarı ilə iddiaçı barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reabilitasiya olması barədə qərar qəbul olunmuşdur. X2 *-**-*/*-*-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarına münasibətdə isə kollegiya qeyd edir ki, həmin qərar komissiyanın qərarının yoxlanılması nəticəsində qəbul edilmişdir və mübahisə predməti hesab edilmir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: -32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). 32.3. Ilkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda da şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar iddianın yeganə predmeti ola bilər. Prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir. Buna görə də, birinci instansiya məhkəməsinin qərarı Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Heyətinin *-**-*/*-*-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi hissəsində dəyişdirilməli, Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarı iddiaçı İddiaçı aid hissədə ləğv edilməlidir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -22.2. Işin nəticəsində marağı olan vəzifəli şəxs inzibati icraatda iştirak edə bilməz. -24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, bununla yanaşı birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı mübahisə predmətinə aid hissədə dəyişdirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-384/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-384/2026
12.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver