Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-385/2026 24.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X1 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli *******0007 nömrəli qərarının ləğv olunması, ona ##.##.2025-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2 il müddətinə orqanizm funksiyalarının 65-80 faiz aralığında pozulması ilə əlaqədar əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim R.Quliyeva) ## ##### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2026-ci il tarixli *** saylı ekspert rəyində yuxarıda qeyd edilən diaqnozu təkzib edən məlumat yer almamış, əksinə “F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli (müharibə zamanı partlayış travması nəticəsində) şəxsiyyət pozuntusu Depressiv daxilolmalar, intihar cəhdləri, çoxsaylı özünükəsmələr, funksional tutmalar, tez-tez baş verən dekompensasiyalarla diaqnozu müəyyən edilmişdir. ddiaçı barəsində sonuncu dəfə verilən ##.##.2025-ci il tarixli, R********NRK nömrəli tibbi göndərişdə qeyd olunan əsas diaqnoz və onun ağırlaşmaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin yuxarıda qeyd eilən 7.6-cı bəndi üzrə orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə uyğun gəlir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2020-##.##.2020-ci il tarixlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edərək “44 günlük Vətən Müharibəsində” iştirak etmişdir. ##.##.2020-ci il tarixdə minaatandan atılan atəş nəticəsində partlayış baş vermiş və xəsarət almışdır. Partlayış travması nəticəsində xəsarət almağı barədə verilmiş "Xəstəlik haqqında şəhadətnamə"də öz əksini tapmışdır. Aldığı xəsarətlərə görə zaman keçdikcə psixi vəziyyəti pisləşməyə doğru getmiş, dəfələrlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicələrdə olmuşdur. Ona qoyulmuş diaqnoz "Üzvi mənşəli (müharibə zamanı partlayış travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolamalar, intihar cəhdləri, çoxsaylı özünükəsmələr, funksional tutmalar, tez-tez baş verən dekompensasiyalarla F07.0" diaqnozu qoyulmuşdur. Ona "Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar" müvafiq əlillik dərəcəsinin təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, ## ###### 2025-ci il tarixdə müayinədən keçdikdən sonra qiymətələndirmənin nəticəsini öyrənən zaman "Diaqnoz əlillik təyin etməməsi səbəbindən” əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Ona müvafiq əlillik dərəcəsinin verilməsindən imtina barədə cavabdeh orqan tərəfindən qəbul edilmiş qərar tamamilə qanunsuzdur. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçının əlillik vəziyyətinə Salyan RPX nın ##.##.2025-ci il tarixli göndərişi əsasında baxılmış və diaqnozun mətni Üzvi mənşəli (müharibə zamanı partlayış travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar cəhdləri, çoxsaylı özünükəsmələr, funksional tutmalar, tez-tez baş verən dekompensasiyalarla. Diaqnoz əlillik əlaməti təyin etməməsi - səbəb: "Diaqnoz əlillik əlaməti təyin etməməsi" barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə tərəfindən maddi hüquq normalarının tələbləri pozulmaqla qərar qəbul edilmişdir. Prosessual məsələlər İddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təqdim edilmiş ##.##.2023-cu il tarixli ***** №-li “Xəstəlik haqqında şəhadətnamə”dən müəyyən olunur ki, ##.##.2020-##.##.2020-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı qüvvələrində xidmət etmiş X2 müayinədən keçmiş və ona aşağıdakı diaqnozlar təyin olunmuşdur: Orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, funksional tutmalar intihar cəhdləri ilə.Partlayış travması (##.##.2020) nəticəsində sağ oturaq və bud sinirlərinin posttravmatik neyropatiyası nəticəsində ətrafın funksiyasının mülayim dərəcədə pozulması ilə. Sağ dirsək sinirinin posttravmatik neyropatiyası nəticəsində əlin funksiyasının cüzi dərəcədə pozulması ilə.Partlayış travması (##.##.2020) sağ sağrı, qalça qanadı, sağ budun, onurğa sütununun boyun və döş nahiyəsinin kor qəlpə yaralanmasına, sağ dirsək sümüyünün dirsək çıxıntısının açıq sınığına görə aparılmış yaraların birincili cərrahi işlənməsindən və gips longeti ilə immoblizasiyasından sonrakı dirsək sümüyünün bitişmiş sınığı saidin cüzi varus deformasiyası, dirsək oynağının ilkin mərhələ osteoartrozu.Th2 səviyyəsində yumşaq toxumda bir ədəd metal qəlpə.Sağ qalça nahiyyəsinin qanadı proyeksiyasında, sağ budun yuxarı 1/3-də metal qəlpələr. “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. -Əlillik altsistemindən çıxarışlardan görünür ki, 2021-2025-ci illər aralığında iddiaçıya bir neçə dəfə əlillik təyinatından imtina edilmiş, ##.##.2025-ci il tarixli tibbi göndəriş əsasında növbəti qiymətləndirmə nəticəsində ##.##.2025-ci il tarixli qərarla “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. -Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən tərtib olunmuş ##.##.2025 ci il tarixli R********NRK saylı tibbi göndərişdə İddiaçı təyin olunmuş əsas diaqnoz (F07.0) Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Üzvi mənşəli (müharibə zamanı partlayış travması nəticəsində) şəxsiyyət pozuntusu. Depressiv daxilolmalar, intihar cəhdləri, çoxsaylı özünükəsmələr, funksional tutmalar, tez-tez baş verən dekompensasiyalarla müəyyən olunmuşdur. -“xxxx” PHŞ tərəfindən verilmiş *** nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, İddiaçı hal-hazırda üzvi şəxsiyyət pozuntusu, anamnezində Depressiv daxilolmalar, intihar cəhdləri, çoxsaylı özünü kəsmələr, funksional tutmalar, tez-tez baş verən dekompensasiyalarla (F07.0) aşkar olunur. Bunu anamnestik məlumatlar və materiallarda olan qeydlərə əsasən döyüşlər zamanı xəsarət alması, Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış həkim psixiatr komissiyası tərəfindən müayinə olunarkən ona "Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu" diaqnozunun təyin edilməsi, bir neçə dəfə stasionar müalicədə olması, həmçinin hazırkı müayinə zəmanı təfəkkürünün torpidliyi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, xarici qıcıqlara qarşı həssaslığının yüksək olması əhvaliruhiyyəsinin enməsi, koqnitiv funksiyalarının zəifləməsi, söhbət prosesində astenizasiya əlamətlərinin qeyd edilməsi və s. sübut edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndində öz əksini tapan “məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti” diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 65-80% müəyyən edilməklə, 2 il müddətinə əlillik təyinatının aparılmasına əsas verir. Odur ki, iddiaçının orqanizmində olan psixopatoloji pozuntular iş materiallarında mövcud olan ixtisaslaşmış müalicə müəssisələrinin təqdim etdiyi sənədlərlə, həmçinin ekspert rəyi ilə öz təsdiqini tapmaqla, diaqnozun yuxarıda qeyd olunan meyarların müvafiq koduna uyğun olması müəyyən edilmişdir ki, bu hal cavabdeh orqanın imtinasının əsassız olması qənaətinə gəlməyə əsas verir. Kollegiya həmçinin əlilliyin səbəb əlaqəsi ilə bağlı qeyd edir ki, yuxarıda şərh olunan Müdafiə Nazirliyinin müvafiq komissiyasının tibbi sənədində diaqnozun səbəb əlaqəsinin müəyyən edilməsi, həmin diaqnozların müəyyən edilməsindən sonra uzun müddət keçməməsi, habelə tibbi göbdərişdə bu diaqnozdan əlavə digər xəstəliklərin qeyd edilməməsi və məhz həmin xəstəliyin qeyd edilməsi əlilliyin səbəb əlaqəsinin müəyyən edilməsi məqsədilə ayrıca ekspertizanın keçirilməsi zərurətini aradan qaldırır. Odur ki, iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə əlillik təyin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-385/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-385/2026
24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver