Məhkəmə qərarları › İş №2-1(3-9)-386/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-386/2026

02.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-386/2026 02.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: Forma-088-də qeyd olunan diaqnozun əlillik təyinatına əsas verməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi X1rşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: Hüseynli Cihan Rüfət oğlu ##.##.2020-ci il təvəllüdlüdür. “Əlillik altsistemdə olan məlumat”dan görünür ki, Hüseynli Cihan Rüfət oğlu “X15: VI Sinif- Sinir sistemi xəstəlikləri=> Sinir sistemi xəstəlikləri => G50-G59 - Ayrı-ayrı sinirlərin, sinir köklərinin və kələflərinin zədələnməsi => G54-Sinir Təsnifatı: köklərinin və kələflərinin zədələnmələri => G54.8-Sinir köklərin..., Diaqnozun mətni: Sol bazu kələfinin travmatik pleksiti. Sol bazu oynağının yaxınlaşdırıcı, dirsək oynağının içəri rotasion kontrakturası. Sol yuxarı ətrafın monoplegiyası və funksiya pozğunluğu, Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.2. davamlı, nəzərəçarpanhərəki pozuntular (ətrafların parezi, generalizə olunmuş hiperkinezlər, koordinasiya pozulmaları və s.) (G81-G83.9) diaqnozu ilə ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixdək 3 il müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. Cəlilabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən Hüseynli Cihan Rüfət oğlu barəsində əsas diaqnoz G54.0 Bazu kələfinin zədələnməsi, sinir köklərinin və kələflərinin zədələnməsi, sol yuxarı ətrafın parezi, Ağırlaşma: G83.2 - Yuxarı ətrafların monoplegiyası, sol yuxarı ətrafın monoplegiyası (əzələ gücü 2 bal) ilə bağlı ##.##.2024-cü il tarixli F********YBS nömrəli göndəriş rəsmiləşdirilmişdir. Tibb-sosial ekspert komissiyasının ##.##.2025-ci il tarixli *TSHTW***** nömrəli qərar ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X1 tərəfindən verilmiş ##.##.2025ci il tarixli T***/**** saylı ekspert rəyində qeyd edilmişdir ki, “...Azyaşlı C.R.Hüseynlinin adına “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli F********YBS saylı Forma 88 göndərişində XBT 10 kodu ilə qeyd edilən “Əsas diaqnoz: G54.0- Bazu kələfinin zədələnməsi, sinir köklərinin və kələflərinin zədələnməsi, sol yuxarı ətrafın parezi, G83.2-yuxarı ətrafların monoplegiyası, sol yuxarı ətrafın monoplegiyası (əzələ gücü 2 bal)” diqnoz xəstənin kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuşdur. Əsas xəstəlik doğuş travmasından yarandığından və xroniki olduğundan o, hazırda da həmin xəstəlikdən əziyyət çəkir. Xəstəliklər reabilitasiya olunmurlar, sağalmırlar, diqanozla əlaqədar da hazırda onun əlavə bərpaedici müalicəsinə ehtiyac yoxdur, lakin zərurət yarandığı təqdirdə müalicəyə cəlb edilə bilər.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Tibbi-sosial ekspert komissiyasının ##.##.2025-ci il tarixli TSHTW***** nömrəli qərarının ləğv edilməsi və övladı Hüseynli Cihan Rüfət oğluna orqanizim funksiyalarının 35-40 faiz aralığında pozulması ilə əlaqədar 1 il müddətinə sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu ##.##.2020-ci il təvəllüdlü X3 doğulduğu vaxtdan sol yuxarı ətrafında sinir problemləri ilə əlaqədar müalicə olunmuşdur. Uşaq doğulandan bir neçə gün sonra ## ###### 2020-ci il tarixdə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu X5 Biləsuvar Mərkəzi Xəstəxanası tərəfindən göndərilmişdir. Uşaq müayinə olunmuşdur. Rentgenoloji müayinə, neyrosonoqrafiya, abdominal ultrasəs müayinəsindən keçmiş, nevroloq, oftomoloq və cərrah tərəfindən baxılmışdır. Müayinələrə əsaslanaraq uşağa “Doğuş travması sol körpücük sümüyünün orta 1/3 hissəsində minimal yerdəyişən sınıq, sol yuxarı ətrafın pleksiti” diaqnozu qoyulmuşdur. Stasionar müalicəyə ehtiyacı olduğu bildirilmişdir. Müalicədən imtina edib izahat yazıb uşağı evə gətirmişdir. Övladı yenidən ## ###### 2022-ci il tarixdə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu X5 müayinə olunmuşdur və epikrizdə “G54.8 Sinir köklərinin və kələfinin zədələnməsi. Sol yuxarı ətrafın parezi və ağırlaşma sol yuxarı ətrafın monoparezi” diaqnozu qoyularaq sahə həkiminin və nevropotoloqun nəzarətinə yazılaraq evə buraxılmışdır. Uşaqda sol yuxarı ətrafın periferik iflici var. Aktiv hərəkətlər sol yuxarı ətrafda məhdudur. Sol yuxarı ətrafda əzələ gücü zəifdir 2 bal qiymətləndirilib. Əzələlərdə atrofiya var. Qol dirsəkdən tam açılmır. Sol qol sağdan qısadır. Vətər sümüküstü reflekslər sol yuxarı ətrafda zəif alınır. Əşyaları zəif saxlayır. Aşağı ətraflarda vətər sümüküstü reflekslər canlıdır D=S. Həmin vaxtdan müalicələrə baxmayaraq, xəstəlik sağalmamışdır və nəticədə X5 müayinə olunaraq ##.##.2022-ci il tarixdə təyin edilən “G54.0 Bazu kələfinin zədələnməsi, sinir köklərinin və kələflərinin zədələnməsi. Sol yuxarı ətrafın parezi” diaqnozu ilə əlillik təyin edilmişdir. Övladının xəstəliyi ilə bağlı Forma 88-də əlilliyi barədə sistem üzrə məlumatlar ətraflı şəkildə qeyd edilmişdir. Uşağın əlilliyinin bərpa edilməsi ilə bağlı Agentliyinə müraciət etsə də, 2025-cü ilin iyul ayında əsassız yerə imtina olunmuşdur. Cavabdehin etirazları: İddaya etiraz təqdim edilməmişdir. Təqdim edilmiş etiraz Hüseynli Cihan Rüfət oğlu barəsində deyil, İddiaçı ilə bağlıdır (səh 27). Şirvan İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qərarı (hakim Rəşidə Quliyeva) ilə iddia təmin edilmiş, Tibbi-sosial ekspert komissiyasının ##.##.2025-ci il tarixli *TSHTW***** nömrəli qərarı ləğv edilmiş, Hüseynli Cihan Rüfət oğluna ##.##.2025-ci il tarixdən 1 il müddətinə orqanizim funksiyalarının 35-40 faiz aralığında pozulması ilə əlaqədar əlilliyin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Hüseynli Cihan Rüfət oğlunun sağlamlıq vəziyyətində patoloji dəyişikliklər göstəricilər baxımından müvafiq meyarların tələbləri ilə uzlaşmır. Tibb müəssisəsi tərəfindən təqdim edilmiş diaqnostik göstəricilər və klinik rəylər Tibbisosial ekspert komissiyası tərəfindən hərtərəfli tədqiq edilmiş, lakin orqanizmin funksiyalarının pozulması (OFP) dərəcəsinin əlillik təyinatı üçün zəruri olan minimum-35 faizlik həddə çatmadığı müəyyən edilmişdir. Məhkəmə-tibbi ekspertizası tərəfindən təqdim edilən rəy hər hansı müasir instrumentaldiaqnostik metodikaya əsaslanmaq əvəzinə, xəstənin subyektiv şikayətlərinin vizual müşahidəsi üzərində qurulmuşdur. Cihaz müayinələri ilə təsdiq olunmayan və elmi-metodoloji əsaslardan məhrum olan bu cür subyektiv yanaşmanın məhkəmə tərəfindən sübut kimi qəbul edilməsi prosessual baxımdan qəbul olunmazdır. Nəzərə alınmalıdır ki, hər hansı bir diaqnozun klinik təsdiqi faktı, qüvvədə olan qanunvericiliyin tələbləri çərçivəsində şəxsə əlillik dərəcəsinin təyin edilməsi üçün birbaşa və mütləq hüquqi əsas formalaşdırmır. Maddi hüquq normalarının mahiyyətinə görə əlillik təyinatı patologiyanın nomenklatur (ad) təsdiqinə deyil, həmin xəstəliyin orqanizmdə yaratdığı davamlı funksional pozuntuların və ağırlaşmaların dərəcəsinə əsaslanır. Başqa sözlə, tibbi diaqnoz şəxsin xəstəlik vəziyyətini müəyyən etdiyi halda, sosial-ekspertiza meyarları həmin vəziyyətin şəxsin həyat fəaliyyətini nə dərəcədə məhdudlaşdırdığını qiymətləndirir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı iddiaya uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: ... 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya * nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir.

2. Göndərişin verilməsi qaydası

2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. ... 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X15na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir. ... 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”:

1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; ... 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları

2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. ... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”

6.9. Bazu kələfinin zədələnməsi G54.0 Qiymətləndirmə

6.9.1. bazu kələfi (dominant ətrafın nəzərə 35-40 1 il alınması ilə)

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Hüseynli Cihan Rüfət oğlu barəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklərin onda olması işdə olan sübutlarla təsdiqini tapır və bu səbəbdən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na uyğun əlilik təyin edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının övladı Hüseynli Cihan Rüfət oğlu “X15: VI Sinif-Sinir sistemi xəstəlikləri=> Sinir sistemi xəstəlikləri => G50-G59 - Ayrı-ayrı sinirlərin, sinir köklərinin və kələflərinin zədələnməsi => G54-Sinir Təsnifatı: köklərinin və kələflərinin zədələnmələri => G54.8-Sinir köklərin..., Diaqnozun mətni: Sol bazu kələfinin travmatik pleksiti. Sol bazu oynağının yaxınlaşdırıcı, dirsək oynağının içəri rotasion kontrakturası. Sol yuxarı ətrafın monoplegiyası və funksiya pozğunluğu, Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.2. davamlı, nəzərəçarpanhərəki pozuntular (ətrafların parezi, generalizə olunmuş hiperkinezlər, koordinasiya pozulmaları və s.) (G81- G83.9) diaqnozu ilə ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixdək 3 il müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. Cəlilabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən Hüseynli Cihan Rüfət oğlu barəsində əsas diaqnoz G54.0 Bazu kələfinin zədələnməsi, sinir köklərinin və kələflərinin zədələnməsi, sol yuxarı ətrafın parezi, Ağırlaşma: G83.2 - Yuxarı ətrafların monoplegiyası, sol yuxarı ətrafın monoplegiyası (əzələ gücü 2 bal) ilə bağlı ##.##.2024-cü il tarixli F********YBS nömrəli göndəriş rəsmiləşdirilmişdir. Tibb-sosial ekspert komissiyasının ##.##.2025-ci il tarixli *TSHTW***** nömrəli qərar ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X1 tərəfindən verilmiş ##.##.2025ci il tarixli T***/**** saylı ekspert rəyində qeyd edilmişdir ki, “...Azyaşlı C.R.Hüseynlinin adına “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli F********YBS saylı Forma 88 göndərişində XBT 10 kodu ilə qeyd edilən “Əsas diaqnoz: G54.0- Bazu kələfinin zədələnməsi, sinir köklərinin və kələflərinin zədələnməsi, sol yuxarı ətrafın parezi, G83.2-yuxarı ətrafların monoplegiyası, sol yuxarı ətrafın monoplegiyası (əzələ gücü 2 bal)” diqnoz xəstənin kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuşdur. Əsas xəstəlik doğuş travmasından yarandığından və xroniki olduğundan o, hazırda da həmin xəstəlikdən əziyyət çəkir. Xəstəliklər reabilitasiya olunmurlar, sağalmırlar, diqanozla əlaqədar da hazırda onun əlavə bərpaedici müalicəsinə ehtiyac yoxdur, lakin zərurət yarandığı təqdirdə müalicəyə cəlb edilə bilər.” Kollegiya qeyd edir ki, iş materiallarında olan sübutlarla (tibbi sənədlər, X5 ambulator kitabçasından (xəstəlik tarixindən) çıxarış, göndəriş), o cümlədən ##.##.2025-ci il tarixli T***/**** nömrəli ekspert rəyi ilə sübut edilir ki, iddiaçının övladında olan xəstəlik ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nın “6.9. Bazu kələfinin zədələnməsi” bəndinə uyğun 6.9.1-ci bəndlə “bazu kələfi (dominant ətrafın nəzərə alınması ilə)” qiymətləndirilməklə orqanizmin funksiyalarının pozulması faizi - 35-40, müddəti - 1 il müddətinə əlillik təyin edilməsinə əsas verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası”na görə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilir. Qaydanın 1.6-cı bəndinə əsasən Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. İddiçının övladı barəsində Cəlilabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən ##.##.2024cü il tarixli F********YBS nömrəli göndəriş verilərkən onun xəstəlik vəziyyətinin göstəriciləri olan tibbi sənədlər yoxlanılmış və əlilliyin təyin edilməsinə əsas ola biləcək xəstəlik müəyyən edildiyi üçün göndəriş rəsmiləşdirilmişdir. Əks halda, göndəriş verilməzdi. Təbii ki, kollegiya qəbul edir ki, şəxs barəsində göndərişin rəsmiləşdirilməsi hələ birmənalı şəkildə şəxsdə əlilliyin təyin edilməsinə əsas ola biləcək xəstəliyin olması demək deyil. Lakin hazırki işə münasibətdə işdə olan sübutlar onu deməyə əsas verir ki, şəxsdə olan xəstəlik ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nın 6.9. və 6.9.1-ci bəndlərinə əsasən əlillik təyin edilməsinə əsas verir. Həmçinin, nəzərə almaq lazımdır ki, iddiaçının övladına əvvəl əlillik (sağlamlıq imkanı məhdud uşaq) təyin edilməsinə əsas olan xəstəlik ilə hazırkı xəstəlik eynidir. Ekspert rəyi ilə təsdiq edilir ki, iddiaçının övladında olan xəstəlik doğuş travmasından yarandığından və xroniki olduğundan o, hazırda da həmin xəstəlikdən əziyyət çəkir. Xəstəlik reabilitasiya olunmur, sağalmır. Bundan başqa, Hüseynli Cihan Rüfət oğlunun xəstəliyi ilə bağlı qoyulmuş diaqnoz onun xəstəliyi ilə bağlı ixtisaslamış tibb müəsisəssi olan X5 tərəfindən qoyulmuş diaqnoz ilə eynilik təşkil edir. Əlilliyin səbəb əlaqəsi isə ümumi səbəbdən - ümumi xəstəlikdir. Əlilliyin təyinat tarixi imtina qərarının verildiyi tarixdən, ##.##.2025-ci il tarixdən müəyyən edilməlidir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar