Məhkəmə qərarları › İş №2-1(3-9)-389/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-389/2026

26.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-389/2026 26.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının və onun vəkili Nümayəndə iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri əsasında iddiaçı İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi ** saylı Lənkəran Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, torpaq sahələrinin sənədləri üzrə “X4 X5 düzəliş edilərək, Astara rayonu Kakalos Bələdiyyəsinin ##.##.2006-ci il tarixli, ** nömrəli qərarı qərarına əsasən sahibkarlıq məqsədi ilə ayrılmış 0.24 ha torpaq sahəsinin koordinatlarının faktiki istifadəyə uyğunlaşdırılaraq xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin müvafiq qərardadları ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1, Lənkəran rayon Kakalos Bələdiyyəsi və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Şirvan Inzibati Məhkəməsinin müvafiq protokolu ilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi ** saylı Lənkəran Ərazi Idarəsi əsl cavabdeh Üçüncü şəxs Cavabdeh ilə əvəz edilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim A.Hüseynova) ## #### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, həmçinin məhkəmə xərcinin iddiaçıdan tutularaq müvafiq hesaba ödənilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mütəxəssis rəyi və ekspert rəyindən hazırda X4 uçotu informasiya sisteminə əsasən hüquqi statusunun dövlət mülkiyyətinə, kateqoriyasının yaşayış məntəqələrinin torpaqlarına və uqodiyasının tikinti altında olan torpaq sahələrinə aid olması göstərilsə də, məhkəmə tərəfindən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 ## ###### 2006-cı il tarixli ** saylı protokolundan çıxarışa əsasən, ## ###### 2006-cı il tarixli ** nömrəli torpaqların alqı-satqısına dair akt, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsinin ##.##.2006-cı il tarixli *** nömrəli rəyi, AN******* nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi, ##.##.2006-cı il tarixli ödəniş qəbzi, fotoşəkillər ilə mübahisəli torpaq sahəsinin iddiaçının iddiaçı İddiaçı satılması və onun mülkiyyətinə verilməsi və müvafiq alqı-satqı müqaviləsi bağlanması barədə sənəd mötəbər sübut kimi qəbul edilmişdir. Cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətindən imtina etməsini mövcud elektron kadastr məlumat bazasına əsasən araşdırma zamanı sözügedən torpaq sahəsinin böyük bir hissəsi dövlət mülkiyyətinə aid inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 balansında olan torpaq sahəsi müəyyən edilməsi kimi əsas gətirmişdir. Məhkəmə təqdim edilmiş mütəxəssis rəyi və ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Astara rayonu, Kakalos bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı iclas protokolundan çıxarışa əsasən Kakalos kənd sakini İddiaçı sahibkarlıq məqsədi ilə ayrılmış 0,24 ha (istifadəsiz vəziyyətdə olan "Köhnə idarə binası" tikilisinin yerləşdiyi) torpaq sahəsinin (8010401801300005 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin koordinatlarına əsasən) hüquqi statusunun Kakalos bələdiyyə xəritəsinə (Kakalos bələdiyyəsinin ##.##.2002-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq olunmuş) əsasən bələdiyyə mülkiyyətinə, mövcud baza məlumatlarına əsasən isə 0,10 ha hissəsinin bələdiyyə mülkiyyətinə, 0,14 ha hissəsinin isə dövlət (Astara Rayon IcraHakimiyyətinin balansında olan registr nömrəsi 00266335 olan dövlət mülkiyyətinə aid) mülkiyyətinə, kateqoriyasının yaşayış məntəqələrinin torpaqlarına və uqodiyasının tikinti altında olan torpaq sahələrinə aid olması müəyyən edilmişdir. Bundan başqa mövcud elektron kadastr məlumat bazasına əsasən araşdırma zamanı Astara rayonu, Kakalos bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı iclas protokolundan çıxarışa əsasən Kakalos kənd sakini İddiaçı sahibkarlıq məqsədi ilə ayrılmış 0,24 ha (istifadəsiz vəziyyətdə olan "Köhnə idarə binası" tikilisinin yerləşdiyi) torpaq sahəsinin 0,14 ha hissəsinin koordinatları ilə (8010401801300005 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına əsasən) ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 balansında olan (registr nömrəsi 00266335) dövlət mülkiyyətinə aid 0,31 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşməsi müəyyən olunmuşdur. Qeyd olunan torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən başqa üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Iddiaçıya ayrılmış və eləcə də faktiki istifadəsində olan torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhvin mövcud olmaması müəyyən olunmuşdur. Iddiaçının adına tərtib edilmiş Astara rayonu Kakalos Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli ** saylı protokolundan çıxarışa əsasən, ## ###### 2006-cı il tarixli ** nömrəli torpaqların alqı-satqısına dair akt, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsinin ##.##.2006-cı il tarixli *** nömrəli rəyi, AN******* nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi, ##.##.2006-cı il tarixli ödəniş qəbzi mübahisələndirilmədiyindən, hər hansı orqan tərəfindən ləğv və ya etibarsız hesab edilmədiyindən həmin sənədlərin qanuniliyini şübhə altına almaq düzgün deyildir. Qərardan cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən apellyasiya şikayətləri verilmişdir. Işin halları Iddiaçı tələbi onunla əsaslandırmışdır ki, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 ## ###### 2006-cı il tarixli ** saylı Iclas protokolundan çıxarışa əsasən Bələdiyyə mülkiyyətində olan “Köhnə idarə binası” tikilisinin ərazisi ilə birlikdə ona satılması qərara alınmışdır. Bu barədə ##.##.2006-cı il tarixli Torpaqların Alqı-satqısına dair Akt tərtib edilmiş, həmin akt Astara rayon Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsində ## ###### 2006-cı il tarixdə 37 nömrə ilə qeydiyyata alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ##.##.2006-cı il tarixli *** nömrəli rəydə göstərilmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsi bildirir ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 0,24 hektar olmaqla Kakalos Bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı pedmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına yararsız olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir. Həmin torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar o Bələdiyyənin hesabına ##.##.2006-cı il tarixdə 720 manat da pul köçürmüşdür. Bundan sonra isə torpaq sahəsinin plan və ölçüsü hazırlanmış və X2 Kadastrı Mərkəzində (X1 kitabında) ##.##.2007-ci il tarixdə 10 nömrə ilə uçota alınmışdır (Seriya A № ******). Onun Əmlak Məsələləri Dövlət Xidməti DƏDK-i və Reyestri publik hüquqi şəxsi ** saylı Lənkəran Ərazi Idarəsinə ## ###### 2022-ci il tarixli müraciətinə ## ###### 2023-cü il tarixdə cavab verilmiş olsa da, müraciətinə imtina verilmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, mövcud elektron kadastr məlumat bazasına əsasən araşdırma zamanı müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsinin böyük bir hissəsi dövlət mülkiyyətinə aid inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 balansında olan torpaq sahəsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Apellyasiya şikayətlərinin dəlilləri Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş edilmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, mövcud elektron kadastr məlumat bazasına əsasən araşdırma zamanı müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsinin böyük bir hissəsi dövlət mülkiyyətinə aid inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 balansında olan torpaq sahəsidir. Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edilmişdir. Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri və məzmunu cavabdehin apellyasiya şikayəti ilə eynilik təşkil edir. Prosessual məsələlər Iddiaçı və vəkili ayrı-ayrılıqda apellyasiya şikayətlərini qəbul etmədiklərini bildirməklə, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Iddiaçı həmçinin tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Astara rayonu Kakalos Bələdiyyəsinin ##.##.2006-ci il tarixli, ** nömrəli qərarı qərarına əsasən sahibkarlıq məqsədi ilə ayrılmış 0.24 ha torpaq sahəsinə dair onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin iştirakını təmin etməmişər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 ## ###### 2006-cı il tarixli ** saylı protokolundan çıxarışa əsasən, gələcəkdə Kakalos kəndinin sosial-iqtisadi infrostrukturasını yaxşılaşdırmaq məqsədi ilə bələdiyyə mülkiyyətində yararsız və istifadəsiz vəziyyətdə olan “Köhnə idarə binası” tikilişinin Lənkəran şəhər Auditor Təşkilatının rəyi ilə qiymətləndirilmiş və alıcı ilə razılaşdırılmış 1936 manat dəyərində alqısatqı yolu ilə Kakalos kənd sakini İddiaçı verilməsi təmin edilsin. Tikiliyə məxsus 0,24 ha torpaq sahəsinin dəyəri 720 manat olmaqla alqı-satqı yolu ilə İddiaçı verilməsi də təmin edilmişdir. -## ###### 2006-cı il tarixli ** nömrəli torpaqların alqı-satqısına dair aktdan görünür ki, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 İddiaçı Kakalos bələdiyyə ərazisində 0,24 ha torpaq sahəsi satılmışdır. İddiaçı tərəfindən Astara rayon Kapital Bankının *********** saylı hesabına əvvəlcədən 2656 manat haqq ödənilmişdir. -Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsinin ##.##.2006-cı il tarixli *** nömrəli rəydən görünür ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 0,24 hektar olmaqla Kakalos Bələdiyyəsinin mülkiyyətinə aid olması və alqı-satqı predmeti olması, həmçinin sahəsinin kənd təsərrüfatına yararsız olmaqla həmin məqsəd üçün satılmasının qanunamüvafiq olması qeyd edilmişdir. -Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ##.##.2007-ci il tarixli, A ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 ##.##.2026-cı il tarixli ** saylı qərarına əsasən verilmiş Astara rayonu, Kakalos kəndi ərazisində yerləşən 0,24 ha torpaq sahəsinin texniki göstəriciləri İddiaçı adına işlənmişdir. -Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ** saylı Lənkəran Ərazi idarəsinin ## #### 2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində və həmin rəy əsasında verilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli **/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Astara rayonu, Kakalos bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı iclas protokolundan çıxarışa əsasən Kakalos kənd sakini İddiaçı sahibkarlıq məqsədi ilə ayrılmış 0,24 ha (istifadəsiz vəziyyətdə olan "Köhnə idarə binası" tikilisinin yerləşdiyi) torpaq sahəsinin (8010401801300005 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin koordinatlarına əsasən) hüquqi statusunun Kakalos bələdiyyə xəritəsinə (Kakalos bələdiyyəsinin ##.##.2002-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq olunmuş) əsasən bələdiyyə mülkiyyətinə, mövcud baza məlumatlarına əsasən isə 0,10 ha hissəsinin bələdiyyə mülkiyyətinə, 0,14 ha hissəsinin isə dövlət (Astara Rayon IcranHakimiyyətinin balansında olan registr nömrəsi 00266335 olan dövlət mülkiyyətinə aid) mülkiyyətinə, kateqoriyasının yaşayış məntəqələrinin torpaqlarına və uqodiyasının tikinti altında olan torpaq sahələrinə aid olması müəyyən edilmişdir. "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında X4 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları"na uyğun olaraq, Astara rayonu, Kakalos kəndi ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmiş, X4 uçotu informasiya sisteminə miqrasiya edilmişdir. Qeyd edilən torpaq sahəsinin hazırda X4 uçotu informasiya sisteminə əsasən hüquqi statusunun dövlət mülkiyyətinə, kateqoriyasının yaşayış məntəqələrinin torpaqlarına və uqodiyasının tikinti altında olan torpaq sahələrinə aid olması müəyyən edilmişdir. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 ##.##.2006-cı il tarixli, ** saylı iclas protokolundan çıxarışa əsasən Kakalos kənd sakini İddiaçı sahibkarlıq məqsədi ilə ayrılmış 0,24 ha (istifadəsiz vəziyyətdə olan "Köhnə idarə binası" tikilisinin yerləşdiyi) torpaq sahəsinin (8010401801300005 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin koordinatlarına əsasən) hüquqi statusunun Kakalos bələdiyyə xəritəsinə (Kakalos bələdiyyəsinin ##.##.2002-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq olunmuş) əsasən bələdiyyə mülkiyyətinə, mövcud baza məlumatlarına əsasən isə 0,10 ha hissəsinin bələdiyyə mülkiyyətinə, 0,14 ha hissəsinin isə dövlət (inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 balansında olan registr nömrəsi 00266335 olan dövlət mülkiyyətinə aid) mülkiyyətinə, kateqoriyasının yaşayış məntəqələrinin torpaqlarına və uqodiyasının tikinti altında olan torpaq sahələrinə aid olması müəyyən edilmişdir. Torpaq sahəsinin faktiki olaraq iddiaçı İddiaçı istifadəsində olması və təyinatı üzrə istifadə edilməsi müəyyən olunmuşdur. Torpaq sahəsinin X4 uçotu informasiya sisteminə əsasən faktiki vəziyyətə uyğun öz əksini tapması müəyyən olunmuşdur. Qeyd edilən torpaq sahəsinin X4 uçotu informasiya sisteminə əsasən hüquqi statusunun dövlət mülkiyyətinə, kateqoriyasının yaşayış məntəqələrinin torpaqlarına və uqodiyasının tikinti altında olan torpaq sahələrinə aid olması müəyyən edilmişdir. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh apellyasiya şikayətində mübahisələndirilən torpaq sahəsinin bir hissəsinin dövlət mülkiyyətində olmasına, üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti isə mübahisə predmeti olan torpaq sahəsinin bələdiyyə mülkiyyətinə ayrılmasını təsdiq edən hər hansı sübutun mövcud olmadığına istinad etmişdir. Lakin iş materiallarında mövcud olan mütəxəssis rəyindən, o cümlədən yuxarıda adıçəkilən digər sənədlərdən (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş rəy, plan-ölçü sənədi və s.) müəyyən olunur ki, mübahisələndirilən torpaq sahəsi satılan zaman bələdiyyənin mülkiyyətində olmuşdur. Bundan başqa Kakalos bələdiyyəsinin ##.##.2002-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq olunmuş Kakalos bələdiyyə xəritəsinə əsasən də qeyd edilən ərazi bələdiyyə mülkiyyəti hesab olunur. Beləliklə, məhkəmə kollegiyası bir daha qeyd edir ki, mübahisələndirilən torpaq sahəsi inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 ## ###### 2006-cı il tarixli ** nömrəli torpaqların alqı-satqısına dair aktı ilə iddiaçıya satılmış, həmin alqı-satqı aktı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsi tərəfindən ##.##.2006-cı il tarixli *** nömrəli rəy ilə təsdiq edilmiş, həmin torpaq sahəsi barəsində sözügedən qurum tərəfindən ##.##.2007-ci il tarixli, A ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Göründüyü kimi iddiaçı mübahisələndirilən torpaq sahəsini qanuni əsaslarla əldə etmiş, bu əsaslar həmin dövrdə fəaliyyətdə olan səlahiyyətli dövlət qurumu tərəfindən təsdiq edilmişdir. Qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləyir. Həmin Qanunun: -6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. -6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. -6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 2002-ci il ## #### tarixli, ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin:- -1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. -7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. -17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. -18-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. -19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -4.1. 2006-cı il ####un #-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. -4.3. 2006-cı il ####un #-dək daşınmaz əmlak üzərində hüquqların dövlətqeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. -8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasınakeçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmişdaşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; -12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsivə başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. -13.11. Dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlətreyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarı hətta qanunla ayrılması məhdudlaşdırılan torpaq sahəsinə münasibətdə qəbul olunduğu təqdirdə belə, “Inzibati icraat haqqında” Qanunun 65-ci maddəsi, o cümlədən 65.1.2-ci maddəsi anlamında etibarsız sayıla bilməz. Belə ki, inzibati orqanın qərarının qəbulunun qanunvericiliyin müəyyən tələblərinin pozulması ilə müşayiət olunması, həmin qərarın qəbulunun onun səlahiyyəti ilə ehtiva olunduğu hallarda həmin qərarın etibarsızlığına deyil, qanunsuzluğuna səbəb ola bilər. Nəzərə alınmalıdır ki, bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyənin səlahiyyəti ümumi xarakterli səlahiyyətdir və hətta qanunla ayrılması məhdudlaşdırılan torpaq sahələrinə belə şamil olunur. Belə ki, həmin torpaq sahələrinin ayrılması da bələdiyyənin torpaqayırma səlahiyyəti ilə ehtiva olunur və burada söhbət bələdiyyənin səlahiyyətsizliyindən deyil, müvafiq səlahiyyətin həyata keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasından gedir. Qanunsuz inzibati aktlar isə yalnız qanunla müəyyən olunmuş qaydada və şərtlər daxilində buna subyektiv hüququ olan şəxslər tərəfindən mübahisələndirilə bilər və ya buna səlahiyyəti olan orqan tərəfindən “Inzibati icraat haqqında” Qanunun müvafiq prinsipləri və normaları nəzərə alınmaqla ləğv edilə bilər. Bələdiyyələrin mülkiyyətində olan torpaq sahələrinin ayrılmasının onların səlahiyyətinə aid olduğu mübahisə predmeti deyil və təkzib olunmur. Bu baxımdan hazırki mübahisəyə münasibətdə iddiaçıya torpaq sahəsinin satılması barədə bələdiyyənin qərarı etibarsız inzibati akt sayıla bilməz. “Inzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin ## ###### 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “Inzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “Inzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işin mahiyyəti üzrə gəldiyi nəticə ilə razılaşsa da, qərarın nəticə hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə qərarın nəticə hissəsində 0.24 ha torpaq sahəsinin koordinatlarının faktiki istifadəyə uyğunlaşdırılaraq qeydə alınması qənaətinə gəlmişdir. Halbuki, ekspert tədqiqatı nəticəsində iddiaçının sənəd üzrə müəyyən edilmiş torpaq sahəsindən istifadə etdiyi müəyyən edilmişdir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, bununla yanaşı birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilməsi hissəsində dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayətləri təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı iddianın təmin edilməsi hissəsində dəyişdirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar