Məhkəmə qərarları › İş №2-1(3-9)-390/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-390/2026

24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-390/2026 24.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və X2 ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi və müvafiq əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim A.Hüseynova) ## ##### 2026-cı il tarixli, *- *(*-*)-***/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ** nömrəli Tibbi Sosial Ekspert Komissiyasının Q********BPN saylı, ##.##.2025-ci il tarixli göndərişə əsasən qəbul edilmiş ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi və həmin vaxtdan İddiaçı ümumi xəstəlik səbəbi ilə orqanizmin funksiyalarının pozulmasının 35-60 % dərəcəsi ilə 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnoz əsasında əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnozla eynilik təşkil etdiyindən, həmin diaqnoz digər səhiyyə müəsissəsi tərəfindən də qoyulduğundan, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnozlar “1. Tənəffüs sistemi orqanlarının xəstəlikləri bölməsi”: 1. Tənəffüs sistemi orqanlarının xəstəlikləri bölməsi”: Sıra №-si 1.1.1 tənəffüs sistemi orqanlarının digər xəstəlikləri-J95-J99, 1.1.1.1-təngnəfəslik simptomlarının güclənməsi, qeyd olunan dövri kəskinləşmələrlə, orta ağır forma (ildə 4-6 dəfə), hipoksemik xroniki respirator çatışmazlığı, İ-II dərəcəli xroniki tənəffüs çatışmazlığı ilə; 1.1.6 tənəffüs orqanlarının bakterioloji və ya histoloji təsdiq edilməmiş vərəmi A16-1.16.1. İ-IIA dərəcə xroniki tənəffüs çatışmazlığı ilə spesifik prosesin sorulması və bərkiməsi mərhələsində tənəffüs orqanlarının vərəmi (sorulma, qalınlaşma, boşluğun çapıqlaşması)” müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırki iddia tələbi əsaslıdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ildən “Ağciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla, mühitdə artımla və ya artımsız, Fibroz kavernoz ağciyər vərəmi infiltrasiya mərhələsi tez-tez kəskinləşmələrlə. Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatışmazlığı, TÇ II dərəcə” diaqnozu ilə “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də qeydiyyatdadır. Iyul 2022-ci ildə yuxarıda qeyd edilən xəstəliklə əlaqədar olaraq ona 2-ci dərəcəli əlillik dərəcəsi verilmişdir (iki il müddətinə). 2024-cü ildə o, növbəti əlillik təyini üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Cəlilabad Rayon Mərkəzi Xəstəxanası X********TIC nömrəli göndərişlə cavabdehə müraciət etmişdir. Göndəriş əsasında ##.##.2024-cü il tarixində qiymətlənmə aparılmış və əlavə müalicəyə ehtiyacı olması səbəbindən əlilliyin təyin edilməməsi barədə qərar qəbul edilmişdir. Cavabdehin imtinasını aşağıda qeyd edilənlərə əsasən əsassız hesab edir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının əlillik vəziyyətinə X6 ##.##.2025-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: A16.0 Ağciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, Sağ ağciyərin Fibroz kavernoz vərəmi, sol ağciyərdə dağılma ilə TDM (-). Imtina edilmə səbəbi: Əlavə müalicəyə ehtiyacın olması Səbəbi ilə imtina verilmişdir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçının son 1 il ərzində stasionar müalicəsinin olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tələblərinin pozulması ilə qərar qəbul etmişdir. Prosessual məsələlər Iddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və şikayətin təmin edilməməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -Əlillik altsistemindən çıxarışlardan görünür ki, iddiaçıya ##.##.2022-ci il tarixli qərarla “XBT A16.0. Sağ ağciyərin fibroz-kavernoz . Sol ağciyərdə səpələnmə fazası TDM” diaqnozu ilə orqanizmin funksiyalarının pozulması faizi 35-60 olmaqla 2 il müddətinə əlillik təyin edilmişdir. Növbəti qiymətləndirmə nəticəsində ##.##.2024-cü il tarixli və ##.##.2025-ci il tarixli qərarlarla “Əlavə müalicəyə ehtiyacın olması” əsası ilə təyinatdan imtina edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli T***/**** saylı ekspert rəyində göstərilir ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş ##.##.2024-cü il tarixli X********TIC saylı Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Al6.0- Ağciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla. Sağ ağciyərin fıbroz-kavernoz vərəmi, infiltrasiya və sol ağciyərin səpilmə fazası TDM(-); Ağırlaşma: J96.1- Xroniki respirator çatmamazlıq. Tənəffüs çatmamazlığı II dərəcə. Restriksyanın üstünlüyü ilə, qarışıq tipli mötədil ventilyasiya pozğunluğu ilə; Yanaşı xəstəlik:J42-Xroniki bronxit kəskinləşmə mərhələsi” diaqnoz xəstənin stasionarda kliniki, anamnestik, laborator-instrumental müayinələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların səmərəliliyi və proqnozu qənaətbəxş olmuşdur. Iddiaçı ##.##.2025-ci il tarixdə məhkəmə tibbi müayinədən keçirilərkən X3 Xəstəlikləri Institutuna müayinəyə göndərilmiş və ona “Əsas xəstəlik: A 16.0- Sağ ağciyərin fıbroz-kavernoz vərəmi, sola səpilmə ilə TDM(-); J96.1- Obstruksiyanın üstünlüyü ilə qarışıq tipli orta ağır ventilyasiya pozğunluğu diaqnozu müəyyən edilmişdir. Qeyd edilən diaqnoz ilə hazırda onun əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur, lakin, xəstəlik kəskinləşdiyi halda əlavə müalicəyə cəlb oluna bilər. Iş materiallarında müvafiq tibb müəssisəsinin tərtib etdiyi forma 88 göndərişi tam doldurulmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X8 Institutu” PHŞ-nin ##.##.2025-ci il tarixli, *-**-*/*-***/**** saylı məktubunda bildirilir ki, X1 ETAXI-də 2018-ci ildən 2025-ci ilə qədər bir neçə dəfə ambulator müayinədə və ##.##.2024-##.##.2024-cü il tarixlərində stasionar müalicədə olmuşdur. Xəstənin şikayətlərinə, anamnezinə, obyektiv müayinə və aparılan radioloji, instrumental laborator müayinələrin nəticələrinə əsaslanaraq J41.8 - “Xroniki bronxit. Qarışıq forma.” J96.1 - “Restriksiyanın üstünlüyü ilə qarışıq tipli orta-ağır ventilyasiya pozğunluğu.” A16.0 - “Ağciyərlərin fibroz-kavernoz vərəmi. TDM (-) mənfi” diaqnozu qoyulmuş və xəstəyə müvafiq müalicə təyin olunmuşdur. Bu xəstəliyin ona hər hansı qrup əlillik dərəcəsinin verilməsinin əsası Institutun səlahiyyətlərinə aid deyil. Hazırki vəziyyətdə iddiaçıda olan xəstəliyin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, 187№-li qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2-ci hissəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşüb-düşməməsini təyin etmək Institutun səlahiyyətlərinə aid deyil. Xəstənin əsas diaqnozu: J41.8 - “Xroniki bronxit. Qarışıq forma”. Yanaşı xəstəliyin diaqnozu: A16.0 - “Ağciyərlərin fibroz - kavernoz vərəmi. TDM (-) mənfi”. Xəstəyə hər müraciət zamanı ağciyərləin rentgenoqramması, xarici tənəffüs funksiyası (spiroqramma), bəlğəmin mikroskopiyası müayinəsi aparılmışdır. Xəstəliklərin ağırlaşması: J96.1 - “Restriksiyanın üstünlüyü ilə qarışıq tipli orta ventilyasiya pozğunluğu. Aparılan müayinələrin nəticələrinə, xəstəliyin ağırlığına və xəstəliyin gedişatına görə ona müalicə təyin edilmişdir. Stabilləşmə dövründə isə xəstəyə tibbi protokollara əsaslanaraq uzun müddətli dəstəkləyici müalicə eyni zamanda yaşadığı ərazi üzrə qeydiyyatda olduğu poliklinikada ftiziatrın nəzarəti altında müalicənin davamı təyin olunmuşdur. Xəstəyə daimi dəstəkləyici terapiya, mütəmadi olaraq həkim müayinəsi və nəzarəti tövsiyə olunmuşdur. Iddiaçının xəstəlik diaqnozu ilk əlillik təyinatı tarixindən dəyişməmiş, həmin dövr ərzində əlilliyin təyin olunmasını istisna edən hər hansı yüngülləşmə müəyyən olunmamışdır. Iddiaçıda mövcud xəstəliyin olması cavabdeh orqan tərəfindən, həmçinin mütəxəssis rəyi ilə inkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının orqanizmində baş verən psixopatoloji pozuntuları Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.6.1-ci bəndi ilə eyniləşdirməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.6.1-ci bəndində “İ-IIA dərəcə xroniki tənəffüs çatışmazlığı ilə spesifik prosesin sorulması və bərkiməsi mərhələsində tənəffüs orqanlarının vərəmi (sorulma, qalınlaşma, boşluğun çapıqlaşması)” diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 35-60% müəyyən edilməklə, 2 il müddətinə əlillik təyinatının aparılmasına əsas verir. Iddiaçının orqanizmində olan patofunksional pozuntular ixtisaslaşmış müalicə müəssisəsinin təqdim etdiyi tibbi rəylə öz təsdiqini tapmaqla, diaqnozun yuxarıda qeyd olunan meyarların müvafiq koduna uyğun olması müəyyən edilmişdir ki, bu hal cavabdeh orqanın imtinasının əsassız olması qənaətinə gəlməyə əsas verir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Qeyd olunanlarla yanaşı, iddiaçıya əlillik təyinatından “əlavə müalicəyə ehtiyacın olması” əsası ilə imtina edilməsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakı normaların qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının: -1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1.şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); -1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanınrəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Qaydaların tələblərindən göründüyü kimi, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması əlilliyin təyini üçün əsasdır. Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi ilə bağlı şərt müəyyən edilmişdir ki, bəndin tələbinə əsasən, bu zaman şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərt aradan qalxmış olur. Təkrar müraciət edən şəxslər üçün yeganə şərt orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması ilə bağlıdır ki, iddiaçıda əlilliyin təyininə səbəb olan xəstəliyin 2 ildən artıq müddətdə mövcudluğu tam təsdiq edilmişdir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar