Azərbaycan Respublikası adından Qərardad İş № 2-1(3-9)-391/2026 02.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı, üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Sabirabad rayon Şəhriyar Bələdiyyəsinə qarşı Sabirabad rayon Şəhriyar Bələdiyyəsinin qərarı və həmin qərar əsasında verilmiş torpaq icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şirvan Ərazi Idarəsinə və Sabirabad rayon Şəhriyar Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, Sabirabad rayon Şəhriyar Bələdiyyəsinin ## #### 2007-ci il tarixli, ** saylı qərarının ləğv edilməsi, Sabirabad rayon X3 Komitəsi tərəfindən ## ##### 1991-ci il tarixli * saylı iclas protokolu ilə ona 2500 manata satılmış 0,15 hektar torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması bаrədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə cavabdehlər sırasında qeyd olunan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şirvan Ərazi Idarəsi cavabdehlər sırasından çıxarılmışdır. Iddia tələbi dəqiqləşdirilərək “Sabirabad rayonu Şəhriyar Bələdiyyəsinin ##.##.2007-ci il tarixli * saylı qərarı və qərar əsasında verilmiş ##.##.2007-ci il tarixli, ** nömrəli torpaq icarə müqaviləsinin ləğv edilməsi” kimi baxılması davam etdirilmişdir. Şirvan Inzibati Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim H.Nəcəfov) ## ##### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisənin predmeti olan qərar ##.##.2007-ci il tarixdə qəbul olunmuşdur, lakin hazırkı iddiaçı bu qərarı 2025-ci ilin may ayında (məhkəməyə daxil olduğu vaxt), yəni sərəncamların qəbul olunduğu vaxtdan müvafiq olaraq 18 (on səkkiz) ildən daha çox müddətdən sonra mübahisələndirmişdir. Mübahisələndirilən qərarın iddiaçı tərəfə məlum olması vaxtına gəldikdə isə, məhkəmə iclasında verdiyi izahatında həmin qərardan 2017ci ildə xəbərinin olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qərardan məlumatsız olmasını təsdiqləyən tutarlı dəlil və sübut gətirilmədiyindən, iddia sərəncamlara münasibətdə iddia müddəti ötürülməklə qaldırılmışdır. Həmçinin məhkəmə tərəfindən tərəfin subyektiv hüququnun olub-olmaması hissəsində araşdırma aparılma zaman məhkəməyə təqdim edilən mütəxəssis rəyinə əsasən Sabirabad rayon XDS IKnin ## ##### 1991-ci il tarixli, * nömrəli qərarına əsasən İddiaçı ayrılmış Əli Bayramlı- Saatlı şosse yolundan Aleksandrovka (Şəhriyar) kəndinə dönən yolun qərb tərəfindəki magistral yolun təsir zolağında yerləşən ərazidən 30x50 metr ölçüdə 0.15 ha torpaq sahəsinin dəqiq koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda iddia etdiyi sahəni yerinin müəyyən edilməməsi də iddianın mümkün sayılmaması üçün əsaslardan biridir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sabirabad rayonunun X3nin ## ##### 1991-ci tarixli, * saylı iclas protokolu ilə ona Sabirabad rayonunun Aleksandrovka (indiki Şəhriyar) kəndi ərazisində avtomobil şinlərinin təmiri üzrə sexin tikintisi üçün 30x50 metr ölçüdə, Əlibayramlı-Saatlı şosse yolundan Şəhriyar kəndinə dönən yolun qərb tərəfindəki magistral yolun təsir zolağında yerləşən ərazidən torpaq sahəsi seçilmiş və komissiyanın ## ###### 1991-ci il tarixli aktı nəzərə alınaraq verilmişdir. Yaşadığı Şəhriyar kəndində 1991-ci ilin # ###### tarixində asfalt yolun kənarında 15 sot ərazini keçmiş (rayon Icrayyə Komitəsindən) o vaxtı məzənnə ilə 2500 manata almışdır. Həmin ərazidə 54 kv.m ərazidə tikili işləri görüb uzun müddət avtotəmir işləri ilə məşğul olmuş, həmin əraziyə o zamanlar mövcud olan hökumət tərəfindən gərək olan bütün sənədləşməni əlavə etmişdir. Ötən ildən bəri səhhətində yaranmış problemlə bağlı əraziyə getməkdə çətinlik çəkir. Onun atası hansısa yolla obyekti və ərazini öz adına çıxarış sənədi əldə etməklə sənədləşdirmiş, onunla qardaşı arasında iki hissəyə bölmək istəmişdir. Bu barədə müxtəlif aidiyyəti orqanlara rəsmi qaydada ərizə ilə müraciət etdikdə ərizəsi əsasında Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş ##.## 2025-ci il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən görünür ki, Sabirabad rayonu Şəhriyar kəndində yaşayan İddiaçı müraciəti əsasında toplanmış və törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabında 468 sıra nömrəsi ilə qeydə alınaraq araşdırılmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi, ona müraciətində göstərilənlərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Iddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə etmiş və təmin edilməsini xahiş etmiş, eyni zamanda bildirmişdir ki, mübahisələndirilən qərardan 2017-ci ildən məlumatlı olmuşdur. Üçüncü şəxs apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasının xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əvvəlki məhkəmə iclasında vəkilin iştirak etməsi üçün məhkəmə iclasının təxirə salınması ilə bağlı iddiaçının vəsatəti nəzərə alınmış, hazırki mərhələdə iddiaçı yenə də vəkilin iştirak etməsi üçün iclasın təxirə salınmasını xahiş etmiş, eyni zamanda özünü iddiaçının vəkili kimi təqdim edən (birinci instansiya məhkəməsində müvafiq order təqdim etmiş, hazırki mərhələdə order təqdim etməmişdir) Vəkil elektron sistem vasitəsilə ərizə göndərərək, Bakı Apellyasiya Məhkəməsində və Bakı Ağır Cinayətlər Məhkəməsində başqa işə baxılması ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin həmin məhkəmələrdə tərəfin vəkili olması barədə sübut təqdim etməmiş, eyni zamanda həmin məhkəmə iclaslarında iştirakın hazırki məhkəmə iclasından daha əhəmiyyətli və vacib olmasını əsaslandırmamışdır. Odur ki, məhkəmə kollegiyası qeyd olunun halı icraatın yubadılması niyyəti ilə əlaqələndirir və vəkilin iştirakı olmadan işə baxılmasını məqsədəuyğun hesab edir. Əsaslandırma Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -Sabirabad rayon Aleksandrovka bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli iclas protokolundan çıxarışın surətindən görünür ki, Sabirabad rayon Şəhriyar kənd sakini İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs texniki xidmət və ictimai iaşə obyekti tikintisi altına 15 sot və ya 1500 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə ərizəsi nəzərə alınaraq icarə müqaviləsi bağlanılmaqla icarə haqqı müəyyən edilməsi qərara alınmışdır. -Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Sabirabad rayonu, Şəhriyar kənd sakini İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Sabirabad rayon Aleksandrovka bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli və ##.##.2007-ci il tarixli, ** nömrəli icarə müqaviləsi ilə 30 il müddətinə 1500.51 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. X1 kitabında ##.##.2011-ci il tarixdə 7588 nömrə ilə uçota alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Sabirabad rayon Şəhriyar bələdiyyəsi 0.0603 ha torpaq sahəsini ##.##.2007-##.##.2037-ci il tarixədək 30 il müddətinə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Şirvan Ərazi Idarəsi tərəfindən verilmiş mütəxəssis rəyində bildirilir ki, ##.##.2026-cı il tarixli, *-**-*-**/*-***/**** nömrəli məktubla məhkəməyə təqdim edilmiş və rəyə əsasən Sabirabad rayonu, Aleksandrovka bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı iclasının qərarı və ##.##.2007-ci il tarixli, ** saylı icarə müqaviləsi ilə Sabirabad rayonu. Şəhriyar kənd sakini İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs 30 il müddətinə icarəsinə verilmiş 1500.51 kv.m mübahisəli torpaq sahəsi üzərində beş ədəd qeyriyaşayış tikililəri mövcuddur və həmin tikililər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-də hüquqi qeydiyyata alınmamışdır. Tikililərin yerləşdiyi torpaq sahəsinin hüquqi sahibi Sabirabad rayonu Şəhriyar Bələdiyyəsidir. Həmçinin həmin tikililər faktiki olaraq üçüncü şəxslər İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs və gəlini X2 istifadəsində olduğu (onların dediklərinə əsasən) ekspertiza baxışı zamanı müəyyən olunmuşdur. Sabirabad rayon XDS IK-nin ## ##### 1991-ci il tarixli, * nömrəli qərarına əsasən İddiaçı ayrılmış Əli Bayramlı-Saatlı şosse yolundan Aleksandrovka (Şəhriyar) kəndinə dönən yolun qərb tərəfindəki magistral yolun təsir zolağında yerləşən ərazidən 30x50 metr ölçüdə olan 0.15 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinə daxil olan torpaq sahəsinin yerləşmə mövqeyini və koordinatlarını əks etdirən sxem, yerquruluşu planı və digər texniki sənədlər aşkar edilməmiş, həmin torpaq sahəsinin naturada yerləşdiyi ərazinin döngə nöqtə koordinatlarını və sərhədlərini müəyyən etmək, həmçinin ikinci sualın h,i,j,k,l,m,n bəndlərində qoyulan variantları cavablandırmaq tərəflərindən mümkün olmamışdır. Sabirabad rayon XDS IK-nin ## ##### 1991-ci il tarixli, * nömrəli qərarına əsasən İddiaçı ayrılmış Əli Bayramlı-Saatlı şosse yolundan Aleksandrovka (Şəhriyar) kəndinə dönən yolun qərb tərəfindəki magistral yolun təsir zolağında yerləşən ərazidən 30x50 metr ölçüdə 0.15 ha torpaq sahəsinin dəqiq koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırki halda iddiaçının subyektiv hüququnun pozulması iş materialları ilə müəyyən edilmir. Belə ki, ekspert tərəfindən koordinatların müəyyən edilə bilməməsi halı iddiaçının həmin sənədə istinadən hazırki iddianı qaldırmaqla subyektiv hüququnun olmasını istisna edir. Həmçinin qeyd edilməlidir ki, Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının audio-video yazısına baxış zamanı müəyyən edildi ki, iddiaçı mübahisələndirilən qərardan 2011-ci ildə məlumatı olduğunu bildirmişdir. Iddia ərizəsinin məhkəməyə ##.##.2025-ci il tarixdə daxil olduğunu nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli və obyektiv araşdırma aparılmaqla işin faktiki və hüquqi hallarına düzgün qiymət verilmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, ** nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-391/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-391/2026
02.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver