Məhkəmə qərarları › İş №2-1(3-9)-395/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-395/2026

02.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-395/2026 02.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın mümkünsüzlüyü) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Şirvan İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*-*(*-*)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları: Lənkəran Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş ## #### 2024-cü il tarixli *(***)- ***/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər X4, Bağırov İlham Səxavət oğlu və X1 qarşı iddiası təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, 8020113135445-***** reystr nömrəli, ##.##.2023-cü il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının * nömrəli vərəqində qeydə alınmış İddiaçı və X6 paylı mülkiyyətinə verilmiş ümumi sahəsi 273.3 kv.m olan fərdi yaşayış evlərindən və evlərin yerləşdiyi 0.23 ha torpaq sahəsindən İddiaçı torpaq sahəsinə münasibətdə 73/75 hissə, fərdi yaşayış evlərinə münasibətdə 14/15 hissə payı naturada ayrılaraq məhkəmə eksperitza mərkəzinin ## ### 2024-cü il tarixli **/**** nömrəli rəyində müəyyən edildiyi kimi bölünməsi qət edilmişdir. Lənkəran Rayon İcra və probasiya şöbəsinin ## #### 2026-cı il tarixli “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” barədə qərarından görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli *(***)- ***/****-*** nömrəli icra sənədi icrası mümkün olmayan icra sənədi kimi Məhkəməyə qaytarılmışdır. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, 8020113135445-***** reyestr nömrəli, ##.##.2023-cü il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının * nömrəli vərəqində qeydə alınmış çıxarışa əsasən İddiaçı və X6 paylı mülkiyyətinə verilmiş ümumi sahəsi 273.3 kv.m olan fərdi yaşayış evlərindən və evlərin yerləşdiyi 0.23 ha torpaq sahəsindən İddiaçı torpaq sahəsinə münasibətdə 73/75 hissə, fərdi yaşayış evlərinə münasibətdə 14/15 hissə payı naturada ayrılaraq məhkəmə ekspertiza mərkəzinin ## ### 2024-cü il tarixli **/**** nömrəli rəyində müəyyən edildiyi kimi bölünməsi və bu barədə adına müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, valideynləri Lənkəran rayonu, Seydəkəran kəndində yaşamış və mülkiyyətlərində Lənkəran rayonu, Seydəkəran kəndində 0.23 ha torpaq sahəsi və həmin torpaq sahəsində ümumi sahəsi 273.30 kv.m olan iki fərdi yaşayış evi olmuşdur, yəni torpaq sahəsi mərhum atası, onun və digər bacı-qardaşlarının adına olmuş, fərdi yaşayış evləri isə mərhum atasının mülkiyyətində olmuşdur. Valideyinləri vəfat etdikdən sonra həmin əmlaklar vərəsəlik qaydasında onun, sağ olan bacılarının adına keçmiş və onlar da həm varis, həm də mülkiyyətçi kimi öz paylarını ona bağışlamışdırlar. Mərhum qardaşı X6 vəfat etdiyinə görə onun varisləri olan iş üzrə cavabdehlər varisi olduqları X6 miras əmlakını nə qəbul, nə də paydan imtina etmədiklərindən həmin əmlakın yaşayış evinə münasibətdə 14/15 hissə onun, 1/15 hissə X6, torpaq sahəsinə münasibətdə isə 73/75 hissə onun, 2/73 hissə isə X6 mülkiyyətinə verilmişdir. O, öz payını naturada ayırmış, ondan təkbaşına istifadə etmək istədiyi üçün cavabdehlərlə bununla bağlı danışıq aparmış, lakin cavabdehlər buna maneçilik törədərək mübahisə yaratmışdırlar. O, da ilkin olaraq həmin evin və evin yerləşdiyi torpaq sahəsinin naturada bölgüsünün mümkünlüyü barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn ** saylı Lənkəran ərazi idarəsinə müraciət etməklə mütəxəssis rəyinin verilməsini xahiş etsə də, həmin idarə tərəfindən ona cavab verilərək paylı mülkiyyətlərində olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin naturada bölgüsünün mümkün olubolmaması məhkəmənin müvafiq qərarı əsasında mütəxəssis rəyinin verilməsinin mümkünlüyü izah edilməklə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Ona görə də o, həmin evin və evin yerləşdiyi torpaq sahəsinin naturada bölünməsi tələbi ilə məhkəməyə müraciət etmiş və Lənkəran Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı və X6 paylı mülkiyyətinə verilmiş ümumi sahəsi 273.3 kv.m olan fərdi yaşayış evindən və evin yerləşdiyi 0.23 ha torpaq sahəsindən onun torpaq sahəsinə münasibətdə 73/75 hissə, fərdi yaşayış evlərinə münasibətdə 14/15 hissə payı naturada ayrılaraq məhkəmə ekspertiza mərkəzinin ## ### 2024-cü il tarixli **/**** nömrəli rəyində müəyyən edildiyi kimi bölünməsi qət edilmişdir. Bundan sonra qeyd olunan qətnamə icra edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn ** saylı Lənkəran ərazi idarəsinə göndərilmiş, lakin idarənin mütəxəssisləri həmin torpaq sahəsinə və fərdi yaşayış evlərinə baxış keçirərək məhkəmə ekspertiza mərkəzinin ## ### 2024-cü il tarixli **/**** nömrəli rəyində müəyyən edildiyi kimi naturada bölmək istədikdə bunun alınmadığını bildirərək bununla bağlı imtina məktubu vermişdirlər və həmin məktubda qeyd edilmişdir ki, daşınmaz əmlak üzərində Lənkəran Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən texniki cəhətdən naturada bölgü aparmaq mümkün olmamışdır. Cavabdehin etirazları: Etiraz onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən qeyd edilən fərdi yaşayış evinin naturada təcrid şəkildə bölünməsi daşınmaz əmlak fərdi yaşayış evi olduğu səbəbindən mümkün deyildir. Fərdi yaşayış evinin naturada təcrid şəkildə bölünərək ayrılması mümkünsüzdür. Şirvan İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*-*(*-*)-***/**** nömrəli qərardadı (hakim Rəşad Nuriyev) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, mübahisələndirilən qərardad qəbul edilərkən maddi hüquq normalarının tələbi pozulmuşdur. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər və səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il ## ##### tarixli, * nömrəli Qərarı Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, hüquqi müəyyənlik prinsipi və həmin prinsipin ayrılmaz tərkib hissəsi olan məhkəmə qərarların stabilliyi prinsipi baxımından artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə həll edilmiş mübahisəyə dair yenidən baxılması (qətnamənin mövcudluğu nəzərə alınmadan) mümkünsüzdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. İşin hallarından müəyyən edildi ki, Lənkəran Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş ## #### 2024-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər X4, Bağırov İlham Səxavət oğlu və X1 qarşı iddiası təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, 8020113135445-***** reystr nömrəli, ##.##.2023-cü il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının * nömrəli vərəqində qeydə alınmış İddiaçı və X6 paylı mülkiyyətinə verilmiş ümumi sahəsi 273.3 kv.m olan fərdi yaşayış evlərindən və evlərin yerləşdiyi 0.23 ha torpaq sahəsindən İddiaçı torpaq sahəsinə münasibətdə 73/75 hissə, fərdi yaşayış evlərinə münasibətdə 14/15 hissə payı naturada ayrılaraq məhkəmə eksperitza mərkəzinin ## ### 2024-cü il tarixli **/**** nömrəli rəyində müəyyən edildiyi kimi bölünməsi qət edilmişdir. Həmin qətnamənin icrası ilə bağlı verilmiş icra sənədi Lənkəran Rayon İcra və probasiya şöbəsinin ## #### 2026-cı il tarixli “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” barədə qərarı ilə icrası mümkün olmayan icra sənədi kimi Məhkəməyə qaytarılmışdır. Avropa İnsan Haqları Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı). “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2017-ci il tarixli Qərarında ifadə edilən hüquqi mövqeyinə əsasən “İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir.” Məhkəmə kollegiyası icra sənədinin icra edilməsi zamanı eyni yanaşmanın tətbiq olunmalı olduğunu hesab edir. Belə ki, icra sənədinin icrası həmin mülki, kommersiya və inzibati işin bilavasitə davamıdır və icra məmurunun hərəkətlərindən şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır İddiaçının hüququ marağı Lənkəran Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş ## #### 2024-cü il tarixli *(***)-***/**** saylı qətnaməsinin icrasına nail olmaqdan ibarətdir. Qətnamənin icrası ilə bağlı verilmiş icra sənədi Lənkəran Rayon İcra və probasiya şöbəsinin ## #### 2026-cı il tarixli “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” barədə qərarı ilə icrası mümkün olmayan icra sənədi kimi Məhkəməyə qaytarılmışdır. Həmin qətnamənin icrası gedişində cavabdehin hərəkətlərinin qanuni və ya qanunsuz olması da inzibati məhkəmənin yox, qətnaməni qəbul edən və onun icrasına nəzarət edən məhkəmənin səlahiyyətinə aiddir. Belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Odur ki, iddiaçı hazırkı tələb ilə bağlı inzibati məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. İddiaçıya izah edilir ki, Lənkəran Rayon İcra və probasiya şöbəsinin ## #### 2026-cı il tarixli “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” barədə qərarından Lənkəran Rayon Məhkəməsinə şikayət edə bilər. Qeyd olunanlara əsasən işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*-*(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar