Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-396/2026 26.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Imişli Rayon Icra Hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əməkhaqqının ödənilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan Inzibati Məhkəməsinin (hakim H.Nəcəfov) ## ##### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdə iddiaçının ## ### 2025-ci il tarixdə 9 may "Qələbə günü” münasibətilə Sarıxanlı kəndində yerləşən Böyük Vətən müharibəsi abidəsinin önündə keçmiş SSRI bayrağı altında dayanaraq Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatı adından çıxış etməsi nümayiş etdirilmiş, etdiyi hərəkətlərlə işlədiyi dövlət orqanının nüfuzunu aşağı salan hərəkətlərə yol vermişdir. Baş verənlərin səbəbinin araşdırılması üçün isə cavabdehin səylərinə baxmayaraq, Imişli Rayon Icra Hakimiyyətinə gəlməkdən imtina etmişdir. "X2” və "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununlarına əsasən dövlət qulluqçuları vəzifədə olaraq başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verdikdə, vəzifədə olaraq etik davranış qaydalarına əməl etmədikdə onların barəsində "X2” Azərbaycan Respublikasının Qanununun 25.2-ci maddəsinə qeyd olunan intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər. Məhkəmə hesab etmişdir ki, cavabdeh, iddiaçının müvafiq hərəkətlərə (etik davranış qaydalarına əməl olunmamasına) yol verməklə "X2” və "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunlarının tələblərini pozması qənaətinə gəlməkdə haqlı olmuşdur. Qeyd olunan əsasla ona "dövlət qulluğundan azad edilmə” intizam tənbehinin tətbiqi həm «X2» Azərbaycan Respublikası Qanununuun 25.2-ci maddəsinin və «Inzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbləri baxmından mütənasib addım kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, dövlət qulluğuna qəbul edilmiş vətəndaş kimi o, vəzifəsinin icrasına başlamamışdan əvvəl ...”dövlət qulluğunun ona verdiyi hüquqları və üzərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücü ilə və vətənin mənafeyi naminə həyata keçirəcəyinə” and içmiş və qulluğa qəbul olunduqdan sonra etik davranış qaydarına riayət etmək dövlət qulluqçusu kimi onun vəzifəsi olmuşdur. Lakin onun yol verdiyi hərəkətlər həmin müddəalarla nəinki uzlaşmır, hətta tam ziddiyyət də təşkil edir. Iddiaçının digər arqumenti sərəncamın verildiyi müddətdə xəstəliklə bağlı bülletendə olması halıdır ki, məhkəmə həmin arqumenti qeyd edilən sərəncamın qanuniliyinə təsir edəcək sübut və amil kimi qəbul etmir. Belə ki, iddiaçı tərəfindən bülletenə çıxması barədə sübutlar inzibati orqana təqdim edilməmiş və təqdim edilməsini sübut edəcək dəlillər olmamışdır. İddiaçı telefon vasitəsilə Imişli Rayon Icra Hakimiyyətinə dəvət edilsə də, Imişli Rayon Icra Hakimiyyətinə getməkdən imtina etmişdir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, Imişli Rayon Icra Hakimiyyəti başçısının ** saylı, ## ### 2025-ci il tarixli sərəncamı ilə "Yerli Icra Hakimiyyəti haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2012-ci il tarixli *** saylı Fərmanı ilə təsdiq edilmiş əsasnamənin 2.15-ci maddəsi rəhbər tutularaq və "X2” Azərbaycan Respublikası Qanununun 18.0.4 və 25.2.6-cı maddəsinə əsasən ##.##.2025-ci il tarixdən RIPIB-nin * saylı Yeni Bəhrəmtəpə qəsəbəsi üzrə nümayəndəsinin müavini vəzifəsindən azad edilmiş və X2 Qanunun 33.1.6 maddəsinə əsasən onun Dövlət Qulluğuna xitam verilmişdir. Sərəncamda göstərilmişdir ki, guya onun barəsində təqdimat verilmişdir. Onun barəsində sərəncamda və təqdimatda göstərilənlər tamamilə yalan və uydurmadır. Heç vaxt əmək intizamını pozmamış, əgər əmək intizamını pozmuş olsaydı vaxtında barəsində intizam tənbehi görülməli idi. Lakin belə bir təhbeh bu günədək olmamışdır. Heç bir qanuni əsas olmadan saxta və quraşdırma bəhanələrlə işdən azad etmişdir. ##.##.2025-ci il iş günü deyildir, Ulu Öndərin anadan olmasının 102-ci illiyini qeyd etmişlər və həmin vaxtı əlavə olaraq qeyd etmək istəyir ki, Ulu Öndərin təşəbbüsü ilə keçən əsrin 80-ci illərində böyük vətən müharibəsində həlak olmuş həmvətənlilərin xatirəsinə Sarıxanlı kəndində ucaldılmış abidə kompleksin, Imişli rayon Ağsaqqallar Şurası tərəfindən bərpa və təmir aparılmasından sonra həmin abidə kompleksin açılışında iştirak etmişdir. Ümumiyyətlə heç bir lent taxmamış, həmin mərasimdə Yeni Azərbaycan Partiyasının gənc fəalı kimi Ulu Öndər haqqında çıxış etmişdir. Icra hakimiyyəti başçısının ** saylı, ## ### 2025-ci il tarixli sərəncamı verilən gün xəstəliklə əlaqədar əmək funksiyasının icrasından azad edilmək şərti ilə rəsmi olaraq, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək bülletəndə olmuşdur. Xəstəliklə əlaqədar bülletəndə olduğu gün xəbəri olmadan, ondan heç kim tərəfindən heç bir şifahi və ya yazılı izahat alınmadan qanunsuz olaraq işdən azad etmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı etdiyi hərəkətlərlə işlədiyi dövlət orqanının nüfuzunu aşağı salan hərəkətlərə yol vermişdir. Baş verənlərin səbəbini araşdırmaq üçün Imişli Rayon Icra Hakimiyyəti başçısı aparatından verilən tapşırığın icrası ilə əlaqədar olaraq Imişli Rayon Icra Hakimiyyəti başçısının * nömrəli Yeni Bəhrəmtəpə qəsəbəsi üzrə nümayəndəsi Sahib Eyvaz müavini İddiaçı telefon vasitəsilə Imişli Rayon Icra Hakimiyyətinə dəvət etmişdir. İddiaçı telefon danışığı zamanı gələcəyini bildirsə də, lakin biraz sonra atasının icazə vermədiyini əsas gətirərək RIH-nə gəlməkdən imtina etmişdir. Buna görə də onun işlədiyi dövlət orqanının nüfuzunu aşağı salan hərəkətlərlə bağlı araşdırma aparmaq üçün izahat almaq mümkün olmamışdır və buna görə də Imişli Rayon Icra Hakimiyyəti başçısı aparatının işçiləri və Imişli Rayon Icra Hakimiyyəti başçısının * nömrəli Yeni Bəhrəmtəpə qəsəbəsi üzrə nümayəndəsi Sahib Eyvaz tərəfindən ## ### 2025-ci il tarixdə bu barədə akt tərtib edilmişdir. Bir neçə gündən sonra məlum olmuşdur ki, İddiaçı xəstəxanada xəstə olması ilə bağlı bülleten açdırmışdır. O, xəstə olması ilə bağlı nə işlədiyi nümayəndəliyə, nə də Imişli Rayon Icra Hakimiyyətinə heç bir xəbərdarlıq etməmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətin məzmunu iddia ərizəsində qeyd edilmiş dəlillərlə eynilik təşkil edir, şikayətdə qərarın ləğvini şərtləndirən hər-hansı dəlil göstərilməmişdir. Prosessual məsələlər Iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etdi, həmçinin iddiaçının xəstə olması barədə bilavasitə öz rəhbərinə (icra nümayəndəsinə) məlumat verdiyini, lakin hansı qaydada məlumat verməsini bilmədiyini bildirdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarında olan: -Imişli Rayon Icra Hakimiyyəti başçısının ##.##.2025-ci il tarixli, ** nömrəli sərəncamının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının "X2” Qanununun 18.0.4 və 25.2.6. maddələrinə əsasən ##.##.2025-ci il tarixdən Imişli RIH başçısının * saylı Yeni Bəhrəmtəpə qəsəbəsi üzrə nümayəndəsinin müavini vəzifəsindən azad edilməsi və "X2” Qanunun 33.1.6. maddəsinə əsasən onun dövlət qulluğuna xitam verilməsi qərara alınmışdır. -"Imişli Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin ##.##.2025-ci il tarixli, **-*-**/*- ****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, ##.##.2000-ci il tarixdə doğulmuş, Imişli şəhəri İ.C. Səmədov 27 ünvanında yaşayan İddiaçı (FIN:*******) ##.##.2025-ci il tarixdə xəstəxanaya müraciət etmiş və xəstəyə XV*********** nömrəli sığortaolunanın xəstəlik vərəqəsi açılmışdır. -Imişli Rayon Icra Hakimiyyəti başçısının * nömrəli Yeni Bəhrəmtəpə qəsəbəsi üzrə nümayəndəsinin ##.##.2026-cı il tarixli, *-**-**-**/*-**/*-**/**** nömrəli məktubunda bildirilir ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdə Imişli RIH başçısının * saylı Yeni Bəhrəmtəpə qəsəbəsi üzrə nümayəndəsinin sabiq müavini İddiaçı ## ### 2025-ci il tarixdə 9 may "Qələbə günü” münasibətilə Sarıxanlı kəndində yerləşən Böyük Vətən müharibəsi abidəsinin önündə keçmiş SSRI bayrağı altında dayanaraq Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatı adından çıxış etməsi nümayiş etdirilmişdir. İddiaçı etdiyi hərəkətlərlə işlədiyi dövlət orqanının nüfuzunu aşağı salan hərəkətlərə yol vermişdir. Baş verənlərin səbəbini araşdırmaq üçün Imişli Rayon Icra Hakimiyyəti başçısı aparatından verilən tapşırığın icrası ilə əlaqədar İddiaçı telefon vasitəsilə Imişli Rayon Icra Hakimiyyətinə dəvət edilmiş, o, telefon danışığı zamanı gələcəyini bildirsə də, lakin biraz sonra atasının icazə vermədiyini əsas gətirərək Imişli Rayon Icra Hakimiyyətinə gəlməkdən imtina etmişdir. Buna görə də, onun işlədiyi dövlət orqanının nüfuzunu aşağı salan hərəkətlərlə bağlı araşdırma aparmaq üçün izahat almaq mümkün olmadığına görə Imişli Rayon Icra Hakimiyyəti başçısı aparatının işçiləri tərəfindən ## ### 2025-ci il tarixdə bu barədə akt tərtib edilmişdir. Bir neçə gündən sonra onlara məlum olmuşdur ki, iddiaçı xəstə olması ilə bağlı bülleten açdırmışdır. O, xəstə olması ilə bağlı Imişli Rayon Icra Hakimiyyətinə xəbərdarlıq etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən yuxarıda qeyd olunan əməlin törədilməsi onun mübahisələndirilən əmrin məzmununda qeyd edilmiş əsasla dövlət qulluğuna xitam verilməsinə əsas verir. Belə ki, iddiaçı dövlət qulluqçusu olaraq, Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə yönələn davranış nümayiş etdirmək vəzifəsi daşıdığı halda, ## ### 2025-ci il tarixdə 9 may "Qələbə günü” münasibətilə Imişli rayonu, Sarıxanlı kəndində yerləşən Böyük Vətən müharibəsi abidəsinin önündə keçmiş SSRI bayrağı altında dayanaraq çıxış etmişdir. Həmin tədbirin iştirakçılarının yaxasında Rus imperiyasının rəmzi olan “Georgi” lentinin taxılması (iddiaçı bu lenti taxmadığını iddia edir), Sovet rejiminin rəmzi olan bayrağın qaldırılması və nümayiş etdirilməsi vətəndaşı olduğu ölkəyə və ölkənin bayrağına, müstəqilliyinə, qanunlarına hörmətsiz yanaşma olmaqla, dövlət qulluğu ilə bir araya sığmayan hərəkətdir və cavabdehin bu hərəkətlərə münasibətdə gördüyü tədbir adekvat olmuşdur. Məhkəmə kollegiyası həmçinin iddiaçının əmək qabiliyyətini müvəqqəti itirdiyi zaman kəsiyində barəsində görülmüş intizam tənbehinin qanuniliyi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmçinin "X2” Qanunun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Iş materiallarından görünür ki, iddiaçıya intizam tənbehi verilməmişdən əvvəl onun dinlənilməsi və törətdiyi əməllə bağlı izahat verməsi üçün işəgötürən tərəfindən dəvət edilmiş, lakin o gəlməkdən yayınmış, bununla bağlı müvafiq akt tərtib edilmişdir. Həmçinin iddiaçı əmək qabiliyyətini müvəqqəti itirməsi ilə bağlı işəgötürənə hər-hansı qaydada məlumat verməsini təsdiq edən sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası gəldiyi qənaəti aşağıdakı normalarla əsaslandırır: "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 7.1-ci maddəsinə əsasən dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. 12.2. dövlət qulluqçusu onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir. 15.2. dövlət qulluqçusunun xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, qanunvericiliyə müvafiq olaraq, dövlət qulluğuna qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə məlumat verməyə borcludur. 23.1. etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. "X2” Azərbaycan Respublikasının Qanununun: 15.2-ci maddəsinə əsasən ilk dəfə daimi dövlət qulluğuna qəbul edilmiş vətəndaş vəzifəsinin icrasına başlamamışdan əvvəl aşağıdakı məzmunda and içir: «Azərbaycan Respublikasına sadiq olacağıma, onun Konstitusiyasına dönmədən əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, dövlət qulluğunun mənə verdiyi hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücümlə və vətənin mənafeyi naminə həyata keçirəcəyimə and içirəm». 18.0.4. dövlət qulluqçuları vəzifədə olaraq başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. 18.0.12. dövlət qulluqçuları vəzifədə olaraq etik davranış qaydalarına əməl etməlidir. 25.1. dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər:- töhmət; bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; dövlət qulluğundan azad edilməsi. 25.5. dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 25.7. bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. 33.1.6-cı maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə dövlət qulluğuna xitam verilə bilər. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati akt qəbul edilərkən qanun pozuntusuna yol verilməmiş, akt qanuni və əsaslıdır. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-396/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-396/2026
26.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver