Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-397/2026 26.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tabeliyində X3 Idarəsinə qarşı attestasiya komissiyasının qərarının ləğv edilməsi və s. tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tabeliyində X3 Idarəsinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, ## #### 2025-ci il tarixində keçirilmiş attestasiya nəticəsində barəsində attestasiya komissiyasının qərarının qanunsuz hesab edilərək ləğv edilməsi, attestasiya prosesinin yenidən, obyektiv, şəffaf və bərabər şərtlərlə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim H.Nəcəfov) ## ##### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə inzibati mübahisə deyil, əmək münasibətlərindən (attestasiya nəticələri) irəli gələn mübahisədir. Həmçinin cavabdehin düzgün müəyyən edilməsinə və həmin hissədə tərəfə hüquqi yardım göstərilməsinə zərurət vardır. Belə ki, iş materiallarına əlavə edilən sənədlərə və cavabdeh orqanın etiraz məktublarına nəzər yetirilən zaman mübahisə üzrə iddiaçının tərəf olduğu əmək münasibətləri üzrə qeyd olunmuş tədbirlər Mədəniyyət Nazirliyi tərəfindən deyil, onun tabeliyində olan konkret müəssisə (Uşaq incəsənət məktəbi) tərəfindən həyata keçirilmişdir. Eləcə də, mübahisə üzrə tərəf və işəgötürən qismində məktəb (və ya məktəb direktoru) çıxış edir. Hazırki mübahisə mülki hüquq sahəsindən yaranan mübahisədir. Belə olduğu halda yaranan mübahisə (fikir ayrılığı) inzibati icraat qaydasında deyil, fərdi əmək mübahisələrinin həlli qaydasında aidiyyəti üzrə ümumi məhkəmələrdə (rayon və şəhər məhkəmələrində) həll edilməlidir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ## ######## 2009-cu il tarixindən etibarən Imişli şəhər Uşaq Incəsənət Məktəbində qarmon müəllimi vəzifəsində fasiləsiz şəkildə çalışır. Bu müddət ərzində əmək funksiyalarını vicdanla yerinə yetirmiş, heç bir intizam və ya qanun pozuntusuna yol verməmişdir. Imişli şəhər Uşaq Incəsənət Məktəbinin ## ###### 2024-cü il tarixli, ** nömrəli əmri ilə məktəbdə attestasiya keçirilməsi qərara alınmış və ## #### 2025-ci il tarixində onun iştirakı ilə attestasiya həyata keçirilmişdir. Həmin attestasiyanın nəticəsi olaraq, attestasiya komissiyası tərəfindən onun tutduğu vəzifəyə uyğun olmadığı barədə qərar qəbul edilmişdir. Lakin attestasiyanın nəticəsi ilə razılaşmamışdır. Belə ki, attestasiya zamanı ona 27 sual təqdim edilmiş, bu suallardan 19-na düzgün cavab vermiş, buna baxmayaraq, komissiya tərəfindən cavabları obyektiv qiymətləndirilməmiş və onun peşəkar fəaliyyətinə dair heç bir əsaslı irad bildirilmədən mənfi qərar qəbul edilmişdir. Daha da önəmlisi, attestasiya prosesi zamanı ayrı-seçkiliyə və qərəzə yol verilmişdir. Belə ki, attestasiya komissiyası tərəfindən iştirakçılara fərqli sayda suallar təqdim edilmiş, bəzilərinə 5, bəzilərinə 10 sual verildiyi halda yalnız ona 27 sual təqdim edilmişdir. Bu isə eyni şəraitdə olan şəxslər arasında fərq qoyulması deməkdir və Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi ilə təsbit olunmuş hüquq bərabərliyi prinsipinin pozulmasıdır. Cavabdeh iddia ərizəsinə etirazında göstərmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65-ci maddəsinin üçüncü hissəsinə əsasən işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na əsasən attestasiyadan keçirilməzdən əvvəl zəruri hallarda attestasiyanın keçirilməsinin məqsəd, vəzifə və metodlarının izahının işçilərə çatdırılması üzrə tədbirləri özündə cəmləşdirən lazımi hazırlıq işləri görülməlidir. Bu işi müəssisənin struktur bölmələrinin rəhbərləri müvafiq həmkarlar təşkilatları ilə birlikdə, həmkarlar təşkilatı olmadıqda isə işəgötürən özü təşkil edir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının ## #### 2025-ci il tarixli 3- 24/3-3-KQ-5/2025 Qərarı ilə təsdiq edilmiş "Incəsənət məktəb və mərkəzlərinin Nümunəvi Əsasnaməsi”nə əsasən müəllimlər Nazirliyin pedaqoji kadrların mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə müsabiqə komissiyasının qərarı əsasında məktəbin direktoru tərəfindən işə qəbul edilir. Göründüyü kimi müəllimlərə münasibətdə işəgötürən qismində məktəbin direktoru çıxış edir. Bu səbəbdən də iddiaçının hazırki iddia üzrə Mədəniyyət Idarəsinə qarşı subyektiv hüququ yaranmır. Hazırkı iş üzrə isə iddiaçı ilə əmək müqaviləsinin bağlanması, onun attestasiya prosesinə cəlb olunması və işdən azad olunması ilə bağlı qərarların verilməsində X3 Idarəsi birbaşa iştirakçı olmamış, qərarların qəbulunda iştirak etməmişdir və nəticə etibarilə iddiaçının irəli sürdüyü hüquq münasibətlərində cavabdeh qismində tanına bilməz. Iddia ərizəsi və əlavə sənədlərdən də göründüyü kimi iddiaçının tərəf olduğu əmək münasibətləri üzrə qeyd olunmuş tədbirlər X3 Idarəsi tərəfindən deyil, onun tabeliyində olan konkret müəssisə tərəfindən həyata keçirilmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün yenidən Şirvan Inzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Həmçinin şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, attestasiyanın keçirilməsi ilə bağlı məsələlər saxtalaşdırılmaqla, əslində başqa məkanda keçirilməklə, attestasiya komissiyası da daha yuxarı qurum tərəfindən yaradılıb və bunları obyektiv araşdırma aparmaqla aşkar etmək tamamilə mümkün idi. Birinci instansiya məhkəməsi 10 ay ərzində yalnız iddianın mümkünlük məsələsinə vaxt sərf etsə də, bu xüsusatları araşdırmamışdır. Attestasiyanın kamera görüntülərinin məhkəməyə təqdim edilməsi və baxış keçirilməsi barədə tərəfindən vəsatət verilsə də, həmin vəsatət də təmin edilməmişdir. Birinci instansiya məhkəməsi öz təşəbbüsü ilə iş materiallarında olan ##.##.2026-cı il tarixdə Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinə tapşırmaqla mütəxəssis rəyinin alınması və rəy alınana qədər iş üzrə icraatın təxirə salınması barədə qərardad qəbul etsə də, həmin rəyin alınmasını gözləmədən iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının və cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X3 Idarəsinin İddiaçı ünvanladığı ##.##.2025-ci il tarixli, *-**-**/*-M-****-**/**** nömrəli məktubundan görünür ki, Mədəniyyət Nazirliyinin sistemindəki musiqi, incəsənət məktəb və mərkəzlərində işləyən təhsilverənlərin attestasiyası onların peşə səriştə və bacarıqlarının ölçülməsi, ixtisasına müvafiq olaraq tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə həyata keçirilir. Qeyd edək ki, attestasiya prosesi Azərbaycan Respublikası Nazirlər Kabineti ## ### 2001-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq təşkil edilir. Bununla əlaqədar olaraq, Imişli şəhər Uşaq Incəsənət Məktəbinin ## ###### 2024-cü il tarixli, ** nömrəli əmrinə əsasən həmin məktəbdə attestasiyanın keçirilməsi qərara alınmışdır. Həmçinin məktəbin müvafiq əmrinə əsasən attestasiyanın keçirilməsi müddəti və qaydaları müəyyən edilmiş və attestasiyanın başlanmasına ən azı bir ay qalmış attestasiyadan keçiriləcək işçilərin diqqətinə çatdırılmışdır. ## #### 2025-ci il tarixində keçirilən attestasiya zamanı komissiya üzvləri tərəfindən sizə ünvanlanmış nəzəri və praktiki suallara verdiyiniz cavablar komissiya üzvləri tərəfindən müvafiq qaydalara uyğun qiymətləndirilmiş və komissiya tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin 7-ci hissəsininə əsasən, attestasiyanın nəticəsi olaraq sizin tutduğunuz vəzifəyə uyğun hesab edilmədiyiniz barədə qərar qəbul edilmişdir. -Imişli şəhər Uşaq Incəsənət Məktəbininin direktoru tərəfindən imzalanmış ## #### 2025-ci il tarixli, ** nömrəli əmrin məzmunundan görünür ki, iddiaçının tutduğu vəzifədən azad edilməklə, əmək müqaviləsinə xitam verilmişdir. Şərh olunan sənədlərin məcmusundan bu qənaətə gəlinir ki, tərəflər arasında yaranmış mübahisə əmək hüquq munasibətlərindən yaranmışdır və inzibati məhkəmə icraatının predmeti olmadığından mübahisə publik hüquq münasibətlərini tənzimləyən hüquq normaları ilə deyil, özəl hüquq münasibətlərini tənzimləyən normalarla nizama salınmalıdır. Həmin mübahisələrə isə ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxıldığından, iddiaçı məhkəmə aidiyyətini düzgün müəyyən etməmişdir. «Inzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. «Inzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Inzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. X2 Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, hesab edir ki, apelyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-397/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-397/2026
26.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver