Məhkəmə qərarları › İş №2-1(3-9)-400/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-400/2026

19.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-400/2026 19.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X1 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlillik dərəcəsinin müəyyən edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi və müvafiq əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim A.Hüseynova) ## ##### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli, G********RSU nömrəli göndərişə əsasən qəbul edilmiş ##.##.2025-ci il tarixli, *******0014 saylı qərarının ləğv edilməsi və iddiaçı İddiaçı həmin vaxtdan “ümumi xəstəlik” səbəbi ilə orqanizmin funksiyalarının pozulmasının 35-60 % dərəcəsi ilə əlilliyin müəyyən edilməsi (bu barədə müvafiq qaydada qərar qəbul edilməklə) öhdəliyinin (orqanizmin funksiyalarının 35-60 % itirilməsi-1 il müddətinə) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərar alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan Şirvan şəhər Mərkəzi Xəstəxanası tərəfindən göndərilmiş G********RSU saylı, ##.##.2025-ci il tarixli göndəriş əsasında İddiaçı əlillik təyin olunmasından “diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina etmişdir. Göndərişdə XBT kodu üzrə “əsas diaqnoz 84.4; ağırlaşma-M24.5, R26.8-hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, yeriş funksiyasının pozulması”, R33, R52.2, Z74.1, M51.3, G82.0”, “yanaşı xəstəliklər-S82.0,S86, S82” diaqnozları üzrə xəstəliklər qeyd edilmişdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əsasnaməyə əlavədə öz əksini tapmış Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti barədə məlumat cədvəli üzrə “6. Sinir sistemi xəstəlikləri-Sıra №-si 6.1.10 sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr R25-29” bəndləri tətbiq edilməlidir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ildən birinci qrup əlillik dərəcəsi almışdır. Onun və uşaqlarının sümükləri əriyib-əriyib sınır. 7 dəfə əməliyyat keçirtmişdir. Türkiyə Respublikasında sümük köçürdüb. Ürəyindən də əməliyyat olmuş və 5 dənə stent qoyulmuşdur. Onun əlilliyi isə avqust ayından kəsilmişdir. Dəfələrlə əməliyat keçirtmiş və səhhəti günü-gündən pisləşir. Buna baxmayaraq, əlillik təyinatından imtina edilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlili ondan ibarətdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının ##.##.2025-ci il tarixli göndərişi əsasında baxılmış və "Diaqnozun əlillik əlaməti təyin etməməsi" səbəbi ilə imtina verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi işi lazımi qaydada araşdırmayaraq, ekspert rəyinə əsaslanaraq, şəxsin əyani müayinəsi nəticəsində əldə edilən məlumatlara məhəl qoymadan iddiaçının maraqlarına uyğunlaşdırılmaqla qanunsuz və əsassız qərar qəbul etmişdir. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Prosessual məsələlər Məhkəmə kollegiyasının müvafiq qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi ilə əvəz edilmişdir. Iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirməklə, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -Əlillik altsistenmindən çıxarışlardan görünür ki, iddiaçı 2008-2018-ci illər aralığında müxtəlif ardıcıllıqla əlillik vəziyyətində olmuş, 2018-ci ildə müddətsiz İ dərəcə əlillik təyin edilmiş, lakin mütəlif risk qrupu üzrə araşdırma və müayinə nəticəsində əlillik təyinatı barədə qərar ##.##.2024-cü il tarixli qərarla ləğv edilmiş, iddiaçı həmin qərardan şikayət verməmişdir. Bundan sonra ##.##.2025-ci il tarixli tibbi göndəriş verilmiş və həmin göndəriş əsasında aparılmış qiymətləndimə nəticəsində ##.##.2025-ci il tarixli qərarla əlillik təyinatından imtina edilmişdir. -Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsi Tibb Xidmətinin Mərkəzi Klinik Xəstəxanasının ##.##.2008-ci il tarixli epikrizindən görünür ki, İddiaçı sağ qamış sümüyünün sınığı. Sağ tərəfli ümumi incik siniri iflici diaqnozu qoyulmuşdur. -**** nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Tibbi Kitabçasından görünür ki, İddiaçı yoluxucu xəstəlik kimi I678 Xroniki beyin işemiyası diaqnozu qoyulmuşdur. -Birinci instansiya məhkəməsinin müvafiq qərardadına əsasən təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya Institutu” PHŞ-nin ##.##.2025-ci il tarixli ********** nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı hər iki pəncənin anadan gəlmə üçüncü dərəcəli yastıpəncəliliyi, hər iki pəncənin valqus deformasiyası. Sağ baldır sümüklərinin orta 1/3-nin bitişmiş sınıqları, cərrahi əməliyyatdan sonrakı vəziyyət. Hər iki aşağı ətraflarda axıl vətərlərinin cərrahi əməliyyatdan sonrakı vəziyyət. Boyun və bel fəqərələrinin osteoxondrozu, fəqərəarası disklərin yırtıqları köklük ayrıları ilə. Yayılmış osteoporoz yerişin pozulması. Th1 fəqərəsinin könhə bitişmiş kompi sınığı, sağ diz oynağının ikinci dərəcəli ortrozu, ağrı sindromu ilə funksiya pozgunlugu ilə-XBT kodu üzrə- Q66.5, Q66.6, Z98.8, M42, M43, M54.1, M81.2, M17.0, R52.0, R26.8 diaqnozları qoyulmuşdur. Hər iki ayağın təbii statik ağırlıq. Vəziyyətində yan proyeksiyada qrammalarında boylama yastı ayağın Boqdanov üsulu ilə təyini sağ ayaq tağının hündürlüyü və bucağı H=9 m m, bucaq 169 dərəcə = III dərəcə boylama yastı ayaq Sol ayaq tağının hündürlüyü və bucağı, H=15.5 m m, bucaq 162 dərəcə = III dərəcə boylama yastı ayaq. Qey; görünən bütün sümüklər osteporotikdir. Sol baldıra bağlanmış elektron izləmə cizahı görünür, ayaqların PA pr rqrammaları yoxdur. Sağ baldırın 2 pr rqramması. Sağ qamış və incik sümüklərinin orta 1. -nin bitişmiş sınıqları, kəskin osteoporozla. Sağ diz oynağı: osteoartroz II dərəcə. Bel fəqərələri 2 pr rqramması.Osteoporozun hesabına “balıq” fəqərələr böyük Şmorl yırtıqları ilə bu hal anemiyalarda olur “serpovidnokletoçnaya anemiya”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1.10.1-ci bəndinə əsasən “başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın mülayim pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları” orqanizmin funksiyalarının pozulması dərəcəsi 35-60% müəyyən edilməklə, 1 il müddətinə əlillik təyinatına əsas verir. Iddiaçının orqanizmində olan patofunksional pozuntular iş materiallarında mövcud olan ixtisaslaşmış müalicə müəssisəsinin təqdim etdiyi sənədlərlə öz təsdiqini tapmaqla, diaqnozun yuxarıda qeyd olunan meyarların müvafiq kodlarına uyğun olması müəyyən edilmişdir ki, bu hal cavabdeh orqanın imtinasının əsassız olması qənaətinə gəlməyə əsas verir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının orqanizmində baş verən patofunksional pozuntuları Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1.10.1-ci bəndi ilə eyniləşdirməklə düz nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hazırki mübahisəyə tətbiq edilməli olan maddi və prosessual normaların şərh olunmasını zəruri hesab edərək, qeyd edir ki; “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar