Məhkəmə qərarları › İş №2-1(3-9)-403/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-403/2026

26.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-403/2026 26.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim R.Quliyeva) ## ##### 2026-cı il tarixli, *-*(*-*)- ***/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunmasa belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin qeydinə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin qeyd hissəsindən görünür ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. MN MHHK-nın *** reyestr nömrəli ##.##.2024-cü il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı ##.##.1994-cü ildən ##.##.1994-cü ilədək, ##.##.1994-cü ildən ##.##.1994-cü ilədək, ##.##.1994-cü ildən ##.##.1994-cü ilədək Neftçala Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicədə olmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəni həll edərkən sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərt əlilliyin hansı tarixdə əldə edilməsi deyil, əlilliyin səbəbli əlaqəsidir. Iddiaçıya əlilliyin təyin edilməsinin yuxarıda qeyd olunan qərarın təsdiq olunmasından sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1993-cü ildə Neftçala Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərlik qaydasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinə hərbi xidmətə çağırılmışdır. Hərbi xidmət dövründə N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi məqsədilə aparılan döyüş əməliyyatlarında bilavasitə iştirak etmişdir. 1994-cü ilin yanvar ayında döyüş əməliyyatları zamanı ağır xəsarət almışdır. Həmin xəsarət real döyüş şəraitində baş vermiş və sonradan sağlamlığında davamlı fəsadlar yaranmışdır. Onun xəsarətinin döyüşlə bağlılığı Cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2024-cü il tarixli qərarı ilə rəsmi qaydada tanınmışdır. Qeyd edilən qərarda xəsarətin: "hərbi travma" olduğu, "Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı" aydın və birmənalı şəkildə göstərilmişdir. Beləliklə, dövlətin səlahiyyətli orqanı tərəfindən iddiaçının döyüş şəraitində yaralanması fərdi inzibati akt ilə təsdiq edilmişdir və bu fakt hüquqi baxımdan mübahisəsizdir. Buna baxmayaraq, Müdafiə Nazirliyi ##.##.2025-ci il tarixli məktubla ona "Müharibə veteranı" statusunun verilməsindən imtina etmiş, imtinanı əsaslandırarkən "arxiv məlumatlarının tam olmaması"na istinad etmişdir. MHHK-nın ##.##.2024-cü il tarixli qərarı ilə onun xəsarətinin Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı təsdiq edildiyindən, bu fakt yenidən sübuta ehtiyac duymur və inzibati qaydada mübahisələndirilə bilməz. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ##.##.2026-cı il tarixli *-**-**/*-***/**** nömrəli arxiv sənədinə əsasən iddiaçı N nömrəli hərbi hissə komandirinin ## ###### 1993-cü il tarixli *** nömrəli əmri ilə şəxsi heyətin siyahısına salınmış, bütün növ təminatlarla təmin edilmiş və əsgəri xidməti vəzifəsinin icrasına başlamışdır. Hərbi hissəni özbaşına tərk etdiyinə görə, Cavabdeh Baş Qərargahının # ###### 1994-cü il tarixli müvafiq nömrəli Direktivinə əsasən, N nömrəli hərbi hissə komandirinin ## ###### 1994-cü il tarixli *** nömrəli əmri ilə ## ###### 1994-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ müavinatlardan çıxarılaraq sənədləri Azərbaycan Respublikası Hərbi Komissarlığına göndərilmişdir. Daha sonra hərbi hospitala gedib vaxtında qayıtmadığına görə, N nömrəli hərbi hissə komandirinin # ###### 1994-cü il tarixli *** nömrəli əmri ilə ştatdan kənar edilmişdir. N nömrəli hərbi hissə komandirinin yanvar-iyul 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının hərbi xidməti və hospitala göndərilməsi barədə məlumat aşkar olunmamışdır. Qeyd olunanlardan da göründüyü kimi iddiaçı N nömrəli hərbi hissə komandirinin ## ###### 1993-cü il tarixli *** nömrəli əmri ilə şəxsi heyətin siyahısına salınaraq bütün növ təminatlarla təmin edilsə də, onun hərbi xidmətin başa çatması ilə qanuni əsaslarla ehtiyata buraxılması, döyüş əməliyyatlarında iştirakı və döyüş əməliyyatlarında iştirakı ilə bağlı xəsarət alması barədə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin sözügedən arxiv sənədinə əsasən iddiaçı qanuni əsaslarla ehtiyata buraxılmamış, hərbi hissəni özbaşına tərk etdiyi görə şəxsi heyətin siyahısından çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər Iddiaçı məhkəmə iclasında apellyasiya şikayətini qəbul etmədiyini bildirdi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə məhkəmə kollegiyasına məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsasdır, təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon Şöbəsinin ##.##.2023-cü il tarixli, ** №-li cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı ##.##.1984-cü il tarixdən ##.##.1986-cı il tarixədək SSRI Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. ##.##.1993-cü il tarixdə Səfərbərliklə əlaqədar həqiqi hərbi xidmətə göndərilmiş və ##.##.1994-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. ##.##.1994-cü il və ##.##.1994-cü il tarixlərində yaralanmışdır. “Hərbi Vəzifə və Hərbi Xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 48-ci maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə (50 yaş) çatdığına görə ##.##.2015-ci il tarixdə hərbi qeydiyyatdan çıxdığına görə hərbi bilet ilə təmin olunması mümkün olmamışdır. -Cavabdeh *-**-**/*-***/**** saylı, ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, Neftçala RHK-dan çağırılmış, 1965-ci il təvəllüdlü, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli *** №-li əmrilə (əsas: §-2, səh-2, sıra-6) ##.##.1993-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına salınmış, bütün növ müavinatlarla təmin edilmiş və əsgəri xidməti vəzifəsinin icrasına başlamışdır. Neftçala RHK-nın çağırışçısı, 2-ci Taborunun hərbi qulluqçusu İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə, Cavabdeh Baş Qərargahının ##.##.1994-cü il tarixli müvafiq nömrəli Direktivinə əsasən, N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli *** №-li əmrilə (əsas: §-4, səh-36, sıra-306, əmrdə, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir, adının qarşısında "02.01.94" yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) ##.##.1994-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün müavinətlərdən çıxarılaraq sənədləri Azərbaycan Respublikası Hərbi Komissarlığına göndərilmişdir. Neftçala RHK-nın çağırışçısı, 4-cü motoatıcı taborun hərbi qulluqçusu İddiaçı hərbi hospitala gedib vaxtında qayıtmadığına görə, N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli *** №-li əmrilə (əsas: §-4 səh-62, sıra-4, əmrdə adının qarşısında "##.##.1994" yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) ştatdan kənar edilmişdir. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin yanvar-iyul 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və hospitala göndərilməsi barədə məlumat aşkar olunmamışdır. -Cavabdeh Mərkəzi Hərbi Нəkim Komissiyasının qərarında göstərilmişdir ki, Neftçala RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1994-cü ildə aldığı və ##.##.1994-cü ildən ##.##.1994-cü ilə kimi Neftçala Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunduğu travmadiaqnoz: "Kontuziya. Qapalı kəllə-beyin travması nitqin itməsi ilə" ##.##.1994-cü ildən ##.##.1994-cü ilə kimi Neftçala Rayon Mərkəzi Xəstəxanasında müalicə olunduğu travmadiaqnoz: "Kontuziya fonunda keçirilmiş kəlləbeyin travmasından sonrakı vəziyyət nitqin itməsi ilə" ##.##.1994-cü ildən ##.##.1994-cü ilə kimi Neftçala Rayon Mərkəzi Xəstəxanasında müayinə olunduğu travmanın nəticəsi, xəstəlik-diaqnoz: "Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, astenonevrotik sindrom, tez-tez baş verən tutmalarla. Travmatik ensefalopatiya. Hipertoniya II mərhələ. Xroniki qastrit, pielonefrit" və ##.##.1994-cü ildə N nömrəli hərbi hissənin hərbi həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş travmanın nəticəsi-diaqnoz: "Keçirilmiş qapalı kəlləbeyin travması asteno-nevrotik sindromla dağınıq üzvi mikrosimptomlu motor afaziyası funksiyanın cüzi pozulması ilə" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin ##.##.2024-cü il tarixli *** nömrəli göndərişi, ##.##.2024-cü il tarixli ** nömrəli arayışı, Neftçala Rayon Mərkəzi Xəstəxanasından verilmiş ##.##.1994-cü il, ##.##.1994- cü il tarixli çıxarış epikrizləri, xəstəlik tarixindən çıxarışlar, N nömrəli hərbi hissədən verilmiş ##.##.1994-cü il tarixli *** nömrəli arayış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), "Hərbi Travmadır. Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır". -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ## ###### 2026-cı il tarixli *-**-*/*-****/**** saylı məktubunda qeyd olunmuşdur ki, İddiaçı ilkin olaraq ##.##.2005-ci il tariixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən üçüncü dərəcə 1 il müddətinə (##.##.2006-cı il tarixinədək) sonrakı dövrdə isə təkrar olaraq ##.##.2014-cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəilə ikinci dərəcə 1 il müddətinə (##.##.2015-ci il tarixinədək) əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa ##.##.2015-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən üçüncü dərəcə 1 il müddətinə (##.##.2016-cı il tarixinədək) əlillik təyinatı barədə qərar qəbul edilmişdir.Şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüynün müdafiəsi ilə əlaqədar səbəbilə üçüncü dərəcə əlillik təyinatı ##.##.2016-cı il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ##.##.2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1-ci bəndinə uyğun olaraq dövlət tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmədən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (##.##.2021-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadıllmışdır. Əlillik müddətinin bitdiyi ##.##.2021-ci il tarixindən sonra vətəndaşın əlillik vəziyyəti Neftçala Rayon Mərkəzi Xəstəxanasının *******AAGRX nömrəli göndərişi əsasında ##.##.2022-ci il tarixində qiymətləndirilmiş və natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. İddiaçı əlillik vəziyyəti sonuncu dəfə dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında ##.##.2022-ci il tarixində Agentlikdə əyani müayinə nəticəsində qiymətləndirilmiş, əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, ##.##.2022-ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası iddianın qanuni əsası ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci bəndinə əsasən 1988ci il ######ın #-dək 1994-cü il ###ın ##-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, doyüş əməliyyatları aparan hərbi hissə və ya orqanlara döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı ezam olunmuş hərbi qulluqçulara daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, yerli icra hakimiyyəti tərəfindən verilmiş hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili Işlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Həmin bəndin “Qeyd” hissəsinə görə bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Həmçinin Əsasnamənin 1-ci bəndinin “Qeyd” hissəsi Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə Əsasnamədə qeyd edilmiş digər şərtlər ödənildiyi halda tətbiq edilməsini nəzərdə tutur. Qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçının həqiqi hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına istinad edərək ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Lakin işin faktiki hallarından görünür ki, iddiaçıya təyin edilmiş əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olmuşdur. Bu hal onu deməyə əsas verir ki, iddiaçı yuxarıda qeyd edilən Əsasnamənin 1-ci maddəsinin "Qeyd” hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər sırasına daxildir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə istinad etsə də, həmin Əsasnamənin 1-ci bəndi və həmin bəndin "Qeyd” hissəsinin tələbini iddiaçıya münasibətdə nəzərə almamışdır. Iş materiallarında iddiaçıya məxsus hərbi bilet, eyni zamanda xidmət etdiyi hərbi hissə üzrə müvafiq əmrlər və bu barədə arxiv məlumatları, ezamiyyət vəsiqələri, döyüş əməliyyatlarında iştirakını təsdiq edən digər sənədlər olmasa da belə, ona səlahiyyətli qurum tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi, həmin qərarın mübahisələndirilməsi, ləğvi və yaxud dəyişdirilməsi halının mövcud olmaması etimadın qorunması prinsipini labüd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il ## ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 43-cü bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət edən şəxslərin, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, əgər onlara diaqnoz müəyyən edilmişsə, həmin şəxslərin istintaq (məhkəmə) altında olması halları istisna olmaqla, HHK onların aldığı yaralanmaların (travmaların, kontuziyaların, xəsarətlərin), xəstəliklərin səbəb əlaqəsini təyin edir. HHK hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşların yaralanmalarının (travmalarının, kontuziyalarının, xəsarətlərinin), xəstəliklərinin səbəb əlaqəsini sənədlər üzrə o halda müəyyən edir ki, vətəndaş hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə: a) HHK tərəfindən şəhadətləndirilmiş olsun; b) stasionar müalicədə olsun; c) hərbi xidmətdən, orqanlarda xidmətdən xəstəliyə görə buraxılmış olsun; ç) vətəndaşda hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmış bədən xəsarətlərinin aşkar nəticələri olsun. Vətəndaşda olan aşkar bədən xəsarətlərinin xarakteri və müddəti məhkəmə-tibbi ekspertiza tərəfindən təyin edilir. Keçmiş hərbi qulluqçuların və orqanlarda xidmət etmiş şəxslərin hərbi xidmət (xidmət) dövründə keçirdikləri kəskin xəstəliklərə və ya xroniki xəstəliklərin kəskinləşməsinə aid səbəb əlaqəsi haqqında qərar yalnız həmin xəstəliklərin nəticələrinə görə tibbi-sosial ekspertiza orqanları tərəfindən vətəndaşa əlillik dərəcəsi təyin olunandan sonra qəbul edilə bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericilikdə “əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsi onu da nəzərdə tutur ki, müharibə veteranı statusu əldə edə bilmək üçün mütləq əlillik təyinatına dair qərarın qüvvədə olması şərti tələb olunmur, şəxsə daha əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatının aparılmış olması yetərlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar