Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-404/2026 23.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh xxxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Forma-088-də qeyd olunan diaqnozun əlillik təyinatına əsas verməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X4 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh xxxxnə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: ##.##.2025-ci il tarixli **** nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı (bundan sonra - iddiaçı) “F.07.0 Başın küt travması (##.##.2023) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı kobud davranış pozuntuları, depressiv daxilolmalar ilə müşayiət olunan üzvi mənşəli şəxsiyyət pozuntus, koqnitiv funksiyaların enməsi ilə MMSE-24. F.62.0 Fəlakət (müharibə) keçirtdikdən sonrakı şəxsiyyətin ağır dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi, kəkələmə ilə. S.06.0, G 90, G93 Başın küt travması (##.##.2023) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, ayrı-ayrı davamlı nevroloji nişanələr, xroniki sefalgik və insomnik sindrom, koqnitiv defisit ilə təzahür edan posttravmatik ensefalopatiya şəklində nəticəsi, mərkəzi sinir sisteminin funksiyasının mülayim dərəcədə pozulması ilə. T70.0, H93.1, H93.3, H90.3 Barottavma (##.##.2023). Sağtərəfli xroniki koxlear nevrit. Tinnitus. Sağtərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 3 (üç) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi” diaqnozu qoyulmuş, diaqnozun səbəb əlaqəsi “Hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması” müəyyən edilmişdir. Bakı * nömrəli Klinik Psixiatriya Xəstəxanası tərəfindən iddiaçıya “əsas diaqnoz: F07.0- “Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (2023-cü il antiterror əməliyyatları zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi ilə MMSE-24” diaqnozu qoyulmuş və ##.##.2025-ci il tarixli G********FPN nömrəli göndəriş rəsmiləşdirilmişdir. Göndərişin “Psixi status” adlanan hissəsində qeyd edilmişdir ki, “Zahirən narahatdır. Ünsiyyətə formal daxil olur. Verilən suallara ləng, bir qədər əsəbi cavablar verir. Nitqində olan qüsur ünsiyyəti dahada çətinləşdirir. Sağ qulaqda eşitmə tam zəifdir. Mütəmadi olan baş ağrılarından, əsəbilikdən, halsızlıqdan, yuxusuzluqdan, yorğunluqdan şikayətlənir. Əhvalı dəyişkəndir. Davranışı qeyri-adekvatdır. Yersiz əsəbləşir, özündən çıxır, özündə olmur, özünü itirir, özünü kontrol edə bilmir MMSE-24. Əsəbləşərkən funksional tipli tutmaları olur. Müharibə səhnələrini xatırlayır, qulağına gələn döyüş səslərini unuda bilmir. Konfiliktə meyillidir, heç kimlə yola getmir. Emosional labildir. Yaddaşı zəifdir. Yuxusu narahatdır. Tənqidi yoxdur. Mütəmadi dərman müalicəsi qəbul edir.” Bakı * nömrəli Klinik Psixiatriya Xəstəxanası tərəfindən verilmiş ##.##.2025-ci il tarixli G********FPN nömrəli göndəriş qiymətləndirilmiş və Tibbi-sosial ekspert komissiyasının ## ###### 2025-ci il tarixli *******000* nömrəli qərarı ilə “Diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlilliyin təyinindən imtina edilmişdir. Səhiyyə Nazirliyi “xxxx” X1 ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ##.##.1995-ci il təvəllüdlü, ünvan 1 ünvanda qeydiyyatda olan İddiaçı ##.##.2024-##.##.2024, ##.##.2024-##.##.2024, ##.##.2025-##.##.2025, ##.##.2025-##.##.2025-ci il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada gündüz stasionarı şöbəsində yarım stasionar rejimli müalicədə olmuşdur. Sonuncu dəfə ##.##.2025-ci il tarixdə xəstəxanaya gündüz stasionarı şöbəsinə yarım stasionar rejimli müalicəyə qəbul olunmuş, ##.##.2025-ci il tarixdə xəstəxanadan evə yazılmışdır. Səhiyyə Nazirliyi “xxxx” X1 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli *** nömrəli rəyində qeyd edilmişdir ki, “...Yoxlanılan şəxs İddiaçı hazırda “Üzvi şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, depressiv daxilolmalar və koqnitiv funksiyalarin ilə” (F 07.0) aşkar olunur. Bunu inzibati iş materialları, anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, nitqində kəkələmənin qeyd edilməsi, baş ağrılarından əziyyət çəkməsi, əsəbi olması, intihar fikirlərinin qeyd edilməsi, xarici qıcıqlara qarşı həssas olması, əsəb gərginlik anlarında özünə xəsarət yetirməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx”da “Üzvi mənşəli şəxsiyyət pozuntusu kobud davranış pozuntuları, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi’’ diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması) və hal-hazırki psixiatrik müayinənin nəticələri (zahirən narahat və gərgin olması, əhvali ruhiyyəsinin dəyişkən olması, emosional sferasının qeyri-stabil olması və s.) sübut edir. Rəyin “Psixi statusu” adlanan hissəsində qeyd edilmişdir ki, zahirən narahat və gərgindir. Düşüncəsi kobud pozulmayıb. Bələdiyi zamana, məkana və öz şəxsiyyətinə görə saxlanılıb. Söz ünsiyyətinə sərbəst daxil olur. Verilən sualları mahiyyətinə uyğun cavablandırır. Nitqi və təfəkkürü ləngdir. Söhbət zamanı bir mövzudan digərinə keçməkdə çətinlik çəkir, torpidlik əlamətləri müəyyən edilir. Mühakimələri ümumən məntiqlidir. Müayinə zamanı hər hansı psixopatoloji simptomatika (sayıqlama fikirləri, qavrama pozuntuları və s.) aşkar olunmur. Təsəvvür ehtiyatı yaşayış tərzinə uyğundur. Əhvali-ruhiyyə fonu dəyişkəndir, enməyə meyllidir. Xarici qıcıqlara qarşı həssaslığının artması qeyd edilir. Kobud yaddaş və intellekt pozuntuları müəyyən edilməsə də, koqnitiv funksiyalarının zəifləməsi müşahidə edilir. Emosional sferası qeyri-stabildir.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Tibbi-sosial ekspert komissiyasının ##.##.2025-ci il tarixli *******000* nömrəli qərarının ləğv edilməsi və həmin tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müvafiq əlilliyin təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2017-ci il tarixdən ##.##.2024-cü il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, xəstəliyə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən tərxis edilmişdir. Xəstəliyi ilə bağlı dəfələrlə “xxxx” X1 müalicə və müayinədə olmuşdur. Barəsində Bakı * nömrəli Klinik Psixiatriya Xəstəxanası tərəfindən verilmiş ##.##.2025-ci il tarixli G********FPN nömrəli göndəriş rəsmiləşdirilmiş, lakin Tibbi-sosial ekspert komissiyasının ## ###### 2025-ci il tarixli *******000* nömrəli qərarı ilə “Diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlilliyin təyinindən imtina edilmişdir. Hesab edir ki, işdə olan sənədlər ona əlillik təyin edilməsinə əsas verir. Əlilliyin səbəb əlaqəsi isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədardır. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı * nömrəli Klinik Psixiatriya Xəstəxanasının ##.##.2025-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi (2023-cü il Antiterror hərbi əməliyyatları zamanı alınmış KBT nəticəsində) şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi ilə. MMSE-24. Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir səbəbi ilə imtina verilmişdir. Şirvan İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilmiş, Tibbi-sosial ekspert komissiyasının ##.##.2025-ci il tarixli *******000* nömrəli qərarı ləğv edilmiş, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdən “Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə orqanizmin funksiyalarının pozulmasının 35-60 faiz dərəcəsinə uyğun olaraq 2 il müddətinə əlilliyin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Şirvan Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-*)-**/**** saylı qərardadı ilə iş üzrə cavabdeh Cavabdeh X1i əsl cavabdeh “xxxx” X1i ilə əvəz edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeydv edilmişdir ki, məhkəmənin gəldiyi yanlış qənaət ondan ibarətdir ki, mövcud qanunvericiliyə əsasən xəstəliyin və onun fəsadlarının kəmiyyət göstəriciləri mütləq qaydada obyektiv müayinə nəticələri ilə verifikasiya olunmalıdır. Məhkəmə-psixiatrik ekspertizası tərəfindən təqdim edilən rəy xəstənin subyektiv şikayətlərinin vizual müşahidəsi üzərində qurulmuşdur. Bu cür subyektiv yanaşmanın məhkəmə tərəfindən qəti sübut kimi qəbul edilməsi prosessual baxımdan qəbulolunmazdır. Həmçinin, nəzərə alınmalıdır ki, hər hansı bir diaqnozun klinik təsdiqi faktı, qüvvədə olan qanunvericiliyin tələbləri çərçivəsində şəxsə əlillik dərəcəsinin təyin edilməsi üçün birbaşa və mütləq hüquqi əsas formalaşdırmır. Maddi hüquq normalarının mahiyyətinə görə əlillik təyinatı patologiyanın nomenklatur (ad) təsdiqinə deyil, həmin xəstəliyin orqanizmdə yaratdığı davamlı funksional pozuntuların və ağırlaşmaların dərəcəsinə əsaslanır. Tibbi diaqnoz şəxsin xəstəlik vəziyyətini müəyyən etdiyi halda, sosial-ekspertiza meyarları həmin vəziyyətin şəxsin həyat fəaliyyətini nə dərəcədə məhdudlaşdırdığını qiymətləndirir. Apellyasiya şikayətinə etirazlar: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı iddiaya uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: ... 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya * nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir.
2. Göndərişin verilməsi qaydası
2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. ... 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir. ... 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”:
1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində xxxxnin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları
2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. ... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”
7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq 35-60 2 il dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərk, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində tərtib edilmiş göndərilişdə qeyd edilən xəstəliyin onda olması işdə olan sübutlarla təsdiqini tapır və bu səbəbdən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na uyğun əlilik təyin edilməlidir. İşin halları ilə müəyyən edildi ki, İddiaçı (bundan sonra - iddiaçı) şəhadətləndirilmiş, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə ona “F.07.0 Başın küt travması (##.##.2023) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı kobud davranış pozuntuları, depressiv daxilolmalar ilə müşayiət olunan üzvi mənşəli şəxsiyyət pozuntus, koqnitiv funksiyaların enməsi ilə MMSE-24. F.62.0 Fəlakət (müharibə) keçirtdikdən sonrakı şəxsiyyətin ağır dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi, kəkələmə ilə. S.06.0, G 90, G93 Başın küt travması (##.##.2023) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, başbeyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, ayrı-ayrı davamlı nevroloji nişanələr, xroniki sefalgik və insomnik sindrom, koqnitiv defisit ilə təzahür edan posttravmatik ensefalopatiya şəklində nəticəsi, mərkəzi sinir sisteminin funksiyasının mülayim dərəcədə pozulması ilə. T70.0, H93.1, H93.3, H90.3 Barottavma (##.##.2023). Sağtərəfli xroniki koxlear nevrit. Tinnitus. Sağtərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 3 (üç) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi” diaqnozu qoyulmuş, diaqnozun səbəb əlaqəsi “Hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması” müəyyən edilmişdir. Bakı * nömrəli Klinik Psixiatriya Xəstəxanası tərəfindən iddiaçıya “əsas diaqnoz: F07.0- “Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (2023-cü il antiterror əməliyyatları zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi ilə MMSE-24” diaqnozu qoyulmuş və ##.##.2025-ci il tarixli G********FPN nömrəli göndəriş rəsmiləşdirilmişdir. Göndərişin “Psixi status” adlanan hissəsində qeyd edilmişdir ki, “Zahirən narahatdır. Ünsiyyətə formal daxil olur. Verilən suallara ləng, bir qədər əsəbi cavablar verir. Nitqində olan qüsur ünsiyyəti dahada çətinləşdirir. Sağ qulaqda eşitmə tam zəifdir. Mütəmadi olan baş ağrılarından, əsəbilikdən, halsızlıqdan, yuxusuzluqdan, yorğunluqdan şikayətlənir. Əhvalı dəyişkəndir. Davranışı qeyri-adekvatdır. Yersiz əsəbləşir, özündən çıxır, özündə olmur, özünü itirir, özünü kontrol edə bilmir MMSE-24. Əsəbləşərkən funksional tipli tutmaları olur. Müharibə səhnələrini xatırlayır, qulağına gələn döyüş səslərini unuda bilmir. Konfiliktə meyillidir, heç kimlə yola getmir. Emosional labildir. Yaddaşı zəifdir. Yuxusu narahatdır. Tənqidi yoxdur. Mütəmadi dərman müalicəsi qəbul edir.” Bakı * nömrəli Klinik Psixiatriya Xəstəxanası tərəfindən verilmiş ##.##.2025-ci il tarixli G********FPN nömrəli göndəriş qiymətləndirilmiş və Tibbi-sosial ekspert komissiyasının ## ###### 2025-ci il tarixli *******000* nömrəli qərarı ilə “Diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlilliyin təyinindən imtina edilmişdir. Səhiyyə Nazirliyi “xxxx” X1 ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ##.##.1995-ci il təvəllüdlü, ünvan 1 ünvanda qeydiyyatda olan İddiaçı ##.##.2024-##.##.2024, ##.##.2024-##.##.2024, ##.##.2025-##.##.2025, ##.##.2025-##.##.2025-ci il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada gündüz stasionarı şöbəsində yarım stasionar rejimli müalicədə olmuşdur. Sonuncu dəfə ##.##.2025-ci il tarixdə xəstəxanaya gündüz stasionarı şöbəsinə yarım stasionar rejimli müalicəyə qəbul olunmuş, ##.##.2025-ci il tarixdə xəstəxanadan evə yazılmışdır. Səhiyyə Nazirliyi “xxxx” X1 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli *** nömrəli rəyində qeyd edilmişdir ki, “...Yoxlanılan şəxs İddiaçı hazırda “Üzvi şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, depressiv daxilolmalar və koqnitiv funksiyalarin ilə” (F 07.0) aşkar olunur. Bunu inzibati iş materialları, anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, nitqində kəkələmənin qeyd edilməsi, baş ağrılarından əziyyət çəkməsi, əsəbi olması, intihar fikirlərinin qeyd edilməsi, xarici qıcıqlara qarşı həssas olması, əsəb gərginlik anlarında özünə xəsarət yetirməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx”da “Üzvi mənşəli şəxsiyyət pozuntusu kobud davranış pozuntuları, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi’’ diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması) və hal-hazırki psixiatrik müayinənin nəticələri (zahirən narahat və gərgin olması, əhvali ruhiyyəsinin dəyişkən olması, emosional sferasının qeyri-stabil olması və s.) sübut edir. Rəyin “Psixi statusu” adlanan hissəsində qeyd edilmişdir ki, zahirən narahat və gərgindir. Düşüncəsi kobud pozulmayıb. Bələdiyi zamana, məkana və öz şəxsiyyətinə görə saxlanılıb. Söz ünsiyyətinə sərbəst daxil olur. Verilən sualları mahiyyətinə uyğun cavablandırır. Nitqi və təfəkkürü ləngdir. Söhbət zamanı bir mövzudan digərinə keçməkdə çətinlik çəkir, torpidlik əlamətləri müəyyən edilir. Mühakimələri ümumən məntiqlidir. Müayinə zamanı hər hansı psixopatoloji simptomatika (sayıqlama fikirləri, qavrama pozuntuları və s.) aşkar olunmur. Təsəvvür ehtiyatı yaşayış tərzinə uyğundur. Əhvali-ruhiyyə fonu dəyişkəndir, enməyə meyllidir. Xarici qıcıqlara qarşı həssaslığının artması qeyd edilir. Kobud yaddaş və intellekt pozuntuları müəyyən edilməsə də, koqnitiv funksiyalarının zəifləməsi müşahidə edilir. Emosional sferası qeyri-stabildir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İlk növbədə iddianın mümkünlüyü ilə bağlı iddia müddətinə münasibətdə kollegiya qeyd edir ki, mübahisə predmeti olan komissiyasının ## ###### 2025-ci il tarixli *******000* nömrəli qərar sistemə ##.##.2025-ci il tarixdə daxil edilmişdir. Qərarın təqdim edilməsi müəyyən edilmir. İddiaçı 18.09. 2024-cü il tarixdə iddia müddəti ərzində (30 gün) poçt vasitəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkün iddiadır. Mübahisə ilə bağlı isə bildirirlir ki, iş materiallarında olan sübutlarla (tibbi sənədlər, Həkim Psixatr Komissiyasının ##.##.2024-cü il tarixli *** nömrəli mütəxəssis rəyi, göndəriş və s.), o cümlədən “xxxx” X1 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli *** nömrəli ekspert rəyi ilə təsdiq edilir ki, iddiaçıda olan xəstəlik ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın “7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0” bəndinə uyğun 7.6.2.1-ci bəndlə qiymətləndirilməklə 35-60 faiz dərəcəsi ilə 2 il müddətinə əlillik təyin edilməsinə əsas verir. Əlilliyin səbəb əlaqəsi isə xüsusi səbəbdən - Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədardır. Belə ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş ##.##.2025-ci il tarixli **** nömrəli xəstəlik haqqında şəhadətnamə ilə iddiaçıya “F.07.0 Başın küt travması (##.##.2023) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı kobud davranış pozuntuları, depressiv daxilolmalar ilə müşayiət olunan üzvi mənşəli şəxsiyyət pozuntus, koqnitiv funksiyaların enməsi ilə MMSE-24. F.62.0 Fəlakət (müharibə) keçirtdikdən sonrakı şəxsiyyətin ağır dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi, kəkələmə ilə. S.06.0, G 90, G93 Başın küt travması (##.##.2023) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, ayrı-ayrı davamlı nevroloji nişanələr, xroniki sefalgik və insomnik sindrom, koqnitiv defisit ilə təzahür edan posttravmatik ensefalopatiya şəklində nəticəsi, mərkəzi sinir sisteminin funksiyasının mülayim dərəcədə pozulması ilə. T70.0, H93.1, H93.3, H90.3 Barottavma (##.##.2023). Sağtərəfli xroniki koxlear nevrit. Tinnitus. Sağtərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 3 (üç) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi” diaqnozu qoyulmuş, diaqnozun səbəb əlaqəsi “Hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması” müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası”na görə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilir. Qaydanın 1.6-cı bəndinə əsasən Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. İddiaçı barəsində Bakı * nömrəli Klinik Psixiatriya Xəstəxanası tərəfindən ##.##.2025-ci il tarixli G********FPN nömrəli göndəriş rəsmiləşdirilərkən onun xəstəlik vəziyyətinin göstəriciləri olan tibbi sənədlər yoxlanılmış və əlilliyin təyin edilməsinə əsas ola biləcək xəstəlik müəyyən edildiyi üçün göndəriş rəsmiləşdirilmişdir. Əks halda, göndəriş verilməzdi. Təbii ki, kollegiya qəbul edir ki, şəxs barəsində göndərişin rəsmiləşdirilməsi hələ birmənalı şəkildə şəxsdə əlilliyin təyin edilməsinə əsas ola biləcək xəstəliyin olması demək deyil. Lakin hazırki işə münasibətdə işdə olan sübutlar onu deməyə əsas verir ki, şəxsdə olan xəstəlik ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın “7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0” bəndinə uyğun 7.6.2.1-ci bəndlə qiymətləndirilməklə 35-60 faiz dərəcəsi ilə 2 il müddətinə əlillik təyin edilməsinə əsas verir. Nəzərə almaq lazımdır ki, iş üzrə ekspert rəyi iddiaçının xəstəliyi ilə bağlı Respublikada ixtisaslaşmış tibb müəssisəsi olan “xxxx” X1 tərəfindən verilmişdir. Həmçinin, iddiaçı barəsində göndəriş rəsmiləşdirmiş Bakı * nömrəli Klinik Psixiatriya Xəstəxanası da onun xəstəliyi ilə bağı ixtisaslaşmış tibb müəssisəsidir. Əlilliyin təyinat tarixi imtina qərarının verildiyi tarixdən, ## ###### 2025-ci il tarixdən müəyyən edilməlidir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.