Azərbaycan Respublikası adından Qərar İş № 2-1(3-9)-405/2026 02.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Qasım Vəli oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, ona 60 yaşının tamam olduğu tarixdən, yəni ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim R.Quliyeva) ## ##### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən hal ##.##.2007-##.##.2007-ci il tarixləri arasındakı dövr ərzində “Turan Drilling & Engineering” LLC-də sıravi köməkçi, ##.##.2007 -##.##.2012-ci il tarixləri arasındakı dövr ərzində boru operatoru, ##.##.2012- #.##.2023-cü il tarixləri arasındakı dövr ərzində Qazma məhlulu operatorunun köməkçisi və ##.##.2023-cü il tarixindən işlədiyi sıravi köməkçi vəzifəsinin güzəştli iş stajı sayılmaması, beləliklə də onun tələb olunan güzəştli iş stajı şərtini ödəməməsi ilə bağlıdır. Qanunvericiliyin müvafiq normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin, xüsusilə də cavabdehin mübahisələndirdiyi güzəştli əmək stajı ilə əlaqədar şərtin mövcudluğu ilə bağlı məhkəmə qeyd edir ki, işə götürən “Turan Drilling & Engineering” LLC tərəfindən verilmiş arayışda iddiaçının ##.##.2007-ci ildən ##.##.2007-ci ilədək (1il 1 ay 12 gün) Sıravi köməkçi, ##.##.2007-ci ildən ##.##.2010-cu ilədək (6 il 2 ay 16 gün) Boru Operatoru, ##.##.2010cu ildən ##.##.2012-ci ilədək Boru Operatoru (9 ay 15 gün), ##.##.2012-ci ildən ##.##.2019-cu ilədək (6 il 4 ay 7 gün (əslində 3 il 15 gün)) Qazma məhlulu operatoru köməkçisi, ##.##.2019-cu il tarixdən ##.##.2023-cü il tarixədək (3 il 11 ay) Sıravi köməkçi, ##.##.2024-cü ildən hal-hazıradək işlədiyi (##.##.2025-ci il tarixinədək 8 ay 19 gün) Boru operatoru vəzifələrini daşısa da faktiki olaraq qazmaçı peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir. Həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli 12 nömrəöli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Siyahının 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensantı, kömür və şistin emalında 10.1 Qazma a) fəhlələr: neft və qaz üçün istismar və kəşfiyyat -qazma quyularının qazmaçıları peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verən iş sahələri və peşələridir. Qeyd olunanlarla bağlı iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışın mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək üçün qanunla tələb olunan 12 il 6 ay müddətdən artıq xüsusi iş stajı mövcuddur. Qərardan cаvаbdеh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.1982-ci il tarixindən ##.##.1984cü il tarixinədək hərbi xidmətdə olmuşdur. ##.##.1985-ci il tarixindən əmək fəaliyyətinə başlamış, müəssisələrdə müxtəlif vəzifələrdə işləmişdir. ##.##.1985-ci il tarixindən ##.##.1993-cü il tarixinədək Puşkin rayonu *** nömrəli peşə məktəbinin Əliabad şöbəsində istehsalat təlimi ustası, X2 LTD. Lukoyl və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən təsis edilmiş müştərək müəssisəsində ##.##.1999-cu il tarixdən ##.##.2000-ci il tarixədək sıravi fəhlə, ##.##.2001-ci il tarixdən ##.##.2003-cü il tarixədək fəhlə, ##.##.2003-cü il tarixdən ##.##.2005-ci il tarixədək yarımixtisaslı mexanik, ##.##.2005-ci il tarixdən ##.##.2007-ci il tarixədək mexanik, ##.##.2007-ci il tarixdən ##.##.2007-ci il tarixədək “xxxx” şirkətində sıravi köməkçi, ##.##.2007-ci il tarixdən ##.##.2010-cu il tarixədək boru operatoru, ##.##.2010-cu il tarixdən ##.##.2012-ci il tarixədək “xxxx” şirkətində boru operatoru, ##.##.2012-ci il tarixdən ##.##.2019-cu il tarixədək Qazma məhlulu operatorunun köməkçisi, ##.##.2019-cu il tarixdən ##.##.2023-cü ilm tarixədək “xxxx” MMC-də Xəzər dənizində yerləşən neft-qaz əməliyyatları üzrə Qazma məhlulu operatorunun köməkçisi vəzifələrində çalışmış, ##.##.2023-cü il tarixdən hal-hazıradək isə “xxxx” MMC-də Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə sıravi köməkçi vəzifəsində işləyir.##.##.2024-cü il tarixində onun 60 yaşı tamam olmuşdur. Həmin tarixdən də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququm yaranmışdır. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi “Turan Drilling & Engineering” LLC-nin ona dair ##.##.2025-ci il tarixli, **-**-** nömrəli arayışında ##.##.2007-##.##.2007-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının həmin müəssisədə sıravi köməkçi, ##.##.2007- ##.##.2012-ci il tarixləri arasındakı dövr ərzində Qazma məhlulu operatorunun köməkçisi və ##.##.2023-cü il tarixdən bugünədək isə sıravi köməkçi vəzifələrində işlədiyi qeyd olunub. Lakin iddiaçının işlədiyi vəzifələr sözügedən arayışda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensantı, kömür və şistin emalı (10) bölməsinin qazma bəndində (10.1) nəzərdə tutulmamışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlili imtina aktının və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, həm iddiaçının işlədiyi hər 3 peşənin vəzifə funksiyaları və faktiki olaraq icra etdiyi işlər arasında, həm də həmin peşələrlə qazmaçı peşəsinin vəzifə funksiyaları və faktiki icra etdiyi işlər arasında əhəmiyyətli fərqlər vardır. Prosessual məsələlə Iddiaçının vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il # #### tarixli, ***-IIIQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarlarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** №-li Qərarının 1.1-ci bəndində qeyd olunmuşdur ki, bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilər güzəştli pensiya hüququna malikdirlər. Iş materiallarına əlavə edilmiş və iddiaçıya məxsus: -AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı ##.##.1964-cü ildə doğulmuşdur. -НЗ-İ seriyalı ******* №-li hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı ##.##.1982-ci il tarixdən ##.##.1984-cü il tarixədək SSR ordusunda hərbi xidmət keçmişdir. (2 il 1 ay 17 gün). -НТ-İ seriyalı ****** №-li diplomun surətindən müəyyən olunur ki, İddiaçı 1987-ci ildə Bakı Sənaye Pedaqoji Teknikomuna qəbul olunmuş, ##.##.1990-cı ildə həmin texnikomu bitirmişdir. (2 il 10 ay 6 gün). -iddiaçıya məxsus ИТ-İ seriyalı ******* №-li əmək əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq olunmuş surətindən müəyyən olunur ki, aşağıda qeyd olunan vəzifələrdə işləmişdir: ##.##.1985-ci ildə Azərbaycan SSR, Puşkin rayonu *** №-li Dövlət texniki peşə məktəbinin Əliabad kənd şöbəsinə usta vəzifəsinə qəbul olunmuşdur (Əmr № ***, ##.##.1985); ##.##.1993-cü ildə ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir (Əmr № ***, ##.##.1993); (8 il 5 ay 30 gün) ##.##.1999-cu ildə X2 LTD-Lukoyl və Azərbaycan Dövlət Neft Şirkəti arasında Müştərək müəssisəsinə fəhlə qismində qəbul olunmuşdur (##.##.1999- cu il tarixli əmək müqaviləsi); ##.##.2000-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir (##.##.2000-ci il tarixli əmr) (2 il 1 ay). ##.##.2001-ci ildə X2 LTD-yə fəhlə vəzifəsinə qəbul edilmişdir (Əmr № ***, ##.##.2001); ##.##.2007-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir (Əmr № ****, ##.##.2007); (5 il 1 ay 11 gün) ##.##.2007-ci ildə KCA Caspian Limited Şirkətinə sıravi köməkçi vəzifəsinə qəbul edilmişdir (Əmr № ****, ##.##.2007); ##.##.2020-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir (Əmr № ***, ##.##.2010); (13 il 10 ay) ##.##.2010-cu il tarixdə xxxx” şirkətinə boru operatoru peşəsinə qəbul olunmuşdur (Əmr № ***, ##.##.2010); ##.##.2019-cu ildə əmək müqaviləsinə xitam verilmişdir (Əmr № ***-A-2019, ##.##.2019).(8 il 4 ay 17 gün). -“Turan Drilling & Engineering” LLC tərəfindən verilmiş **-**-**** saylı, ##.##.2025-ci il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı ##.##.2007-ci il tarixdə “xxxx” şirkətinə Sıravi köməkçi vəzifəsinə qəbul edilib. ##.##.2007-ci il tarixində Boru operatoru vəzifəsinə keçirilib. ##.##.2010-cu il tarixində “xxxx” şirkətində Qazma operatoru köməkçisi vəzifəsinə keçirilib. ##.##.2019-cu il tarixində əmək müqaviləsinə xitam verilib. ##.##.2019-cu ildə “xxxx” MMC-nə Qazma operatoru köməkçisi vəzifəsinə qəbul edilib. ##.##.2023-cü il tarixində “xxxx” MMC-də Sıravi köçəkçi vəzifəsinə keçirilmişdir. Halhazırda “xxxx” MMC-də boru operatoru vəzifəsində işləyir.Qeyd olunan şirkətlər Böyük Britaniyanın “xxxx” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəlikləri olaraq fəaliyyət göstərmişdir. ##.##.2018-ci il tarixdə “xxxx” şirkəti “xxxx” MMC ilə birgə olaraq Qazma və mühəndislik sahəsində fəaliyyət göstərən “xxxx” MMC-ni təsis etmişlər. Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi müddətdə nümayəndəliklərin adının dəyişməsindən asılı olmayaraq, eyni qrupa aid olduğundan onların strukturu, göstərdiyi fəaliyyət növü, işin xarakteri, peşələrin ( vəzifələrin) adları və vəzifələri təlimatları eyni olaraq qalır. İddiaçı əmək funksiyalarını Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları ilə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir.Onun işlədiyi Sıravi köməkçi, Boru operatoru, Qazma operatoru köməkçisi vəzifələrinin adları şirkət daxili beynəlxalq tələblərə uyğun gələrək adlandırılmışdır. Bu səbəbdən, işçi tərəfindən işin eyni funksiyalarının yerinə yetirilməsinə baxmayaraq, bu vəzifələrin adları ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarının 10-cu bölməsində qeyd edilən vəzifələrin adları arasında müəyyən fərqlilik yaranır. Əslində, İddiaçı işlədiyi peşələr Qazma briqadasına aiddir və faktiki olaraq siyahıda göstərilən qazmaçı peşəsinin funksiyalarını yerinə yetirmişdir. Yəni onun işlədiyi Sıravi köməkçi, Boru operatoru, Qazma operatoru köməkçisi Qazmaçı peşəsinə uyğundur, sadəcə iş yeri xarici şirkət olduğu üçün peşələrin adları beynəlxalq tələblərə görə fərqli qeyd edilmişdir. Həmin işin funksiyasına aşağıdakı kimi izah verilir: ##.##.2007-ci ildən ##.##.2007-ci ilədək işlədiyi (1il 1 ay 12 gün) Sıravi köməkçi (bu vəzifədə faktiki olaraq qazmaçı köməkçisinin peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir); ##.##.2007-ci ildən ##.##.2010-cu ilədək işlədiyi (6 il 2 ay 16 gün) Boru Operatoru (bu vəzifədə faktiki olaraq qazmaçı peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir); ##.##.2010-cu ildən ##.##.2012-ci ilədək Boru Operatoru (9 ay 15 gün) (bu vəzifədə faktiki olaraq qazmaçı peşəsinə uyğun işun funksiyasını yerinə yetirmişdir); ##.##.2012-ci ildən ##.##.2019-cu ilədək işlədiyi (6 il 4 ay 7 gün (əslində 3 il 15 gün)) Qazma məhlulu operatoru köməkçisi (bu vəzifədə faktiki olaraq qazmaçı peşəsinə uyğun işin funksiyaların yerinə yetirmişdir. ##.##.2019-cu il tarixdən ##.##.2023-cü il tarixədək işlədiyi (3 il 11 ay) Sıravi köməkçi (bu vəzifədə faktiki olaraq qazmaçı peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir); ##.##.2024-cü ildən hal-hazıradək işlədiyi (##.##.2025-ci il tarixinədək 8 ay 19 gün) Boru operatoru (bu vəzifədə faktiki olaraq qazmaçı peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir) peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli 12 nömrəöli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Siyahının 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensantı, kömür və şistin emalında 10.1 Qazma a) fəhlələr: neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verən iş sahələri və peşələridir. İddiaçı ##.##.2007-ci ildən ##.##.2025-ci ilədək əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək stajı 18 il 5 ay 13 gün təşkil edir. Göründüyü kimi cavabdeh iddiaçının sıravi köməkçi, boru operatoru, qazma məhlulu operatorunun köməkçisi vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensantı, kömür və şistin emalı (10) bölməsinin qazma bəndində (10.1) nəzərdə tutulmadığına istinad edərək iddiaçının həmin vəzifələrdə işlədiyi dövrləri mübahisələndirmişdir. Yuxarıda qeyd edilən müəssisə tərəfindən verilmiş arayışda bildirilir ki, iddiaçının işlədiyi peşələr Qazma briqadasına aiddir və faktiki olaraq siyahıda göstərilən qazmaçı peşəsinin funksiyalarını yerinə yetirmişdir. Yəni onun işlədiyi Sıravi köməkçi, Boru operatoru, Qazma operatoru köməkçisi Qazmaçı peşəsinə uyğundur, sadəcə iş yeri xarici şirkət olduğu üçün peşələrin adları beynəlxalq tələblərə görə fərqli qeyd edilmişdir. Göründüyü kimi iddiaçının sıravi köməkçi, boru operatoru və qazma məhlulu operatorunun köməkçisi vəzifələrində yerinə yetirdiyi əmək funksiyaları mahiyyət etibarı ilə sözügedən Siyahıda öz əksini tapan Qazmaçı peşəsi ilə eynidir. Başqa sözlə, iddiaçının çalışdığı vəzifə adlarının fərqli şəkildə müəyyən edilməsinin səbəbi onun işlədiyi müəssisənin xarici şirkət olması və həmin adların beynəlxalq terminologiyaya uyğunlaşdırılması ilə əlaqədar olmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qeyd edilən vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Siyahının 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensantı, kömür və şistin emalında 10.1 Qazma a) fəhlələr: neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları peşələrinə uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-405/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-405/2026
02.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver