Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-410/2026 26.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqənin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim A.Hüseynova) ## ##### 2026-cı il tarixli, *- *(*-*)-***/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hərbi xidmətə "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli Sərəncamı əsasında çağırılmış, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il #######ın ##-dən Vətən müharibəsində iştirak etmiş, ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək N saylı hərbi hissədə hərbi xidmətdə olmuş, ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək isə N nömrəli hərbi hissə xidmət göstərmişdir. Bundan başqa Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli, **** nömrəli Sərəncamına əsasən "Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Qanunvericilikdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də müharibə veteranı hesab edilirlər. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 44 günlük vətən müharibəsi zamanı hərbi xidmətdə könüllü olaraq iştirak etmişdir. ## ###### 2020-ci il tarixində N saylı hərbi hissəyə aparılmış, ## ###### 2020-ci ildə N saylı hərbi hissənin 5-ci tabor 14-cü bölüyündə əsgər R (R) rütbəsində Qubadlı rayonuna göndərilmişdir. Müharibə dayandıqdan sonra Şuşa və Xocavənd rayonlarının ərazisində arama-tarama və təhlükəsizlik tapşırıqlarında iştirak etmişdir. ## ###### 2020-ci il tarixdə ehtiyata buraxılmışdır. Xidməti Azərbaycan Respublikası tərəfindən tanınmış və o “Qubadlının azad olunmasına görə” medalı ilə tərif olunmuşdur. Buna baxmayaraq Müdafiə Nazirliyi tərəfindən ona “Müharibə veteranı” statusu verilməmiş səbəb kimi xidmət etdiyi hərbi hissənin döyüşə qatılmadığı göstərilmişdir. Bu cavab faktiki xidmətinə və mövcud rəsmi təltif sənədlərinə ziddir Qeyd edir ki, qanunvericilikdə veteranlıq üçün əsas meyar şəxsin faktiki olaraq döyüş bölgəsində iştirak etməsidir. Hərbi hissənin döyüşə qatılıbqatılmaması meyar kimi nəzərdə tutulmamışdır. Medalın verilməsi isə dövlət tərəfindən döyüşdə iştirakının rəsmi tanınmasıdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehin elektron kabinetinə yerləşdirilməmiş, bununla da iş materialları ilə tanışlıq və işə münasibət bildirilməsi mümkün olmamışdır. Bundan başqa, Müdafiə Nazirliyinin Aparatı yanında "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın ##.##.2023-cü il tarixli */*-**** nömrəli məktubuna əsasən, Azərbaycan Respublikası müdafiə nazirinin ##.##.2021-ci il tarixli əmrinə əsasən, N nömrəli hərbi hissə ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək döyüşən hərbi hissələrin siyahısında olmadığına görə "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə məhkəmə kollegiyasına məlumat verilməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -İ-**** nömrəli vəsiqənin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## ###### tarixli **** nömrəli Sərəncamı ilə İddiaçı “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. -Cavabdeh ##.##.2023-cü il tarixli */*-**** nömrəli məktubunda bildirilir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin ## #### 2021-ci il tarixli əmrinə əsasən N nömrəli hərbi hissə ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək döyüşən hərbi hissələrin siyahısında olmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. -******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı hərbi bilet ##.##.2011-ci il tarixdə Azərbaycan Respublikası Laçın rayon Hərbi Komissarlığı tərəfindən verilmişdir. -AO seriyalı 1281553№-li hərbi biletin qeydiyyat kartasının surətindən görünür ki, İddiaçı ##.##.2013-cü ildə SQ-dən ehtiyata buraxılmışdır. ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək N saylı hərbi hissədə hərbi xidmətdə olması, ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək isə N nömrəli hərbi hissə xidmət göstərməsi barədə məlumatlar qeyd edilmişdir. -Cavabdeh tərəfindən Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın sədrinə və Şirvan Inzibati Məhkəməsinə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubda iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair *-*(*-*)-***/**** nömrəli iş üzrə icraatın tam və hərtərəfli aparılmasının təmin edilməsi məqsədi ilə toplanmış inzibati icraat materiallarının təsdiq edilmiş surətlərinin Hüquq Idarəsinə göndərilməsi xahiş olunmuşdur (Şirvan Inzibati Məhkəməsinə ##.##.2026-cı il tarixdə daxil olmuşdur). Işin faktiki hallarından görünür ki, cavabdeh iddiaçının hərbi xidmət keçdiyi N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməməsini əsas gətirərək, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi yalnız iddiaçıya verilmiş “Qubadlının işğaldan azal edilməsi” medalına istinad edərək, iddianı əsaslı hesab etmiş, məhkəmə tərəfindən işin faktiki hallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görülməmişdir. Belə ki, məhkəmə iddiaçının döyüş əməliyyatlarında iştirak edən hər-hansı hərbi hissəyə ezam edilməsi barədə müvafiq sorğular verməmiş, habelə onun bilavasitə döyüş əməliyyatlarında iştirakını təsdiq edən digər sübutların (hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, şəxsi işi, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və s.) əldə edilməsi istiqamətində zəruri araşdırma aparmamışdır. Bundan başqa cavabdeh müvafiq araşdırma aparılması üçün məhkəmədən iddiaçının müraciəti üzrə toplanmış inzibati icraat materiallarının təsdiq edilmiş surətlərinin göndərilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi həmin məktubda qeyd edilən halları nəzərə almadan ##.##.2026-cı il tarixdə yekun qərar qəbul edərək iddianı təmin etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. -12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. -13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. -87.7.1-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı ləğv edilsin, inzibati iş Şirvan Inzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(3-9)-410/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-410/2026
26.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver