Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-411/2026 16.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və X1 ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının nümayəndələri nümayəndə2 və nümayəndə1, üçüncü şəxs üçüncü şəxs1 və onun vəkili nümayəndə3 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından üçüncü şəxs üçüncü şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Kürdəmir rayon Muradxan Bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Kürdəmir rayon Muradxan Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, bələdiyyənin ##.##.2022-ci il tarixli iclas protokolunun ** nömrəli qərarının ikinci bəndinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə üçüncü şəxs1 iş üzrə zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilmişdir. X6 Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə üçüncü şəxs2 iş üzrə zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim P.Qurbanova) ## ##### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X2 ##.##.2020-ci il tarixdə vəfat etmiş və bundan sonra mübahisəli torpaq sahəsini iddiaçı uşaqları ilə birlikdə istifadə etmişlər. Sonradan onlara məlum olmuşdur ki, bələdiyyə ilə iddiaçının mərhum əri X2 arasında icarə müqaviləsinin 2027-ci ilə kimi bağlanmasına baxmayaraq, hərrac yolu ilə həmin 15 hektar torpaq sahəsinin 5 hektarı 3-cü şəxsə satılmışdır. Iddiaçı tərəfindən onun mülkiyyət hüququnun pozulması ilə nəticələnmiş əlverişsiz inzibati akt mübahisələndirilmiş və Bələdiyyənin ##.##.2022-ci il tarixli iclas protokolunun 02 qərarının ikinci bəndinin ləğv edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı barəsində qəbul edilmiş əlverişli inzibati akt cavabdeh inzibati orqan tərəfindən ləğv edilməmişdir. Iş materiallarında olan sənədlərdən də müəyyən olunur ki, torpağın iddiaçının mərhum əri X2 icarəsinə verilməsi barədə qərar hazırda da qüvvədədir və müddəti də başa çatmamışdır. Inzibati orqan tərəfindən şəxsin mülkiyyət hüququ pozulmaqla yenidən qərar qəbul edilərək sözügedən torpaq sahəsinin hərraca çıxarılması barədə qərar qəbul edilmiş və 3-cü şəxsin icarəsinə verilmişdir. Belə olan halda iş üzrə bütün faktiki və hüquqi hallara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, cavabdehin qəbul etdiyi inzibati akt qanunsuz olmuş və iddiaçının hüquq və mənafelərinin pozulması ilə nəticələnmişdir. Həmçinin cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçının qanunla nəzərdə tutulmuş etimad və qanuni gözlənti hüququ da pozulmuşdur. Qərardan üçüncü şəxs üçüncü şəxs1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbi onunla əsaslandırmışdır ki, mərhum əri X2 Ərəb bələdiyyəsi ilə ##.##.2002-ci il tarixli * saylı qərarla və # ###### 2002-ci il tarixli ** saylı icarə müqaviləsinə əsasən Çöl Ərəb kəndi ərazisindən 15 hektar torpaq sahəsi icarəyə götürmüşdür. Əri ##.##.2020-ci il tarixdə vəfat etmişdir. (2010-cu ildə Çöl Ərəb bələdiyyəsi Sor Sor bələdiyyəsinə birləşdirilib) Sözü gedən torpaq sahəsini əri Ramazan Azayev vəfat edənə kimi özü və eyni zamanda ailə üzvləri, vəfat etdikdən sonra da o və uşaqları ilə birlikdə istifadə etmişlər. Sonradan onlara məlum olub ki, mərhum əri X2 ilə icarə müqaviləsinin 2027-ci ilə kimi bağlanmasına baxmayaraq, hərrac yolu ilə həmin 15 hektar torpaq sahəsinin 5 hektarı başqa şəxslərə satılıb. Halbuki, həmin torpaq sahəsinin icarə müqaviləsi və ya alqı-satqısı birinci növbədə X3nun ailə üzvlərinə təklif olunmalı idi. Lakin məhrum X2 ailə üzvlərinin xəbəri və iştirakı olmadan sözügedən torpaq sahəsi Sor Sor bələdiyyəsinin iclas protokoluna və qərarına əsasən hərraca çıxarılmış, hərracda torpağı almaq istəyən əvvəlcədən sövdələşmə aparılmış marağı olan şəxslər iştirak edərək xəbəri olmadan həmin torpaq sahəsini hərrac vasitəsi ilə almışdır. O, həmin torpaq sahəsini yaxın vaxtlara qədər idarə etmiş, torpaq sahəsindən istifadə edərək orada əkin əkib, məhsul götürmüşdür. Həmin torpaq sahəsinin hərrac vasitəsi ilə başqa şəxslərə keçdiyini bildikdən sonra Sor-Sor bələdiyyəsinə ilk öncə şifahi qaydada müraciət etmişdir. Lakin bələdiyyə onun şifahi sorğusuna cavab verməmişdir. Sonradan rəsmi qaydada Sor-Sor bələdiyyəsinə müraciət edərək, mübahisələndirilən qərarının surətini onun ünvanına göndərilməsini xahiş etmişdir. Lakin yenə də Sor-Sor bələdiyyəsi müraciətinin üstündən uzun müddət keçməsinə baxmayaraq müraciətinə cavab verməmiş və ona lazım olan zəruri sənədləri ünvanına göndərməmişdir. Hesab edir ki, Kürdəmir rayon Sor-Sor bələdiyyəsinin hərəkətləri qanunsuzdur və bələdiyyənin sözügedən protokolu və qərarı ləğv edilməlidir. Cavabdeh iddiaya qarşı etiraz təqdim etməmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Prosessual məsələlər Iddiaçının nümayəndələri məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Həmçinin nümayəndə bildirdi ki, atası ölənədək mübahisəli torpaq sahəsində heyvan saxlamış, onun ölümündən sonra isə heyvanları onlar saxlamışlar, hazırda da eyni qaydada istifadə edirlər. Üçüncü şəxs və vəkili apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdehə məhkəmə iclasının vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -Kürdəmir rayon Çöl Ərəb bələdiyyəsinin ##.##.2002-ci il tarixli, * saylı qərarının surətindən görünür ki, 15 ha torpaq sahəsi heyvandarlıq və əkinçiliklə məşğul olmaq üçün 25 il müddətinə X2 icarəsinə verilməsi qərara alınmışdır. -##.##.2002-ci il tarixli, ** nömrəli “Torpaq icarə müqaviləsi”nin surətindən görünür ki, Kürdəmir rayonu Çöl-Ərəb bələdiyyəsi ilə X2 arasında müqavilə bağlanmış və Kürdəmir rayonu Çöl Ərəb bələdiyyəsinin ##.##.2002-ci il tarixli, * saylı qərarına əsasən 15 ha torpaq sahəsi 25 il müddətinə X2 icarəsinə verilmişdir. -Kürdəmir rayon Çöl Ərəb bələdiyyəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Ucar Ərazi Idarəsinə ünvanladığı ##.##.2019-cu il tarixli, ** nömrəli məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayon Çöl-Ərəb bələdiyyəsi 2010-cu ildən Sor- Sor bələdiyyəsi ilə birləşib, vahid Sor-Sor bələdiyyəsi yaranmışdır. Çöl-Ərəb bələdiyyəsi ## #### 2002-ci il tarixli, * saylı qərarına və ## ###### 2002-ci tarixli, ** saylı icarə müqaviləsinə əsasən X2 15 hektar torpaq sahəsi heyvandarlıq və əkinçiliklə məşğul olmaq üçün 25 illiyə icarəyə verilmişdir. Həmin qərar qüvədədir və ona yüklülük çıxarışının və Texnik pasport verilməsinə bələdiyyə etiraz etmir. -Kürdəmir Rayonu Muradxan Bələdiyyəsinin ##.##.2025-ci il tarixli, ** nömrəli məktubunda qeyd edilmişdir ki, X3 ##.##.2002-ci il tarixli, ** saylı qərarla və ## ###### 2002-ci il tarixli, ** saylı icra müqaviləsi əsasında 15 hektar Çöl-Ərəb bələdiyyəsindən icarəyə torpaq götürmüşdür. Çöl-Ərəb bələdiyyəsi 2010-cu ildən Sor-Sor bələdiyyəsinə birləşdirilmişdir. 2025-ci ildən Sor-Sor bələdiyyəsi Muradxan bələdiyyəsinə birləşib. X3 ilə bağlanmış müqavilənin ləğvi barədə Muradxan bələdiyyəsinə heç bir məlumat daxil olmayıb. -Kürdəmir rayon Sor-Sor Bələdiyyəsinin ##.##.2021-ci il tarixli, ** saylı protokolundan çıxarışda qeyd edilmişdir ki, Kürdəmir rayon Sor-Sor bələdiyyəsinin icarə predmeti olan Çöl-Ərəb kəndi ərazisində yerləşən 5,0 ha kənd təsərrüfatı kateqoriyalı (örüş) torpaq sahəsinin üzərində bələdiyyənin mülkiyyət hüququnun tanınması ilə bağlı rəy verilməsi üçün ƏMDK-nin Ucar ərazi şöbəsinə müraciət edilsin. -Kürdəmir rayon Sor-Sor bələdiyyəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Ucar Ərazi Idarəsinə ünvanladığı ##.##.2021-ci il tarixli, ** nömrəli məktubunda qeyd edilmişdir ki, Sor-Sor Bələdiyyəsinin icarə predmeti olan Çöl-Ərəb kəndi ərazisində yerləşən məktuba əlavə olunan planda göstərilən 5,0 ha ölçüdə olan torpaq sahəsini kənd təsərrüfatının inkişafı (örüş) məqsədi üçün hərraca çıxarmaq istəyir. Odur ki, həmin torpaq sahəsinin həqiqətən Sor-Sor bələdiyyəsinin mülkiyyətinə aid olmasını təsdiq etmək məqsədi ilə reyesterdən çıxarışın, agentliyin rəyinin verilməsi, kadastr planının və digər aidiyyatı sənədlərin verilməsinə köməklik göstərilməsi xahiş olunur. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Kürdəmir rayon Çölərəb kəndi ərazisindən 5.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyət hüququ Bələdiyyənin adına qeydiyyata alınmışdır. -Kürdəmir rayon X10 və Müsabiqə keçirilməsi barədə ##.##.2022-ci il tarixli iclas protokolunun ** nömrəli qərarından çıxarışda qərara alınmışdır:-
1. Sor-Sor bələdiyyəsinin icarə preqmeti olan 5.0 ha torpaq sahəsinin heyvandarlıq ilə məşğul olmaq üçün icarəyə verilməsi məqsədilə müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırıldığı nəzərə alınsın.
2. Sor-Sor bələdiyyəsinin icarə predmeti olan 5.0 ha torpaq sahəsinin heyvandarlıq ilə məşğul olmaq məqsədilə 15 il müddətinə icarəyə verilməsi üçün açıq müsabiqə keçirilsin, müsabiqədə icarənin aşağı həddi hər hektar üçün 32 manat müəyyən edilsin və müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar ərazi şöbəsinin Torpaq Hərrac yə Müsabiqə komissiyası arasında müqavilə bağlansın.
3. Qəbul edilmiş qərarın bir nüsxəsi Azərbayca Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə Idarəsinə göndərilsin. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin № ****** nömrəli, ##.##.2022-ci il tarixdə, 590 nömrə ilə qeydiyyata alınmış Şəhadətnamənin surətindən görünür ki, Kürdəmir rayonu ərazisində yerləşən Sor-Sor bələdiyyəsinin mülkiyyətində olan 5.0 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X5 Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən ##.##.2022-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin hərracının qalibi üçüncü şəxs1 olmuş və ## ### 2022-ci il tarixli protokol tərtib edilmişdir. -##.##.2022-ci il tarixli icarə müqaviləsi əsasında Kürdəmir rayonu Sor-Sor Bələdiyyəsinin mülkiyyətində olan 5.0 ha kənd təsərrüfatı kateqoriyalı (örüş) torpaq sahəsi ##.##.2037-ci il tarixədək (15 il müddətinə) üçüncü şəxs1 icarəsinə verilmişdir. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Kürdəmir rayonu Sor-Sor bələdiyyəsinin mülkiyyətində olan Kürdəmir rayonu Çölərəb kəndi ərazisindən 5.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair üçüncü şəxs1 icarə hüquqları ##.##.2022-ci il tarixdən ##.##.2037-ci il tarixədək 15 il müddətinə qeydə alınmışdır. -A№ ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, həmin torpaq sahəsinin texniki göstəriciləri üçüncü şəxs1 adına işlənmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri PHŞ-nin ** saylı Ərazi idarəsi tərəfindən ##.##.2025-ci il tarixli məktubla təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, inzibati iş materiallarında mövcud olan “R Azayevin istifadəsinə, icarəsinə ayrılmış 15 (on beş) hektar torpaq sahəsi” olaraq qeyd edilmiş “Kürdəmir rayonu Şirvan kolxozu ərazisində aparılmış torpaq islahatına aid yerquruiuşu planından çıxarış" yerquruluşu qaydasında tərtib edilmədiyi üçün, həmçinin sxemdə istinad nöqtələri və koordinatlar mövcud olmadığı üçün icarəyə verilmiş 15 ha torpaq sahəsinin dəqiq yerləşmə məkanını müəyyən etmək mümkün olmamışdır; Baxış zamanı iddiaçının naturada göstərdiyi (iddia etdiyini bildirdiyi) bildirdiyi 15.0 ha torpaq sahəsinin koordinatları mütəxəssis tərəfindən müəyyən edilmişdir; Baxış zamanı iddiaçının naturada göstərdiyi 15 ha torpaq sahəsi 2003-cü ildə tərtib edilmiş “Kürdəmir rayonu Muradxan kəndi Şirvan təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı bələdiyyə mülkiyyətinə aid torpaqlar kimi göstərilmişdir; Hazırda Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS-AzCad) baxış zamanı iddiaçının naturada göstərdiyi 15 ha torpaq sahəsinin 7.39 ha hissəsi kənd təsərüfatı təyinatlı torpaqlar kateqoriyalı, islahat uqodiyası örüş, faktiki uqodiyası istifadə vəziyyətinə uyğun əkin olmaqla bələdiyyə mülkiyyəti, 7.15 ha hissəsi kənd təsərüfatı təyinatlı torpaqlar kateqoriyalı, islahat uqodiyası və uqodiyası örüş olmaqla bələdiyyə mülkiyyəti, 0.46 ha hissəsi kənd təsərüfatı təyinatlı torpaqlar kateqoriyalı, arx uqodiyalı, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olaraq göstərilmişdir; Baxış zamanı iddaçının naturada göstərdiyi 15 ha torpaq sahəsinin 5 ha hissəsi idarənin elektron baza məlumatlarında ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışla bələdiyyə mülkiyyətinə aid örüş uqodiyalı torpaq sahəsi üzərində üçüncü şəxs1 icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış 5.0 ha torpaq sahəsi ilə və 0.53 ha hissəsi üçüncü şəxs2 adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş 90614038000001 kadastr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi (18.0 ha) ilə üst-üstə düşür. (sxemdə göstərilmişdir); Əlavə olaraq bildirilir ki, baxış zamanı iddiaçı tərəfindən naturada göstərilən 15 ha torpaq sahəsinin üçüncü şəxs1 tərəfindən istifadə edildiyi mütəxəssisə bildirilmişdir. Şərh olunan sübutlardan və işin faktiki hallarından göründüyü kimi, iddiaçı mərhum ərinin icarəsinə verilmiş 15 ha torpaq sahəsinin sonradan bələdiyyə qərarı ilə hərraca çıxarılması və nəticə etibarilə üçüncü şəxsə satılmasını əsas gətirərək, həmin qərarın ləğv edilməsini tələb edir. Məhkəmə kollegiyası hazırki mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarına əsasən, eyni zamanda baxılan iddianın mümkünlük şərtlərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə qiymət verməkdə haqlı olmamış, maddi və prosessual hüquq normalarının tələblərinə zidd qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16-cı maddəsi örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətlərini müəyyən etmişdir:
1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir.
2. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir.
3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir.
4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır. 51-ci maddəsinin 7-ci bəndinə əsasən icarə müddəti tamam olanadək, icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun vərəsələrinə keçir. 73-cü maddəsinin 1-ci bəndinin 13-cü abzasında torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna hallarda xitam verilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 75-ci maddəsinin dispozisiya şərtlərindən göründüyü kimi, mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi üçün yalnız 73-cü maddənin 1-ci bəndinin 1, 5, 6, 7,10 və 11-ci bəndləri üzrə müvafiq qərar qəbul edilməsi tələb olunur, icarəsinə torpaq sahəsi verilmiş şəxsin ölməsi halında hər-hansı qərar qəbul edilməsi tələb olunmur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## #### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarının III bölmənin 13-cü bəndi bu uqodiyalı torpaq sahələrinin icarə müddətini bir qayda olaraq 10 ildən 15 ilədək müəyyən etmişdir. Qanunvericiliyin sadalanan tələbindən göründüyü kimi, icarə müqaviləsi bağlanılarkən və bələdiyyə tərəfindən qərar qəbul edilərkən bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilərdi. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin icarəsi, yaxud istifadəsi ilə bağlı hüquq münasibətlərinin qanunla müəyyən edilmiş müddəti bitdikdən sonra, müddətin uzadılması yalnız qanuni prosedurlarla (hazırki halda hərrac və ya müsabiqə) mümkündür. Tədqiq edilmiş sübutlardan və işin faktiki hallarından görünür ki, Kürdəmir rayon Çöl Ərəb bələdiyyəsinin ##.##.2002-ci il tarixli qərarı və ##.##.2002-ci il tarixli icarə müqaviləsi ilə 15 ha torpaq sahəsinə dair icarə müddəti 25 il göstərilsə də, həmin müddət mövcud qanunvericiliyin tələblərinə əsasən ##.##.2017-ci il tarixdə başa çatmış, iddiaçının mərhum əri ilə icarə münasibətlərinin davam etdirilməsi ilə bağlı müvafiq müqavilə bağlanmamışdır. Odur ki, vərəsəlik qaydasında keçməli olan icarə hüquqları da mövcud olmamışdır. Digər tərəfdən, məqsədli təyinatı və uqodiyası baxımından yay və qış otlaqları, örüş və biçənək sahələri heyavandarlığın inkişafı, o cümlədən mal-qara saxlanılması məqsədilə icarəyə verilir. Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinin dispozisiya şərti də ondan ibarətdir ki, “istifadəçilərin və icarəçilərin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır.” Iddiaçının ərinin ##.##.2020-ci il tarixdə ölümündən sonra təsərrüfatındakı heyvanlar onun vərəsələrinin sərəncamına keçsə də, vərəsələri (yeni mülkiyyətçi) tərəfindən müqavilənin müddətinin uzadılması ilə bağlı bələdiyyəyə müraciət etməmişdir. Iddiaçının nümayəndələri mərhum atalarından heyvanların miras qaldığını, onların sərəncamına keçdiyini və hazırda da onların sərəncamında olmasını bildirmişlər. Bununla da Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinin dispozisiya şərti iddiaçı tərəfindən ödənilmədiyi aşkar görünür. Qeyd edilən hallar hazırki iddianın qaldırılması ilə bağlı iddiaçının subyektiv hüququnun olmamasına dəlalət edir. Bundan başqa, mütəxəssis tərəfindən iddiaçının mərhum ərinin icarəsinə verilmiş 15 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini müəyyən etməyin mümkün olmaması, yalnız faktiki iddia olunan sahənin üçüncü şəxsin icarəsinə verilmiş 5 ha sahə ilə üst-üstə düşməsi qənaətinə gəlinməsinə baxmayaraq, birinci instansiya məhkəməsi hesab etmişdir ki, üçüncü şəxsin icarəsinə bələdiyyə tərəfindən verilmiş torpaq sahəsi məhz iddiaçının ərinin icarəsinə verilmiş sahə ilə eynidir. Məhkəmə kollegiyası hesab edir ki, bələdiyyə tərəfindən iddiaçının mərhum ərinin icarəsinə verilmiş torpaq sahəsinin koordinatları, konfiqurasiyası və sərhədləri müəyyən edilmədiyindən, vizual baxış, yaxud tərəfin ifadəsi həmin sahənin məhz üçüncü şəxsin icarəsinə verilmiş sahə ilə eyni olması qənaətinə gəlmək üçün kifayət etmir. Belə ki, iddiaçının hazırki iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri üçüncü şəxsin qanuni istifadəsində olan torpaq sahəsinin iddiaçının ərinə verilmiş torpaq sahəsi ilə koordinatlar baxımından üst-üstə düşməsi halının mövcud olmasıdır. Başqa sözlə, hazırki iddianı qaldırmaqda iddiaçıların hüquqi marağı o zaman olacaqdır ki, iddiaçının ərinin icarəsinə verilmiş torpaq sahəsinin sənəd üzrə koordinatları (sərhədləri) üçüncü şəxsin qanuni istifadəsində olan torpaq sahəsinin üzərinə işlənmiş olsun. Xüsusilə qeyd edilməlidir ki, yuxarıda sadalanan qanunvericilik normaları istifadə, yaxud icarə hüquq münasibətlərinin ölmüş şəxsin vərəsələri ilə davam etdirilə bilməsi imkanlarını tanımışdır. Hazırki iş üzrə iddiaçı ölmüş ərindən qalmış hər-hansı mirası qəbul etməsi ilə bağlı sübut təqdim etməmişdir. Bu hal da subyektiv hüquq institutunun elementlərindən biri olmaqla, yuxarıda qeyd olunan şərtlərin ödəniləcəyi halda belə, hazırki iddianın qaldırılması imkanını aradan qaldırır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iddia mümkünsüz sayılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.