Azərbaycan Respublikası adından Qərar İş № 2-1(3-9)-415/2026 02.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Qasım Vəli oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli, *******0001 saylı qərarının ləğv edilməsi və ##.##.2025-ci il tarixdən D********HBZ nömrəli göndəriş əsasında “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə ona XBT10 kodu F07.0-“üzvü mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu üzrə 7.6.2.1 bəndinə uyğun olaraq orqanizmin funksiyalarının pozulmasının 35-60 faiz dərəcəsi ilə 2 il müddətinə əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim H.Nəcəfov) ## ##### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıda olan xəstəliklərin və ağırlaşmaların onun barəsində tərtib edilən D********HBZ nömrəli göndərişdə öz əksini tapmış və sübutlar nəticəsində qeyd edilən xəstəliklər üzrə göndərişin düzgün və tam doldurulduğu müəyyən edilmişdir. Lakin meyarlar üzrə dəyişikliklərdən sonra əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə-“Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunduğundan qeyd edilən hissəyə nəzər yetirilməsi zəruridir. Belə ki, qeyd edilən həmin XBT10 – kodu (F07.0) üzrə 35-60 faiz dərəcələri üzrə əlilliyin təyin edilməsi müəyyən edilir. Hal-hazırki iş üzrə iddiaçıda olan xəstəliklər öz təsdiqini tapır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda İ Qarabağ müharibəsində iştirak etmiş, hazırda müharibə veteranıdır. ##.##.1994-cü il tarixdə Füzuli rayonu kənd Horadiz istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində yaralamış, cərrahi əməliyyatı icra edilmiş kürək nahiyəsindən bir ədəd qəlpə çıxarılmışdır. Digər qəlpələri isə çıxara bilməmişdirlər. Bir müddət müalicə olunduqdan sonra N saylı hərbi hissənin 2-ci batalyaonuna hərbi xidmətə davam etdirmək üçün qayıtmış, ##.##.1997-ci ildə tərxis olunmuşdur. Döyüş vaxtı yaralar və bədənində olan qəlpələr sonradan getdikcə narahat etməyə başlamışdır. Bununla bağlı hər il iki dəfə öz vəsaiti hesabına müalicələr almışdır. Bir qədər də hələ gənc idi bu ağrılara tab gətirə bilmiş, lakin getdikcə bədənində olan qəlpələr artıq onun əsəb sisteminin tamamilə pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarından görünür ki, ##.##.1994-cü ildə aldığı və ##.##.2017-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataoloyi Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri diaqnozu: Qəlpə yaralanmamlarından sonra başın arxa ənsə nahiyyəsirıdə iki ədəd, sol saidin aşağı 1/3-nin ön sətində, düzgün olaraq mil-bilək oynağının ön səthində bir ədəd, döş qəfəsinin arxa səthində fəqərəyanı xətt üzrə, orta xəttdən 2,5 sm sola bir ədəd, sağ bazunun yuxarı 1/3 nin bayır səthində beş ədəd, sağ budun aşağı 1/3-nin bayır səthində bir ədəd, sol bazunun orta 1/3-nin ön səthində bir ədəd köhnə çapıq toxumaları, o bazu sümüyünün aşağı 1/3 səviyyəsində yumuşaq toxumalar arasında 4mm ölçüdə bir ədəd, solsaid (bilək) nahiyyənin yumuşaq toxumaları arasında üç ədəd, sağ qamış sümüyünün yuxarı 1/3-i nahiyyəsində yumuşaq toxumalar arasında bir ədəd metal yad cisim (qəlpələr) Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının ##.##.2024-cü il tarixli 5156 aylı rəyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2023-cü il *-**/*-*-***/**** saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun xxxxnın nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş, müayinənin nəticəsi olaraq Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, knqnitiv funksiyaların enməsi ilə F07.0 diaqnozu qoyulmuşdur. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan obarət olmuşdur ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının ##.##.2025ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi mənşəli (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Qəlpə yartalanmasından sonra başın arxa ənsə nahiyyəsində iki ədəd, sol saidin aşağı 1/3-nin ön səthində, düzgün olaraq mil bilək oynağının ön səthində bir ədəd, döş qəfəsinin arxa səthində fəqərəyanı xətt üzrə, orta xətdən 2.5 sm sola bir ədəd, sağ çiyin qurşağının arxa səthində, kürək tininin yuxarı kənarı səviyyəsində bir ədəd, sağ bazunun yuxarı 1/3-nin bayır səthində beş ədəd,sağ budun aşağı 1/3-nin bayır səthində bir ədəd, sol bazunun orta 1/3-nin ön səthində bir ədəd köhnə çapıq toxumalar arasında 4mm ölçüdə bir ədəd, sol said (bilək) nahiyyənin yumşaq toxumalar arasında üç ədəd, sağ qamış sümüyünün yuxarı 1/3-i nahiyyəsinin yumşaq toxumaları arasında bir ədəd metal yad cisim (qəlpələr). Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, iddiaçının barəsində verilmiş tibbi göndərişdə qeyd edilmiş diaqnoz öz təsdiqini tapmadığı halda, birinci instansiya məhkəməsi inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilə etmiş və səhv nəticəyə gəlmişdir. Prosessual məsələlər Məhkəmə kollegiyasının müvafiq qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hüquqi varisi olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi ilə əvəz edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etdi və təmin edilməsini xahiş etdi. Iddiaçı şikayətin dəlillərinə etiraz edərək, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -Əlillik altsistemindən çıxarışla müəyyən edilir ki, iddiaçının əlillik vəziyyətinə ilk dəfə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının ##.##.2025-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə ##.##.2025-ci il tarixli qərar qəbul edilmişdir. -Iddiaçı həmin qərardan narazı qalaraq, əlilliyin müəyyən edilməsi ilə bağlı məhkəmdə iddia qaldırmışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2017-ci il tarixli, *** nömrəli qərarının surətindən görünür ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1994-cü ildə aldığı və ##.##.2017-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Qəlpə yaralanmalarından sonra başın arxa ənsə nahiyyəsində iki ədəd, sol saidin aşağı 1/3-nin ön səthində, düzgün olaraq mil-bilək oynağının ön səthində bir ədəd, döş qəfəsinin arxa səthində fəqərəyanı xətt üzrə, orta xəttdən 2,5 sm sola bir ədəd, sağ çiyin qurşağının arxa səthində, kürək tininin yuxarı kənarı səviyyəsində bir ədəd, sağ bazunun yuxarı 1/3nin bayır səthində beş ədəd, sağ budun aşağı 1/3-nin bayır səthində bir ədəd, sol bazunun orta 1/3-nin ön səthində bir ədəo köhnə çapıq toxumalar, sol bazu sümüyünün aşağı 1/3 səviyyəsində yumşaq toxumalar arasında 4 mm ölçüdə bir ədəd, sol said (bilək) nahiyyənin yumşaq toxumalar arasında üç ədəd, sağ qamış sümüyünün yuxarı 1/3-i nahiyyəsinin yumşaq toxumaları arasında bir ədəd metal yad cisim (qəlpələr)” (Azərbaycan Respublikası SHXÇDX-nin Biləsuvar rayon şöbəsinin ##.##.2017 ci il tarixli ** nömrəli göndərişi, ##.##.2017-ci il tarixli 53 nömrə arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəz tərəfindən verilmiş ##.##.2017-ci il tarixli *** nömrəli məhkəmə-tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nm həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsinin ##.##.2024-cü il tarixli, **** nömrəli həkim psixiatr komissiyasının rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2023-cü il *-**/*-*-***/**** saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı xxxxnın nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F07.0 qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsi ##.##.2025-ci il tarixli, **** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı oğlunda halhazırda üzvi şəxsiyyət pozunusu koqnitiv funksiyaların enməsi ilə (F07.0) aşkar olunur. Bunu anamnestik məlumatlar - İ Qarabağ Müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlər zamanı xəsarət alması, dəfələrlə xxxxnda müayinə və müalicələrdə olması, həmçinin hazırki müayinə zamanı- təfəkkürünün torpidliyi, nitqinin ləngiməsi, xarici qıcıqlara qarşı həssaslığının yüksək olması, emosional dayanıqsızlığı, əhvali-ruhiyyəsinin dəyişkənliyi və s. sübut edir. İddiaçı hal-hazırda Üzvi şəxsiyyət pozuntusu koqnitiv funksiyaların enmməsi ilə (F07.0) aşkar olunur. Onun orqanizminin funksiyalarının pozulmasının klinik funksional xüsusiyyətləri psixi status hissəsində təsvir olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın:- -1.1-ci bəndinə əsasən əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. -3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının ##.##.2025-ci il tarixli tibbi göndərişində iddiaçının orqanizmində olan patofunksional pozuntu diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu (Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində), koqnitiv funksiyaların enməsi ilə” XBT 10 kodu F07.0 müəyyən edilmişdir. “xxxx” PHŞ-nin təqdim etdiyi rəydə də həmin XBT kodu müəyyən edilsə də, rəyin “Psixi status” hissəsində psixiatrik pozuntunun dərəcəsi və pozuntunun klinik funksional xüsusiyyətləri belə təsvir edilmişdir: - “Zahirən gərgin və narahatdır. Düşüncəsi kobud pozulmayıb. Özünə, zamana və məkana görə bələdliyi kifayət qədərdir. Ünsiyyətə bir qədər çətin daxil olur. Suallara müəyyən fasilədən sonra cavablar verir. Nitqi ardıcıldır. Ləng tempdə danışsa da, fikrini düzgün ifadə edə bilir. Təfəkkürü bir qədər torpiddir. Söhbət zamanı bir mövzudan digərinə keçməkdə çətinlik çəkir, bəzən əhəmiyyətsiz detallar üzərində fiksə olunur. Müayinə zamanı " kəskin produktiv psixopatoloji əlamət (qavrama pozuntuları, sayıqlama fikirləri və s.) aşkar etmir. Əhvali-ruhiyyə fonu dəyişkəndir, enməyə meylidir. Xarici qıcıqlara qarşı həssaslığı yüksəlmişdir. Intellektualmnestik funksiyaları kobud pozulmasa da, koqnitiv funksiyalarının bir qədər enməsi müəyyən edilir. Söhbət prosesində tez yorulur, astenizasiya əlamətləri qeyd edilir. Öz vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidi saxlanılıb.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda XBT üzrə F07.0 kodu ilə müəyyən edilmiş əlillik təyinatına əsas verən xəstəliklər aşağıdakı qaydada müəyyən edilmişdir: 7 əmək qabiliyyətinin nəzərəçarpacaq 35-60 2 il .6.2.1. dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 7 məqsədyönlü fəaliyyət qabiliyyətinin 65-80 2 il .6.2.2. azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti Göründüyü kimi yalnız koqnitiv funksiyaların enməsi hələ şəxsin əlillik vəziyyətində olması qənaətinə gəlmək üçün kifayət etmir, həmçinin Meyarlar psixiatrik pozuntuların konkret klinik əlamətlərinin və ağırlaşmalarının mövcud olduğu hallarda əlillik təyinatına əsas verir. Təqdim edilmiş tibbi rəydə iddiaçının xəstəliyinin əlillik təyinatına əsas verə biləcək səviyyətə olmadığı, klinik funksional xüsusiyyətlərinin Meyarların 7.6.2.1 və 7.6.2.2-ci bəndlərində qeyd olunan xüsusiyyətlərlə uyğunluq təşkil etmədiyi müəyyən olunur. Qeyd edilməlidir ki, internet resurslarında və elmi ədəbiyyatlarda koqnitiv funksiyaların pozulmasının səbəbi kimi göstərilir ki, ümumiyyətlə, kəskin və geri dönə bilən şüurun dəyişdirilmiş səviyyəsindən fərqli olaraq sabit bir xüsusiyyətə aiddir. Koqnitiv çatışmazlıqlar anadangəlmə ola bilər və ya beyin xəsarətləri, nevroloji pozuntular və ya psixi xəstəliklər kimi ətraf mühit amillərindən qaynaqlana bilər. Həmçinin qeyd olunur ki, koqnitiv çatışmazlığın iş keyfiyyətinə böyük təsir edəcəyi gözlənilsə də, sağlamlıq və iş keyfiyyəti arasında heç bir əlaqə yoxdur və ya çox azdır. Hava hərəkətinə nəzarətçi, peşəkar idmançı və digər koqnitiv cəhətdən asılı peşələr istisna olmaqla, yaş iş keyfiyyətinə təsir göstərmir. Digər mənbələrdə göstərilir ki, koqnitiv funksiyaların pozulması beynin yaddaş, diqqət və qərar vermə kimi mühüm funksiyalarının zəifləməsi ilə xarakterizə olunan, fərdin həyat keyfiyyətinə birbaşa təsir edən ciddi bir sağlamlıq vəziyyətidir. Bu vəziyyət həm genetik faktorlar, həm də müxtəlif xroniki xəstəliklər nəticəsində ortaya çıxa bilər. Erkən diaqnoz və düzgün müalicə yanaşması, simptomların idarə edilməsində kritik rol oynayır. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlinir ki, iddia əsaslı deyil və birinci instansiya məhkəməsi işin faktiki və hüquqi hallarına uyğun olmayan nəticəyə gəlməklə, həmçinin maddi hüquq normalarının tələblərinə riayyət etməmişdir. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan Inzibati Məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iddia təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-415/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-415/2026
02.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver