Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-416/2026 25.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, Iddiaçı İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər “xxxx” publik hüquqi şəxsi və Biləsuvar rayonu Ağayrı Bələdiyyəsinə qarşı “çıxarışların ləğv edilməsi” tələbinə dair Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Işin halları: Iddiaçı İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və cavabdeh2 qarşı “cavabdeh cavabdeh2 III şəxslərin icarəsinə torpaq sahəsinin ayrılmasına dair qərarlarının, bu qərarlar əsasında həmin torpaq sahələrinin III şəxslərin adına icarə hüquqlarının reyestrdə qeydə alınmalarına dair ********** qeydiyyat nömrəli, ##.##.2021ci il tarixli “************” reyestr nömrəli (üçüncü şəxs2) eləcə də ********** qeydiyyat nömrəli, ##.##.2021-ci il tarixli, “************” reyestr nömrəli (üçüncü şəxs1) çıxarışların ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə üçüncü şəxs2 və üçüncü şəxs1 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Biləsuvar rayonunun Ağayrı kəndində anadan olmuş və hal-hazıra kimi də ailəsi ilə birlikdə sözügedən kənddə yaşamaqdadır. Hazırda mübahisə edilən 10.75 ha torpaq sahəsi təxminən 1996-cı ildən onun və ailəsinin istifadəsindədir. Ölkədə 2000-ci ildə bələdiyyələr yaranandan mübahisəli torpaq sahəsi Ağayrı kənd bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Mübahisəli torpaq sahəsi Ağayrı bələdiyyəsinin mülkiyyətinə verilsə də faktiki olaraq iddiaçının və ailə üzvlərinin icarə əsasında istifadəsində olmuşdur. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən Biləsuvar rayonu Ağayrı kəndində yerləşən Ağayrı bələdiyyəsinə məxsus 10.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 1,5 ha torpaq sahəsi İddiaçı icarəsinə verilməklə icarə hüququ ##.##.2022-ci il tarixdə (************ reyestr nömrəsi, 2322015932 qeydiyyat nömrəsi) qeydiyyata alınmışdır. Yenə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən ünvan 1ndə yerləşən Ağayrı bələdiyyəsinə məxsus 10.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 2 ha torpaq sahəsi İddiaçının icarəsinə verilməklə icarə hüququ ##.##.2022-ci il tarixdə (************ reyestr nömrəsi, 2322015936 qeydiyyat nömrəsi) qeydiyyata alınmışdır. Habelə, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən ünvan 1ndə yerləşən Ağayrı bələdiyyəsinə məxsus 10.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 1,5 ha torpaq sahəsi İddiaçının icarəsinə verilməklə icarə hüququ ##.##.2022-ci il tarixdə (************ reyestr nömrəsi, 2322015957 qeydiyyat nömrəsi) qeydiyyata alınmışdır. Iddiaçı qeyd edir ki, təxminən 2024-cü ilin mart aylarında torpaq sahəsini şumlatdırmaq istəyərkən III şəxslər üçüncü şəxs2 və üçüncü şəxs1 ona mane olaraq bildirmişlər ki, mübahisəli 10.75 ha torpaq sahəsinin 2 ha hissəsi üçüncü şəxs2, 3.75 ha hissəsi isə üçüncü şəxs1 məxsusdur. Tərəflər arasında mübahisələr yaranmışdır. Iddiaçı III şəxslərdən sənəd tələb etsə də, lakin sənədləri təqdim etməkdən imtina etmişlər, həmçinin iddiaçı Ağayrı bələdiyyəsindən də gərəkli məlumatı əldə edə bilməmişdir və bundan sonra torpaq sahəsindən çıxarılma tələbi ilə aidiyyatı üzrə Biləsuvar rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisə Biləsuvar rayon məhkəməsində araşdırılmış və iddia tələbi əsassız olduğundan təmin edilməmişdir. Bu barədə Biləsuvar rayon məhkəməsi ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qətnamə çıxarmışdır. Biləsuvar rayon məhkəməsində məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, uzun müddət iddiaçının istifadəsində olmuş 10.75 ha torpaq sahəsinin 2 ha hissəsi Ağayrı bələdiyyəsinin müvafiq qərarı ilə III şəxs üçüncü şəxs2 icarəsinə ayrılmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən Ağayrı bələdiyyəsinə məxsus 10.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 2 ha torpaq sahəsi üçüncü şəxs2 icarəsinə verilməklə icarə hüququ ##.##.2021-ci il tarixdə (************ reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi) qeydiyyata alınmışdır. Həmçinin məhkəmə araşdırması zamanı o da məlum olmuşdur ki, uzun müddət iddiaçının istifadəsində olmuş 10.75 ha torpaq sahəsinin 3.75 ha hissəsi Ağayrı bələdiyyəsinin müvafiq qərarı ilə III şəxs üçüncü şəxs1 icarəsinə ayrılmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən Ağayrı bələdiyyəsinə məxsus 10.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 3.75 ha torpaq sahəsi üçüncü şəxs1 icarəsinə verilməklə icarə hüququ ##.##.2021-ci il tarixdə (************ reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi) qeydiyyata alınmışdır. Hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Biləsuvar rayonu Ağayrı bələdiyyəsinə məxsus olan mübahisəli 10.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən III şəxslərin icarəsinə yuxarıda göstərilən ölçülərdə torpaq sahələrinin ayrılmasına dair bələdiyyə qərarları və bu qərarlar əsasında verilmiş çıxarışlar məhkəmə qaydasında ləğv edilməlidir, çünki həmin torpaq sahələri faktiki olaraq iddiaçının istifadəsində olduğundan ilk olaraq onun özünə təklif olunmalı olduğu halda bələdiyyə bu təklifi etmədən 3-cü şəxslərlə icarə müqaviləsi bağlamış və müvafiq qərarlar qəbul etmişdir ki, bu da tamamilə qanunsuz və əsassızdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim P.Qurbanova) ## ##### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 1ndə ************ reyestr nömrəli Çıxarışla Ağayrı bələdiyyəsinin mülkiyyətində olan 10,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçı İddiaçı icarəsinə verilmiş AN 764084, AN 764085 və AN 764086 seriyalı Torpaq sahəsinin planı və ölçüsü sənədlərinin döngə nöqtələrinin koordinatlarına əsasən müvafiq olaraq 1,5 ha, 1,5 ha və 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə III şəxslər üçüncü şəxs2 icarəsinə verilmiş AN 668835 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən 2,0 ha və üçüncü şəxs1 icarəsinə verilmiş AN 669366 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən 3,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üstüstə düşmədiyi müəyyən edilmişdir. üçüncü şəxs2 və üçüncü şəxs1 faktiki istifadə vəziyyətinə əsasən onların iddiaçı İddiaçı icarəsinə verilmiş torpaq sahələrindən istifadə etmədikləri müəyyən edilmişdir. Birinci instansiya Məhkəməsi Qərardadında iddiaçı tərəfindən cavabdehlər və iddia tələbi düzgün müəyyən edilmədiyini qeyd etmişdir. Belə ki, iddiaçının çıxarışı deyil, çıxarışın verilməsinə əsas olmuş hüquq müəyyənedici sənədləri aidiyyət qaydasına uyğun olaraq məhkəmədə mübahisələndirmək hüququ vardır Qərardaddan iddiaçının nümayəndəsi və vəkili tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddianın mümkün hesab edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi iddianı mümkünsüz sayaraq qərardadını Azərbaycan Respublikası IPM-nin 24-cü və 38.1-ci, eləcədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli, ## ##### 2015-ci il tarixli Qərarı ilə əsaslandıraraq göstərmişdir ki, iddia ərizəsi məhkəməyə ##.##.2023-cü il tarixdə təqdim olunduğundan hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Iddiaçıya yalnız Biləsuvar Rayon Məhkəməsində məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, mübahisəli torpaq sahəsinin icarəsinə dair cavabdehlərlə Biləsuvar rayonu Ağayrı bələdiyyəsi arasında müqavilə bağlanmış və icarə hüququnun reyestrdə qeydiyyatı barədə müvafiq çıxarışlar alınmışdır. Iddiaçı hüququnun pozulduğunu Biləsuvar rayon məhkəməsində aparılan araşdırma zamanı bilmişdir və bundan sonra hazırkı iddia ilə aidiyyəti üzrə Şirvan Inzibati məhkəməsinə müraciət etmişdir. Yuxarıda istinad olunan maddi hüquq normasının (AR MM-nin 377-ci maddəsindən göründüyü kimi iddia müddətinin axımı, şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Deməli iddiaçı hüququnun pozulduğunu bildiyi andan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə hesab edir ki, iddia müddəti ötürülməmişdir. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinin tələbində göstərilir ki, maraqlı tərəf əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Birinci instansiya məhkəməsi həmçinin öz qərardadında qeyd etmişdir ki, “iddiaçı tərəfindən cavabdehlər və iddia tələbi düzgün müəyyən edilməmişdir. Belə ki, iddiaçı çıxarışı deyil, çıxarışın verilməsinə əsas olmuş hüquq müəyyənedici sənədləri aidiyyat qaydasına uyğun olaraq məhkəmədə mübahisələndirmək hüququ vardır. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia mümkün hesab edilməməlidir”. Belə ki, işin materiallarından görünür ki, iddiaçı tələbində cavabdeh2 mülkiyyətində olan ünvan 1 ərazisindən 10,75 ha torpaq sahəsindən 2 ha hissəsinin ##.##.2021-ci il tarixdən ##.##.2036-cı il tarixədək ##.##.2021-ci il tarixli, *m-** saylı icarə müqaviləsi əsasında üçüncü şəxs2 adına icarəyə verilməsinə dair müqavilənin və bu müqavilə əsasında dövlət reyestri tərəfindən verilmiş ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, eləcədə cavabdeh2 mülkiyyətində olan ünvan 1 ərazisindən 10,75 ha torpaq sahəsindən 3.75 ha hissəsinin ##.##.2021-ci il tarixdən ##.##.2036-cı il tarixədək ##.##.2021-ci il tarixli, *m-*** saylı icarə müqaviləsi əsasında üçüncü şəxs1 icarəsinə verilməsinə dair müqavilənin və bu müqavilə əsasında dövlət reyestri tərəfindən verilmiş ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini məhkəmədən xahiş etmişdir və iddiasını da onunla əsaslandırmışdır ki, həmin mübahisəli toprpaq sahələri uzun illər onun icarəsində olduğundan ilk öncə ona təklif olunmalı idi, lakin xəbəri olmadan bələdiyyə digər şəxlərə icarəyə vermişdir və nəticədə onun üstünlük hüququ pozulmuşdur. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(*-*)- ***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Iddiaçı İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə, həmçinin üçüncü şəxslərə məlumat verilsə də onlar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə uyğun olaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ##.##.2015-ci il tarixli * nömrəli qərarında qeyd edilmişdir ki, “...IPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ### 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır». Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, iddia mümkün sayılmamalıdır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının tələbi “cavabdeh2 III şəxslərin icarəsinə torpaq sahəsinin ayrılmasına dair qərarlarının, bu qərarlar əsasında həmin torpaq sahələrinin III şəxslərin adına icarə hüquqlarının reyestrdə qeydə alınmalarına dair ********** qeydiyyat nömrəli, ##.##.2021- ci il tarixli “************” reyestr nömrəli (üçüncü şəxs2) eləcə də ********** qeydiyyat nömrəli, ##.##.2021-ci il tarixli, “************” reyestr nömrəli (üçüncü şəxs1) çıxarışların ləğv edilməsi” barədə qərar qəbul edilməsi” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq mövqeyini ünvan 1ndə ************ reyestr nömrəli Çıxarışla Ağayrı bələdiyyəsinin mülkiyyətində olan 10,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçı İddiaçı icarəsinə verilmiş AN 764084, AN 764085 və AN 764086 seriyalı Torpaq sahəsinin planı və ölçüsü sənədlərinin döngə nöqtələrinin koordinatlarına əsasən müvafiq olaraq 1,5 ha, 1,5 ha və 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə cavabdehlər üçüncü şəxs2 icarəsinə verilmiş AN 668835 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən 2,0 ha və üçüncü şəxs1 icarəsinə verilmiş AN 669366 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən 3,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üstüstə düşməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Iş materialları arasında olan Biləsuvar rayon məhkəməsinin *(***)-***/**** nömrəli mülki iş üzrə ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli ekspert rəyində bildirilmişdir ki, Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Cəlilabad Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinə əsasən, ünvan 1ndə ************ reyestr nömrəli Çıxarışla Ağayrı bələdiyyəsinin mülkiyyətində olan 10,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçı İddiaçı icarəsinə verilmiş A№******, AN2764085 ve AN2764086 seriyalı Torpaq sahəsinin planı və ölçüsü sənədlərində döngə nöqtələrinin koordinatlarına əsasən müvafiq olaraq 1,5 ha, 1,5 ha, 2.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin elektron baza məlumatı materialında yerləşmə vəziyyəti müəyyən edilmişdir. cavabdeh1 * saylı Cəlilabad Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinə əsasən, ünvan 1ndə ************ reyestr nömrəli Çıxarışla Ağayrı bələdiyyəsinin mülkiyyətində olan 10,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh üçüncü şəxs2 icarəsinə verilmiş AN 668835 seriyalı "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin döngə nöqtələrinin koordinatlarına əsasən 2,0 ha və üçüncü şəxs1 icarəsinə verilmiş AN 669366 seriyalı "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin döngə nöqtələrinin koordinatlarına əsasən 3,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin elektron baza məlumatı materialında yerləşmə vəziyyəti (sərhədləri) müəyyən edilmişdir. Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Cəlilabad Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinə əsasən, ünvan 1ndə ************ reyestr nömrəli Çıxarışla Ağayrı bələdiyyəsinin mülkiyyətində olan 10,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçı İddiaçı icarəsinə verilmiş AN 764084, AN 764085 və AN 764086 seriyalı Torpaq sahəsinin planı və ölçüsü sənədlərinin döngə nöqtələrinin koordinatlarına əsasən müvafiq olaraq 1,5 ha, 1,5 ha və 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə cavabdehlər üçüncü şəxs2 icarəsinə verilmiş AN 668835 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən 2,0 ha və üçüncü şəxs1 icarəsinə verilmiş AN 669366 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən 3,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üst-üstə düşmədiyi müəyyən edilmişdir. Ilk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli ## ##### 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə, işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Işin hallarından müəyyən olur ki, iddiaçı tərəfindən iki ayrı cavabdehə - “xxxx” publik hüquqi şəxsi və Biləsuvar rayonu Ağayrı Bələdiyyəsinə qarşı “çıxarışların ləğv edilməsi” tələbinə dair müraciət edilmişdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı çıxarışların ləğvinə nail olmaqdan ibarət olsa da iddiaçı ilkin olaraq mübahisələndirilən çıxarışların,əslində isə çıxarışa dair aparılmış qeydiyyatın əsası olan bələdiyyə aktlarının mübahisələndirilməli idi. Bu halda isə iddiaçının subyektiv hüququnun mövcudluğu,iddia müddətinə əməl edilməsi, eləcə də hüquqi marağının olması zəruri şərtdir. Iş materiallarına əsasən müəyyən edilir ki, Çıxarışla Biləsuvar rayonu Ağayrı Bələdiyyəsinin mülkiyyətində olan 10,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cəmi 5 ha (1,5;1,5 və 2 ha) hissə iddiaçının icarəsinə verilmişdir. üçüncü şəxs2 icarəsinə verilmiş AN 668835 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən 2,0 ha və üçüncü şəxs1 icarəsinə verilmiş AN 669366 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən 3,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə üst-üstdə düşmə halı mövcud deyildir.Yəni,nəticə etibarı ilə prosessual qənaət prinsipi baxımında da iddiaçının müvafiq bələdiyyə aktlarını mübahisələndirmək üçün subyektiv hüququ da mövcud deyildir. Həmçinin yuxarıda qeyd edildiyi kimi, iddiaçının hüquqi marağı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mübahislənədirilməsindən ibarətdir.Bu halda üçüncü şəxslərə torpaq sahəsi ayrılması barədə inzibati aktların qanuniliyinə qiymət verildikdən sonra mərhələli olaraq, reyestrdə aparılmış qeydin ləğvi məsələsinə baxıla bilər. Qeyd olunan xüsusatlarla bağlı birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya və onun nümayəndəsinə lazımi qaydada hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ##.##.2015-ci il tarixli * nömrəli qərarının 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə IPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Həmin Qərarın 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Həmin Qərarın 8.5-ci bəndinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki,birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilmir. Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-416/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-416/2026
25.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver