Məhkəmə qərarları › İş №2-1(3-9)-419/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-419/2026

23.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-419/2026 23.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X5 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı, onun vəkili və nümayəndəsi Vəkil/Nümayəndə, cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1in Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1in Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, hüququnun yarandığı ##.##.2022-ci il tarixdən, 60 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim P.Qurbanova) ## ##### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: 1) Iddiaçının 60 yaşının tamam olması; 2) 60 yaşı tamam olanadək 25 il ümumi iş stajının mövcud olması; 3) bu müddətin azı 12 il 6 ayının güzəştli iş stajı olması. Məhkəmə iş materiallarından müəyyən edir ki, iddiaçı ##.##.1962-ci il tarixdə anadan olmuş və ##.##.2022-ci il tarixdə 60 yaşı tamam olmuşdur. Deməli, iddiaçıya münasibətdə ilkin şərt- yaş şərti ödənilmişdir. Cavabdeh tərəfindən ümumi iş stajı mübahisələndirilməmişdir, belə ki, cavabdehin məhkəməyə ünvanladığı məktubda qeyd edilmişdir ki, onun ümumi iş stajı 32 il 3 ay 24 gün təşkil edir. Iş materiallarında olan sənədlərdən və araşdırmadan müəyyən olunur ki, iddiaçının qanunla nəzərdə tutulmuş güzəştli iş stajı, yəni 12 il 6 ay tamamlanmır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi stajın 12 il 6 ayının güzəştli iş stajı hesab olunması ilə bağlı 3-cü şərt ödənilməmişdir. Həmçinin iddiaçı tərəfindən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməmişdir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.1974-cü il tarixdə əmək fəaliyyətinə başlamış və bu gün də əmək fəaliyyəti davam edir. Onun işlədiyi iş, vəzifə, peşə ona güzəştli şərtlərlə pensiya almaq hüququ verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan peşələrə aiddir. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmişdir. Cavabdeh bütün müraciətlərinə imtina cavabı vermişdir. Imtinasında isə sənədlərinə işəgötürən tərəfindən verilməli olan arayışın əlavə olunmamasını qeyd etmişdir. Bununla bağlı bildirmək istəyir ki, 1979-cu ildə və digər illərdə işlədiyi müəssisələr hal-hazırda mövcud deyil. Əmək stajı belədir: ##.##.1979-cu il tarixdə “Azmelioremmaş” Istehsalat Birliyinin “Meliorativ su tikinti baş idarəsinin” Sabirabad RMZ-nin MKS-ə qaynaqçı köməkçisi vəzifəsinə işə qəbul olunmuş (##.##.1979-cu il tarixli *** nömrəli əmr), ##.##.1979-cu il tarixdə eyni müəssisədə 1-ci dərəcəli qaynaqçı vəzifəsinə təyin olunmuş (##.##.1979-cu il tarixli, *** saylı əmr), ##.##.1979-cu il tarixdə eyni sexdə (MKS) 2-ci dərəcəli çilingər vəzifəsinə keçirilmiş (##.##.1979-cu il tarixli *** saylı əmr), ##.##.1980-ci il tarixdə Sovet ordusu sıralarına çağırılmağı ilə əlaqədar işdən azad olunmuş (##.##.1980-cı il tarixli, ** nömrəli əmr), ##.##.1980-ci ildən ##.##.1982-ci il tarixədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş (H3 ******* saylı hərbi bilet), ##.##.1982-ci il tarixdə “xxxx” X18 şəhərində yerləşən PMK-20 müəssisəsində 2-ci dərəcəli elektrik qaynaqçısı kimi işə qəbul olunmuş (##.##.1982-ci il tarixli *** saylı əmr), ##.##.1983-cü il tarixdə Ixtisaslaşdırılmış komissiyanın protokoluna əsasən ona 3-cü dərəcəli elektrik qaynaqçısı peşəsi verilmiş (##.##.1983-cü il tarixli, **-k saylı əmr), ##.##.1985-ci il tarixdə Ixtisaslaşdırılmış komissiyanın protokoluna əsasən ona 3-cü dərəcəli elektrik qaynaqçısı peşəsi verilmiş (##.##.1985-ci il tarixli, ***-k saylı əmr), ##.##.1986-cı il tarixdə Ixtisaslaşdırılmış komissiyanın protokoluna əsasən ona 3-ci dərəcəli elektrik qaynaqçısı peşəsi verilmiş ( ##.##.1986-cı il tarixli, ***-k saylı əmr), ##.##.1988-ci il tarixdə Ixtisaslaşdırılmış komissiyanın protokoluna əsasən ona 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsi verilmişdir (##.##.1988-ci il tarixli, **-k saylı əmr). ##.##.1989-cu il tarixdə öz xahişimlə işdən azad olunmuş (##.##.1989-cu il tarixli *-k saylı əmr), ##.##.1989-cu il tarixdə “xxxx” Istehsalat Birliyinin PMK-20 müəssisəsində müvəqqəti olaraq 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş. (##.##.1989-cu il tarixli, **-k saylı əmr), ##.##.1989-cu il tarixdə müqavilə müddətinin bitməsi ilə əlaqədar işdən çıxarılmış (##.##.1989-cu il tarixli, **-k saylı əmr), ##.##.1990-cı il tarixdə “X6 Tikinti” Kombinatında 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş. (* nömrəli əmr 11-k, ##.##.1990-cı il tarixli), ##.##.1991-ci il tarixdə öz xahişimlə yuxarıda qeyd olunan vəzifədən azad olunmuş (Əmr 76-k, ## ######## 1991-ci il tarixli), ##.##.1991-ci il tarixdə “X6 Tikinti” Trestinin ** nömrəli THIQS- də 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsinə təyin edilmiş (##.##.1991-ci il tarixli ** saylı əmr 1 -ci paraqrafı), ##.##.1993-cü il tarixdə öz xahişi ilə yuxarıda qeyd olunan vəzifədən azad olunmuş (## #### 1993-cü il tarixli, **k saylı əmr), ##.##.1993-cü il tarixdə “X6 Tikinti” Trestinin ** saylı ISMD-də 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsinə təyin olunmuş (##.##.1993-cü il tarixli * saylı əmrin 13-cü paraqrafı), ##.##.1995-ci il tarixdə yuxarıda qeyd olunan vəzifəsindən öz xahişi ilə azad olunmuş (* nömrəli əmr ## ##### 1995-ci il tarixli), 1996-1997-ci illərdə Sabirabad rayonu Cavad kolxozunda qaynaqçı vəzifəsində çalışmış, ##.##.2007-ci il tarixdən “X16 Istismarı Idarəsində” Vurğun adına gəmidə motorçu vəzifəsində çalışmışdır. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməməsi onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı İddiaçı ona 60 yaşdan, yəni ## ###### 2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, iddiaçı tərəfindən zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Iş materiallarına əlavə olunmuş Azərbaycan Meliorasiya və X2 Səhmdar Cəmiyyəti X16 istismarı idarəsinin ##.##.2023cü il tarixli, ** nömrəli arayışından görünür ki, iddiaçı İddiaçı ##.##.2007-ci il tarixindən hazıradək X16 istismarı Idarəsində yedək gəmisində motorçu vəzifəsində işləyir. Lakin sözügedən arayış güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işdə çalışmanı təsdiq edən güzəştli arayış deyil, sadəcə arxiv arayışıdır. Həmçinin həmin arayışda işlədiyi motorçu vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməmişdir. Iş materiallarına əlavə olunmuş Sabirabad rayon Dövlət Arxivinin ##.##.2024-cü il və ##.##.2024-cü il tarixli, 3-48-38-B/17-57 və *-**-**/BA-**/**** nömrəli arayışlarından görünür ki, İddiaçı 1990-1994-cü il tarixləri ərzində PMK-3 idarəsində qaynaqçı, naməlum illərdə isə əllə elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Lakin sözügedən arayış həm iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işdə çalışmasına dair güzəştli arayış deyildir, sadəcə arxiv arayışıdır, həm də həmin arayışda işlədiyi qaynaqçı və elektrik qaynaqçısı vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməmişdir. Azərbaycan Dövlət X8 X7 Xidməti X1inin ## #### 2025-ci il tarixli, *-**-*/*-****/**** nömrəli məhkəmə sorğusunun cavablandırılması haqqında məktubundan görünür ki, sözügedən idarə tərəfindən məhkəməyə iddiaçı İddiaçı ##.##.2007-ci il tarixindən hazıradək X16 Istismarı idarəsində S.Vurğun gəmisində motorçu vəzifəsində işlədiyi ilə bağlı əmr və kontrol vərəqəsi təqdim edilsə də, həmin məktublarda iddiaçının işlədiyi vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən güzəştli iş olub-olmaması barədə hər hansı qeyd mövcud olmamış, eləcə də güzəştli arayış və vəzifə təlimatları təqdim edilməmişdir. Həmçinin Azərbaycan Dövlət X8 X7 Xidməti X1i X3 Bəndlərin Istismarı idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-***/*-***/**** nömrəli məhkəmə sorğusunun cavablandırılması haqqında məktubundan görünür ki, X3 Bəndlərin Istismarı Idarəsinin təqdim etdiyi ##.##.2023-cü il tarixli, ** nömrəli arayışda iddiaçının işlədiyi vəzifənin güzəştli iş olması barədə deyil, iddiaçının ##.##.2007 -ci il tarixindən motorçu işləməsi barədə qeydlər edilmişdir. Həmin məktubda da iddiaçının işlədiyi vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən güzəştli iş olub-olmaması barədə hər hansı qeyd mövcud olmamış, eləcə də güzəştli arayış və vəzifə təlimatları təqdim edilməmişdir. “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli **-ph/*** nömrəli məktubundan görünür ki, İddiaçı ##.##.1979-cu il tarixindən ##.##.2024-cü ilədək Azərbaycan Respublikasının müxtəlif rayonlarının kənd təsərrüfatı sahələrində işlədiyi elektrik qaynaqçısı peşəsi təsərrüfat sahəsində əmək fəaliyyətini icra etdiyinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik deyildir. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 32 il 3 ay 24 gün (##.##.2006-cı il tarixinədək 14 il 10 ay 24 gün (##.##.1979-##.##.1980-ci il, ##.##.1980-##.##.1982-ci il (hərbi xidmət dövrü), ##.##.1982-##.##.1989-cu il, ##.##.1989- ##.##.1989-cu il, ##.##.1990-##.##.1991-ci il, ##.##.1991-##.##.1993-cü il, ##.##.1993- ##.##.1995-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 17 il 5 ay) təşkil edir. Eyni zamanda bildirilir ki, İddiaçı (##.##.2025-ci il tarixinə) cəmi pensiya sığorta kapitalı 31440,50 manat təşkil edir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən səthi araşdırma apararaq cavabdeh inzibati orqanın ilkin etirazında və etiraza əlavəsində qeyd etdiklərini rəhbər tutaraq iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə maddi hüquq normalarını səhv təfsir edərək prosessual hüquq normalarını kobud şəkildə pozmuş və düzgün olmayan nəticəyə gəlmişdir. Prosessual məsələlər Iddiaçı və vəkili ayrı-ayrılıqda birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ##.##.1962-ci il tarixdə anadan olmuşdur. -Iddiaçıya məxsus ##.##.1980-ci il tarixli, H3 ******* nömrəli hərbi biletin surətindən görünür ki, ##.##.1980-ci il tarixdən ##.##.1982-ci il tarixədək Sovet ordusunda xidmət etmişdir. -ИТ-İ № ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Sabirabad RMZ “Meliorativ Su Tikinti Baş Idarəsi” “Azmelioremmaş” i/b MKS-ə qaynaqçı köməkçisi kimi ##.##.1979-cu il tarixdə işə qəbul edilib, ##.##.1979-cu ildə 1-ci dərəcə qaynaqçı, ##.##.1979-cu ildə 2-ci dərəcəli çilingər işləmiş, ##.##.1980-cı ildə Sovet Ordusu sıralarına çağırılması ilə əlaqədar olaraq işdən azad olunub, ##.##.1980-cı ildən ##.##.1982-ci il tarixədək Sovet Ordusu sıralarında xidmət etmiş, ##.##.1982-ci ildə “xxxx” i/b Sabirabad ş. PMK-20 2-ci dərəcəli elektrik qaynaqçısı, ##.##.1983-cü ildə Ixtisaslaşdırılmış komissiyanın protokoluna əsasən 3-cü dərəcəli elektrik qaynaqçısı, ##.##.1985-ci ildə Ixtisaslaşdırılmış komissiyanın protokoluna əsasən 4-cü dərəcəli elektrik qaynaqçısı, ##.##.1986-cı ildə Ixtisaslaşdırılmış komissiyanın protokoluna əsasən 5-ci dərəcəli elektrik qaynaqçısı, ##.##.1988-ci ildə Ixtisaslaşdırılmış komissiyanın protokoluna əsasən 4-cü dərəcəli elektrik qaynaqçısı, ##.##.1989-cu ildə öz istəyi ilə işdən azad olunmuş, ##.##.1989-cu ildə “xxxx” PMK-20 Müvəqqəti olaraq 4-cü dərəcəli elektrik qaynaqçısı, ##.##.1989-cu ildə müqavilə müddətinin bitməsi ilə əlaqədar olaraq işdən azad olunmuş, ##.##.1990-cı ildə “Ixtisasquraşdırmakəndtikinti” kombinatına 4-cü dərəcəli elektrik qaynaqçısı, ##.##.1991-ci il tarixdə Azərbaycan Respublikası ƏQM-in 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad olunmuş, ##.##.1991-ci ildə “Ixtisasquraşdırmakəndtikinti” trestinin ** nömrəli THIQS 5-ci dərəcəli elektrik qaynaqçısı təyin edilib. ##.##.1993-cü il tarixdən Azərbaycan ƏQM-in 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmiş, ##.##.1993-cü ildən “X6 tikinti” trestinin ** nömrəli ISMD 5-ci dərəcəli elektrik qaynaqçısı təyin edilmiş, ##.##.1995-ci ildən “X6 tikinti” trestinin ** nömrəli ISMD Azərbaycan ƏQMin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmiş, ##.##.2007-ci ildə X16 istismarı idarəsi Bağlanmış əmək müqaviləsinə əsasən həmin tarixdən S.Vurğun gəmisində motorçu işinə qəbul edilib. -Azərbaycan Dövlət X8 X7 xidməti X1 X4 Bəndlərin Istismarı Idarəsinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X16 Istismarı idarəsinin ##.##.2023-cü il tarixli ** nömrəli arayışında iddiaçının işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüquqi verən iş olması barədə qeydlər vardır. Məlumat üçün bildiririk ki, X16 Istismarı idarəsinin təqdim etdiyi ##.##.2023-cü il tarixli, ** nömrəli arayışda iddiaçının işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüquqi verən iş olması barədə deyil, iddiaçının (işçinin) idarədə hansı tarixdən (##.##.2007-ci il tarixdən) hansı vəzifədə (motorçu) işləməsi barədə qeydlər edilmişdir. -“xxxx” ASC-nin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı ##.##.1979-cu ildən ##.##.2024-cü ilədək Azərbaycan Respublikasının müxtəlif rayonlarının kənd təsərrüfatı sahələrində işlədiyi elektrik qaynaqçısı peşəsi təsərrüfat sahəsində əmək fəaliyyətini icra etdiyinə görə güzəştli pensiya hüququna malik deyildir. Aydınlıq gətirmək üçün, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 04/05-3402N2-№-li, ## ###### 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tətbiqi barədə məktubda qeydlərə əsasən müəyyən edildiyi kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarının 35-ci “Ümumi peşələr” bölməsində nəzərdə tutulan qaz qaynaqçıları və əl ilə qaynaq aparan elektrik qaynaqçılarının maşınqayırma, dəmiryol nəqliyyatında, toxuculuq fabriklərində, metallurgiya zavodlarında və başqa sənaye sahələrində işləməsindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığını göstərmişdir. Qeyd olunanlara əsasən göründüyü kimi, DSMF-nin yuxarıda nəzərdə tutulan məktubunda kənd təsərrüfatı güzəştli şərtlər kateqoriyasına daxil deyildir. -“xxxx” ASC-nin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Nikitin adına Ivanovka kolxozunda işləmədiyi üçün onun 1996-1997-ci illər üzrə olan əmək stajına dair hər hansı məlumatın verilməsi imkanımız xaricindədir. Əmək pensiyaları haqqında “Azərbaycan Respublikası qanun tətbiq edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 2006 - cı il 06 mart *** nömrəli fərmanının 1.3cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmişdir. Bu qərara əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verilsin. Qeyd etmək istəyirik ki, Ismayıllı rayonu Ivanovka kəndində əvvəllər fəaliyyət göstərmiş “Nikitin adına kolxoz”da mövcud olmuş ixtisaslaşdırılmış şöbədə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən” istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına daxil olan qaynaqçı peşəsi olmuşdur və həmin peşədə işləmiş şəxslər güzəştli şərtlərlə 57 yaşında pensiya almaq hüququ əldə etmişlər. Müəssisədə qaynaqçı vəzifəsində işləmiş X10 təmir tikinti briqadasında qaynaqçı olaraq bina və tikililərin dam örtüklərinin, bütün dəmir konstruktor qaynaq və montaj işlərini icra etmişdir. Xüsusi ağır və riskli iş mühitindən işlədiyinə görə ##.##.2017-ci ildə 57 yaşda pensiya almaq hüququ əldə etmişdir. Məktubdan göründüyü kimi onun Sabirabad rayonu Cavad adına kolxozda işlədiyi qaynaqçı vəzifəsi Nikitin adına Ivanovka kolxozunda olan arxiv sənədlərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na aiddir və kodu 21121534. -“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapali Səhmdar Cəmiyyəti Bibiheybət Gəmi Təmiri Zavodu ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, məktubda sözü gedən vətəndaş İddiaçı "Bibiheybət” Gəmi Təmiri zavodunda işləmir və ona aid heç bir məlumatımız yoxdur. -“xxxx” ASC-nin Şirvan Inzibati Məhkəməsinə ünvanladığı ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanunun tətbiq edilməsi barədə" Azərbaycan Respublikasının Prezidentinin ##.##.2006cı il tarixli, *** saylı fərmanın 1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmişdir. Bu qərara əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verilsin. Qeyd etmək istəyirik ki, Ismayıllı rayon Ivanovka kəndində əvvəllər fəaliyyət göstərmiş “Nikitin adına kolxoz”da mövcud olmuş ixtisaslaşdırılmış şöbədə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən” istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısına daxil olan qaynaqçı peşəsi olmuşdur və həmin peşədə işləmiş şəxslər güzəştli şərtlərlə 57 yaşında pensiya almaq hüququ əldə etmişdirlər. Müəssisədə qaynaqçı vəzifəsində işləmiş X10 təmir tikinti briqadasında qaynaqçı olaraq bina və tikintilərin dam örtüklərini, bütün dəmir konsturktor qaynaq və montaj işlərini icra etmişdir. Xüsusi ağır və riskli iş mühitində işlədiyinə görə ##.##.2017-ci ildə 57 yaşda pensiya almaq hüququ əldə etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. -30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. -31.2-2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların X14 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X14 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. -Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın: -4.1-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə “HYPERLINK "http://eqanun.az/framework/3813" \o "Azərbaycan Respublikasının 1997-ci il 18 fevral tarixli 250- IQ nömrəli Qanunu"Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2. 2006-cı il ######ın #-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürən tərəfindən verilən forması bu Qaydaya HYPERLINK "https://eqanun.az/framework/49537" \l "%C9%99lav%C9%992"* nömrəli Əlavə ilə müəyyən edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı və həmin işin xarakteri barədə arayışa əsasən. Işəgötürənin fəaliyyət göstərməməsi səbəbindən həmin arayış təqdim oluna bilmədikdə isə şəxsin işlədiyi sahə, peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin HYPERLINK "https://e-qanun.az/framework/12731" \o "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı"2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilənlərlə eynilik təşkil etdikdə MEIS-in “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarışda, Azərbaycan Respublikası HYPERLINK "https://e-qanun.az/framework/46943" \o "Azərbaycan Respublikası Əmək Məcəlləsi"Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il ####un #-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə əmək kitabçasında olan qeydə, bu qeydin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda isə Dövlət arxivinin arayışına əsasən. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, ## ###### 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na * nömrəli Əlavənin 2.4.1-ci bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Iddiaçının Azərbaycan Dövlət X8 X7 xidməti X1 X4 Bəndlərin Istismarı Idarəsinə işə qəbul edildiyi tarixədək (##.##.2007) müxtəlif iş yerlərində qaynaqçı peşəsində işlədiyi dövrlər ümumilikdə 12 il 6 aydan az təşkil etdiyinə və 2007-ci ildən hal-hazıradək işlədiyi müəssisə tərəfindən müvafiq arayış təqdim edilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq, iddianı təmin etməmişdir. Beləliklə, iddiaçı tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan, onun müvafiq dövrlərdə zərərli əmək şəraitində işləməsini təsdiq edən iş yerinin arayışı təqdim edilmədiyindən, həmin dövrlərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına daxil edilməsi üçün hüquqi əsaslar müəyyən edilmir. Bu baxımdan, iddiaçı həmin dövrlərə görə güzəştli pensiya təyinatını tələb etməkdə haqlı deyil. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar