Məhkəmə qərarları › İş №2-1(3-9)-424/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-424/2026

02.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar İş № 2-1(3-9)-424/2026 02.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı Iddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Iddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sığorta və Ekspertiza Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlillik dərəcəsinin müəyyən edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı Iddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli, *******0008 saylı qərarının ləğv edilməsi və ##.##.2025-ci il tarixdən T********EGH nömrəli göndəriş əsasında “Ümumi xəstəlik” səbəbi ilə Iddiaçı diaqnoz üzrə 6.4.1.1 bəndinə uyğun olaraq orqanizmin funksiyalarının pozulmasının 40-60 faiz dərəcəsi ilə 2 il müddətinə əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim H.Nəcəfov) ## ##### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş və hər dəfə ona eyni diaqnozlar qoyulmuşdur. Iddiaçıda olan xəstəliklər üzrə iddiaçının iştirakı ilə cavabdeh orqanın nümayəndəsi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə (2022-ci il ####un #-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”nda qeyd edilən meyarlara əsasən qarşılıqlı təhlillər aparılmış və iddiaçıda olan xəstəliklərin yalnız bir deyil bir neçə meyara uyğun gəldiyi, lakin spesifik xüsusiyyətləri baxımından 6.4.1.1 bəndində qeyd edilən “əl barmaqları oynaqlarında bükücü kontrakturası - 40-60 faiz – 2 il müddətinə” uyğunluğu müəyyən edilmişdir. Tərəfə əvvəllər əlillik təyin edilən zaman da qeyd edilən xəstəliklərin şəxsdə aşkar olunduğu müəyyən edilir. Mübahisəli qərarın verilməsinə əsas olan diaqnozlar və təhlillərə məhz 40-60 faiz dərəcəsinə uyğunluğu aşkar edilir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, sağ bazu sümüyünün proksimal ucunun başı və boynunun deformasiyası, sferikliyin itməsi, yastılaşması, valqus deformasiyası və bazu sümüyünün osteoporotikdi, cavitas qlenoidalis deformasiyası, kiçik, yastı və osteofitlər səbəbindən üçüncü dərəcəli əlildir və buna görə də pensiya alırdı, lakin ## ###### 2023-cü ildən ona əlilik dərəcəsi təyin edilməmiş və əlilliyə görə verilən pensiyası da kəsilmişdir. Yenidən dəfələrlə tibbi-sosial ekspert komissiyasından keçsədə ona xəstəliyi ilə əlaqədar əlilik dərəcəsi verilməsindən imtina edilmişdir. Səbəb kimi də həkim komissiyası tərəfindən ona qoyulan diaqnozun əllilik təyininə əsas verən ağırlaşmaların və patofunksional dəyişiliklərin aşkarlanmaması göstərilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəfələrlə müraciət etsə də, ona əlillik dərəcəsinin təyin olunmasından imtina olunmuşdur. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, vətəndaşın əlillik vəziyyəti sonuncu dəfə tibb müəsissəsinin ##.##.2025-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və ##.##.2025-ci il tarixdə Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və müayinələr əlillik təyininə əsas vermir. məzmunlu qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə işi tam, hərtərəfli, obyektiv araşdırmamış, tətbiq etməli olduğu qanunvericilik aktlarını tətbiq etməmiş, işin hallarına düzgün hüquqi qiymət verməmiş, iddiaçının təqdim etdiyi sənədlər və müvafiq ekspertizanın rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Prosessual məsələlər an Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sığorta və Ekspertiza Agentliyi ilə əvəz edilmişdir. Iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirməklə, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında şikayətin dəlillərini müdafiə etmiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -Əlillik altsistemdən çıxarışdan müəyyən edilir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli qərarı ilə Iddiaçı P14.0 – Doğuş travması zamanı Erb iflici, Sağ yuxarı ətrafın mamalı iflici diaqnozu “Diaqnoz əlillik təyin etməməsi” səbəbindən əlillik təyinatından imtina edilmişdir. -Respublika Diaqnostika Mərkəzinin ##.##.2023-cü il tarixli Iddiaçı elektroneyromioqrafiya müayinəsindən görünür ki, EMG-ya müayinəsi zamanı sag yuxarı ətrafın Median sinirin motor şaxəsinin müülayim dərəcəli demielinizan tipli, sensor şaxəsinin aksonal tipli zədələnməsi qeyd edildi. Ulnar sinirin sensor şaxəsinin mülayim dərəcəli aksonal zədələnməsi qeyd edildi. Digər senso-rnotor sinirlərinin sinir-əzələ kəciriciliyi normaldır. Iynə EMG sagtərəfli C5-C6-C7-C8 səviyyə innervasiyalı əzələlərdə aparıldı. Müayinə olunan əzələlərdə kəskin denervasiya prosesi qeyd edilmir. Aktiv əzələ vahidi normal patternlə əldə edilib, əsasən proksimal qrup əzələlərdə daha üstünlüklə nevrogen xarakterli YAUS MÜP-lər şəklindədir. Elektrofizioloji göstəricilər sag yuxarı ətrafın C5-C6-C7 səviyyə kökənli bazu kələfin üst və orta trunkusun xroniki faza zədələnməsi fonunda senso-motor Median.sensor Ulnar sinirlərin mülayim dərəcəli neyropatiyasına uyğundur. -X2 ##.##.2023-cü il tarixli ##.##.2023-cü il tarixli rəyindən görünür ki, arxa kəllə çuxuru-beyincik yarımkürəli və beyin kötüyü anatomik struturalarında patoloji həcm, struktur dəyişikliyi aşkar edilmir. IV mədəciyin forması aiddir. Körpü beyincik bucağları simmetrikdir. Iç qulaq anatomik strukturları, VII, VII sinir komplekslərinə aid orqanik patologiya görülmədi. Prepontin sisterna, o cümlədən foramen magnum və sisterna magna normal izlənilir. Baş beyin yarımkürələrində patolojik həcm və ya struktur dəyişikliyi izlənilmir. Korpus kallosum normaldır. Diffuzion sekansda restriksiyaya səbəb olan kəskin faza işemiya lehinə görünüm izlənilmir. Bazal qanqliyalar adidir. Kapsula interna və ekstrenna normal izlənilir. Bilateal talamusların siqnal intensivlikləri normaldır. Subaraxniidal sahələr və beyin sulkusları genişlənməmişdir. Beyin atrofiyası izlənilmir. III və lateral ventrikullar genişlənməmişdir. Intra-və parasellar nahiyyələrində patoloji dəyişiklik təyin olunmur. Hopofiz vəzi izlənilə bildiyi qədərilə normaldır. Orbital struktur normaldır. Optik xiazma sərbəstdir. Sol maksillar sinus inferior divarda-25ö18 mm ölçüdə, anterior divarda-7 mm ölçüdə retonsion kistası qeyd edilir. Bunun xaricində paranazal sinusların və mastoid hüceyrənin havalanması normaldır. Nazal septada sola deviasiya izlənilir. Hər iki orta və alt konxa hipertrofik olub, orta konxalarda konxa bulloza variasiyası qeyd edilir. -xxxx publik hüquqi şəxsinin ##.##.2024-cü il tarixli rəyindən görünür ki, Sağ bazu sümüyünün proksimal ucununbaşı və boynunun deformasiyası: sferikliyin itməsi, yastılaşması, valqus deformasiyası qeyd edilir. Bazu sümüyü osteoporotikdir. Cavitas qlenoidalis deformasiyalı: kiçik, yastı və osteofıtlər var. Bu dəyişikliklər doğuş travması olan plexit -(ERB - DUSEN) paralici üçün xarakterikdir. -Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsinin ##.##.2024-cü il tarixli, *** nömrəli ambulator xəstənin tibbi vərəqindən görünür ki, Iddiaçı P14.9:683.2 Bazu kələfinin doğuş travması. Sağ yuxarı ətrafın süst pareziv hissə, trofiki pozulması diaqnozu qoyulmuşdur. -“xxxx” publik hüquqi şəxsinin ##.##.2024-cü il tarixli arayışından görünür ki, Iddiaçı sag yuxarı ətrafın momolıq iflici. Sağ yuxarı ətrafın 3 sm qısalığı, əzələ ətrafından, uzaqlaşdırıcı kontronturası-75. Sol bazu sümüyünün osteoporozu, oynağın kənarlarında osteofitlər, ağır sinriromu diaqnozu qoyulmuşdur. -Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2025-ci il tarixli rəyində bildirilir ki, Iddiaçı yuxarıda qeyd edilən müvafiq xəstəliklər üzrə C-dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı qərar verilmişdir. -Cəlilabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş göndəriş əsasında tərtib edilmiş ##.##.2025-ci il tarixli forma 88-də qeyd edilmişdir ki, Iddiaçı diaqnoz - əsas diaqnoz : P14.0: Doğuş travması zamanı Erb iflici, Sağ yuxarı ətrafın mamalı iflici, ağırlaşmalar : M24.5 – Oynaqların kontrakturası, Uzaqlaşdırıcı kontraktura (75 dər.), R52.0 – Kəskin ağrı, ağrı sindromu, M62.5 – Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Əzələlərin atrofiyası, M81.2 – Hərəkətsizliklə bağlı osteoporoz, Sağ bazu sümüyünün regionar osteoporozu, M25.7 – Osteofit, Oynaq kənarlarında osteofitlər, M21.7 – Ətrafların müxtəlif uzunluğu (qazanılma), Sağ yuxarı ətrafın 3 sm qısalığı aşkar olunur. -“xxxx” publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli rəyindən görünür ki, Iddiaçı sağ bazu sümüyünün proksimal ucunun-başı və boynunun deformasiyası: sferikliyin itməsi, yastılaşması, başının kiçik olması (hipoplaziyası) və local osteoporozu qeyd edilir. Cavitas qlenoidalis kiçik, yastı-düzəlmiş vəziyyətdədir (hipoplaziya) diaqnozu qoyulmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsin ##.##.2025-ci il tarixli, T***/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş E.A.Ələstanovun əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: P14.0 - Doğuş travması zamanı Erb iflici. Sağ yuxarı ətrafın mamalı iflici, Ağırlaşma: M24.5 - Oynaqların kontrakturası. Uzaqlaşdırıcı kontraktura (75 dərəcə), R52.O - Kəskin ağrı. Ağrı sindromu, M62.5 - Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, əzələlərin atrofiyası, M81.2 - Hərəkətsizliklə bağlı osteoporoz. Sağ bazu sümüyünün regionar osteoporozu, M25.7- Osteofıt. Oynaq kənarlarında osteofitlər, M21.7 - Ətrafların müxtəlif uzunluğu (qazanılma). Sağ yuxarı ətrafın 3 sm qısalığı” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, şəxsin ##.##.2025-ci il tarixdə DTSERA-da əyani müayinəsi zamanı sağ yuxarı ətrafda vətər refleksləri zəif olmuş, atrofiya, hipotrofiya qeyd edilməmiş, əzələ tonusu normal, əzələ gücü saxlanılmış, sağ yuxarı ətrafda bükmə, açma hərəkətləri sərbəst olmuş, əlin tutma funksiyası saxlanılmış, burun-barmaq sınağını düzgün icra etmiş, əlillik təyinatına əsas verən nevroloji və cərrahi ağırlaşmalar aşkar edilməmişdir. Həmin tarixdə şəxsin məhkəmə-tibbi müayinəsi zamanı sol saidin aşağı 1\3-nin ön səthində çəhrayımtıl rəngli, qeyri-müəyyən formalı çapıq var. Həmin əlin baş barmağında bükmə natamam, sağ yuxarı ətrafın yuxarıya və yanlara hərəkəti məhdud olmuş, çiyin qurşağından III əl barmağına qədər sağ yuxarı ətrafın uzunluğu 80 sm, sol yuxarı ətrafın uzunluğu isə 83 sm, sağ bazunun diametri orta Vs-də 31,5 sm, sol bazuda isə 32,5 sm müəyyən edilmiş, iynəbatırma müayinəsi zamanı sağ əlin ovuc səthindən başqa ümumilikdə sağ yuxarı ətrafda və sol əlin ovuc səthində ağrı hiss etmədiyini qeyd etmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından ona ##.##.2022-ci il tarixli, *** saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndinə aid etmək mümkün olmadı. E.A.Ələstanov ##.##.2025-ci il tarixdə X3 və Ortopediya Institutunda mütəxəsislər tərəfindən müayinə olunmuş və ona “XBT 10 kodu üzrə P14.0, M21.7, M62.5, M24.5, M81.2, M25.7, R52.O-Sağ yuxarı ətrafın mamalıq iflici, sağ yuxarı ətrafın 3 sm qısalığı, əzələ atrofıyası, uzaqlaşdırıcı kontrakturası-75 dərəcə, sağ bazu sümüyünün regionar osteoporozu, oynaq kənarlarında osteofıtlər, ağrı sindromu ilə” diaqnozu qoyulmuşdur. E.A.Ələstanov ##.##.2025-ci il tarixdə Ak.Mirqasımov adma Respublika Klinik xəstəxanasına müraciət etmiş, ona “P14.3-Sağ bazu kələfinin doğuş travması, G83.2-Sağ yuxarı ətrafın süst monoparezi diaqnozu təyin edilmişdir. X4 E.A.Ələstanovun adma tərtib edilmiş ##.##.2025-ci il tarixli elektromioqrafiya müayinəsi (EMQ) nəticəsində sol medial (orta) sinirin karpal kanal (ovuc içi bilək seqmenti) səviyyəsində sensomotor liflərinin ifadəli (orta dərəcəli) demielinizəedici-aksonal zədələnmə əlamətləri, sol radial (mil) sinirin sensor liflərininin demielinizan tipli mülayim ifadəli (yüngül) sinir boyunca (diffuz) zədələnməsi izlənilmiş, qeyd edilən EMQ müayinəsi zamanı izlənən dəyişikliklər median sinirin senso-motor neyropatiyası ilə həmçinin radial sinirin sensor liflərinin neyropatiyası ilə uyğunluq təşkil edir. X6 10 kodu ilə göstərilməsi hər bir ixtisas sahəsi üzrə mütəxəssis həkimlərin səlahiyyətlərinə aiddir. Əsas xəstəlik doğuş travması olduğundan anadangəlmə xəstəlikdir. Anadangəlmə xəstəlik olduğundan xronikidirlər, xroniki olduqlarından ağırlaşırlar və müalicəyə çətin tabe olurlar. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş tibbi göndərişdə iddiaçı barəsində G80.2 XBT kodu göstərilməsə də, iddiaçıya diaqnoz “Doğuş travması zamanı Erb iflici, Sağ yuxarı ətrafın mamalı iflici” kimi təyin edilmişdir. Yuxarıda qeyd edilən ekspert rəyinin nəticə hissəsində isə iddiaçıda Sağ yuxarı ətrafın süst monoparezi diaqnozu müəyyən edilmişdir ki, hər iki patoloji vəziyyət mahiyyət etibarı ilə sinir sisteminin zədələnməsi ilə əlaqədar olmaqla, sinir sisteminin xəstəliyi hesab olunur. Belə olan halda iddiaçının tibbi vəziyyəti fərqli qiymətləndirilməməlidir və həmin hal əlillik təyin edilməsinə mane olan hal deyil. Ona görə də iddiaçının orqanizmində olan patofunksional pozuntular ixtisaslaşmış müalicə müəssisəsinin təqdim etdiyi sənədlərlə öz təsdiqini tapmaqla, diaqnozun yuxarıda qeyd olunan meyarların müvafiq koduna uyğun olması müəyyən edilmişdir ki, bu hal cavabdeh orqanın imtinasının əsassız olması qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.4.1.1-ci bəndində “nitq çatışmazlıqları ilə yüngül sağtərəfli parezlə birtərəfli zədələnmə (kombinə olunmuş nitq çatışmazlıqları: psevdobulbar dizartriya, patoloji dislaliya, nitqin ritm və tempinin pozulması); disleksiya, disqrafiya və diskalkuliya pozuntusu; sağtərəfli meyilliliklə yeriş, mürəkkəb hərəkətlərin çətinləşməsi (barmaqlar, dabanlar üstündə yeriş, çömbəlmiş vəziyyətdə); dirsək oynağında yüngül bükmə kontrakturası ilə, bilək oynağında bükücü-pronator, əl barmaqları oynaqlarında bükücü kontraktura; diz və budçanaq oynağında qarışıq, aşıq-baldır oynağında ayaqların gərilməsi ilə kontraktura; aktiv hərəkətlərin həcminin fizioloji amplitudadan (normadan) 30% azalması (1/3-i qədər); passiv hərəkətlərin fizioloji amplitudaya uyğun olması; cüzi statodinamik pozuntular” diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 40-60% müəyyən edilməklə, 2 il müddətinə əlillik təyinatının aparılmasına əsas verir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının orqanizmində baş verən patofunksional pozuntuları Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.4.1.1-ci bəndi ilə eyniləşdirməklə düz nəticəyə gəlmişdir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar